Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə20/34
tarix27.03.2018
ölçüsü5,01 Kb.
#35172
1   ...   16   17   18   19   20   21   22   23   ...   34

 
58
edəcək. Varlılar azdır və onlar daha da varlanacaq. Kasıblaşma demək olar ki, bütün 
dövlətlərdə baş verir”.[107] 
 Artıq  2011-ci  ildə  inkişaf  etmiş  ölkələrdə  ümumi  büdcə-borc  böhranı  hiss 
olunmağa başlandı. Dünya iqtisadiyyatında dəyişiliklər baş verirdi. Stabilləşmə dövrü 
birja  qeyri-stabillikləri  ilə  əvəz  olundu.  ABŞ  isə  ixracı  gücləndirir  və  idxala  təzyiq 
edirdi.  Aİ  -da  böhran  ümumi  xarakter  almağa  başladı.  Çin  iqtisadiyyatı  isə 
yavaşımağa başladı.  
 Beləliklə,  2011-ci  ildən  böhranın  “ikinci  dalğası”  başlandı.  “İkinci  dalğa” 
anlayışına  da  münasibət  birmənalı  deyildi.  Bu  baxımdan  iqtisadçıların  fikirləri  də 
şaxələnirdi. Bəziləri onu 2008-ci maliyyə-iqtisadi böhranının davamı, bəziləri isə onu 
yeni  böhran  kimi  qiymətləndirirdi.  Baxmayaraq  aparılmış  antiböhran  tədbirləri 
inkişaf  etmiş  ölkələrdə  “birinci  dalğa”nın  təsirini  yumşaltmışdı,  lakin  böhranın 
əlamətləri yenidən hiss olunmağa başladı. 
2011-2013-cü  illər  ölkələrin  inkişaf  dinamikasına  nəzər  salsaq  görərik  ki, 
ölkələrin  iqtisadi  artım  sürəti  çox  aşağıdır.  Xüsusilə,  ləngimənin  əsas  səbəbkarı 
Avropadır. İnkişaf etməkdə olan ölkələr daha dinamik olaraq qalırdı, baxmayaraq ki, 
artım  sürəti  2012-2013-cü  illərdə  yavaşıyıb.  Burada  da  liderlik  Asiya  ölkələrinin 
hesabına  əldə  olunur.  Lakin  dünya  ÜDM-ində  inkişaf  etməkdə  olan  ölkələrin  payı 
həm Asiyanın inkişaf etməkdə olan ölkələrinin, həm də dinamik inkişaf etməkdə olan 
Latın Amerika ölkələri hesabına artırdı. 
2011-ci  ilin  nəticələrini  nəzərdən  keçirərkən  görmək  olur  ki,  2011-ci  il  qlobal 
iqtisadiyyat  üçün  bərpaedici  rejimdə  başlasa  da,  gözlənilmədən  zəif  artım  və 
ehtimadın  itirilməsi  ilə  bitdi.  İlin  sonuna  bir  çox  inkişaf  etmiş  iqtisadiyyatları 
qapalılaşdı  və  hətta  bəziləri  Aİ  dağılması  ehtimalının  olduğunu  düşünürdü.  2011-ci 
ilin 2009-cu ildən belə bərbad olacağı gözlənilirdi. 
2012-ci  ildə  dünya  ÜDM-i  cəmi  3.2%  artmışdı,  dünya  ticarəti  isə  sadəcə  2.5% 
həcmində  böyümüşdü.  Dünyada  işsizlik  2009-cu  ildə  özünün  pik  həddinə-199  mln. 
insana  çatmışdır,  lakin  2012-ci  ildə  bu  göstərici  yenidən  4  mln.  artaraq  197  mln. 
olmuşdur. Bu göstərici iş qabiliyyətli əhalinin 6%-ni əhatə edir.  


 
59
Akademik  Yevgeni  Primanov  qeyd  edirdi  ki,  dünya  böhranının  mərkəzindən  - 
ABŞ-dan  gələn  böhran  haqqında  danışmaq  əsassızdır.  O  həmçinin  qeyd  edirdi  ki, 
birdən-birə  dolların  ümumdünya  ödəniş  vasitəsi  missiyasıyla  vidalaşacağı  nəticəsinə 
gəlmək də qeyri-realdır.  
Ekspertlərin  fikrincə  böhranın  “ikinci  dalğası”nın  episentiri  BRİCS-Braziliya, 
Rusiya,  Hindistan,  Çin,  CAR  ölkələridir.  Əgər  əvvəl  böhranın  səbəbkarı  ABŞ  hesab 
olunurdusa, indi bu belə deyildi. Böhranın “İkinci dalğası”nı BRİCS ölkələri yaratdı. 
Həmin  ölkələrdə  2007-2008-ci  ildə  ABŞ-dakı  kimi  problemlər  yetişdi.  Bu  ipoteka 
böhranı  idi  və  daşınmaz  əmlak  bazarında  və  maliyyə  sistemində  köpükləri 
yaranmışdı.  Dünya  iqtisadi  böhranın  “ikinci  dalğası”  2011-2012-ci  illərdə 
formalaşmışdır  və bu  gün bütün gücü ilə  inkişaf edir. O, zamanla  müxtəlif ölkələrdə 
müxtəlif sürətlədə böyüyürdü. Avropa ölkələri haqqında da onu demək olar ki, Avro 
da  devalvasiya  edir.  Avropada  dayanıqlı  valyutayaların  olacağını  düşünmək  lazım 
deyildir.  Dollar  hal-hazırda  güclü  vəziyyətdə  olacaq,  bele  ki,  bu  gün  o  yeganə 
valyutadır ki, ona bel bağlamaq olar. 
Problem  BRİCS-də  böyüməyə  başladı  bə  onların  təsərrüfatın  tənzimlənməsi 
siyasəti öz etibarsızlığını göstərdi.  
2012-2013-cü  illərdə  ikinci  dalğanın  təsiri  ölkələri  iqtisadi  siyasətlərini 
dəyişməyə  məcbur  etdi.  BRİCS-in  digər  dövlətləri  kimi  Rusiya  da  daxili  tələbin 
stimullaşdırılması  və  onun  rəqiblərindən  qorunması  tədbirinə  ehtiyac  duydu.  Lakin 
protoksionist siyasət böhrana qarşı tam tədbir deyildi.  
2013-cü  ilin  aprelində  BVF  qeyd  etdi  ki,  2  ildir  geriləmə  nümayiş  etdirən 
Avropa  iqtisadiyyatı  dünya  iqtisadiyyatından  geri  qalır.  Fondun  baş  iqtisadçısı 
Olivyer  Blanşard  vurğulayır  ki,  “riskin  ən  böyük  faktoru”  Avropa  olaraq  qalır. 
Avropa  Komisiyasının  nəşr  etdirdiyi  “Qısa  iqtisadi  proqnozlar”a  görə  Avropa 
iqtisadiyyatı  2013-cü  ildən  tənəzzüldən  çıxdı  və  daha  sonra  qalan  ardıcıl  3  rübdə 
“səssiz bərpa” ilə məşğul oldular. [108] 
2013-cü  ildə  ümumdünya  ÜDM-nin  artım  tempi  2.3-2.4%  təşkil  etmişdir. 
Həmin ildə işsizlərin sayı əvvəlki illə müqayisədə 5 mln. daha artaraq demək olar ki, 


 
60
202  mln. nəfər oldu. Beləliklə rəsmi surətdə qeydə alınmış 202  mln.  nəfərlik işsizlər 
ordusu  vardı.  Bu  haqda  2014-cü  ilin  yanvar  ayında  Beynəlxalq  Əmək  Təşkilatının 
(BƏT)  hesabatında  məlumat  verilir.  Bu  hesabatda  həmçinin  qlobal  maliyyə 
böhranının  başlanmasından  illər  keçməsinə  baxmayaraq  2014-cü  ildə  də  əmək 
bazarında və yeni iş yerlərinin açılmasında zəiflik hökm sürüldüyü açıqlanmışdır. 
2014-cü  ilin  yanvar  ayında  BVF-nın  proqnozlarına  görə  ABŞ,  Aİ  və  Yaponiya 
kimi ölkələrin ÜDM-nin artım tempinin sürətlənməsi gözlənilirdi. Fondun ekspertləri 
qeyd edirdi ki, qlobal iqtisadiyyatın əsas mühərrikləri böhranın başlanğıcında olduğu 
kimi inkişaf etməkdə olan ölkələr deyil inkişaf etmiş ölkələr oldu. 
Dünya  iqtisadiyyatı  bərpa  olunmaqdan  çox  uzaqdır  və  dünya  böhranının  təsiri 
ilə iqtisadi göstəricilər hələ də enməkdə idi. 
2014-cü  ilin  iyununda  Dünya  Bankı  dünya  iqtisadiyyatının  artım  göstəriciləri 
haqqında  pronozunu  aşağı  saldı.  Bunun  səbəbi  ilin  birinci  yarısında  Ukraynadakı 
böhranla ABŞ-da olan “soyuq hava”ların artım tempinin sürətinə təsir göstərməsi idi. 
2014-cü  ilin  I  rübündə  ABŞ  ÜDM-i  “2007-2009”  böhranından  bəri  ən  pis 
göstərici  idi.    Həmin  ilin  yayında  dünya  fond  bazarlarının  kapitallaşması  avqust 
ayında  öz  tarixi  boyunca  ən  maksimum  -  66  trln  dollara  çatdı.  Bu  göstərici  2007-ci 
ildəki 63 trln dollar göstəricisini üstələdi. BVF-nin hesablamalarına görə 2014-cü ildə 
dünya iqtisadiyyatının artımı 3.4% olmuşdur. 
Narahatlıq  doğuran  məsələ  Çin  iqtisadiyyatının  zəif  sürətlə  inkişaf  etməsidir, 
çünki  o,  dünya  iqtisadi  artımının  1/3-dən  çox  hissəsini  təşkil  edir.  İqtisadi 
Əməkdaşlıq  və  İnkişaf  Təskilatının  (İƏİT)  ekspertlərinin  fikrincə  Çin  hadisələri 
ABŞ-ın  vəziyyətinin  yaxşılaşmasına  təsir  edir.  Çinin  iqtisadi  artım  sürətinin 
zəifləməsi ümumilikdə dünya iqtisadiyyatı üçün böyük və əsas risk faktorudur. 
2015-ci ilin əvvəlində beynəlxalq iqtisadi təşkilatların çoxu: Dünya Bankı, BVF, 
İqtisadi Əməkdaşlıq və İnkişaf Təskilatı(İƏİT) qlobal iqtisadi prosesləri araşdırmaları 
əsasında belə qərara gəldilər ki, qlobal iqtisadi böhran daha da dərinləşəcək. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə