Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə22/34
tarix27.03.2018
ölçüsü5,01 Kb.
#35172
1   ...   18   19   20   21   22   23   24   25   ...   34

 
64
ABŞ  formal  olaraq  2009-cu  ildə  tənəzzüldən  çıxdı,  lakin  iqtisadiyyatının  artım 
sürəti  yüksək  deyildi.  Dünya  iqtisadiyyatının  real  şəkli  geniş  tamaşaçı  kütləsindən 
gizlədilirdi.  2015-ci  ilin  iyulunda  ABŞ-ın  Ticarət  Departamentinin  İqtisadi 
Araşdırmalar Bürosu etiraf etmişdir ki, 2011-ci ildən etibarən ÜDM-in həqiqi rüblük 
göstəriciləri  yalan  şəkildə  artırılmışdır.  Bəzi  hallarda  bu  artım  dəfələrlə  böyük 
göstərilmişdir.  Məsələn,  2013-cü  ilin  III  rübündə  artım  dərc  olunduğu  kimi  2.5% 
deyil , 0.5% olmuşdur. Elə bu formada da işsizliyi də “həll edirdilər”. 
Qeyd  etmək  lazımdır  ki,  həm  Aİ-nın  ,  həm  də  ABŞ-ın  istehlakda  qənaət  dövrü 
bitmişdir. Nəhəng Amerika pərakəndə satış bazarı artıq 8 ildir ki, fəaliyyət göstərmir.  
Dünyanı  uçurumdan  çıxarmaq  üçün  ABŞ  və  Ai-nın  ÜDM-nin  artım  sürəti  kifayət 
qədər deyildir. 
Ölkələrinin  iqtisadiyyatını  tənəzzüldən  çıxarmaq  istəyən  hökumət  rəhbərlərinin 
bir  az  artıq  ucuz  pul  buraxması  sadəcə  müvəqqəti  olaraq  real  sektora  xeyirli  oldu, 
lakin  maliyyə  bazarlarında  və  daşınmaz  əmlak  bazarlarında  köpüklərin  yaranmasına 
səbəb oldular.  
Dünyanın  heç  bir  inkişaf  etmiş  ölkəsinin  iqtisadiyyatının  artım  sürəti  qalxmır, 
hətta  yavaşımağa  başladığı  üçün  xammalların  qiyməti  düşür.  İndiki  dünya 
iqtisadiyyatının həcminin artmasına nə metal, nə də enerji daşıyıcıları lazım deyildir. 
Neft  bazarında  problemlərdən  biri  də  Səudiyyə  Ərəbistanın  və  digər  Yaxın  Şərq 
ölkələrinin  həddindən  artıq  lazımsız  neft  hasil  etməsidir.  Onların  əsas  məqsədi  çox 
neft  hasil  edərək  neftin  qiymətini  aşağı  tutaraq  ABŞ-la  rəqabəti  saxlaya  bilməkdir.  
Nəticə isə acınacaqlıdır-devalvasiya və yüksək artım sürətinə nail ola bilməmək. ABŞ 
neft-qaz  sektorunda  çalışan  işçilərini  ixtisar  edir  və  götürülmüş  kreditləri  qaytara 
bilməməsi təhlükəsi ilə üzləşib. 
Neft  qiymətlərinin  kəskin  aşağı  düşməsi  xüsusilə  büdcəsi  ondan  asılı  olan 
inkişaf  etməkdə  olan  ölkələrə  mənfi  təsir  edib.  Bu  ölkələr  sırasında  Qazaxıstan, 
Rusiya, Azərbaycan və digər ölkələrdə vardır. 
Baxmayaraq ki, 2009-cu  ildə Qazaxıstanın Mərkəzi  Bankı bir daha devalvasiya 
olmayacağını söyləmişdi, 2014-cü ildə milli valyuta yenidən devalvasiya edildi. Neft 


 
65
qiymətlərinin  dayanmadan  enməsi  2015-ci  ilin  avqustanda  Qazaxıstan  hökumətini 
üzən  məzənnə rejiminə keçməyə sövq etdi. Bu  hadisədən sonra təngə sürətlə dollara 
nəzərən  ucuzlaşdı  və  cari  ilin  sentyabrında  50%-dən  çox,  dekabrında  isə  85%-lik 
devalvasiyaya uğradı. 
Beləliklə  böhranın  “ikinci  dalğası”  “birinci  dalğanın”  sadəcə  zədələdiyi  ölkə 
iqtisadiyyatlarını  iflic  etdi.  Bu  mərhələdə  inkişaf  etmiş  ölkələr  daha  dayanıqlılıq 
göstərdilər.  Bununda  səbəbi  böhranın  birinci  mərhələsindən  sonra  aparılan  anti-
böhran  tədbirləri  və  ölkələrin  təcrübə  qazanması  idi.  İkinci  dalğa  bu  dəfə  daha  çox 
inkişaf  etməkdə  olan  ölkələrə  təsir  etdi.  İnkişaf  etməkdə  olan  ölkələrə  böhranın 
təsirinin  yumşaltmaqdan  ötrü  aşağıdakı  tədbirlər  planını  həyata  keçirmək  tövsiyyə 
olunur: 
1.  İlk  öncə  qonşu  dövlətlər  ilə  proteksionist  tədbirlərin  və  problemin  “ixracı” 
siyasətinin  həyata  keçirilməsindən  qaçmaq  lazımdır.  Burada  söhbət  sadəcə  klassik 
proteksionist  siyasətdən  getmir,  yəni  söhbət  məsələn,  idxal  rüsumlarının  artırılması 
və  ya  idxal  müdafiəsi  üçün    qeyri-tarif  tədbirlərindən  getmir.  Söhbət  həm  də 
valyutaların  devalvasiyası  yarışından,  iş  qüvvəsinin  idxalına  məhdudiyyətlərin 
qoyulmasından, 
yerli 
istehsalçılara 
xarici 
subsidyaların 
tədbiqində 
məhdudiyyətlərdən və s. gedir. 
2.  Hökumətlər  özəl  müəssisələrin  milliləşdirilməsinə,  həmçinin  dövlət 
sektorunun  genişləndirilməsinə  tələsməməlidir.  Bu  istehsalın  həcmini  aşağı  salır, 
sahibkarlıq  fəaliyyətini  zəiflədir  və  korrupsiyaya  yol  açır.  Milliləşdirmə  yalnız  qısa 
müddətə olmalıdır.  
3. Ölkələrdə böhranın təsirini azaltmaqdan və  iqtisadi artımı sürətləndirməkdən 
ötrü inkişaf dövründə unudulmuş struktur və institutsional islahatlara başlanılmalıdır. 
Həmçinin  islahatlar  zamanı  hər  dövlətin  mövcud  vəziyyəti  nəzərə  alınmalıdır  və  bu 
islahatlar  əmək  bazarının  elastikliyinin  artırılmasına  cəhd  etməlidir,  iş  mühiti 
yaxşılaşdırılmalıdır,korrupsiya 
ilə 
mübarizə 
aparılmalıdır, 
sosial 
sfera 
gücləndirilməlidir. 
4. Maliyyə sisteminə həm milli, həmdə fövqəlmilli nəzarət gücləndirilməlidir. 


 
66
5.  BVF  və  Dünya  Bankında  islahatlar  aparılmalı  və  inkşaf  etməkdə  olan 
ölkələrin səs vermə hüququ təmin olunmalıdır.  
Cari  böhranın  dünya  iqtisadiyyatı  üçün  ağır  dövr  olduğunu  nəzərə  almaq  və 
yalnız  onun  səbəblərini  müəyyən  etmək  lazım  deyildir,  eyni  zamanda  onun  dünya 
təsərrüfatı  üçün    nəticələri  haqqında  düşünmək  və  onun  gələcək  möhkəmliyi 
barəsində  düşünmək  lazımdır.  Qeyd  edək  ki,  böhran  sözünün  mənalarından  biri 
“dönüş  nöqtəsi”  deməkdir.  Bu  səbəbdəndir  ki,  cari  böhranın  dünya  iqtisadiyyatının  
simasının yenilənməsində necə bir dönüş nöqtəsi olacağı çox maraqlıdır. [73, səh.3] 
İqtisadçılar  artıq  böhranın  o  biri  tərəfinə  baxır  və  onun  necə  bitəcəyi  və  dünya 
iqtisadiyyatına  necə  təsir  edəcəyini  müzakirə  edir.  Dünya  İqtisadi  Forumu  (DİF)  bu 
problemə  həsr  olunmuş  “Dünya  maliyyə  sisteminin  gələcəyi”  adlı  məlumat 
buraxdılar. Orada böhran haqqında 4 ssenari təklif olunmuşdu. Onlar bir-birindən çox 
fərqlənirdilər və onlardan hansı daha realdır söyləmək çox çətindir. 
DİF  qeyd  edir  ki,  son  iki  onillikdir  davam  edən  güclü  inkişaf  dövrü  artıq  sona 
çatır.  İndi  maliyyə  institutları  kreditlərin  ixtisarı,  iqtisadi  inkişafın  zəifləməsi  və 
dövlətlərin  müdaxiləsinin güclənməsi şəaitində işləməyi öyrənir. 2008-ci ildən 2020-
ci ilə kimi maliyyə sistemlərinin inkişafı 4 ssenaridən biri ilə gedə bilər. 
Birincisi, “Maliyyənin regionlaşdırılması” adlanır. Bu ssenariyə əsasən  ABŞ  və 
Avropa kimi ölkələrin  inkişafı  ləngiməyə  davam edir. ÜDM-in artımı  ildə 1.2%-dən 
yuxarı  olmayacaq.  Buna  paralel  olaraq  inkişaf  etməkdə  olan  ölkələrin  inkişaf  sürəti 
artacaq.  Onların  ÜDM-ində  ildə  9%  artım  olacaq.  Onlar  özlərini  inkişaf  etmiş 
ölkələrdən, onların fikirlərindən qorumaq üçün onlarla əlaqələrini kəsib öz bloklarını 
yaradacaqlar.  ABŞ  təcrid  olunacaq.  Onların  dünya  ölkələri  ilə  iqtisadi  əlaqələri 
sadəcə turizm və enerji resurslarının ticarəti ilə əlaqədar olacaq. Enerji təhlükəsizliyi 
ən vacib məsələ olacaq. 
Artıq  dollar  və  Avro  yeganə  ehtiyat  valyuta  olmayacaq.  İqtisadiyyatın  mərkəzi 
Şərq olacaq və Asiyada Çin liderlik kürsüsünə sahib olacaq. Bununla dünyanı 3 gücə 
böləcəklər: ABŞ-ın rəhbərliyi  ilə Demokratik Ticarət Alyansı; Avropa İttifaqı; Çinin 
lider olduğu Şərqi Beynəlxalq İqtisadi Təşkilat. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə