Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə1/29
tarix25.11.2017
ölçüsü0,79 Mb.
#12225
  1   2   3   4   5   6   7   8   9   ...   29


 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ 



AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ 

MAGİSTRATURA MƏRKƏZİ

 

 

Əlyazması hüququnda 

 

 

 

 

  

 

 

Süleymanov Elvin Natiq oğlu 

                                                    

(MAGİSTRANTIN A.S.A) 

 

 



 



Azərbaycanda turizmin inkişafının sosial-iqtisadi rolu

” mövzusunda 

 

 

 

 

MAGİSTR DİSSERTASİYASI 

 

 

 

 

İxtisasın şifri və adı     __060404 “İqtisadiyyat”_ 

 

 

 

İxtisaslaşma                    “Turizmin iqtisadiyyatı” 

      

 

 

 

 

 

Elmi rəhbər: 

_________________________ 

 

Magistr proqramının rəhbəri: 

______________________________ 

 

 

  Kafedra müdiri              

_________________________ 

 

BAKI  - 2016 

 


 

 



 

Mündəricat 

 

Giriş ...................................................................................................................3 

I FƏSİL: Turizmin inkişafının nəzəri-metoloji əsasları 

  1.1. Turizmin sosial- iqtisadi mahiyyəti və inkişafının nəticələri......................5 

  1.2.Turizmin inkişaf dinamikası və əsas amilləri.............................................13 

  1.3. Turizmin inkişafının müasir problemləri.................................................. 21 



II FƏSİL: Azərbaycanda turizmin inkişafının  mövcud 

vəziyyəti və dinamikası 

2.1. Turizmin regional xüsusiyyətləri və Azərbaycanda formalaşmasının tədqiqi..29 

2.2. Turizm potensialının formalaşma mənbəələri və təhlili ..................................37 

2.3. Azərbaycanda turizmin  inkişaf nəticələrinin təhlili........................................45 



III FƏSİL: Azərbaycanda turizmin inkişafının 

perspektiv istiqamətləri 

3.1. Azərbaycanda turizmin sosial-iqtisadi  səmərəsinin yüksəldilməsi yolları... 54 

3.2. Turizmin inkişaf mexanizmlərinin təkmilləşdidirilməsi................................63 

3.3. Azərbaycanda turizmin inkişaf perspektivlərinin proqnozu..........................72 



Nəticə və təkliflər ...............................................................................................80 

İstifadə edilmiş ədəbiyyat...................................................................................83 

 

 




 

 



 

G İ R İ Ş 

Mövzunun  aktuallığı  –  Turizm  həm  iqtisadiyyatın  güclü  amili,  həm  təsirli  sosial 

institut,  həm  də  cəmiyyətdə  ictimai  rifah  və  mədəniyyətin  göstəricisi  kimi  insanın 

həyat  səviyyəsinin  yüksəlməsinə,  mənəvi  zənginləşməsinə  kömək  edir.  Azərbaycan 

dövləti  milli  turizm  sahəsinin  inkişaf  etdirilməsini  iqtisadiyyatın  qeyri-neft  sektoru 

üzrə prioritet istiqaməti elan etmişdir. Son illər turizmin təşviqi ilə bağlı görülən işlər, 

qəbul edilən dövlət proqramları, normativ-hüquqi bazanın təkmilləşdirilməsi bunu bir 

daha  sübut  edir.  Dövlət  və  regional  səviyyələrdə  həyata  keçirilən  sosial  siyasətdə 

turizm strateji əhəmiyyətli məsələ kimi çıxış edir. 



Tədqiqatın  məqsədi  və  vəzifələri  –  tədqiqat  mövzusunun  məqsədi  Azərbaycanda 

turizmin  sosial-iqtisadi    səmərəsinin  yüksəldilməsi  və  inkişaf  potensiallarının  təhlili 

yollarının  araşdırılmasıdır.  Müəyyən  olunmuş  məqsədə  çatmaq  üçün  qarşıya 

aşağıdakı vəzifələr qoyulmuşdur: 

- Azərbaycanda turizmin inkişafının mövcud vəziyyətinin araşdırılması; 

- Turizm  sahəsində ölkədə həyata keçirilən dövlət siyasəti və proqramlarının 

öyrənilməsi; 

- Turizmin ölkə regionlarının və ümumi iqtisadiyyatın inkişafına təsirinin 

öyrənilməsi; 

- Turizmin inkişaf və təkmilləşdirilməsi yollarının araşdırılması; 

Tədqiqatın predmeti – Tədqiqatın predmetini Azərbaycanın turizm sisteminin 

inkişaf perspektivləri təşkil edir. 



Tədqiqatın obyekti – Tədqiqatın obyektini isə turizm sahəsinin Azərbaycan 

İqtisadiyyatının sosial-iqtisadi inkişafında əsas prioritet sahə kimi seçilməsi, mövcud 

vəziyyəti, problemləri və inkişaf perspektivlərinin araşdırılması və təhlili təşkil edir.  

Tədqiqatın elmi yeniliyi – Tədqiqat işində Azərbaycan turizminin mövcud vəziyyəti 

sahələr və regionlar üzrə hərtərəfli araşdırılmış, inkişaf potensialı təhlil edilmişdir. 

Dövlətin turizm siyasəti və onun istiqamətləri araşdırılmışdır. 



 

 



 

      Tədqiqatın informasiya bazası  - Turizmin inkişaf konsepsiyası, onun qanunları, 

ölkə  iqtisadiyyatında  gələcəyə  baxış  konsepsiyası,  turizm  nazirliyinin  fəaliyyət 

mexanizmləri  və  beynəlxalq  turist  təşkilatlarının  əsas  iş  prinsipləri,  Azərbaycanda 

turizm  sisteminin  inkişafı  mövzusunda  müxtəlif  yerli  və  xarici  məqalə  və 

ədəbiyyatlardan  istifadə  olunmuşdur.  Ölkənin  turist  ixrac,  idxalına,  yerli  və  xarici 

investisiyalarına  dair  və  digər  statistik  göstəricilərinin  öyrənilməsində  Dövlət 

Statistika Komitəsinin, və s. rəsmi statistik məlumatlarından istifadə olunmuşdur.  

Tədqiqatın praktik əhəmiyyəti – Dövlətin qeyri – neft sektorunun inkişafında 

turizmin prioritet sahə kimi seçilməsini nəzərə aldıqda bu mövzunun araşdırılması, 

təhlili, Azərbaycanın regional və beynəlxalq turizm bazarında xüsusi mərkəzlərdən 

birinə çevrilməsi perspektivləri gələcəkdə elmi konfranslarda iştirak üçün, həmçinin 

Turizm sistemini öyrənilməsi və təkmilləşdirilməsində istifadə oluna bilər.  

İşin  strukturu  –  Dissertasiya  işinin  birinci  fəslində  daha  çox  turizmin  inkişafının 

nəzəri-metoloji  əsasları  müzakirə  olunmuşdur.    Bu  fəsildə  turizmin  sosial-  iqtisadi 

mahiyyəti və inkişafının nəticələri, onun inkişaf dinamikası və  əsas amilləri, turizmin 

inkişafının müasir problemlərinə dair məlumatlar verilmişdir. 

    Dissertasiya  işinin  ikinci  fəslində  Azərbaycanda  turizmin  inkişafının    mövcud 

vəziyyəti  regionların  iqtisadiyyatında  rolu  və  yeri,  bu  sahədə  dövlətin  həyata 

keçirdiyi  siyasət  və  proqramlar,  onların  turizm  sisteminin  inkişafına  təsiri 

araşdırılmışdır.  Dissertasiyanın  üçüncü  fəslində  Azərbaycanda  turizmin  sosial-

iqtisadi    səmərəsinin  yüksəldilməsi  yolları,  turizmin  inkişaf  mexanizmlərinin 

təkmilləşdidirilməsi,  Azərbaycanda  turizmin  inkişaf  perspektivlərinin  proqnozu  və  

ölkədə turizm potensialının, inkişaf perspektivlərinin təhlili aparılmışdır.  

   Ümumilikdə  dissertasiya  işi  -  mündəricat,  giriş,  hərəsi  3  sualdan  ibarət  3  fəsil, 

nəticə  və  təkliflər,  istifadə  olunmuş  ədəbiyyat,  və  dissertasiya  işinin  referatından 

ibarətdir.  



 

 


Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə