Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə16/34
tarix27.03.2018
ölçüsü5,01 Kb.
#35172
1   ...   12   13   14   15   16   17   18   19   ...   34

 
46
2008-ci  il  oktyabr-noyabr  aylarında  iqtisadiyyatın  real  sektoruna  təsir  göstərdi. 
[52,səh.14] Belə ki, sənaye istehsalı kəskin azaldı, işçilərin ixtisarının birinci dalğası 
başladı.  9  oktyabr  2008-ci  ildə  Rusiya  hökuməti  ilk  dəfə  xalqa  “böhrana  giriş 
edildi”yi  barədə  xəbər  verdi.  2008-ci  il  12  dekabrında    Rusiya  İqtisadi  İnkişaf 
Nazirinin  müavini  Andrey  Klepaç  Rusiya  iqtisadiyyatının  2008-ci  ilin  IV  rübündə 
durğunluq yaşadığını etiraf edib.[99] 
Rusiyada  zəif  inkişaf  etmiş  maliyyə  sistemi,  əlverişsiz  investisiya  şəraitində 
olduğu kimi , pulların artıqlığı istehlak bumu və  maliyyə şıltaqlığının formalşmasına 
gətirib  çıxardı.  İnkişafın  qabağını,  həmçinin,  kredit  resurslarının  o  qədərdə  əlçatan 
olmaması alırdı. [60, səh.62-69] 
Hökumətin  rus  rublunun  məzənnəsinin  düşməsinin  qarşısını  almaq  cəhdləri 
Rusiya  Federasiyasının  qızıl-valyuta  ehtiyatlarının  ¼  itirməsinə  səbəb  oldu.  2008-ci 
ilin  noyabrın  sonlarında  maliyyə  orqanları  rublun  “yumşaq  devalvasiyasi”  siyasətini 
keçirməyə  başladı.  “Nezavisimoy  qazeta”  qəzetində  dərc  olunmuş  məqalədə  qeyd 
edilir ki, bu siyasət 2008-ci ilin dekabrında sənayedə geriləməyə səbəb oldu.[100] 
Dünya  Bankının  2010-cu  il  hesabatına  görə  böhranın  əvvəllərində  Rusiyanın 
itkiləri  gözləniləndən  az  oldu.  Dünya  Bankının  fikrinə  görə  bu  qismən  Rusiya 
hökumətinin həyat keçirdiyi anti-böhran tədbirləri ilə bağlıdır.[101] 
Ukrayna  böhrandan  ən  çox  təsirlənən  ölkələrdən  biri  olmuşdur.  Böhranın 
əvvəllərində  Ukraynanın  iqtisadiyyatı  götürülmüş  kreditlər  hesabına  inkişaf  edirdi.  
Qərbdə  ucuz  kredit  verən  mənbələrin  itirilməsi  bank  sisteminin  iflas  həddinə 
gəlməsinə  səbəb  oldu.  Ölkədən  ixrac  olunan  malların  qiymətinin  aşağı  düşməsi  baş 
verdi.  Qara  metallar,  mineral  yanacaqlar,  neft  və  neft  məhsulları,  maşın  və 
avadanlıqlar  kimi  məhsullara  tələb  düşdüyünə  görə  qiymətlər  endi.  Ukrayna 
iqtisadiyyatının  bu  cür  güclü  tənəzzülə  uğramasının  səbəbi  səmərəsiz  və  rəqabət 
qabiliyyəti  zəif  olan  iqtisadiyyat,  iri  xarici  borclar,  səmərəsiz  idarəetmə,  bank 
sisteminin zəifliyi idi. 
2007-ci ilə kimi Çin iqtisadiyyatı ardıcıl olaraq ÜDM-i 10% artırdı. 2007-ci ildə 
son 13 ildə Çin iqtisadiyyatının inkişaf tempi özünün ən yüksək səviyyəsinə çatdı və 


 
47
ÜDM  11.4%  artdı.  Lakin  2007-ci  ilin  son  aylarında  ÜDM-də  azalmalar  müşahidə 
olunmağa  başladı.  İqtisadçıların  fikrinə  görə  bu  ABŞ-ın  avqust  ayında  “subprime” 
böhranı ilə əlaqədar olub və həcmi ilə iqtisadiyyatın ən böyük tənəzzül zolağı idi. 
2008-ci  ilin  ilk  III  rübü  ərzində  Çinin  valyuta  ehtiyatlarının  həcmi  təxminən  2 
trln  dollar  təşkil  edirdisə,  IV  rübündə  bu  ehtiyatların  azalması  başladı  və  1.9  trln 
dollar oldu. Çin  hökuməti kənd təsərrüfatını  və  infrastrukturunun  yenilənməsinə 586 
mlrd.  dollar  investisiya  qoyulması  planını  hazırladı.  Dünya  konyukturasının 
pisləşməsi  Çinin  sənayesinin  tələbi  azalmasına  gətirdi,  bu  da  öz  növbəsində 
metalurgiya  sənayesinin  məhsullarının  dünya  qiymətlərinin  enməsinə  səbəb  oldu.  7 
yanvar 2009-cu ildə Xinhua agentliyi Henri Paulson və Ben Bernankenin bəyanətına 
şərh  edərək  dünya  böhranında  ABŞ  hakimiyyətini  “nəzarət  şöbələrinin  səhlənkarlığı 
ilə həddindən artıq dolların enməsində”  günahlandırdı.[103] 
ÇXR  üçün  ən  çətin  dövr  2008-ci  ilin  noyabrı  oldu.  Göstəricilər  ən  aşağı  həddi 
2009-cu ilin I rübündə müşahidə olundu. Çin ÜDM-i cəmi 6.1% artdı. 2009-cu ilin I 
rübündə ixracın həcmi 30.9%-ə qədər ixtisar olundu.  
Çinin  ali  lideri  Hu  Jentao  qeyd  etmişdir  ki,  2010-cu  il  ərzində  biz  iqtisadi 
böhranın 
zərbələrinin 
təsirindən 
daha 
da 
inkişaf 
edərək 
uğurlarımızı 
möhkəmləndirdik və artırdıq.[104] 
Böhran  ərəfəsində  dünyada  iqtisadi  artımın  aşağı  düşməsi  inkişaf  etməkdə  olan 
ölkələrin,  xüsusilə  də  “iqtisadi  möcüzə”  gözlənən  ölkələrin  artım  perspektivləri 
haqqında  suallar  meydana  çıxardı.[66]  Qeyd  edək  ki,  BRİCS-ə  daxil  olan  ölkələr 
haqqında  fərziyyələrin  özü  buna  sövq  edirdi.  Onların  inkişafına  çoxlu  ümidlər 
bağlanmışdı.  Əvvəlcə  bazar  təsərrüfatı  formalaşan  ölkələrin  sürətli  inkişafı,  inkişaf 
etmiş  və  inkişaf  etməkdə  olan  ölkələr  arasında  yaxınlaşma  olacağı  fikrini 
formalaşdırdı, beləki iqtisadi siyasətdə daha az inkişaf etmiş ölkələr birmənalı şəkildə 
daha sürətlə inkişaf etməlidir.  
Beləliklə,  yuxarıda  deyilənlərdən  aydın  olur  ki,  qlobal  maliyyə-iqtisadi  böhranı 
bütün  dünya  ölkələrinə  həm  inkişaf,  həm  də  inkişaf  etməkdə  olan  ölkələrə  fərqli 
nisbətdə  təsir  etmişdir.  Böhranın  inkişaf  etmiş  ölkələrə  daha  erkən  təsir  etdi  və 


 
48
onların  iqtisadi  artımı  zəiflədi.  Böhranın  əvvəlində  onun  inkişaf  etməkdə  olan 
ölkələrə  təsiri  nisbətən  zəif  olmuşdu.  Bununda  səbəbi  ümumdünya  maliyyə 
münasibətlərinə  inkişaf  etməkdə  olan  ölkələrin  tam  inteqrasiya  etməməsi  idi.  Buna 
baxmayaraq  qlobal  maliyyə-böhranı  inkişaf  etmiş  və  etməkdə  olan  ölkələr  arasında 
uçurumu daha da dərinləşdirdi. 
 
 
 
2.2. Qlobal maliyyə-iqtisadi böhranının “birinci dalğası” və ona qarşı  
anti-böhran tədbirləri 
2007-ci ildə ABŞ-da başlayan böhran böyük sürətlə bütün dünya ölkələrinə yayıldı. 
Böhranın  “birinci  dalğası”nın  dünya  ölkələrinə  təsir  dərəcəsi  isə  həmin  ölkənin  və  ya 
ölkələr qrupunun milli iqtisadiyyatlarının dünya iqtisadiyyatına inteqrasiya dərəcəsindən 
aslı idi. Dünya iqtisadiyyatına daha çox inteqrasiya etmiş ölkələrə böhran daha tez təsir 
göstərdi. 
Qlobal maliyyə-iqtisadi böhranının beynəlxalq münasibətlər və dünya təsərrüfatı 
əlaqələri  üçün  bir  test  olduğunu  desək  şişirtmiş  olmarıq.  Qlobal  maliyyə-iqtisadi 
böhranı  kontekstində  beynəlxalq  müqavilələrin  fəaliyyətinin  səmərəliliyi  dünya 
təsərrüfatının  tənzimlənməsinə  bir-biri  ilə  qarşılıqlı  əlaqədə  olan  iki  nəzər  nöqtəsi 
kimi  baxmaq  olar.  Bu  halda  söhbət  böhranın  dünya  ictimaiyyətinin  mövcud 
problemin həllində birgə fəaliyyət göstərməsinə məcbur etməkdən gedir. Qeyd etmək 
lazımdır  ki,  bu  vaxta  kimi  baza  yanaşmaların  koordinasiyasının  əsas  mexanizmi  və 
böhrana  qarşı  konkret  mübarizəni  Avropa  İttifaqı  və  G7  müxtəlif  formatda  həyata 
keçirirdi. 
Qlobal  maliyyə  iqtisadi  böhranının  misilsizlik  xarakteri  genişmiqyaslı  və 
intensiv  antiböhran  tədbirlərini  həyata  keçirilməsini  ,  həmçinin,  milli  antiböhran 
siyasətlərinin  birləşməsini  tələb  edir.  Bu  funksiyanı  bu  gün  Beynəlxalq  Valyuta 
Fondu,  Dünya  Bankı  və  Avropa  Bankı  həyata  keçirə  bilir.  Bu  institutlara  bu  gün 
antiböhran  tədbirlərini  hazırlayan,  müxtəlif  ölkələri  maliyyələşdirə  bilən  və 
problemləri həll edə bilən bir vasitə kimi baxırlar. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə