Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə13/34
tarix27.03.2018
ölçüsü5,01 Kb.
#35172
1   ...   9   10   11   12   13   14   15   16   ...   34

 
37
Dünya  iqtisadiyyatının  qloballaşması  ölkələrin  qeyri-bərabər  inkişafı  arasındakı 
fərqi daha da böyüdür. İnkişaf etmiş ölkələrin daha da inkişaf etməsinə, əksinə olaraq isə 
inkişaf  etməkdə  olan  ölkələrin  sürətinin  inkişaf  etmiş  ölkələrə  çatmayaraq  dahada 
geriləməsinə səbəb olur. 
2007-2008-  ci  illər  qlobal  maliyyə-iqtisadi  böhranı  həm  inkişaf  etmiş,  həm  də 
inkişaf etməkdə olan ölkələrə təsir göstərdi.  
ABŞ-da  başlayan  böhran  böyük  tezliklə  Yaponiya,  Avropa  İttifaqı  kimi  digər 
inkişaf  etmiş  ölkələrə  yayılmağa  başladı.    Böhrandan  əvvəl  2004-2007-ci  illərdə 
dünya ticarətinin artım tempi 8,74% təşkil edirdi. Bank keditlərinin həcminin bir anda 
çevrilməsi və əmtəə və xidmətlərə tələbin aşağı düşməsi ilə 2008-ci ildə ümumdünya 
ticarətinin  həcmi  cəmi  2.95%  həcmində  artdı,  lakin  2009-cu  ildə  isə  11.89% 
həcmində  geriləmə  oldu.  2008-ci  ildə  dünya  ÜDM-nin  artımı  1.83%  təşkil  edib, 
2009-cu ildə İkinci Dünya Müharibəsindən sonra ilk dəfə olaraq  ÜDM 2.3% azalıb. 
[39] 
2008-cı  ilin  fevralında  infilyasiya  rekord  həddə  yüksəldi.  Corc  Sorousun  qeyd 
etdiyinə  görə,  valyutaya  inamsızlıq  nəticəsində  onları  real  aktivlərə  keçirmək 
tendensiyası  yarandı.  Bu  da  öncəliklə  əmtəə  sektoruna  təsir  etdi  və  neft  və  qızılın 
qiymətinin  qalxması  ilə  özünü  biruzə  verdi.  2009-cu  ildə  problem  əks  göstərişli 
xarakter aldı, iqtisadi proqnoz defilyasiyaya işarə etdi. Bunun da səbəbi kimi Federal 
Ehtiyat Fondunun uçot dərəcələrinin sıfıra yaxın bir həddə qədər endirməsi oldu.[95] 
Yaponiya iqtisadi inkişafına görə ABŞ-dan sonra ikinci yeri tutur. Onun ÜDM-i 
dünya ÜDM-nin 7%-ni tutur. Lakin bu amil belə qlobal iqtisadi böhranının ona təsir 
etməməsinin qarşısını ala bilmədi. İndi Yaponiya da digər ölkələr kimi dünya iqtisadi 
böhranını  yaşayır.  [44,  səh  6-7]  Yaponiya  Mərkəzi  Banki  maliyyə  bazarına  dəstək 
üçün  bankın  əvvəlcədən  ayırdığı  40  mlrd  dolların  35.5mlrd  dollarını  ora  yönəltmək 
haqqında  qərar  qəbul  etdi.  Elə  həmin  gün  Yamato  Life  İnsurance  Co  Ltd  sığorta 
kompaniyası iflasa uğradı. Onun borcu 2.7 mlrd. dollar təşkil edirdi.  
Yaponiya  ixrac  yönümlü  ölkədir  və  ölkədə  istehsal  olunan  yüksək  texniki 
məhsullar Qərbə ixrac olunur. Hal-hazırda Qərbdə bu ixraca tələb aşağı düşüb. İxrac 


 
38
Yaponiya  iqtisadiyyatının  inkişafı  üçün  ən  vacib  amildir.  Onun  ixtisarı  avtomatik 
ÜDM-in azalmasına səbəb olur. 2008-ci ilin III rübündə 1.8% azalma olmuşdu. 
Yaponiyanın əsas ixrac məhsulları olan avtomobil və elektronikadır. 2008-ci ilin 
ikinci  yarısında  iqtisadiyyatı  böhrana  uğradı.  2008-2009-cu  il  böhranının  nəticəsi 
olaraq  Yaponiyanın  avtomobil  istehsalı  sektorunda  ağır  dövr  başladı.  Yaponiya 
avtomobil ixracının həcmi aşağı düşdü. İxracın həcmi 50 il əvvəlki səviyyəyə düşdü. 
Prinsip  etibarı  ilə  qlobal  iqtisadi  böhranı  Yaponiya  avtomobilinə  olan  tələbi  aşağı 
saldı. Digər dövlətlərdə olduğu kimi Yaponiyada da işçi personalın ixtisarı başladı və 
ilk itkiləri avtomobil istehsalı şirkətləri verdi. [80]  
Açıq-aydın  şəkildə  Yaponiya  böhranının  səbəbi  2008-ci  il  dünya  maliyyə 
böhranıdır.  Bundan  əlavə  digər  konkret  səbəblərdə  vardır:  Avro  və  dollara  nəzərən 
yenin  məzənnəsi  böyüdü.  Bu  səbəbdən  xaricdə  Yaponiya  malları  almırdılar.  Digər 
mövcud  amil  ölkə  daxilində  və  xaricində  tələbin  aşağı  düşməsidir.  2009-cu  ildə 
“Bloomberg News” 24 iqtisadçı arasında apardığı sorğuya əsasən, onların əksəriyyəti 
ehtimal edilir ki, Yaponiyanın ÜDM-nun  2008-ci  ilin III  rübündə 11.7% azalmasına 
səbəb dünyada tələbin aşağı düşməsidir. 
ABŞ-dakı  böhran  qısa  zamanda  Avropaya  da  sıçradı.  İslandiyanın  3  böyük 
bankı  iflas  etdi.  2008-ci  ildə  İslandiya  kronası  Avroya  qarşı  40%  dəyər  itirdi  və 
İslandiyadakı  inflyasiya  nisbəti  15%-ə  çatdı.  Birləşmiş  Krallıqdakı  daşınmaz  əmlak 
bazarı da eynilə ABŞ kimi böyük bir enişə keçdi. 
Bütün  dünyanı  təsiri  altına  alan  qlobal  iqtisadi  böhran  maliyyə,  daxili  tələb  və 
qlobal ticarət vasitəsi ilə sürətlə Avropa ölkələrinə yayılmağa başladı. 
Böhranın yüksək sürətlə yayılması bank iflaslarına gətirib çıxarmışdı. Bankların 
kredit  limitlərini  məhdudlaşdırması  və  xüsusilə  inkişaf  edən  Avropa  ölkələrində 
azalan  maliyyə imkanları, böhranın artmasına  gətirib çıxarmış və iqtisadi tənəzzüllər 
artaraq ABŞ-dakı iqtisadi itkiləri ötüb keçmişdir. [46, səh 82-86] 
Ev  təsərüfatlarının  qənaətlərini  yüksəltməsinə  bağlı  olaraq  dayanıqlı  istehlak 
mallarına  olan  tələbin  və  mənzil  kapitalının  azalması  məcmu  tələbin  azalmasına 
səbəb olmuş, və qiymətlər düşməyə başlamışdır. Digər tərəfdən kapital əsaslı mallara 


 
39
olan tələbin azalması, ticarətdəki maliyyə sıxıntıları və yavaşlayan iqtisadi fəaliyyətin 
çox daha sürətli olması səbəbiylə xarici tələb azalmış, bu da Aİ-nın  ixracatına  mənfi 
təsir göstərmişdir. [47]  İxracat əvvəlki ilə görə azalmış, və 2009-cu ildə Aİ-nın artım 
sürəti  sıfıra  yaxınlaşmışdır.  2008-ci  ildə  0.8  %-dən  2009-cu  ildə  mənfi  2.5  %  
nisbətinə  qədər  düşmüşdür.  2007-ci  ildə  bu  nisbət  2.9  %,  2010-cu  ildə  isə  0.7  % 
olmuşdur. Artım nisbətindəki azalma 2008 etibarilə ən çox İtaliyada -1.3 % ən az isə 
Polşada +5 % olmuşdur. 
İqtisadiyyatın durğunluğa girməsi səbəbiylə işsizlik faizləri yüksəlmişdir. 2007-
ci  ildə  AB-27  daxildə  7.5%  olan  işsizlik  nisbəti,  2009-cu  ildə  18.8%  olaraq 
reallaşmışdır.  Yaşanan  qlobal  böhran,  Aİ  ölkələrində  büdcə  kəsirlərini  və  borc 
miqdarını  böyük  ölçüdə  artırmış  və  bir  çox  üzv  ölkələrdə  dövlət  maliyyəsinin 
davamlılığının təhlükəyə girməsinə səbəb olmuşdur. Necə ki,  2006-cı ildə 7,1 trilyon 
Avro  olan  Aİ  dövlətlərinin  borc  miqdarı  2009-cu  ilin  sonunda  xilasetmə  maliyyə 
paket proqramlarının icra edilməsi ilə 8,6 trilyon Avroya yüksəlmişdir. 
Yunanıstan Avropa İttifaqı ölkələri arasında iqtisadi böhrandan ən çox təsirlənən 
ölkədir.  Yunanıstan  hökuməti  büdcə  kəsrini  ödəmək  üçün  böyük  məbləğdə  borc 
götürmüşdü.  2010-cu  ilin  əvvəllərində  xarici  dövlət  borcu  təhlükəli  həddə 
yüksəlmişdi. Dövlət borcu ödəyə bilməməsi səbəbindən dövlət sektorunun  xərclərini 
kəsməyə məcbur oldu. Bu da böhranın başlanğıcında iğtişaşlara və nümayişlərə səbəb 
oldu. Yunanıstan Aİ-dan borclarının bağlanması üçün ilkin tədbir olaraq kredit istədi. 
Bununlada  o,  maliyyə  iqtisadi  böhranı  ilə  mübarizədə  Aİ  ölkələrindən  maliyyə 
yardımı  istəyən  ilk  ölkə  oldu.  Daha  sonra  bu  sıraya  Portuqaliya  və  İrlandiya  da 
qoşuldu.  23  oktyabr  2010-cu  ildə  BVF  və  Aİ  Yunanıstana  böhrandan  çıxmaq  üçün 
110  mlrd.  Avro  məbləğində  kredit  xətti  açdı.  2011-ci  ilin  yayında  Yunanıstan  ikinci 
dəfə  kredit  üçün  müraciət  etdi.  Borcunu  azaltmaq  cəhdlərinə  baxmayaraq  
Yunanıstanın  dövlət  borcu  350mlrd.  Avroya  yaxınlaşırdı.  Aİ-nın  liderləri  və  BVF 
Yunanıstana  kömək  məqsədi  ilə  daha  109  mlrd.  Avro  kredit  ayırmağa  razı  oldular. 
Saziş 21 iyul 2011-ci ildə Brüsseldə təcili təşkil olunmuş sammitdə əldə olundu.[102] 
Əlavə  olaraq  da  50  mlrd.  Avroya  yaxın  məbləği  də  xüsusu  investorlar  təmin  etməli 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə