Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə18/34
tarix27.03.2018
ölçüsü5,01 Kb.
#35172
1   ...   14   15   16   17   18   19   20   21   ...   34

 
52
maliyyə  institutlarının  yenidən  təşkil  olunması,  növbəti  12  ay  ərzində  ölkələrin 
protoksionist tədbirlər görməkdən çəkinməsi haqqında müddəalar öz əksini tapmışdı. 
[54] 
Rusiya  ilkin  antiböhran  tədbiri  kimi  istehsal  sektoruna  və  infrastrukturuna 
investisiya  qoyuluşunu  həyata  keçirdi.[42]  Amma  Rusiya  Federasiyanın  Baş  Naziri 
Baykal iqtisadi formunda çıxış edərək bu cür tədbirlərin arzulanan nəticə vermədiyini 
açıqladı.  Həmçinin,  o  qeyd  etdi  ki,  təqaüdləri  yaşayış  minimumundan  daha  yüksək 
etmək  lazımdır.  Çünki  təqaüdçülər  yığım  ilə  məşğul  olmurlar,  onlar  sadəcə  istehlak 
edirlər  və  xərcləyirlər.  Onların  isə  əsas  istehlak  etdikləri  yerli  məhsullardır.  Bunun 
ölkəyə 2 istiqamətdə xeyri var: 
1. məhsul dövriyyəsini artması;            2. yerli istehsalçılara dəstək. 
Rusiya  hökumətinin  və  Rusiya  Bankının  2008-2009-cu  illərdə  iqtisadiyyatın 
sağlamlaşdırılması üçün gördüyü antiböhran tədbirləri aşağıdakılardır: 
1. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi və yeni iş yerlərinin yaradılması. 
(İşsizlər  üçün  müavinətlər  1.5  dəfə,  təqaüdlər  30%  artırıldı.  ).  İşsizliklə  mübarizə 
üçün 43.7 mlrd. rubl xərcləndi və onunda əsas hissəsi kadr hazırlığı, yeni iş yerlərinin 
açılmasına və həmçinin, kiçik biznesin inkişafına sərf olundu. 
2.  Rus  sahibkarlarının  məhsullarına  olan  tələbi  stimullaşdırma  (Rusiyada  bütün 
səviyyələrdə  olan  dövlət  işçilərinə  ölkədə  istehsal  olunan  avtomobillərə  dövlət 
alışının böyüdülməsi).  
3. Biznesdə vergi yükünün azaldılması. (gəlir vergisi 24%-dən 20%-ə endirildi.) 
4. İdarəetmə strukturlarının biznesə təzyiqinin azaldılması.  
5. Milli maliyyə sisteminin möhkəmləndirilməsinin artırılması. (əsasən Mərkəzi 
Bankın resursları hesabına )  
6.  Nəzərə  alsaq  ki,  hər  bir  region  özünün  antiböhran  tədbirlərini  hazırlamışdı 
onların büdcələrini balanslaşdırmaq lazım gəldi. 
7.  3  illik  dövrdə  dövlət  kapitalının  həcmi  azaldılaraq  mənzil  problemlərinin 
həllinə yönəldildi. [77] 


 
53
Çin  də  böhranın  ilkin  əlamətlərini  hiss  edər  etməz  böhrana  qarşı  mübarizə 
tədbirlərini hazırladı. Çin antiböhran tədbirlərini 2009 və 2010-cu illər üçün hazırladı. 
Bunun  üçün  585  mlrd.  dollar  ayırdı.  Bu  pulun  104.6  mlrd  dolları  kənd  təsərrüfatına 
yardım  üçün  istifadə  olundu,  43  mlrd.  dolları  sosial  sığortaya  investisiya  edildi. 
Həmçinin 6.1 mlrd. dollardan çoxu işsizliyin azaldılmasına sərf olundu. 
Ölkənin  ixrac  tələbinin  böhran  nəticəsində  aşağı  düşməsi  hakimiyyətdən  daxili 
istehlak tələbini inkişaf etdirməyi tələb etdi. Bu məqsədlə çoxlu vasitələr təsis edildi. 
Xüsusilə avtomobil bazarı bu  fonda seçilirdi. O, inkişaf  istiqamətində böyük  uğurlar 
əldə  etdi.  Çinin  ikinci  həll  üsulu  infrastruktura  külli  miqdarda  vəsait  yatırmaq  idi. 
Antiböhran  tədbirlər  proqramı  çərçivəsində  tikinti  sektoru  görünməmiş  ölçülərdə 
böyüdü.  Çin  enerji  istehlakına  qənaət  edərək  də  ÜDM-i  artırdı.  Bu  da  antiböhran 
tədbirlərinin  dinamikasına  da  müsbət  təsir  göstərdi.  Adətən  ÜDM-in  artması  enerji 
istehlakının  artması  ilə  müşahidə  olunur.  Əgər  qısamüdddət  ərzində  biz  ÜDM-in 
artmasını  və  enerji  istehlakının  azalmasını  görürüksə,  deməli  iqtisadiyyatda  istehsal 
sektoru  müsbət    dəyişiliklərə  məruz  qalıb.  Belə  ki,  daha  az  enerji  sərf  edən 
texnologiyalar  ,  daha  az  enerji  istifadə  edən  sənaye  və  s.  meydana  gəlir.  Böhrandan 
çıxışın  üçüncü  yolu  isə  daxili  tələbin  stimullaşdırılması,  əmək  haqqının  artırılması 
idi. Çin hökumətinin planında təqaüdləri 2 il üçün 10% çoxaltmaq nəzərdə tutulurdu. 
Maliyyə böhranına Çin müstəvisindən baxanda Pekinin Vaşinqtonla müqayisədə 
özünün  iqtisadi  imkanlarına  daha  çox  inandığının  şahidi  oluruq.  Ona  görə  də  qlobal 
iqtisadi  böhrandan  xilas  olunmaqda  Çinin  böyük  rol  oynayacağı  Dünya  İqtisadi 
Forumunda  iştirak  edən  inkişaf  etməkdə  olan  dövlətlərin  bir  çoxu  tərəfindən  xüsusi 
qeyd edildi. Çin nə qədər öz iqtisadiyyatının dünya iqtisadiyyatı üzərində böyük təsir 
gücünə  malik  olduğundan  qürur  duysa  da,  Qərbin  yardım  çağırışlarına  cavab 
verməkdə bir o qədər də maraqlı görünmürdü. 
Müxtəlif  ölkələrdə  antiböhran  tədbirləri  ölkələrinin  xüsusiyyətləri  nəzərə 
alınmaqla müxtəlif formalarda həyata keçirilib.[41] Məsələn İslandiyada böhran bank 
sektoruna  ağır  zərbə  vurdu  və  ölkənin  əsas  3  bankı  iflasa  uğradı.  Buna  görə  də 
hökumət bu bankları milliləşdirərək dövlət bankına çevirməyə məcbur oldu. 


 
54
Çində  Rusiya  və  digər  dövlətlərdə  olduğu  kimi  aktivlərin  düşməsi  ilə  bağlı 
problemlər  yox  idi.  Banklar  öz  likvidliyini  qoruyurdu  və  əsas  antiböhran  tədbirləri 
istehsalın  stimullaşdırılması  və  məşğulluğunun  artırılması  idi.  Çində  ən  böyük 
təhlükə işsizliyin artması idi. Buna görə də antiböhran tədbirlərində hər şeydən əvvəl 
infrastruktur  sahələri  hesabına  yeni  iş  yerlərinin  açılması  üçün  yüksək  məbləğdə 
investisiya qoyuluşu etdi. 
Bəzi ölkələr tədbir planı kimi çətin vəziyyətdə olan banklara sərmayə nəql etdi. 
16  sentyabr  2008-ci  ildə  10  Amerika  və  Avropa  banklarından  ibarət  bank 
konsersiumu 70 mlrd. dollar həcmində ümumi fond yaradılmasına qərar verdilər. Bu 
fond  maliyyə  yardımı  üçün  nəzərdə  tutulmuşdu.  Elə  həmin  gün  Yaponiya  Bankı 
yapon maliyyə sistemi 2.5 trln. yien yerləşdirməsinə qərar verdi ki, bu bank sektoruna 
dəstək üçün ən böyük əməliyyat oldu. Çinin Mərkəzi Bankı 6 il ərzində 1-ci dəfə uçot 
dərəcəsini aşağı saldı ki, ölkənin iqtisadi artımına və sabitliyinə nail olunsun. 
18  sentyabrda  Kanada  Bankı,  İngiltərə  Bankı,  Avropa  Mərkəzi  Bankı,  ABŞ-ın 
Federal  Ehtiyat  Sistemi,  Yaponiya  Bankı,  İsveç  Mərkəzi  Bankı  maliyyə  böhranı  ilə 
bağlı  razılaşdırılmış  tədbirlər  elan  etdi.  Onlar  maliyyə  bazarını  qorumaq  üçün 
güclərini  birləşdirilməyə  qərar  verdilər.  FES  Avropa  Mərkəzi  Bankının 
maliyyələşdirilməsini  55  mlrd.  dollardan  110  mlrd.  dollara  qədər,  İsveçrə  Mərkəzi 
Bankının isə 15 mlrd. dollar artırdı. Bundan başqa FES, Yaponiya Bankı və İngiltərə 
Bankı  və  Kanada  Bankı  ilə  valyuta  əməliyyatlarının  keçirilməsi  ilə  bağlı  müqavilə 
bağladı.  Onlar  müqavilə  çərçivəsində  uyğun  olaraq  60  mlrd.  dollar,  40  mlrd.  dollar, 
10 mlrd. dollar pul alacaqdılar.  
Maliyyə  sisteminin  daraldığı  dövrdə  banklarda  pulu  olanlar  bunu  almağı 
fikirləşə bilərdilər. Banklardan çıxan pullar qızıl kimi bəzi malların satın alınmasında 
yaxud  nəğd  pul  olaraq  saxlanıldığı  vaxt,  bankların  nəğd  pul  problemi  də  dərinləşə 
bilər  və  adi  vəziyyətdə  olan  bankların  da  müflis  olmasına  gətirib  çıxara  bilərdi.  Bu 
səbəblə  bəzi  ölkələr  əmanətlərdəki  pullara  təminat  verməyə  yaxud  təminat  altında 
olan  pulun  miqdarını  artırmağa  üz  tutdular.  Digər  tərəfdən  iqtisadi  böhrandan 
təsirlənib,  çətinliklə  üzbəüz  olan,  lakin  yeni  sərmayə  nəql  edilməsilə  xilas  ola  bilən 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə