Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə15/34
tarix27.03.2018
ölçüsü5,01 Kb.
#35172
1   ...   11   12   13   14   15   16   17   18   ...   34

 
43
Cədvəl 2.1 
Müxtəlif ölkələrə qlobal maliyyə-iqtisadi böhranın təsir dərəcəsi 
Göstəricilər 
İnkaş etmiş 
ölkələr 
İnkişaf etməkdə 
olan ölkələr 
Keçid 
iqtisadiyyatlı 
ölkələr 
ÜDM-in 
dinamikası (il 
ərzində artımı, %) 
-5 

-10 
Pərakəndə əmtəə 
dövriyyəsi(il 
ərzində artımı, %) 
-5 

-10 
İnfilyasiya(il 
ərzində artım)% 
defilyasiya 

10 
İşsizlik, % 
10 


Fond bazarının 
aşağı enməsi(max, 
dəfə) 
2.5 


Canlanma və 
inkişaf mərhələsi 
2010-cu ilin II 
yarısı-2011-ci il 
2009-ci ilin II 
yarısı-2010-cu il 
2011-2012-ci illər 
Mənbə: Beynəlxalq Valyuta Fondunun məlumatları əsasında müəllif tərəfindən tərtib olunub. 
 
Bu cədvəldən göründüyü kimi böhran keçid iqtisadiyyatına malik ölkələr MDB, 
Baltikyanı  və  Şərqi  Avropa  ölkələrinə  daha  çox  təsir  etmişdir.(Cədvəl  2.1)  Əlbəttə 
böhranın burada ayrı-ayrı dövlətlərə təsiri fərqlidir. İstehsalın daha çox aşağı düşməsi 
Ukrayna  və  Litvada  baş  verdi.  ÜDM  15-20%  aşağı  düşdü,  bu  zaman  Qazaxıstanda 
ÜDM  sadəcə  2%  aşağı  enmişdi.  Transformasiya  ölkələri  olan  Rusiya  və  Ukraynada 
daha  yüksək  infilyasiya  müşahidə  olunmuşdu,  belə  ki,  10-15%,  real  gəlirlərin  və 
əmtəə  dövriyyəsində  böyük  ixtisar  baş  vermişdi.  İşsizliyə  gəldikdə  isə  cədvəldən 
göründüyü  kimi  keçid  iqtisadiyyatına  malik  ölkələrdə  daha  az  olmuşdu.(Cədvəl.2.1) 
Lakin  bu  göstərici  inkişaf  etmiş  ölkələrdə  daha  yüksək  idi.  Bu  inkişaf  etməkdə  olan 
ölkələrin  böhran  ərəfəsində  işsizliyin  azaldılması  ilə  əlaqədar  apardığı  siyasətlə 
əlaqədar idi. 
İnkişaf  etməkdə  olan  ölkələrin  maliyyə  sistemində  xarici  kapitalın  çoxluğu 
böhranın  təsirinin  bu  ölkələrdə  daha  kəskin  hiss  olunmasına  səbəb  oldu.  Böhranın 
başlaması  ölkələrdən  xarici  kapitalın  axını  baş  verdi.  Rusiyanın  fond  bazarında 


 
44
“uçqun”  baş  verdi-  5  dəfəyə  qədər  geriləmə  oldu,  halbuki  böhrandan  əvvəl  ölkənin 
fond bazarı dünyada 8-ci yerdə dururdu və 1.5 trln. dollar təşkil edirdi.  
Öz  növbəsində  inkişaf  etməkdə  olan  ölkələrdə  iqtisadi  inkişaf  daha  yüksək  idi. 
Bunu onların iqtisadi göstəriciləri də sübut edir.  Beləliklə böhranın birinci dalğasının 
təsiri bu ölkələrdə nisbətən aşağı olmuşdur.  
Bu  qrafikdən  aydın  olur  ki  işsizlik  böhranın  birinci  dalğası  ərəfəsində  inkişaf 
etmiş ölkələrdə inkişaf etməkdə olan ölkələrə nisbətən daha yüksək olmuşdur. İnkişaf 
etməkdə  olan  ölkələrdə  işsizlik  göstəricisi  sabitliyini  qorumuş,  həttə  bəzi  ölkələrdə 
azalma tendensiyası müşahidə olunmuşdur.(Qrafik.2.1) 
Qrafik.2.1 
İşsizlik, % 
İşsizlik,%
7,5
3,9
4
6,9
6,1
7,3
5,8
7,5
4
4
6,9
6,4
6,6
9,8
9,7
5,3
4,3
9,9
7,6
6,4
4,7
0
2
4
6
8
10
12
ABŞ
Avrozona
Yaponiya
Çin
Ukrayna
Rusiya
Qazaxıstan
2007
2008
2009
 
Mənbə: Sberbankın Makroiqtisadi Tədqiqatlar Mərkəzinin məlumatları əsasında tərtib olunub 
 
Keçmiş 
SSRİ 
ölkələrində 
maliyyə 
böhranı 
Qazaxıstanda 
2007-
2009,Gürcüstanda  2008-2010,  Latviyada  2008-2010,  Estoniyada  2008-2010-cu 
illərdə baş vermişdir.[49, səh.385] 
Son illər dünya iqtisadiyyatına fəal inteqrasiya siyasəti yürüdən MDB dövlətləri 
də  qlobal-maliyyə  iqtisadi  böhranının  təsirindən  kənarda  qalmadılar.  MDB 
ölkələrində böhranın təsirini gücləndirən amillər vardı ki, bunlar aşağıdakılardır: milli 
valyuta  sisteminin  kifayət  qədər  inkişaf  etməməsi,  idxal  olunan  mallardan  asılılıq, 
əsasən ölkə gəlirin yanacaq-xammal yönümlü məhsulların ixracından və qiymətindən 


 
45
asılılığı,  bəzi  region  ölkələrində  siyasi  böhranlar  və  qeyri  sabitlik  və  s.  Bu  böhranın 
MDB  ölkələrinin  iqtisadiyyatlarına  qarşı  əhəmiyyətli  dərəcədə  təsir  kanallarına 
malikdir. Bu kanallar əsasən xarici ticarət və kapitalın beynəlxalq hərəkətidir. 
Postsovet ölkələrinin  iqtisadiyyatının  xüsusiyyətlərinə görə böhranın təsirinə  ilə 
ilk  növbədə  gənc  müstəqil  dövlətlərin  bank  sistemləri  məruz  qaldı.  Ümumiyyətlə 
postsovet  məkanının bir çox  dövlətlərin  maliyyə böhranına  hazır olmadıqları  məlum 
oldu.  
MDB-nin  Azərbaycan  Respublikası  istisna  olmaqla  bütün  dövlətləri  milli 
valyutalarını devalvasiya etdilər. Əksər ölkələr devalvasiyanı böhranın başlanğıcında 
elədilər.  Məsələn,  Ukrayna,  Moldova,  Özbəkistan,  Qırğızıstan.  Bəziləri  isə  daha 
sonraya  saxladılar.  Məsələn,  Qazaxıstan,  Türkmənistan,  Belarusiya.  MDB 
ölkələrindən  yalnız  Azərbaycan  dollara  qarşı  öz  valyutasının  məzənnəsini  möhkəm 
saxlaya bildi. 
Qazaxıstan  maliyyə-iqtisadi  böhranını  yaşayan  ilkin  inkişaf  etməkdə  olan 
dövlətlərdən  olmuşdur.  2009-cu  ilin  fevralında  milli  valyutası-təngəni  devalvasiya 
etdi,  baxmayaraq  ki,  2008-ci  ilin  oktyabrından  təngənin  məzənnəsini  sabit  saxlamaq 
üçün 6mlrd. dollar valyuta ehtiyatları sərf etmişdi. 
2010-cu  ildə bəzi ölkələr büdcə balansının  müsbət saldosuna nail olsa da, əksər 
ölkələrdə büdcənin vəziyyəti gərgin olaraq qalır. 
Rusiya  dayanıqlı  iqtisadiyyata,  profisitli  büdcəyə  malik  olmasına  baxmayaraq 
qlobal  maliyyə  böhranın  zərbələrinə  tab  gətirməyib  zəiflədi.  Dünya  Bankının 
məlumatlarına  görə  2008-ci  il  böhranı  Rusiya  üçün  həddindən  artıq  borclanan  özəl 
sektordan  başladı.[97]  Bir  il    olardı  ki,  böhranın  başlanmasına  baxmayaraq  Rusiya 
iqtisadiyyatı praktiki olaraq onu hiss etmirdi. Rusiyada başlanan böhranın ilk əlaməti 
2008-ci  ilin  martında  fond  bazarında  qiymətlərin  aşağı  düşməsi  oldu,  hansiki  bəzi 
ekspertlərin  ehtimalına  görə  iyulun  sonunda  katirovkaların  dağılması  ilə  davam 
edəcəkdi. Onun ardınca likvidliyin defisiti baş verdi. [40] 
Rusiya  banklarının  likvidliyindəki  böhran  birja  indeksi  RTS  və  MİCEX 
indekslərin birdən-birə düşməsi, idxal olunmuş məhsulların qiymətinin aşağı düşməsi 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə