Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə13/29
tarix25.11.2017
ölçüsü0,79 Mb.
#12225
1   ...   9   10   11   12   13   14   15   16   ...   29

38 

 

 



 

yüksəkdir, məsələn Barbadosda 10%, İspaniyada 11%, Ficidə 11,4% təşkil edir. Onu 

da  qeyd  etmək  lazımdır  ki,  ziyarətçilərə  birbaşa  xidmət  göstərən  turizm  sənayesinə 

nisbətən  ,  turizmlə  əlaqəli  olan  iqtisadiyyatın  digər  sahələri  (ticarət,  tikinti,  kənd 

təsərrüfatı  və  s.)  daha  çox  əmək  tutumlu  sahələrdir.Avropa  İttifaqında  turizm 

sənayesində iş yerlərinin yaranması 4% onunla qarşılıqlı əlaqədə olan sahələrdə isə 3 

dəfə  çox,  yəni  12%  təşkil  edir.  Bütün  düyada  tristlərə  xidmət  sahəsində  çalışanların 

yarıdan  çoxu  Asiya-Sakit  okean  regionunun  payına  düşür.  Bu  ölkələr  üzrə  əmək 

qabiliyyətli  əhalinin  12  %-ə  qədəri  birbaşa  və  ya  dolayı  yolla  turistlərə  xidmət 

sahəsində iştirak edir. 

    XX  əsrin  sonu  XXI  əsrin  başlanğıcında  turizm  sənayesinin  əmək  bazarında  dərin 

dəyişikliklər baş verir. Dəyişikliklər bir çox amillərin təsiri  ilə  əlaqələndirilməsində 

ən sasları aşağıdakılardır: 

-  qloballaşma  proselərinin  dərinləşməsi  və  bununla  qlaqədar  işçi  qüvvəsinin 

mobilliyinin güclənməsi və işləmək üçün sərfəli sahələr arasında rəqabətliliyin 

kəskinləşməsi, daha professional standartların yayılması; 

-  istehlakçəların 

seçimlərinin, 

iqtisadi 

davranışlarının 

dəyişilməsi, 

məlumatlanmış, müstəqil turist təkliflərinin artıqlığından, aktiv, sərbəst, “yeni 

turistin”  yaranması  onlarla  işi  çətinləşdirir  və  xidmət  gıstərən  personalın 

qarşısına daha ciddi tələblər qoyur; 

-  kütləvi  turizmdə  “yeni  turizmə”  keçid  ,  istehlakçiların  fərdi  tələblərinin 

artması  tendensiyası  bazarın  seqmentləşməsini  tələb  edir.  Belə  olan  halda 

turist təklifinin  müxtəlifliyi turizm  fəaliyyətinin  yeni  növlərinin  yaranması  və 

xidmətdə professionallığın artmasına gətirib çıxarır; 

-  turizm 

sənayesində 

yeni 

texnologiyanın, 



xüsusilə 

informasiya 

texnologiyalarının yayılması əməyin xarakterinin dəyişməsinə, işçilərin vəzifə 

öhdəliklərinin,  onların  bilik,  bacarıqlarının  yenidən  baxılmasına  gətirib 

çıxarır. 

        Hal- hazırda demək olr ki, dünyanın bütün ölkələrində işçi qüvvəsinin ixracı və 

idxalının  tənzimlənməsi  həyata  keçirilir.  Bu  yerli  məşğulluq  bazarını  xarici  işçi 

qüvvəsinin  axınından  mehafizə  edir,  bir  tərəfdən  yerli  əhali  araında  işsizlik 




39 

 

 



 

probleminin  aradan  qaldırılmasına  kömək  edir,  digər  tərəfdən  isə  xarici  işçi 

qüvvəsinin əməyinin rasional istifadəsini təmin edir. 

   Onu da qeyd edək ki, turizm sənayesində bir xüsusiyyət də vardır ki, burada əmək 

prosesində  qadınların  üstünlük  təşkil  etməsidir.  Bütün  iqtisadi  sahələrə  nisbətən 

turizm xidmətində qadınların payı yüksəkdir və bu  göstərici artmaqda davam edir. 

    Xüsusilə qeyd etmək lazımdır ki,  turizm potensialında əmək resursları önəmli yer 

tutur.    Kadrların  peşəkarlıq  səviyyəsi,  sayı  turizmin  inkişafına  birbaşa  təsir  göstərir. 

Turizmin  əmək  potensialı,  beynəlxalq  biliklərə  yiyələnən,  müasir  tələblərə  uyğun 

kadrların hazırlanması və onların bu sahədə əməyə cəlb olunmasıdır.  

          Ölkəmizdə turizm sahəsində çalışan işçilərin də sayı durmadan artır.  Xüsusən, 

burada  dövlət  sektoru  ilə  bərabər,  özəl  sektorun  da  inkişafı  önəmli  bir  səviyyəyə 

çatıb. Bunu aşagıdakı cədvəldən daha aydın görmək olur: 

Cədvəl 2.2. 



                      Turizm fəaliyyəti ilə məşğul olan işçilərin sayı (nəfər) 

 

   



 

   


 

  

2010 



2011 

2012 

2013 

2014 

İşçilərin sayı (kənar əvəzçilər də daxil 

edilməklə)  

1418 

1541 

1730 

1729 

1794 

ondan: 


  

  

  



turizm fəaliyyəti ilə məşğul olanlar 

1 159 


1279 

1473 


1 515 

1567 


işçilərin ümumi sayından: 

 

 



 

 

 



dövlət müəssisələrində  

15 


17 

18 


24 

14 


qeyri-dövlət müəssisələrində  

1403 


1524 

1712 


1705 

1780 


o cümlədən: 

Xüsusi 


1345 

1476 


1596 

1592 


1675 

Xarici 


23 

23 


28 

33 


28 

Birgə 


35 

25 


88 

80 


            

77 


 Mənbəə:www.stat.qov.az.-2015 

 

      Cədvəldən göründüyü kimi turizm fəaliyyəti ilə məşğul olan işçilərin sayı (nəfər) 



ildən ilə artır. İşçilərin sayı bütövlükdə 2010-cu ildə 1418 nəfər olduğu halda, 2014-

cü ildə  bu rəqəm 1794 olmuşdur. 




40 

 

 



 

      Azərbaycan turizm sisteminin inkişafı üçün böyük potensiala sahibdir. Qeyri-neft 

sektorunun inkişafı planında turizm hökümət tərəfindən əsas prioritet sahələrdən biri 

kimi  seçilib.  Xüsusilə  Azərbaycanın  regiolarında  turizm  xidmətinin  və  bu  sahə  ilə 

məşğul olan sahibkarların inkişafı üçün şərait vardır və əgər lazımı diqqət ayrılarsa 

ölkə  bu  sahədən  böyük  gəlir  qazana  bilər.  Azərbaycanda  turizmin  potensial 

göstəricisi  əhali  sayı,  turizmin  maddi-texniki  bazası,  turizm  sahəsinə  ayrıla  biləcək 

maliyyə vəsaitlərinin həcmi ilə müəyyləşdirilə bilər.  Dövriyyə vəsaitləri turizmdə pul 

vəsaiti ilə ölçülür. Bu pul vəsaitinin mənbəyi isə yaradılan yeni mənfəətdir. Turizmin 

iqtisadi  və  sosial  inkişafının  əsas  iqtisadiyyatı  olaraq  resurslardan  istifadə  etmək 

yolları,  onun  səmərəliliyi  iqtisadi  potensialın  yüksəldilməsinə  təsir  edir.  Rəqabət 

mühiti  şəraitində  gəlirli  turist  obyektləri  və  hüquqi  şəxslər  öz  fəaliyyətinin 

genişlənməsinə  ,  özünə  maliyyələşmə  imkanı  yaradır.        Məhsul  istehsal  edən  və  ya 

xidmət  göstərən  hər  bir  müəssisənin  məqsədi  mənfəət  əldə  etməkdir.  Mənfəət  iki 

amildən  asılıdır:  fəaliyyət  nəticəsində  əldə  edilən  gəlir  və  bu  fəaliyyət  nəticəsində 

edilən xərclər (sərf olunmuş maliyyə, maddi və əmək ehtiyatları). 

      Məhsulun  qiyməti  bazar  qanununa  uyğun  formalaşdırıldığı  halda  istehsalat 

xərcləri  müəssisənin  maliyyə-təsərrüfat  fəaliyyətinin  necə  aparılmasından  asılıdır. 

Müəssisə rəhbərliyi öz ehtiyatlarından nə dərəcədə savadlı istifadə edirsə, onun gəliri 

də bir o qədər çox olar. 

      Hər  bir  təşkilatın  mühasibat  hesablarında  qeydə  alınmış  gəlir  əks  edilir.  Lakin 

eyni zamanda əldən çıxmış  gəlirlər  də olur: əldən çıxmış  gəlirlər  imkanların düzgün 

istifadə  edilməməsi  səbəbindən  yaranır.  Misal  üçün,  bankda  istifadəsiz  qalmış 

vəsaitlərin depozitə qoyulması  və  ya başqa şirkətin səhmlərinə qoyulması  imkanının 

əldən  verilməsi.  Daha  bir  misal:  işçilər  tərəfindən  müştərilərə  xidmətin  düzgün 

göstərilməməsi  və  ya  aşağı  səviyyədə  göstərilməsi  və  bununla  da  müştərilərin 

itirilməsilə  gəlirin  azalması  və  s.  mülkiyyət  növləri  üzrə  mehmanxana  və 

mehmanxana  tipli  müəssisələrin  gəlir  və  xərclərinə  görə aşağıda  göstərilmiş cədvələ 

nəzər salaq: 

 

 




Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə