Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə23/34
tarix27.03.2018
ölçüsü5,01 Kb.
#35172
1   ...   19   20   21   22   23   24   25   26   ...   34

 
67
İkinci  ssenari  “Qərb  mərkəzinin  yaradılması”  adlanır.  Bu  ssenariyə  görə 
birincinin əksinə olaraq  inkişaf edən  iqtisadiyyat az itkilər  verəcək.  Liderlik  isə həm 
iqtisadi,  həm  də  mənəvi  baxımdan  Qərb  ölkələrində  olacaq.  ÜDM-in  artım  sürəti 
3.6%  olacaq,  belə  ki,  bu  göstərici  inkişaf  etmiş  ölkələrdə  6%,  inkişaf  etməkdə  olan 
ölkələrdə  isə  3.1%  olacaq.  Yeni  milli  idarəetmə  orqanı  yaradılacaq.  Buna 
baxmayaraq  səsvermələr  zamanı  inkişaf  etməkdə  olan  ölkələrin  maraqları  lazımı 
səviyyədə nəzərə alınmayacaq. 
Üçüncü  ssenari  “Təcrid  protoksionizmi”  adlanır.  Bu  ən  pessimist  ssenaridir. 
Dünyanı  münaqişələr  bürüyəcək.  Resessiya  bütün  ölkələri  bürüyəcək  və  onlar  bir-
birindən  təcrid  olacaqlar,  yalnız  öz  maraqlarını  güdəcəklər,  bir-birlərinə  qarşı 
ittihamlar  irəli  sürəcəklər  və  protoksionist  siyasət  yürüdəcəklər.  Enerji  resusrslarının 
çatışmazlıqları  konfiliktləri  artıracaq,  terrorizm  də  ocağa  yağ  tökmüş  kimi  olacaq. 
Dünya  ÜDM-i  2.3%-ə  qədər  aşağı  düşəcək.  Kapital  və  insan  resursları  üzərində 
dövlət idarəetməsi neqativləri daha da artıracaq. 
Avropa  İttifaqı  2014-cü  ildə  üzvlər  arasında  fikir  ayrılıqları  ucbatından 
dağılacaq. Banklar milliləşdiriləcək, inam dünya iqtisadiyyatından uzaqlaşacaq. 
Dördüncü  ən  optimisti  “Çoxşaxəliliyin  balanslaşdırılması”  adlanır.  Düzdü 
bundan  əvvəl  iqtisadiyyat  dərin  staqnasiyaya  məruz  qalacaq.  Dünya  ÜDM-i  2.5% 
azalacaq.  Bundan  əlavə  ABŞ  yeni  böhranlarla  üzləşəcək.  İnkişaf  etməkdə  olan 
ölkələr  isə  həll  olunmaz  problemlər  içində  boğulacaq.  Dünya  ölkələri  anlayacaq  ki, 
əməkdaşlıq  “çuxur”dan  çıxmağın  yeganə  yoludur.  Zamanla  ÜDM  3.6%-ə  qədər 
yüksələcək. Bunda xüsusən inkişaf etməkdə olan ölkələrin payı böyük olacaq.  
ABŞ  və  Aİ  tədricən  defilyasiya  ilə  mübarizə  mərhələsindən  keçəcək,  onların 
ÜDM-i    yavaş  yavaş  artacaq  və  artım  1.8%  olacaq.  İqtisadiyyat  inteqrasiya  etməyə 
başlayacaq.  BRİCS  ölkələrinində  dünyaya  təsiri  artacaq.  Risk  menecmentinin  yeni, 
ümumi prinsipləri formalaşacaq. 
Göründüyü kimi variantlar çoxdu. Biz sadəcə ən optimist variantın reallaşmasını 
arzulayırıq. 


 
68
2015-ci  ildə  dünya  iqtisadiyyatında  qeyri-sabitlik  və  Çinin  iqtisadi  artım 
sürətinin  geriləməsi  və  fond  birjalarındakı  təlatümlərlə,  xammal  məhsullarına  ,  o 
cümlədən  netf  və  neft  məhsullarının  qiymətlərinin  enməsi  ilə  yadda  qaldı.  2015-ci 
ilin ötən dövründə də  BVF  növbəti dəfə  iqtisadi artım  proqnozunu aşağı saldı. BVf-
ınin  məlumatına  görə  2015-ci  ildə  dünya  ölkələri  üzrə  iqtisadi  artım  tempi  3.3% 
olmuşdur. 2016-cı ildə isə 3.8% olacağı proqnozlaşdırılır. (Qrafik 2.2) 
BVF-nun  2016-cı  il  üçün  qlobal  ÜDM-in  artım  tempini  3.8%  proqnozlaşdırsa 
da,  bu  göstərici  inkişaf  etmiş  ölkələrdə  inkişaf  etməkdə  olan  ölkələrə  nisbətən  aşağı 
olacağı  gözlənilir.  Avrozonada  iqtisadi  artım  1.7%,  MDB  ölkələri  üzrə  0.3%,  ÇXR 
üçün isə 6.3% proqnozlaşdırılır.  
Qrafik 2.2 
Dünya ölkələrinin iqtisadi artım sürəti,(faizlə) 
Dünya ölkələrinin iqtisadi artım sürəti, (faizlə)
3,30%
3,80%
3,20%
4,90%
4,40%
4,40%
5,30%
5,40%
2,60%
2,50%
2,20%
2,40%
2,10%
1,80%
1,40%
0,00%
1,00%
2,00%
3,00%
4,00%
5,00%
6,00%
2013
2014
2015
2016
2017
Qlobal
İnkişaf etmiş ölkələr
İnkişaf etməkdə olan ölkələr
İ
 
Mənbə: Beynəlxalq Valyuta Fondu, 
www.imf.org
 
Beləliklə  dünya  iqtisadiyyatında  vəziyyət  heç  də  ürək  açan  deyildir.  Çoxlu 
miqdarda  pul  onu  hər  an  partlaya  bilən  “dinamitə”  çevirib.  Düzdü,  kiçik  bir  şans 
vardır  ki,  FES,  mərkəzi  banklar  və  Çin  hökuməti,  həmçinin  Aİ  problemə  həllinə  və 
inkişafa nail olmağa yol tapacaqlar. 
 
 


 
69
III FƏSİL. QLOBAL MALİYYƏ-İQTİSADİ BÖHRANININ AZƏRBAYCANA 
TƏSİRİ VƏ ANTİ-BÖHRAN TƏDBİRLƏRİ 
 
3.1. Azərbaycan iqtisadiyyatının qlobal maliyyə-iqtisadi böhranı baxımından  
xarakterizə olunması və  ilkin anti-böhran proqramı 
Qloballaşma  müasir  dövrün  obyektiv  inkişaf  prosesidir.  Bu,  transmilli  və  milli 
iqtisadi  strukturların  birgə  fəaliyyəti,  beynəlxalq  ticarət  əlaqələri  və  istehsal 
kooperasiyası  ilə,  bir  sözlə,  inteqrasiya  olunma  prosesləri  ilə  bağlıdır.[24,  səh.373] 
Qloballaşma  nəticəsində  dünya  vahid  orqanizmə  çevrilir.  Azərbaycan  da  bu  vahid 
orqanizmin bir hissəsidir və sürətlə bu vahidliyə inteqrasiya edir. Dünyada baş verən 
iqtisadi proseslərin heç biri ölkəmizdən yan keçə bilməz. Bu böhranlı vəziyyətlərə də 
aiddir. 
2008-ci  ilin  ikinci  yarısından  başlayan  qlobal  maliyyə  böhranı  bütün  dünya 
iqtisadiyyatını  silkələdi,  dünyada  bir  çox  inkişaf  etmiş  ölkələrin  və  inkişaf  etməkdə 
olan ölkələrin iqtisadiyyatına böyük zərər vurdu. Dövlətlər baş verə biləcək zərərlərin 
qarşısını  almaq  üçün  tədbirlər  gördü.  Lakin  həyata  keçirilən  tədbirlərə  baxmayaraq 
zərərlərin  qarşısını  ala  bilmədilər.  Nəticədə  çoxlu  sayda  banklar  iflasa  uğradı, 
şirkətlər  müflis  oldu,  zavod  və  fabriklər  fəaliyyətini  dayandırdı,  əhali  iş  yerlərini 
itirdi, kütləvi ixtisarlar oldu və əhalinin həyat səviyyəsi aşağı düşdü. 
Azərbaycan  Respublikasının  dünya  iqtisadiyyatına  sürətli  inteqrasiyası  və 
dünyanın  inkişaf  etmiş  və  inkişaf  etməkdə  olan  ölkələri  ilə  sıx  iqtisadi  əlaqələri, 
dünya  maliyyə  böhranının  ölkə  iqtisadiyyatına  müəyyən  mənada  təsirinə  gətirib 
çıxarmışdır. 
Statistikaya  nəzər  salsaq  görərik  ki,  Azərbaycan  iqtisadiyyatı  2005-ci  ildən 
etibarən  öz  inkişafının  iqtisadi  artım  mərhələsindən  sürətli  sosial-iqtisadi  inkişaf 
mərhələsinə  keçib.  Ölkə  iqtisadiyyatına  ümumi  nəzər  saldıqda  ümumi  daxili 
məhsulun  artımı,  infilyasiya  tempinin  aşağı  düşməsi,  işsizliyin  azalması,  əhalinin 
həyat  səviyyəsinin  yüksəlməsi  və  digər  müsbət  inkişaf  templərinin  artmasını  görə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə