Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə32/34
tarix27.03.2018
ölçüsü5,01 Kb.
#35172
1   ...   26   27   28   29   30   31   32   33   34

 
94
1. Dövlətlər öz maliyyə əməliyyatları üzərində nəzarətini gücləndirməlidir.  
2.  Maliyyə  əməliyyatlarını  və  kapital  axınının  “yavaşıdan”  faktorlar  işləyib 
hazırlanmalıdır.  Bu  yavaşıdıcılara  qeyri-rezidentlər  tərəfindən  satılan  aktivlərdən 
gələn gəlirdən vergi tutulması stavka aktivlərə sahibolmanın müddətindən asılı olaraq 
dəyişməsi;  valyuta  əməliyyatları  üzrə  kapital  hərəkətinin  rezervləşdirilməsi,  Tyobin 
vergisi minimuma qədər azaldılması misal ola bilər. 
 3.  G20-nin  iştirakçılarının  səylərini  universal  maliyyə-iqtisadi  tənzimləmə 
sisteminin yaradılmasında cəmləşdirmək lazımdır. 
4.  Açıq  informasiya  və  ümumi  qəbul  olunmuş  standartlardan  qaçan  ofşor 
zonalarda aparılan maliyyə əməliyyatları üzərində məhdudiyyətlər qoymaq lazımdır.   
5.  Reytinq  agentliklərinin  beynəlxalq  fəaliyyəti  üçün  ümumdünya  standartları 
tərtib  olunmalıdır.  Risklərin  qiymətləndirilməsində  kobud  səhv  buraxılarsa  və 
sistemli  səhvlər  törədilərsə,  agentliyin  fəaliyyətinin  nəticələrini  ləğv  etmək  və  onun 
fəaliyyətini dayandırmaq lazımdır.   
6.  Böhranlar  dünya  iqtisadiyyatının  tsiklik  inkişafının  qanunauyğunluğudur. 
Lakin müasir şəraitdə onun yayılma miqyası və sürəti böhranın baş vermə ehtimalını 
əvvəldən  proqnoz  edə  bilmək  metodlarını  müəyyən  etməyi  şərtləndirir.  Fikrimizcə 
böhranların  əvvəldən  proqnoz  edilməsi  metodları  böhran  baş  vermədən  əvvəl 
tədbirlər görmək imkanı verəcək.    
7.  Antiböhran  tədbirləri  yalnız  yerli  və  ya  milli  səviyyədə  deyil,  həm  də 
beynəlxalq  səviyyədə  koordinasiya  olunmuş  səviyyədə  həyəta  keçirilməlidir. 
Böhranın qlobal təbiəti qlobal idarəetmə formalarının yaradılmasını şərtləndirir, lakin 
onlar hələ hazırlanmamışdır.  
8.  Hökumətlər  özəl  müəssisələrin  milliləşdirilməsinə,  həmçinin  dövlət 
sektorunun  genişləndirilməsinə  tələsməməlidir.  Bu  istehsalın  həcmini  aşağı  salır, 
sahibkarlıq  fəaliyyətini  zəiflədir  və  korrupsiyaya  yol  açır.  Milliləşdirmə  yalnız  qısa 
müddətə  olmalıdır.  Əsasən  bank  və  digər  maliyyə  institutlarına,  həmçinin  artıq 
müəssisələrin  qısa  müddət  ərzində  yenidən  kapitallaşmasının  başqa  yolu  olmadıqda 
tətbiq edilməlidir. Milliləşdirmə ilə bağlı məsələlər əvvəldən diqqətlə işlənməlidir. 


 
95
9. Qonşu dövlətlər ilə proteksionist tədbirlərin və problemin “ixracı” siyasətinin 
həyata  keçirilməsindən  qaçmaq  lazımdır.  Burada  söhbət  sadəcə  klassik  proteksionist 
siyasətdən  getmir,  yəni  məsələn  idxal  rüsumlarının  artırılması  və  ya  idxal  müdafiəsi 
üçün    qeyri-tarif  tədbirləri.  Söhbət  həm  də  valyutaların  devalvasiyası  yarışından,  iş 
qüvvəsinin  idxalına  məhdudiyyətlərin  qoyulmasından,  yerli  istehsalçılara  xarici 
subsidyaların tədbiqində məhdudiyyətlərdən və s. gedir. 
10.  Antiböhran  tədbirlərini  səmərəli  həyata  keçirmək  üçün  hökumət  böhrandan 
öz  xeyrinə  istifadə  edərək  korrupsiya  ilə  məşğul  olanlara,  hökumətin  vəsaitini 
mənimsəyənlərə, cinayət meyillərinə qarşı tədbirlər görməlidir. 
11.  İnvestisiya  və  ticarət  əməliyyatları  üzrə  beynəlxalq  hesablar  sisteminə 
keçmək lazımdır. 
Azərbaycan Respublikası qlobal maliyyə-iqtisadi böhranının əvvəllərində ondan 
az  təsirlənən  ölkələrdən  olmuşdur.  Bunun  da  əsas  səbəbi  böhrandan  əvvəl  neft 
hasilatı və ixracatı hesabına valyuta ehtiyatlarının toplanması idi. Böhranın ölkəmizə 
daha az təsirinin digər səbəbi isə dövlətin apardığı ardıcıl və məqsədyönlü siyasət idi. 
Bütün bunlara baxmayaraq müasir böhranın təhlili göstərir ki, Azərbaycanın maliyyə 
bazarı birbaşa dünya iqtisadiyyatından və beynəlxalq maliyyə bazarından asılıdır.  
Digər  ölkələr  kimi  ölkəmizdə  də  böhranın  ilkin  təsirləri  hiss  olunan  kimi  anti-
böhran tədbirləri həyata keçirildi. 2009-cu ildə “Anti-böhran Proqramı” qəbul olundu. 
Həyata keçirilən tədbirlərə baxmayaraq böhranın təsiri hələ də keçməmişdir. Bu gün 
dövlətimizin  aparmalı  olduğu  vacib  tədbirlərdən  biri  ölkənin  neft  və  digər  xammal 
hasilati  və  ixracatından  əldə  olunan  gəlirlərdən  asılılığını  azaltmaq  və  digər  iqtisadi 
sahələri 
inkişaf 
etdirməkdir. 
Həmçinin 
ölkənin 
iqtisadi 
təhlükəsizliyini 
möhkəmləndirmək  üçün  idxaldan  asılılıq  azaldılmalı,  tələbatlar  daxili  istehsal 
hesabına  ödənilməlidir.Bu  gün  bütün  dünya  kimi  bizim  ölkənin  iqtisadiyyatı  da 
böhranın  ikinci  dalğasının  təsiri  altındadır.  Böhrana  qarşı  tədbirlər  hələ  də  davam 
etdirilir. 
 
 


 
96
İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT SİYAHISI 
1.  “Azərbaycan  2020:  Gələcəyə  baxış”  İnkişaf  Konsepsiyası”  Azərbaycan 
Respublikası Prezidentinin  2012-ci  il 29 dekabr tarixli  Fərmanı  ilə təsdiq edilmişdir, 
Bakı, 2012, 39 səh. 
2.  “Azərbaycan  Respublikasının  2015-ci  ilin  dövlət  və  icmal  büdcələri  üzrə 
layihələrin Təqdimatı”,  Bakı, 2014, 59səh. 
3.  “Azərbaycan  Respublikasının  2016-cı  ilin  dövlət  və  icmal  büdcələri  üzrə 
layihələrinin təqdimatı”, Bakı, 2015, 40 səh. 
4. “Azərbaycan Respublikası Mərkəzi  Bankının 2016-cı  il  üçün pul  və  maliyyə 
sabitliyi siyasətinin əsas istiqamətləri barədə Bəyənatı”,2015, 15 səh.  
5.  “Azərbaycan  Banklar  Asossiasiyası  və  Avropa  Banklar  Federasiyasının  27 
May  2010  –cu  il  tarixində  birgə  keçirdiyi  “Bankçılıq  sahəsində  regionlararası 
əməkdaşlıq:  Dayanıqlı  maliyyə  gələcəyi”  adlı  beynəlxalq  konfransda  Mərkəzi  Bank 
sədrinin müavini Aftandil Babayevin  çıxışı”,  2010, 9səh. 
6.“Azərbaycan Respublikası Mərkəzi Bankının Bəyənatı”,21.12.2015  
7.  Azərbaycan  Respublikası  Dövlət  Statistika  Komitəsinin  internet  resursları: 
www.stat.gov.az 
8. Azərbaycan Respublikası Mərkəzi Bankının internet resursları: 
www.cbar.az. 
9.  Azərbaycan  Respublikası  Maliyyə  Nazirliyinin  internet  resursları: 
www.maliyye.gov.az 
10.  Azərbaycan  Respublikası  İqtisadi  İnkisaf  Nazirliyinin  internet  resursları: 
www.economy.gov.az 
11.  Babayev.  A.  ,  “Valyuta  ehtiyatlarının  idarə  olunması:  yeni  yanaşmalar”, 
2010,  səh.18-29. 
12.  Bağırov  S.,    “Dünya  maliyyə  böhranı  kapitalizmin  böhranıdır?” 
Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu , Bakı,2013, 28səh, 
səh.3. 
13. 
Bayramov 
V., 
“Gələn ilin dövlət 
büdcəsi 
də sosial və investisiya 
yönümlüdür”, Xalq qəzeti.-26 noyabr., Bakı, 2011, səh.1. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə