Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə14/34
tarix27.03.2018
ölçüsü5,01 Kb.
#35172
1   ...   10   11   12   13   14   15   16   17   ...   34

 
40
idilər.  Bununlada  Yunanıstana  edilən  köməyin  həcmi  159  mlrd  Avroya  çatırdı. 
Nəticədə Yunanıstan  iqtisadiyyatı böhran  nəticəsində  külli  miqdarda borca düşdü  və 
1 iyun 2015-ci ildə defolta uğradı. 
Maliyyə  iqtisadi böhranı İspaniyada 2008-ci  il qlobal iqtisadi böhranın təsiri  ilə 
yarandı,  Avropa  böhranının  təsiri  ilə  gücləndi  və  nəhayət  yerli  hüquqi,  maliyyə-
iqtisadi və sosial reallıqların təsiri altında spesifik xüsusiyyətlər əldə etdi.[79] 
İspaniya  Avropa  İttifaqının  böyük  ölkələrindən  olduğu  üçün  onun  iqtisadi 
vəziyyəti  beynəlxalq  izləyicilər  üçün  böyük  əhəmiyyət  kəsb  edir.  Buna  görə  də 
İspaniya  ABŞ,  BVF  və  Aİ-nın  digər  ölkələri  və  Avropa  komisiyasının  təzyiqinə 
məruz  qalırdı.  İspaniyanın  dövlət  borcu  2010-cu  ildə  820  mlrd.  dollar  təşkil  edirdi. 
Bu  az  qala  Yunanıstan,  Portuqaliya  və  İrlandiya  kimi  ölkələrin  borcuna  bərabər  idi. 
İspaniya  hökuməti  ümid  edirdi  ki,  kəskin  iqtisadi  tədbirlərdən  sonra  iqtisadi  artıma 
nail  ola  bilərlər  və  xarici  təşkilatların  təzyiqindən  qaça  bilərlər.  İspaniyanın  ÜDM-
ində kəsri 2009-cu ildə 11.2%-dən 2010-cu ildə 9.2%-ə və 2011-ci ildə 8.5%-ə qədər 
azalda bildi. 
Belə  bir  iqtisadi  qanunauyğunluq  var:  inkişaf  etməkdə  olan  və  keçid 
iqtisadiyyatına  malik  ölkələrin  iqtisadiyyatı  inkişaf  etmiş  ölkələrin  inkişafından 
asılıdırlar.  Əgər  qlobal  böhran  inkişaf  etmiş  ölkədə  başlayarsa,  o  bir  qayda  olaraq 
inkişaf etmiş ölkələrdən inkişaf etməkdə olan ölkələrə keçir. 
Yeni  minillikdə  dünya  iqtisadiyyatı  ,  xüsusilə  inkişaf  etməkdə  olan  ölkələrin 
iqtisadiyyatı  inkişaf  edirdi.  Ölkələrin  çoxunda  aparılan  iqtisadi  siyasətdən  aslı 
olmayaraq  yüksək  və  ya  daha  yüksək  iqtisadi  artım  tempi  qeydə  alınırdı.  Ölkələrin 
əksəriyyətində  90-cı  illərdə  iqtisadi  islahatlar  aparılmışdır  və  o  islahatların 
nəticəsində  əmtəə  və  maliyyə  bazarları  güclü  inteqrasiya  edirdilər.  Lakin  heç  bir 
islahatların aparılmadığı  və  ya qismən aparıldığı ölkələrdə də artım qeydə alınmışdı. 
İqtisadi  artımın  yüksəlməsinin  səbəbi  kimi  yaxşı  beynəlxalq  kanyukturanın  olması 
göstərilirdi. Belə ki, əsas iqtisadi resurslara qlobal tələbin artması, o cümlədən həmin 
resursların qiymətinin artması, beynəlxalq kredit bazarlarında faiz dərəcələrinin aşağı 
olması və risk faktorunun aşağı olması və s. buna imkan yaratmışdır.  


 
41
Ümumilikdə  dünya  iqtisadiyyatı,  xüsusilə  inkişaf  etməkdə  olan  ölkələr  malik 
olduğu potensialdan daha yüksək inkişaf edirdilər. Və bunun “bədəlini ödəmək” vaxtı 
gəlmişdi.  
Bəzi  siyasətçi  və  analitiklər  elə  fərz  edirdilər  ki,  böhran  inkişaf  etməkdə  olan 
ölkələrə  və  keçid  iqtisadiyyatına  malik  ölkələrə  toxunmayacaq  və  əgər  toxunarsa, 
nəticələri  ağır  olmayacaq.  Çünki  inkişaf  etməkdə  olan  ölkələrdə  iqtisadiyyatın  artım 
tempi  2008-ci  ilin  birinci  yarısında  hələ  də  davam  edirdi.  Nəhayət  2008-ci  ilin 
yayında dünyada əsas iqtisadi resursların - neftin və qiymətli metalların qiymətlərinin 
düşməsi  ilə  böhran  inkişaf  etməkdə  olan  ölkələrə  də,  xüsusilə  keçid  iqtisadiyyatına 
malik  olan  Mərkəzi  və  Şərqi  Avropa  və  keçmiş  Sovet  İttifaqı  ölkələrinə  də 
toxundu.[56, səh.19] 
Əgər  böhranın  yayılma  mexanizminə  nəzər  yetirsək  görərik  ki,  böhran  2008-ci 
ilin sonu-2009-cu ilin birinci yarısında inkişaf etmiş ölkələrdən sonra inkişaf etməkdə 
olan  ölkələrə  yayılmağa  başıladı.  Diqqət  etsək  görərik  ki,  məhz  böhranın  yayıldığı 
kanallar  vasitəsilə  əvvəllər  iqtisadi  artım  “idxal”  olunurdu.  İnkişaf  etməkdə  olan 
ölkələrin iqtisadiyyatına zərbə əmtəə və xidmətlərə olan tələbin aşağı düşməsi, enerji 
və  xammal  resurslarının  qiymətinin  aşağı  düşməsi,  likvidliyin  qlobal  defisiti, 
investorların riski öz üzərinə götürmək  marağının zəifləməsi oldu. Hətta bəzi ölkələr 
qeyri-sabit  valyuta  məzənnəsi  problemi  ilə  və  əmək  bazarlarında  miqrantlara  tələbin 
aşağı  düşməsi  problemi  ilə  qarşılaşdılar.  Daha  sonra  problemlər  bank  sektorunda 
yayılmağa  başladı.  Milli  valyutaların  dəyərinin  aşağı  düşməsi,  ödəmə  qabiliyyətini 
itirmiş müştərilərin sayının artmasına səbəb oldu.  
BVF-nun  məlumatlarına  görə  qlobal  maliyyə-iqtisadi  böhranının  ən  böyük 
zərbəsi  nisbətən  daha  çox  inkişaf  etmiş  inkişaf  etməkdə  olan  ölkələrə  və  ya  inkişaf 
etmiş  ölkələrlə  güclü  iqtisadi  əlaqələri  olan  inkişaf  etməkdə  olan  ölkələrə,  xüsusilə 
Şərqi  Avropa  və  MDB  ölkələrinə  oldu.  Birinci  qrup  ölkələr  Aİ  tələbindən  və 
investisiya  tələbindən  aslı  ölkələr  idi.  İkinci  qrup  ölkələr  isə  2008-ci  ilin  yayından 
qiyməti aşağı enən enerji və digər xammal resurslarının qiymətlərindən aslıdırlar.  


 
42
BVF-nun məlumatlarına görə iqtisadi artımın aşağı düşməsi Baltikyanı ölkələrdə 
də olmuşdur: Latviya -12 %, Estoniya və Litva -10%, Ukrayna -8% .  Çin, Brazilya, 
Hindistan  kimi  böyük  inkişaf  etməkdə  olan  ölkələr  öz  iqtisadi  artım  sürətlərini 
qoruyub  saxlaya  bilmişdilər.  Bu  ölkələrdə  iqtisadi  artım  əvvəki  illərə  nisbətən  çox 
cüzi azalmışdı. Buna səbəb bu ölkələrdə yüksək daxili tələbin olması idi və həmçinin, 
qida və kənd təsərrüfatı sektorunda əlverişli kanyukturanın olması idi.  
Milli  valyutaların  dəyərinin  aşağı  düşməsi  maliyyə  sektorunda  problemlər  dəsti 
yaratmışdı:  xarici  valyuta  ilə  kredit  götürmüş  iqtisadi  subyektlərin  çoxu  ödəmə 
qabiliyyətlərini  itirmişdilər,  bununla  əlaqədar  banklarda  riskli  kredit  portfellərinin 
həcmi  artırdı,  bu  da  avtomatik  olaraq  ÜDM-də  borcların  həcminin  artmasına,  milli 
valyutaya inamın itirilməsinə və ölkədən kapital axınına səbəb olurdu. 
Qlobal  maliyyə-iqtisadi  böhranı  göstərdi  ki,  ixrac  yönümlü  inkişaf  strategiyası 
özü  ilə  birlikdə  əvvəl  nəzərdə  tutulduğundan  daha  böyük  risklər  gətirdi,  belə  ki, 
beynəlxalq ticarət dövriliyə daha elastik və iqtisadi tənəzzül dövründə daha həssasdır. 
Belə  2008-ci  ilin  sonu-2009-cu  ilin  əvvəllərində  Asiyanın  inkişaf  etməkdə  olan 
ölkələri  ixracı  illik 40%  idi. Bundan əlavə iqtisadi artım tempi bir anda aşağı düşdü, 
hətta  bəzi  ölkələrdə  artım  mənfiyə  düşdü.  Tayvanın  ÜDM-i  8%,  Tailand  -4.3%, 
sinqapur  3.7%,  Koreya  Respublikası-3.4%  aşağı  düşdü.  Beləliklə,  belə  nəticəyə 
gəlmək olar ki, bu qrup ölkələrdə iqtisadiyyata mənfi təsir yalnız xarici maliyyələşmə 
ilə bağlı deyil, həmçinin beynəlxalq ticarətinin həcminin azalması ilə bağlı idi. 
İnkişafda  olan  ölkələr  üçün  onuda  qeyd  etmək  lazımdır  ki,  xarici  kapitalla 
maliyyələşdirmə  onlar  üçün  böyük  riskdir.  Xarici  kapitalla  maliyyələşən  ölkələr 
böhran ərəfəsində xarici kapitalın ölkədən axması ilə ölkələr sonra sanki “qurudu”. 
Asiya  və  Latin  Amerika  kimi  inkişaf  etməkdə  olan  ölkələrin  xarici 
maliyyələşdirmənin axını nəticəsində yaranan açığı örtbasdır edə bildi, lakin Mərkəzi 
və Şərqi Avropa kimi ölkələr tədiyyə balansında böyük bir defisit yaşadılar. Məsələn, 
bu göstərici Latviyada 25% həcmində olmuşdur. 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə