Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə25/34
tarix27.03.2018
ölçüsü5,01 Kb.
#35172
1   ...   21   22   23   24   25   26   27   28   ...   34

 
73
Qlobal  böhranın  ən  çox  təsir  etdiyi  sektor  neft  sektorudur.  Ölkəmizin  iqtisadi 
artım tempi neft sektorundan aslıdır.(Cədvəl 3.3;) Böhran ərəfəsində neftin qiymətinin 
ucuzlaşması  neft  istehsalçısı  olan  digər  ölkələr  kimi  büdcəsini  neft  gəlirləri  əsasında 
quran  Azərbaycanı  da  əhəmiyyətli  dərəcədə  zərərə  uğratdı.  Böhrana  qədər  neftin  1 
bareli 150 dollara satılırdı. Və birdən-birə neftin qiymətinin düşməsi baş verdi, böhran 
sonrası  onun  qiyməti  30-40  dollara  qədər  ucuzlaşdı.  Neftin  ucuzlaşması  ixracatının 
90%-indən  çoxunu  neft  və  neft  məhsulları  təşkil  edən,  dövlət  büdcəsinin  75%-i  neft 
sektoru  hesabına  formalaşan  Azərbaycan  üçün  özü  ilə  birgə  bir  çox  problemlər  də 
gətirməkdədir. 
 
Cədvəl 3.3 
 Ümumi Daxili Məhsulda neft və qeyri-neft sektorunun payı, faizlə(%) 
İllər 
2005  2006  2007  2008  2009  2010  2011  2012  2013  2014 
Neft 
gəlirləri 
44.1 
53.8 
56.1 
55.4 
45.1 
48.1 
49.6 
44.7 
40.9 
36.9 
Qeyri-
neft 
gəlirləri 
48.4 
40.7 
37.3 
37.9 
47.0 
45.2 
44.5 
49.1 
52.5 
56.0 
Vergi 
gəlirləri 
7.5 
5.5 
6.6 
6.7 
7.9 
6.7 
5.9 
6.2 
6.6 
7.3 
Mənbə: Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin statistik məlumatları əsasında 
müəllif tərəfindən tərtib olunmuşdur, 
www.stat.gov.az
 
 
Enerji  daşıyıcılarının  qiymətinin  azalması  təkcə  iqtisadi  deyil  ,  o  cümlədən 
sosial  problemlər  də  yaradır.  Qlobal  maliyyə  böhranı  sonrası  Azərbaycan  hökuməti 
bir  çox  irihəcmli  infrastruktur  layihələrini  reallaşdırmağı  bir  neçə  il  sonraya  təxirə 
salmağa  məcbur  olmuşdu.  Xüsusilə  yeni  metro  tikintisi  layihələrini,  Xəzər  dənizi 
üstündə  körpü  və  bir  sıra  qurğuların  qurulması  layihələri  böhranın  nəticələrinin 
səngiməsindən sonraya təxirə salınmışdı.  
Dünya  bazarlarında  tələbatın  aşağı  düşməsi  Azərbaycanın  qeyri-neft  sektoru 
sahəsində  fəaliyyət  göstərən  şirkətlərin  də  fəaliyyətinə  mənfi  təsir  göstərmiş  və 


 
74
gəlirlərinin  azalmasına  səbəb  olmuşdur.  Çünki  ölkəmizdə  qeyri-neft  sektoru  da  bir 
başa və ya dolayısı ilə neftdən aslıdır. 
Qlobal  maliyyə  böhranının  təsirinin  azaldılmasında  və  xüsusilə  ölkənin  ərzaq 
təhlükəsizliyinin  təmin  olunmasında  kənd  təsərrüfatının  rolu  əvəz  olunmazdır. 
Azərbaycanda  aqrar  sahənin  ,  xüsusilə  kənd  təsərrüfatının  öz  maliyyə  resursları 
hesabına  səmərəli  fəaliyyət  göstərməsi  demək  olar  ki,  mümkün  deyildir,  lakin 
tələbatın  öz  istehsalı  hesabına  ödənilə  bilməsinin  təmin  edilməsi  çox  vacibdir.  Ölkə 
rəhbərinin  imzaladığı  sərəncam  və  fərmanlara  əsasən,  kənd  təsərrüfatı  məhsulları 
istehsalçılarına  dövlət  büdcəsindən  verilən  subsidyalar  və  güzəştlər,  təstiq  edilmiş 
müxtəlif  proqramların  yerinə  yetirilməsi  üçün  həyata  keçirilən  silsilə  tədbirlər  kənd 
təsərrüfatı  istehsalının  maddi  və  texniki  bazasını  möhkəmləndirib.  Kənd 
təsərrüfatında  yaranan  əlavə  dəyərin  real  artımı  2009-cu  ildə  2008-ci  ilə  nisbətən 
3.5%  artaraq  2.3  mlrd.  manat  təşkil  edib.[30,  səh.6]  Maliyyə  böhranı  bir  daha 
göstərdi ki, kənd təsərrüfatının inkişafına daha çox diqqət yetirmək lazımdır.  
2008-ci  ildə  başlayan  maliyyə  iqtisadi  böhranı  qlobal  ticarətə  təsir  göstərdi. 
Qlobal  ticarətin  tərkib  hissəsi  olan  Azərbaycanın  ticarət  sektoru  da  bundan  “payını” 
aldı. Böhranın ticarət sektoruna göstərdiyi təsiri aşağıdakı kimi ifadə etmək olar. Belə 
ki, 2008-ci il ərzində respublikanın rezident və qeyri-rezidentləri tərəfindən 141 ölkə 
ilə aparılmış ticarət əməliyyatlarının həcmi 54.9 milyard dollar olmuşdur. Bu müddət 
ərzində  47.8  milyard  dollar  dəyərində  2127  adda  mal  ixrac,  7.2  milyard  dollar 
dəyərində  5893  adda  mal  isə  idxal  olunmuş,  ixracidxal  əməliyyatları  üzrə  müsbət 
saldo 40.6  milyard dollar təşkil etmişdir. Növbəti ildə yəni 2009-cu ildə bu  göstərici 
demək  olar  yarıbayarı  azalmışdır.  Xüsusilə  ixracın  həcmində  azalma  müşahidə 
olunmuşdur. 
Qlobal  maliyyə  iqtisadi  böhranı  öz  təsirini  ölkənin  xarici  dövlət  borclarının 
həcmində  də  göstərmişdir.  Böhran  dövründə  Azərbaycanın  xarici  dövlət  borcunun 
həcmi  2008-ci  il  ərzində  22.9%  artaraq  2009-cu  ilin  yanvar  ayının  1-nə  3  mlrd. 
dollara  çatmışdı.  Xarici  borcun  ÜDM-ə  qarşı  nisbəti  növbəti  ildə  yəni,  2009-cu  ildə 
8.2%-dən  6.4  %-ə  düşüb.  Qeyd  edək  ki,  borcun  ödənilməsinə  dövlət  büdcəsindən 


 
75
117.9  mln.  dollar  vəsait    xərclənib.  Xarici  borcların  sürətli  artım  tendensiyasının 
müşahidə  olunması  narahatçılıq  doğurur.  Belə  ki,  xarici  borcun  ÜDM-də  payının  
yüksəlməsi  ciddi  siqnaldır.  Əlavə  olaraq  bu  cür  kəskin  artım  tempi  Azərbaycanın 
maliyyə  imkanlarının  əvvəlki  illərlə  müqayisədə  kifayət  qədər  daraldığı  bir  vaxta 
təsadüf edir.  
Qlobal  böhranın  Azərbaycanda  ən  çox  təsirinin  hiss  edildiyi  sektor  tikinti 
sektoru  olmuşdur.  Əvvəlki  illərdə  çiçəklənən  tikinti  sektoru  müştəri  və  kapital 
qıtlığından əziyyət çəkmişdir. Onun  tənəzzülü gözlə görüləcək qədər olmuşdur. Belə 
ki,  2008-ci  ilə  nisbətdə  2009-cu  ildə  tikinti  müəssisələri  tərəfindən  yerinə  yetirilmiş 
inşaat işlərinin həcmi 12.2% azalmışdı. 
Azərbaycanın  daşınmaz  əmlak  bazarı  da  qlobal  maliyyə  böhranından  müəyyən 
qədər ziyan çəkib. Əmlakın dövlət qeydiyyatı  xidmətinin  məlumatlarına  görə, 2008-
ci  il  ərzində  əmlakın  bütün  növlərinin  qiymətləri  orta  hesabla  10-15%  aşağı  düşüb. 
2008-ci  ilin  sonuna  ikinci  mənzil  bazarında  qiymətlər  2007-ci  ilin  səviyyəsinə  enib. 
Qiymətlərin  aşağı  düşməyə  başlaması  dünya  maliyyə  böhranının  təsiri  altında 
daşınmaz  əmlak  bazarında  fəallığın  azalması  ilə  əlaqədardır.  Nəticədə  daşınmaz 
əmlak  bazarında  şərtlərin  ağırlığına  dözə  bilməyən  şirkətlər  bazarı  tərk  etməkdədir. 
Digər şirkətlər isə maliyyə problemlərini həll etməkdən ötrü mənzillərin qiymətlərini 
aşağı salmaq və s. təşviqedici üsullardan istifadə edirlər. 
Qlobal  maliyyə  böhranı  birinci  mərhələsində  Azərbaycan  iqtisadiyyatının  daha 
çox  bank  və  maliyyə  sektoruna  təsir  etməyə  başlamışdı.  Bu  hadisə  əvvəlcədən 
proqnozlaşdırılırdı,  onun  da  başlıca  səbəbi  ölkənin  qeyri-neft  sahəsində  ən  çox  bank 
sektorunun  inkişaf  etməsidir.  Dövlət  Statistika  Komitəsinin  məlumatlarına  görə, 
Azərbaycanda  qeyri-neft  iqtisadiyyatının  70  faizi  məhz  maliyyə  sektorunun,  əsasən 
də  bank  sektorunun  payına  düşür.  Bu  baxımdan  qlobal  maliyyə  böhranının  bank 
sektoruna  təsirləri  qaçılmaz  idi.  Eyni  zamanda  unutmamalıyıq  ki,  bu  gün  dünyanın 
maliyyə  sistemi  qloballaşıb.  Azərbaycan  iqtisadiyyatı  dünya  iqtisadiyyatına 
inteqrasiya  olunub  və  unun  bir  parçasıdır.  Azərbaycan  maliyyə  sektoru  da  dünya 
maliyyə  sektoruna  bu  və  ya  digər  dərəcədə  inteqrasiya  edib.  Bu  gün  Azərbaycan 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə