Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə21/34
tarix27.03.2018
ölçüsü5,01 Kb.
#35172
1   ...   17   18   19   20   21   22   23   24   ...   34

 
61
Ekspertlərin  proqnozuna  görə  yeni  iqtisadi  böhranın  2015-ci  ilin  yazından 
başlanması  gözlənilirdi.[71]  Əslində  dünyada  iqtisadi  sabitliyi  pozan  bir  çox 
problemlər toplanmışdır. Bu problemlərə aiddir :  
1.  Çoxsaylı  etnik  münaqişələr  .  Bunu  eyni  zamanda  Avropa,  hakimiyyət 
orqanları  ilə  afro-amerikanlar  arasında  toqquşmaların  bitmədiyi  ABŞ  üçün  də 
söyləmək olar.  
2.  Əvvəlki  maliyyə  böhranı  yalnız  iqtisadiyatı  geri  salmadı  ,  həmçinin  siniflər 
arası  təbəqələşmənin  dərinləşməsinə  səbəb  oldu.  İşsiz  və  yoxsulların  sayı  artır  və 
nəticədə  müxtəlif  əmtəə  və  xidmətlərə  olan  tələbin  düşməsinə  səbəb  oldu.  Beləliklə 
istehsalın  azalması  baş  verdi  ,  bu  da  öz  növbəsində  dövlət  büdcəsinə  ödənilən 
vergilərin azalmasına gətirib çıxardı.  
3.  Ukrayna  münaqişəsi,  Suriya  və  İraq  hakimiyyət  bölüşdürülməsi  kimi 
geosiyasi məsələlər də iqtisadiyyatın sabitləşməməsinə səbəb olur.  
Yuxarıdakı  amillər  bütövlükdə  dünya  iqtisadiyyatına  təsir  göstərən  amillərdir. 
Bundan  başqa  dünya  ölkələrinə  ,  onların  qeyri-bərabər  inkişafına  təsir  göstərən 
birbaşa amillər də vardır. Bu amillər aşağıdakılardır :  
1.  Mülkiyyət.  Bir  çox  ölkələrdə  sərfəli  ipoteka  kreditləri  əmlak  artımını 
stimullaşdırır  və nəticədə potensial borcların sayını artırır. Bu kimi ölkələrə Kanada, 
Çin, Braziliya aiddir. 
2.  Fond  bazarında  kiçik  köpüklərin  əsassız  şəkildə  şişirdilməsi.  Bir  çox 
analitiklər  fond  bazarında  qiymətlərin  həddən  artıq  yuxarı  olması  fikrində  razılığa 
gəlmişlər.  Əgər  onları  real  qiymətlərinə  gətirdikdə  qiymətlər  minimum  35% 
enəcəkdir. Bu isə birjanın demək olar ki, dağılması deməkdir. 
3. Enerji sektorunda artan böhran ölkələr arasında qeyri-bərabərliyə səbəb olur. 
Bu neft istehsalı ölkələrinin neftin qiymətini aşağı salması ilə əlaqədardır. 
4. Bir çox ölkələrdə əhalinin kütləvi yoxsullaşması yeni texnologiyaların tətbiqi 
imkanını aşağı salır və nəticədə istehsalın həcminin aşağı düşməsinə səbəb olur.  


 
62
Bu  dünya  ölkələrinin  əksəriyyətinə  aiddir.  İstehsalın  azalması  öz  ardınca 
infilyasiya  gətirir.  Bu  zəncirvari  reaksiya  2015-ci  ildə  qlobal  iqtisadi  böhranı 
şərtləndirdi. 2015-ci ildə böhran ABŞ və Avropada gözlənilirdi. 
Bu gün bütün dünyada olduğu kimi ABŞ-da da infilyasiya artır və iqtisadi sektor 
qeyri-sabitdir.  ABŞ  üçün  ən  böyük  problem  demoqrafik  tənəzzüldür.  Yerli  əhalinin 
kütləvi qocalması baş verir. Demoqrafik artım imiqrantların hesabına baş verir. Bu da 
ABŞ-da  təkrar  istehsal  üçün  işçi  qüvvəsi  təmin  edir.  İndi  vəziyyət  dəyişib.  Bu 
problem  iqtisadi  vəziyyətə  təsir  edir.  Qeyd  etmək  lazımdır  ki,  ölkədə  rəsmi  surətdə 
qeydə  alınmış  25%-ə  qədər  işsiz  vardır.  ABŞ-da  heç  bir  yerdə  işləməyərək  dövlət 
büdcəsinin  hesabına  yaşayan ailələr  var. Bundan  başqa əvvəlki  böhrandan təsirlənən 
əhalinin böyük bir hissəsi 2014-2015-ci illərdə pulsuz qida xidmətindən istifadə edir. 
Bununla  belə  ABŞ  -da  vəziyyət  elədə  acınacaqlı  deyil.  İş  ondadır  ki,  ABŞ 
əvvəlki böhrandan dərs alaraq bu gün qeyri-sabit vəziyyətdən çıxmaq üçün böyük səy 
göstərir.  
Avropada  siyasi  liderlərin  hərəkətlərinə  qarşı  həm  yerli,  həm  də  gəlmələrin 
narazılığı  artır.  Söhbət  yerli  əhali  ilə  oraya  mühacirət  edən  İslam  dünyası 
nümayəndələri  arasında  nifaq  halından  gedir.  Bu  amil  heç  bir  şəkildə  Avropada 
iqtisadiyyatın sabitləşməsinə imkan verə bilməz. Mühacirlərin Avropaya axını büdcə 
kəsiri yaşayan ölkələrin sosial yükünü daha da artırır.  
2015-ci  ildə  Avropada  2008-ci  il  hadisələrinin  yenidən  yaşanır.  Bu  gün  heç  bir 
Avropa ölkəsi baş verən hadisələrdən kənarda qala bilməz. Sadəcə hansı ölkənin daha 
çox zərər görməsi dövlətin balanslı siyasətindən aslıdır. 
İkinci  dalğanı  birinci  dalğadan  daha  təhlükəli  edən  cəhət  ikinci  dalğanın  Çində 
böyük  sənaye  köpüklərinin  meydana  gətirməsidir.  Çin  buna  görə  də  öz  istehsalını 
azaltmalı olacaq və bu da onun üçün sosial təhlükə deməkdir. Çində 2015-ci ilin 1-ci 
yarısında  Rusiya  ilə  olan  mal  dövriyyəsi  1/4  qədər  azaldı.  Yaponiya  ilə  10%,  Latın 
Amerika  və  Afrika  ölkələri  ilə  də  mal  dövriyyəsinin  aşağı  düşməsi  vermişdir.  Aİ 
ölkələri ilə mal dövriysində isə rəsmi şəkildə çox az eniş qeydə alınıb.  


 
63
Çin  öz  məhsullarına  tələbin  aşağı  düşməsi  ilə  bağlı  ciddi  problemlər  yaşayır. 
Burda  söhbət  2-3%-lik  göstəricidən  getmir,  söhbət  daha  ciddi  problemlərdən-satışın 
sürətlə  aşağı  düşməsindən  gedir.  Məsələ  ondadır  ki,  Pekin  son  illərdə  istehsal 
güclərini  artıraraq  sənaye  köpüklərini  şişirtmişdir.  Belə  ki,  o  xarici  tələbin  yüksək 
olacağını planlaşdırmışdı, lakin tələb aşağı düşdü. 
Fond  indeksinin  və  xammalların    qiymətlərinin  aşağı  düşməsi  çoxları  üçün  şok 
hadisə  oldu.  Amma  bu  əvvəl  axır  baş  verəsi  idi,  beləki,  inkişaf  etmiş  ölkələrin 
mərkəzi  bankları  2008-ci  il  qlobal  maliyyə  böhranından  sonra  real  iqtisadiyyatda 
investisiyaya  çevrilə  bilməyən  trilyon  dollarları  bazara  buraxdılar.  İndi  məsələ 
ondadır ki, ABŞ və Çin hökuməti dünyanı yeni böhrandan saxlaya biləcəkmi. 
Dünya  fond  bazarında  qiymətlər  2015-ci  ildə  də  aşağı  düşməyə  davam  edir. 
Fond qiymətlərinin aşağı düşməsi bu ilin avqust ayında da baş vermişdir. İnvestorlar 
Çin  hökumətindən  tənzimləmə  istiqamətində  tədbirlər  gözləyir  ,  lakin  yaxınlarda 
başlayan  yuanın  devalvasiyası  sadəcə  sualları  artırır  və  yeni  qorxular  böyüdür.  Bu 
dəfə  Pekinin  ABŞ-a  qarşı  valyuta  müharibəsi  başlaması  ehtimal  olunurdu.  Bu 
maliyyə bazarlarının və dünya ticarətinin möhkəmlənməsinə təhlükə yaradır.  
ABŞ-ın  FES-nin  fonunda  baş  verən  bütün  bu  hadisələr  faiz  dərəcəsini  qaldırır. 
Əgər  faiz  dərəcələri  qalxmağa  davam  edərsə,  bu  dolların  bahalaşmasına  və  onun 
fonunda digər  valyutaların düşməsinə səbəb olacaq. Hələki Çin  və ABŞ  hökumətləri 
öz  hərəkətlərində  qeyri-müəyyənliyi  saxlayırlar.  Bazarda  fırtına  öncəsi  sakitlikdir. 
Fırtına  baş  verərsə,  onun  bulnıq  sularında  qazanacaq  treyderlər  olacaq,  ümumilikdə 
isə vəziyyət qeyri-sabit olur və yeni tənəzzül hər an baş verə bilər. 
Qlobal  iqtisadiyyat  böhrandan  çıxa  bilmir.  İnkişaf  etmiş  ölkələrin  iqtisadiyyatı 
staqnasiya  yaşayır,  valyutaların  çoxu  güclü  devalvasıya  edir.  Çin  iqtisadiyyatı  qeyd 
olunduğu kimi yavaşıyır. İxrac və idxal aşağı düşür və fond bazarında köpüklər şişir. 
Aİ bütünlükdə tənəzzül  vəziyyətindədir  və iqtisadiyyatın artımı çox zəif sürətlə 
baş  verir.  Üstəlikdə  Avropa  liderləri  Yunanıstan  probleminə  bir  çarə  tapa  bilmirlər. 
Bu azmış kimi indisə minlərlə qeyri-qanuni miqrantlarla məşğul olmalıdırlar.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə