Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə31/34
tarix27.03.2018
ölçüsü5,01 Kb.
#35172
1   ...   26   27   28   29   30   31   32   33   34

 
91
likvidliyin  yüksək  olması  idi.  Likvidliyin  şişirdilmiş  qiymətləndirilməsi  bazar 
köpüklərinin  formalaşmasına  təkan  verdi.  Strukturlaşdırılmış  istiqrazlar  kimi  yeni 
törəmələrin “örtülməsi” üçün fond bazarlarının kapitallaşması böyüdü. 
Müasir  böhran  ABŞ  iqtisadiyyatında  hökm  sürən  ziddiyətlərin  nəticəsidir. 
Bununla belə ABŞ dünya iqtisadiyyatının lideri olaraq qalır və dolların dünya valyuta 
sistemində yeri son illərdə demək olar dəyişməyib. Buna əsaslanıb onu demək olar ki, 
dolların  dünya  iqtisadiyyatında  ehtiyat  valyuta  kimi  əsas  rol  oynamasını  nəzərə 
almaqla dünya maliyyə sistemində dəyişikliklər etmək lazımdır. 
Dünya  iqtisadiyyatının  qloballaşması  ölkələrin  qeyri-bərabər  inkişafı  arasındakı 
fərqi daha da böyüdür. İnkişaf etmiş ölkələrin daha da inkişaf etməsinə, əksinə olaraq isə 
inkişaf  etməkdə  olan  ölkələrin  sürətinin  inkişaf  etmiş  ölkələrə  çatmayaraq  dahada 
geriləməsinə səbəb olur.  
Dissertasiya  işində  böhranın  iki  mərhələsini  fərqləndirmişik.  2008-ci  ildə 
başlayan  birinci  mərhələsi  böyük  maliyyə  itkiləri  ilə  yadda  qaldı.  Çoxlu  sayda 
banklar  və  kredit  şirkətlərinin,  sığorta  şirkətlərinin,  müəssisə  və  fabriklərin  iflas 
etməsi  ilə  nəticələnmişdir.  Demək  olar  bütün  dünya  ölkələrində  iqtisadi  artım  sürəti 
yavaşıdı  və  xarici  ticarət  də  zəiflədi.  Böhranın  ilkin  əlamətlərini  hiss  edən  bütün 
inkişaf etmiş dövlətlər antiböhran tədbirlərinə başladılar.  
Böhranın  birinci  dalğası  ölkələrin  qeyri-bərabər  inkişafına  səbəb  olan  amilləri 
dərinləşdirdi:  
- Çoxsaylı etnik münaqişələrə səbəb oldu .  
-  Siniflərarası  təbəqələşmənin  dərinləşməsinə  səbəb  oldu.  İşsiz  və  yoxsulların 
sayı artdı . 
- Mülkiyyət. Sərfəli ipoteka kreditləri əmlak artımını stimullaşdırdı  və nəticədə 
potensial borcların sayını artdı.  
- Fond bazarında kiçik köpüklərin əsassız şəkildə şişirdilməsi baş verdi.  
- Enerji sektorunda artan böhran ölkələr arasında qeyri-bərabərliyə səbəb oldu.  
-  Bir  çox  ölkələrdə  əhalinin  kütləvi  yoxsullaşması  yeni  texnologiyaların  tətbiqi 
imkanını aşağı salır və nəticədə istehsalın həcminin aşağı düşməsinə səbəb oldu. 


 
92
Böhran dünya ölkələrinə ümumi antiböhran mexanizmini yaratmağın vacibliyini 
göstərdi  və  bunun  nəticəsində  G20  ölkələrinin  sammiti  oldu  və  bəyannamə  qəbul 
edildi.  
İnkişaf  etmiş  ölkələrdə  həyata  keçirilən  antiböhran  tənzimləmələrinə 
baxmayaraq dünya iqtisadiyyatında sadəcə müvəqqəti sabitliyə nail olunmuşdu. Artıq 
2011-ci ildən isə inkişaf etmiş ölkələrdə yenidən ümumi borc böhranı hiss olunmağa 
başlandı.  Avrozonada  borc  böhranının  baş  verməsi  bunu  sübüt  edir.  Bununla  da 
böhranın  “ikinci  dalğa”sı  başladı.  İkinci  dalğa  dünya  ölkələrinin  qeyri-bərabər 
inkişafını daha da artırdı. Bundan başqa bu mərhələdə də kütləvi müflisləşmələr oldu, 
işsizlərin  sayı  durmadan  artırdı,  əhalinin  sosial-iqtisadi  vəziyyəti  olduqca 
gərginləşmişdir.  Böhranın  bu  qədər  uzunmüddət  davam  etməsi  həm  inkişaf  etmiş, 
həm  də  inkişafda  olan  ölkələrin  iqtisadiyyatları  arasında  uçurumu  daha  da 
dərinləşdirdi.  Birinci  dalğadan  sadəcə  silkələnən  inkişaf  etməkdə  olan  ölkələrin 
iqtisadiyyatı ikinci dalğanın təsiri ilə yerlə yeksan oldu. 
Böhranın nəticələrini ümumi səkildə aşağıdakı kimi qiymətləndirmək olar: 
- Həm inkişaf etmiş , həm də inkişafda olan ölkələrin  iqtisadi artımı zəifləmişdi; 
-  İstehlakın  zəifləməsi  baş  vermişdir,  yəni  tələbin  aşağı  düşməsi  ilə  istehsal  və 
bölgü sferaları zəifləmişdir; 
- İstehsal sektorunun zəifləməsi çoxlu sayda müəssisə və şirkətlərin zəifləməsinə 
və hətta müflisləşməsinə səbəb oldu; 
-  Şirkətlərin  zəifləməsi  və  bağlanması  ilə  işçilərin  ixtisarı  oldu,  işsizlərin  sayı 
artdı; 
-  Maliyyə  sektorunda  zəruri  islahatların  aparılmaması  maliyyə  əməliyyatları 
iştirakçılarının  fəaliyyətinin  və  əməliyyatlarının  qeyri-şəffaf  qalmasına,  bu  da  öz 
növbəsində bərpaya mane olan likvidliyin azalmasına səbəb olmuşdur; 
- Dünyada neft məhsullarına tələbat sürətlə aşağı enmişdir və xammalın qiyməti 
də aşağı düşmüşdür ki, bu da neft ölkələri üçün çətinliklər yaratmışdır; 
-  Qlobal  ticarət  zəifləmişdir  və  bu  tendensiya  bir  çox  sənaye  sahələrini  əhatə 
etmişdir. 


 
93
Maraqlıdır ki, böhranın mənfi təsirləri ilə bərabər müsbət təsirləri də vardır: 
- Daha dayanıqlı iqtisadi model yaranması ilə nəticələnə bilər; 
-  İş  yerini  itirmək  qorxusu  işçilərin  öz  işinə  məsuliyyətini  artırır,  həmçinin 
gəlirlərini daha səmərəli tənzimləyirlər; 
-  Yeni  sənaye  və  istehsal  sahələrinin  yaranması  yeni  iqtisadi-siyasi  alətlərin 
ortaya çıxması üçün zəmin yaranır; 
- Neft ehtiyatları tükənmək üzrədir və onun bərpası daha çox vəsait tələb edəcək 
və  bu  səbəbdən  alternativ  enerji  mənbələri  ticarət  baxımından  daha  əlverişli  və 
rəqabət qabiliyyətli olacaq; 
-  Rusiya  kimi  OPEK-ə  qeyri-üzv  ölkələr  bu  təşkilata  qoşularaq  vahid  enerji 
siyasəti aparmağa məcbur olacaqlar; 
- Əlavə ehtiyatlar kəşf ediləcək və s. 
Cari  böhran  qlobal  maliyyə  sistemində  böyük  bir  çevrilişə  ehtiyac  olmasını 
nümayiş etdirir. Bundan əlavə cari qlobal maliyyə-iqtisadi böhranının təhlilindən belə 
nəticə  çıxartmaq  olur  ki,  böhranın  inkişafını  ayrı-ayrı  göstəricilər  əsnasında  deyil, 
onların  birgə  -  bir-biri  ilə  qarşılıqlı  əlaqəsi  formasında  baxmaq  lazımdır.  Belə  ki, 
makroiqtisadi  və  mikroiqtisadi  amillər  maliyyə  bazarında  maliyyə  sabitliyi 
konsepsiyası əsasında birlikdə nəzərə alınmalıdır. 
Müasir  dövrdə  beynəlxalq  maliyyə  sisteminin  bütün  iştirakçıları  üçün  daha 
aydın qaydalar lazımdır. Bu günkü mərhələdə maliyyə proseslərini idarə etmək üçün 
tamamilə  yeni  yanaşmalar  yaradılmalıdır  və  maarifləndirmələr  aparılmalıdır.  Buna 
əsasən  qlobal  maliyyə  münasibətlərinin  tənzimlənməsi  probleminin  iki  həll  yolunu 
göstərmək  olar:  1).  Maliyyə  prosesində  sabitliyi  təmin  edən  beynəlxalq  prinsiplərin, 
standartların  və  qlobal  alətlərin  hazırlanması.  2).  Qlobal  rəqabəti  idarə  edən 
ixtisaslaşdırılmış  beynəlxalq  qurumun  yaradılması,  tədricən  əsas  beynəlxalq  iqtisadi 
əməliyyatları idarə edən beynəlxalq institutun yaradılması. 
Yuxarıda  göstərilən  təkliflərdən  başqa  böhranın  aradan  qaldırılması  üçün  həm 
inkişaf  etmiş  ,  həmdə  inkişafda  olan  ölkələrin  aşağıdakı  tədbirləri  həyata  keçirməsi 
lazımdır: 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə