Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə15/29
tarix25.11.2017
ölçüsü0,79 Mb.
#12225
1   ...   11   12   13   14   15   16   17   18   ...   29

44 

 

 



 

qədim karvansaraylar,hamamlar, qalalar, ibadətgahlar, qəsrlər hələ də qalır. Lakin bu 

abidələrin  çoxu  diqqətdən  kənar  qaldığı  üçün  yaxşı  vəziyyətdə  deyillər.  Təəssüf  ki, 

bəzi  tarixi  abidələrimiz  Rusiya  işğalı  dövründə  və  erməni  terroru  nəticəsində  məhv 

olmuşdur. Bir çox abidə isə uzunmüddətli baxımsızlıqdan dağılmışdır. Xüsusilə Bakı 

şəhərindəki  bəzi  tarixi  abidələr  tikintilər  aparılan  zaman  qanunsuz  şəkildə  məhv 

edilmişdir. Tarixi abidələrin bərpası və tanıdılması tarixə marağı olan turistlərin cəlb 

olunmasında  əhəmiyyətli  rol  oynayacaqdır.  Tarixi  abidələrimizdən  “İçərişəhər”,  Qız 

Qalası, Şəki Xan Sarayı, Möminə Xatun Məqbərəsi UNESCO tərəfindən qorunur. Bu 

abidələrin dünayada tanıdılmasında önəmli bir addımdır.                                                                                                                 

  Azərbaycanın əlverişli coğrafi mövqeyə malik olması amilini nəzərə aldıqda , “İpək 

Yolu”  kimi  qədim  tarixə  malik  yolun  ölkəmizin  ərazisindən  keçməsi  ölkənin  qərb-

şərq, şimal-cənub turizm marşutlarında iştirakı böyük əhəmiyyət kəsb edir. 

   Ölkənin turizm potensialının tanıdılmasında önəmli addımlardan biri də ötən illərdə 

İstanbuldan Pekinə qədər “İpək Yolunda Velosiped Turu”, Rusiyadan Hindistana 

qədərki “XV əsr səyyahı Afanasi Nikitinin izləri ilə” layihələrində Azərbaycanın da 

iştirak etməsi olmuşdur.  

      Azərbaycanda  turizm  sistemini  üzləşdiyi  əsas  problemlərdin  biri  də  turizm 

günlərinin  sayının  az  olmasıdır.  Bu  amil  qiymətlərə  də  öz  təsirini  göstərir.  Belə  ki, 

turizm  günlərinin  sayının  az  olması  səbəbindən  qiymətlər  yüksək  qoyulur.  Bu  isə 

əlbəttə turist sayına mənfi təsir göstərir.  

      Turist  daha  ucuz  ölkələrə  yönəlir.  Azərbaycanın  11  iqlim  qurşağıdan  9  -  da 

yerləşməsinə  baxmayaraq  bu  potensialdan  hələ  ki,  lazımınca  istifadə  olunmur.  Əgər 

turizm infrastrukturu ilin 4 fəslinə uyğun olaraq qurulsa bu zaman turist sayında artım 

olar, bu isə birbaşa turizmin daha da inkişafına səbəb olar.  

    Azərbaycanın zəngin turizm ehtiyatlarını təhlil etdikdə respublikamızda müvafiq 

turizm növlərinin gələcəkdə inkişafının yüksək potensiala sahib olduğunu görürük: 

qış  turizmi  (dağ-xizəkçilik);  qolf  turizmi;  müalicəvi  turizm;  elmi  turizm;  mağara 

turizmi; etnoqrafik turizm; raftinq turizmi. 



45 

 

 



 

Azərbaycanda  turizm  investisyası  üçün  ən  çox  potensiala  sahib  sahələr:    dağ  idman 

növlərinin  inkişafı;  kurort-  sanatoriya;  turist  baza  kompeksləri;  müalicəvi  turizm 

istirahət mərkəzləri; regionlarda mehmanxanalar. 

       Turizm potensialının tanıdılması üçün bir sıra tədbirlər həyata keçirilməlidir: 

turizm  sahəsi  haqqında  potensial  müştərilərə  informasiyanın  çatıdılması;  turistlərin 

səyahət  edə  bilməsi  üçün  təhlükəsizlik  və  rahat  çatıdırılmanın  təmin  edilməsi; 

turistlərə ölkə ərazisində olarkən yardımın göstərilməsi. 

  Turizm  sahəsində  həyata  keçirilən  elmi  texniki  tərəqqi,  innovasiya,  təşkilatı 

yeniliklər,  əməyin  optimal  təşkili,  resurslardan  istifadə  səmərəliliyi  bu  sahədə 

potensialın artırılmasının əsas yoludur.  

 

2.3. Azərbaycanda turizmin  inkişaf nəticələrinin təhlili 



 

Truizmin  inkişafının  təhlili,  onun  məqsədli  proqram  əsasında  kompleks  göstəricilər 

və  müəyyən  ardıcıllıqla  həll  olunur.  Belə  ki,  ümumi  artım  tempi  iqtisadi  artımın 

tərkib  hissəsi  kimi  çox  öyrənilir.Turizmin  inkişafında  daha  çox  qərar  qəbulunun 

alternativliyl  və  resurslarla  manevr  fəzası  daha  genişdir  və  bir  konkret  amillərdən 

xeyli asılıdır. 

Turizmin  inkişafında təhlil  metodikasında  məqsədlərin, resursların,proqnozların 

mümkünlüyü  və resursların dəyişmə meylləri də mümkün vüriantları hesablanır.İlkin 

növbədə  turizmdə  kiçik  sahibkarlığın  artım  tempi,  onun  sahə  strukturu,  iş  yerlərinin 

açılmasında  rolu  əsas  meyarlar  olaraq  mövcud  vəziyyəti  qiymətləndirmək  vnə 

perspektiv artımda turizmin rolunu proqnazlaşdırmaq ardıcıllığı ilə həyata keçirilir.  

 Respublikada  yeni  təsərrüfat  formalarının,  kiçik  və  orta  sahibkarlığın  əsas 

istiqamətlərinin  formalaşmasında  turizmin  inkişaf  tempi  öz  təsirini  göstərir.  Belə  ki, 

hər  bir  turist  obyektinin  tikilməsi  əlavə  kapital  qoyuluşuna,  qeyri-dövlət  maliyyə 

resurslarının turizə axınına səbəb olur.Struktur təhlil dəyişmə meylləri üzrə aparılır. 

      Təsərrüfat  formaları  olaraq  turist  birjalarında,  müəssisə  və  turist  məhsulunun 

istifadəçi  üçün  zəruri  olan  resursların  artması  və  onların  strukturunun  dəyişməsi 



46 

 

 



 

vacibdir. Sahibkarlığın ilkin strukturu, onun perspektiv dəyişməsi üçün baza yaradır. 

Müştərək  müəssisələr  formasında sahibkarlıq  inkişafı  bəzi  layihələrin  uzun  müddətli 

icarəyə götürülməsi və rekonstruksiyası sahibkarlığın inkişafına əsas verir. 

   Mülkiyyət  münasibətlərinin  mövcud  vəziyyəti,  onun  hüquqi  bazası  və  əmlak 

formalarının  hüquqi  və  fiziki  şəxs  tərəfindən  istifadə  formaları,  turizmin  təsərrüfat 

forması  kimi  sahə  ərazi  strukturunun  quruluşunu  formalaşdırır.  Fərdi  sahibkarliq  

respublikada  maddi  və  mənəvi  nemətlərin  bölgüsündə  və  istifadəsində  mühüm  rol 

oynayır. Bu gün sahibkarlıq gəlirləri, onun istehlak üçün yaratdığı maddi nemətlər və 

xidmət  50%-dən  çoxdur.  Ümumi  şəkildə  qeyd  etmək  olar  ki,  turizmin  xidmətinin 

iqtisadi  mahiyyəti  onun  ölkə  iqtisadiyyatındakı  xüsusi  çəkisi  və  təsir  gücü  ilə 

hesablanır. 

Onu  da  qeyd  edək  ki,  adambaşına  düşən  ümumi  daxili  məhsulun  (ÜDM)  artım 

dinamikasına  ölkədə  yeni  iş  yerlərinin  yaradılması  amili  mühüm  təsir  göstərir.  Belə 

ki, regionlarda mövcud potensialdan səmərəli istifadə etməklə iqtisadiyyatın ayrı-ayrı 

sahələrinin  inkişafına,  iqtisadiyyatın  diversifikasiyasına,  tarazlı  regional  və  davamlı 

sosial-iqtisadi 

inkişafa, 

istehsal 

müəssisələrinin 

fəaliyyətinin 

daha 


da 

genişləndirilməsinə,  ixracyönümlü  məhsul  istehsalının  stimullaşdırılmasına,  əhalinin 

həyat  səviyyəsinin  daha  da  yaxşılaşdırılmasına,  məşğulluğun  səviyyəsinin,  xüsusilə 

gənclərin faydalı əməklə məşğulluğunun artırılmasına nail olmaq məqsədilə  

Turizm  dünya  iqtisadiyyatında  ən  gəlirli  sahələrdən  birini  tutur.  Neft,  tibb, 

maşınqayırma  sahəsindən  sonra  dördüncü  ən  gəlirli  sahələrdən  biridir.  Buna  görədə 

Azərbaycan  Respublikası  müstəqilliyini  əldə  etdikdən  sonra  bu  sahəni  inkişaf 

etdirməyi  qarşına  məqsəd  qoymuşdur.  Əlbəttə  bu  təbii  bir  haldır  çünki,  təkcə  neft 

sahəsi  ilə  inkişaf  etmək  olmaz  və  qeyri-neft  sektorunun  inkişafı  vacibdir.  Aparılan 

iqtisadi islahatlar hamısı buna istiqamətlənmişdir.  

          İqtisadi  islahatların  həyata  keçirilməsində  iqtisadi  və  sosial  mexanizmlərin 

formalaşması,  dinamikası  və  proqnozlaşdırılması,  xüsusi  tədqiqat  obyekti  kimi 



təhlili, islahatların əsaslandırılması və onun reallaşması zamanı meydana çıxan sosial 

nəticələrin qiymətləndirilməsi aktuallıq baxımından mühüm əhəmiyyət kəsb edir.             


Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə