Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə26/34
tarix27.03.2018
ölçüsü5,01 Kb.
#35172
1   ...   22   23   24   25   26   27   28   29   ...   34

 
76
kommersiya bankları məhz qlobal fəaliyyət həyata keçirir. Onlar birmənalı şəkildə öz 
maliyyə  resurslarının  bir  qismini  xaricdən  cəlb  ediblər  və  bu  da  digər  maliyyə 
qurumlarından  daha  aşağı  faizlə  vəsaitlər  cəlb  etmələri  baxımından  tamamilə 
normaldır.[37, səh.81-95] 
Qlobal  maliyyə  böhranı  dünya  iqtisadiyyatına  sıx  inteqrasiya  olunmuş 
Azərbaycan  Respublikasının    iqtisadiyyatı  üçün  də  əhəmiyyətli  risklər  yaratmışdır. 
Lakin  qlobal  maliyyə  böhranının  “birinci  dalğası”ndan  Azərbaycan  zərərsiz  və  ya 
qismən  zərərlə  ötüşə  bildi.  Ölkə  başçısı  İlham  Əliyev  cənabları  tərəfindən  həyata 
keçirilən  inkişaf  və  modernizasiya  strategiyası  nəticəsində  Azərbaycan  iqtisadiyyatı 
qlobal  maliyyə böhranının “birinci dalğası”na  yüksək dayanıqlılıq  nümayiş etdirərək 
öz tarazlığını itirməmiş, artım dinamikasını və əldə olunmuş sosial inkişaf səviyyəsini 
qoruya  bilmişdir.  Ölkədə  güclü  sabitlik  potensialının  yaradılması  şəraitində 
Azərbaycan  Mərkəzi  Bankının  həyata  kecirdiyi  antiböhran  siyasəti  makroiqtisadi  və 
maliyyə sabitliyinin qorunmasına imkan vermişdir.  
Qlobal maliyyə böhranının mənfi təsirini azaltmaqdan ötrü hökumət Antiböhran 
Proqramı  hazırlayıb  həyata  keçirməyə  başlayıb.Azərbaycan  Prezidenti  İlham 
Əliyevin  2008-ci  ilin  yekunlarına  dair  Nazirlər  Kabinetinin  16  yanvar  2009-cu  il 
tarixli  iclasındakı  çıxışında  “Antiböhran  proqramı”nın  konseptual  əsasları  aşağıdakı 
tezislər şəklində öz əksini tapmışdır: [14, səh.1-31]. 
- Kənd təsərrüfatına investisiya və kredit qoyuluşlarını artırmaq. Nəzərə alsaq ki, 
Azərbaycan  əhalisinin  46%-i  kənddə  yaşayır  və  iqtisadiyyatlarının  əsasını  kənd 
təsərrüfatı təşkil edir və kənd təsərrüfatı  məhsulları sənaye sahələri  üçün xammaldır, 
nəticədə bu, sənaye sahələrinin inkişafına təkan verəcək. 
-  Neft  gəlirlərindən  asılılığı  azaltmaq  və  qeyri  neft  sektorunun  inkişafını  təmin 
etməklə iqtisadiyyatın istehsal sahələrini yüksək artım templərinə hazırlamaq; 
-  Dövlət  büdcəsinin  defisitini  azaltmaq  üçün  büdcənin  icrasının  yerinə 
yetirilməsinə yenidən baxmaq və bəzi xərc maddələrini azaltmaq; 
-  Neft  fondu  hesabına  keçirilən  sosial  və  tikinti  layihələrində  əldə  olunan 
vəsaitlərin  mənimsənilməsinin  qarşısını  almaq  üçün  ictimai  nəzarəti  və  dövlət 


 
77
nəzarətini artırmaq; Qısa müddətli investisiyaların uzunmüddətli investisiyalarla əvəz 
etmək; 
-  Süni  qiymət  artımlarının  qarşısını  almaqdan  ötrü  istehlak  bazarı  üzərində 
nəzarətin gücləndirilməsi; 
-  İnhisarçılığa  və  haqsız  rəqabətə  qarşı  dövlət  nəzarət  tədbirlərinin 
gücləndirilməsi; 
-  Dövlət  strukturlarının  iqtisadiyyata  qanunsuz  müdaxiləsinin  qarşısının 
alınması; 
-  Xaricdə  saxlanılan  valyuta  ehtiyatlarının  bir  hissəsinin  güzəştli  şərtlərlə  yerli 
bankların  istifadəsinə  verilməsi,  ümumiyyətlə,  banklararası  və  əhaliyə  ünvanlanmış 
güzəştli kreditlərin stimullaşdırılması; 
-  Fermerlərə  və  digər  sahibkarlara  (xüsusən  satış  və  ya  istehsal  dövriyyəsi 
azalan) dövlət köməyinin artırılması, regional və sektoral vergi güzəştlərinin tətbiqi; 
- Qeyri-neft sektoru üzrə ixracın stimullaşdırılması; 
-  Dövlət  investisiya  proqramının  prioritetlərinə  yenidən  baxılması,  büdcə 
vəsaitlərindən səmərəli istifadənin və dövlət maliyyə intizamının gücləndirilməsi; 
-  Problemli  borc  öhdəliklərinin  bəziləri  üçün  seçməli  qaydada  dövlət 
zəmanətinin tətbiqi və qeyri-formal iqtisadiyyatın uçota götürülməsi; 
-  Sayı  getdikcə  artan  işsizlərin  təkrar  peşə  hazırlığını  təmin  edən  layihələrin 
maliyyələşdirilməsi və onlara verilən müavinətlərin artırılması; 
- Ev təsərrüfatlarında və mülkiyyətindən asılı olmayaraq müəssislərdə bütün növ 
qənaətin stimullaşdırılması üçün məlumatlandırma kampaniyalarının aparılması; 
-  Qiymətli  kağızlar  bazarında  korporativ  borc  kağızları  sektorunun  inkişafının 
iqtisadi  yollarla  təşviq  edilməsi;  antiinflyasiya  tədbirləri  kimi  fiskal  və  monter 
alətlərdən  heç  birinə  birmənalı  üstünlük  verməmək  və  onların  kombinasiyasına 
çalışmaq; 
-  Ölkənin  ərzaq  təhlükəsizliyinin  gücləndirilməsi  istiqamətində  təsirli  tədbirlər 
görülməsi; 
- İxracatla məşğul olan sahibkarlara köməyin gücləndirilməsi. 


 
78
Qeyd etdiyimiz  kimi qlobal  maliyyə böhranının ən çox təsir etdiyi sektorlardan 
biri  bank  sektorudur.  Lakin  Azərbaycan  Respublikasının  Mərkəzi  Bankı  böhranın 
təsirlərinin aradan qaldırılması ilə bağlı bir sıra uğurlu addımlar atdı.
 
Qlobal maliyyə 
böhranı başlamamışdan əvvəl ölkənin kommersiya banklarının  xarici borcları  3 dəfə 
çoxalmışdı.  Böhran  başlayandan  sonra  xarici  kommersiya  bankları  üçün  cətinliklər 
yarandı.  Çünki  xarici  banklar  borcların  qaytarılmasını  tələb  etməyə  başladılar. 
Mərkəzi  Bank  kommersiya  bankları  üçün  böhranın  təsirini  azaltmaq  üçün  uçot 
dərəcələrinin aşağı saldı. Böhrandan əvvəl Mərkəzi Bankınn uçot dərəcələri 15% idi. 
2008-ci  ilin  oktyabrında  uçot  dərəcəsi  12%-ə  ,  oktyabrın  sonunda  10%-ə,  dekabrda 
8%-ə, 2009-cu  ilin  fevralında 5%-ə, 2009-cu  ilin  martında 3%-ə qədər aşağı salındı. 
Mərkəzi  Bank  uçot  dərəcələrini  aşağı  salmaqla  kommersiya  banklarının  likvidliyini 
qorumağa  çalışdı.  Bu  da  kommersiya  banklarına  daha  ucuz  mərkəzləşdirilmiş  kredit 
əldə etməyə imkan yaratdı.  
Azərbaycan  Respublikası  Mərkəzi  Bankının  bank  sektorunda  böhranın  mənfi 
təsirinin  yumşaldılması  istiqamətində  atdığı  addımlardan  biri  də  manatın 
məzənnəzsinin  qorunub  saxladılması  ilə  bağlı  tədbirlər  idi.  Mərkəzi  Bankın  qlobal 
maliyyə  böhranı  ərəfəsində  uzaqgörən  siyasət  nümayiş  etdirərək  bank  sisteminin 
maliyyə  sabitliyini  təmin  etmək  üçün  qurum  tərəfindən  bir  sıra  prespektiv  tədbirlər 
həyata  keçirilib.  Banklara  ehtiyatlı  kredit  siyasəti  aparması  tövsiyyə  olunub. 
Prudensial  tənzimləmə  normativləri  daha  da  ciddiləşdirilib,  kapitallaşma  və 
ehtiyatlanma səviyyəsi artırılıb, xarici borclar üzrə məcburi ehtiyatlar tətbiq edilib. 
Qlobal  maliyyə böhranı dövründə bir çox  ölkələrin  valyutalarında, o cümlədən, 
Azərbaycanın  ticarət  partnyorlarının  valyutalarında  devalvasiya  tədbirləri  aparılıb. 
Amma  Azərbaycanın  Mərkəzi  Bankı  tərəfindən  manatın  məzənnəsinin  sabitliyinin 
qorunması  hədəfi  uğurlu  reallaşdırılıb.  Böhran  zamanı  manatın  məzənnəsinin  sabit 
saxlanılması  Azərbaycan  Mərkəzi  Bankının  ən  mühüm  antiböhran  tədbiri  kimi 
qiymətləndirilə  bilər.  Bunun  məticəsində  kəskin  dollarlaşmanın  qarşısı  alınıb  və 
maliyyə sabitliyinin pozulmasına imkan verilməyib.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə