Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə19/34
tarix27.03.2018
ölçüsü5,01 Kb.
#35172
1   ...   15   16   17   18   19   20   21   22   ...   34

 
55
banklar, müflis olduqda iqtisadiyyatda etimadsızlıq mühiti yaradar və böhran daha da 
dərinləşə  bilərdilər.  Buna  görədə  bəzi  bu  cür  banklar  dövlət  tərəfindən 
milliləşdirilirdi.  Məsələn  29  sentyabrda  Böyük  Britaniya  biznes  ipotekaları  bankı 
Bradford  &  Bingley  Bankına  maliyyə  böhranı  dövriyyəsində  investorların  və 
kreditorların inamını möhkəmləndirməsi üçün onu milliləşdirmək qərarına gəldi. 
Fikrimizcə  böhrana  qarşı  ilkin  tədbir  2008-ci  ilin  4  oktyabrında  Avropa 
ölkələrinin  də  iştirak  etdiyi  G8-in  görüşü  oldu.  Görüş  nəticəsində  bəyannamə  qəbul 
edildi. Bəyannamədə əsas müddəalar əks olunmuşdur. Xüsusilə qeyd etmək lazımdır 
ki,  bütün  sənədləridə  dünya  maliyyə  bazarında  əsas  rolu  Avropa  oynamalı  olduğu 
qeyd olunub. 
2009-cu  ilin  yazında  Brüsseldə  belə  bir  qərara  gəlindi  ki,  bütünlükdə  Avropa 
üçün  böhrandan  çıxmaq  üçün  ümumi  plan  hazırlansın.  Bütün  bunlar  üçün  5  mlrd. 
Avro ayrılması planlaşdırılmışdı. 
Məlum  olduğu  kimi,  Londonda  keçirilmiş  G20-liyin  görüşü  nəticəsində  ölkə 
liderləri  böhrana  qarşı  mübarizənin  6  əsas  istiqamətini  müəyyən  etmiş  və  1,5  il 
ərzində  5  trilyon  dollar  həcmində  vəsaitin  ayrılması  barədə  razılığa  gəlmişdilər. 
Antiböhran istiqamətləri kimi aşağıdakılar nəzərdə tutulmuşdur: 
1. BVF ehtiyatlarının çoxaldılması və böhrandan ən çox əziyyət çəkmiş ölkələrə 
yardım  edilməsi;  2.  “Vergi  oazislərə”  qarşı  mübarizə;  3.  Müflis  olmuş  müəssisə  və 
təşkilatların  və  bankların  rəhbərliyinə  bonus  ödəmələrinin  tənzimlənməsi;  4.  Ölkələr 
səviyyəsində 
stimullaşdırıcı 
tədbirlər; 
5. 
Maliyyə 
bazarları 
nəzarətinin 
gücləndirilməsi; 6. Milli iqtisadiyyatların sabitliyinin təmin edilməsi.  
Ayrılmış  5 trilyon dollardan 1,1 trilyon dollarının (təqribən beşdə biri)  BVF  və 
digər  maliyyə  institutlarına  verilməsi  nəzərdə  tutuldu.  BVF-ə  ayrılmış  1,1  trilyon 
dollardan  750  milyard  dollarının  kreditləşmə  prosesinin  bərpasına,  iqtisadi  artımın 
təmin  edilməsinə  və  yeni  iş  yerlərin  açılmasına,  o  cümlədən  250  milyard  dolların 
ölkələrin  tədiyyə  balanslarının  tənzimlənməsinə  yönəldilməsi  nəzərdə  tutuldu. 
Böhrana  qarşı  tədbirlərin  görülməsi  və  vəsaitlərin  ayrılması    tezliklə  dünya 
iqtisadiyyatıında artıma nail olmağı  hədəfləyirdi. 


 
56
Elmi  ədəbiyyatlarda  inkişaf  etmiş  ölkələr  üçün  böhrandan  çıxış  yolları 
axtarılmışdır.  Kasıb  ölkələrə  böhranın  təsiri  BVF,  BMT  (Birləşmiş  Millətlər 
Təşkilatı) və digər beynəlxalq institutlar  tərəfindən araşdırılmışdır. Orta gəlirli , yəni 
inkişaf etməkdə olan və keçid iqtisadiyyatlı dövlətlərə böhranın təsiri daha az tədqiq 
olunmuşdur.  Müəyyən  dövrdə  belə  fikir  formalaşmışdı  ki,  böhran  həmin  ölkələrə 
təsir etməmişdir. Lakin təcrübə bunun əksini göstərdi.  
ABŞ  və  digər  inkişaf  etmiş  ölkələr  inkişaf  etməkdə  olan  ölkələrə  maliyyə 
bazarlarına  nəzarəti  artırmağı  və  tənzimləmələri  gücləndirməyi    və  iqtisadi  artımı 
bərpa  etmək  üçün  büdcə  kəsrinin  və  artan  borc  problemini  həll  etməyi  məsləhət 
görür.  Aşağı  gəlirli  ölkələr  öz  növbəsində  təhsil,  səhiyyə,  xarici  bazarlara  nüfuz 
etmək  üçün  zəruri  infrastrukturun  inkişafına  investisiya  qoyuluşunu  artırmalıdır. 
Bundan əlavə o yalnız öz gücünə arxalanmalıdır. Çünki aşağı artım tempi ilə  inkişaf 
eən donor ölkələr həmin ölkələrə kömək olmayacaq. 
İnkişaf  etməkdə  olan  ölkələrə  maliyyə  böhranının  təsiri  birmənalı  deyildir. 
Bununla əlaqədar olaraq bu qrup ölkələr dünya iqtisadi təşkilatları ilə qarşılıqlı olaraq 
inkişaf  etmiş  ölkələrdə  istifadə  olunan  tədbirlərin  çatışmayan  cəhətlərini  nəzərə 
alaraq tədbirlər hazırlamalı, inkişaf etməkdə olan ölkələrin maliyyə sisteminə nəzarət 
və idarə edən metodları müəyyən etməlidir. 
Əgər  böhran  zamanı  aparıcı  mərkəzi  banklar,  xüsusilə  FES  böhran  zamanı 
yaranmış yüksək tələbi ödəyə bilməsəydi, böhran daha dərin ola bilərdi və defilyasiya 
spiralı  baş  verərdi.  1930-cu  illər  Böyük  Depressiya  təcrübəsini  xatırlayaraq  FES  və 
onun  ardınca  digər  mərkəzi  banklar  valyuta  ehtiyatlarının  artırılması  istiqamətində 
tədbirlər gördülər. 
Periferiya  ölkələri  mərkəzə  aid  deyillər  və  onların  böhranla  mübarizə  üsulu 
“mərkəz”  dövlətlərinkindən  fərqlənir.  Periferiya  dövlətlərinin  bankları  FES  və  onun 
kimi  bankların  həyata  keçirdiyi  tədbiri  təkrarlamamalıdırlar.  Bu  onlar  üçün  yaxşı 
nəticələnməz. 
Bunu 
Qazaxıstan, 
Türkiyə, 
Rusiya, 
Ukrayna, 
Ruminyanın 
təcrübəsindən  görmək  olar.  İqtisadiyyatı  pulla  doldurmaq  milli  valyutanın  dəyərini 
aşağı saldı və böhranın daha da dərinləşdirdi. 


 
57
Aparılan  anti-böhran  tədbirlərinə  baxmayaraq  dünya  maliyyə  böhranının 
başlanmasından  bir  müddət  sonra  iqtisadi  böhran  partlayışı  oldu.  Ölkələrin  çoxu 
iqtisadiyyatdakı  vacib  dəyişiliklərdən  sonra  hələ  də  özünə  gələ  bilməmişdir. 
Hökumətlər  anladı  ki,  öz  ölkələrində  iqtisadiyyata  müdaxiləsi  həyata  keçirilməlidir. 
Belə  ki,  böhranın  nəticəsi  dağıdıcı  oldu.  Böyük  Depressiyanın  təkrarlanmasına  yol 
vermək olmazdı. 
 
 
 
2.3. Qlobal maliyyə-iqtisadi böhranının “ikinci dalğası” və dünya ölkələrinin 
qeyri-bərabər inkişafının dərinləşməsi 
2009-2010-cu illərdə böhranın kəskin vəziyyətini ölkələrin üzərindən qaldırmaq 
nisbətən  mümkün  olmuşdu.  Lakin  bu  hamıya  aid  deyildi.  Aparılan  antiböhran 
tədbirlərinə  baxmayaraq  böhranın  “qara  kölgəsi”  dünya  iqtisadiyyatının  üzərindən 
tam çəkilməmişdir.  
Böhranın  davam  etmə  müddəti  haqqında  da  müxtəlif  mülahizələr  dolaşırdı. 
2008-2009-cu  illərdə  iqtisadiyyatın  və  siyasətlərin  əksəriyyəti  böhranın  bitəcəyini 
proqnozlaşdırırdı.  Lakin  bəziləri  isə  böhranın  uzun  müddətli  xarakterli  oluğunu 
deyirdilər.  İqtisad  elmləri  doktoru  G.Çaqolov  fikirləri  3  əsas  qrupa  böldü:  1. 
Böhrandan  sonra  sürətli  bərpa;  2.  Böhranın  ikinci  dalğasının  baş  verməsi;  3.  Qlobal 
iqtisadiyyatın durğun vəziyyətinin qorunması. [105] 
Zamanla  daha  çox  iqtisadiyyatçılar  böhranın  uzun  təbiəti  haqqında  danışmağa 
başladı.  Xüsusilə  qeyd  edirdilər  ki,  böhranın  bitməsinə  hələ  çox  var  və  böhran  hələ 
daha  da  inkişaf  edəcək.  BVF-nın  baş  iqtisadçısı  Olivyer  Blanşard  2008-ci  ildə 
başlanan  iqtisadi böhranın təsirlərindən canını qurtarmaq  üçün dünya  iqtisadiyyatına 
hələ minimum 10 il lazım olduğunu fikirləşir. [106] 
Nüfuzlu Çinli alim Li Şenmin qeyd edirdi ki, “Dünya iqtisadiyyatı uzun tənəzzül 
zolağına  daxil  olmuşdur.  Qlobal  yayılan  neoliberalizm  dalğası  dünya  iqtisadiyyatını 
çıxılmaz  nöqtəyə  aparır.  Kasıb  əhali  dünyada  daha  da  artır  və  artmaqda  davam 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə