Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə23/29
tarix25.11.2017
ölçüsü0,79 Mb.
#12225
1   ...   19   20   21   22   23   24   25   26   ...   29

68 

 

 



 

    Bu  gün  Azərbaycanın  turizm  marşrutları  üzərində  rayonlarda  müxtəlif  turist 

layihələri həyata keçirilir, bölgələrimiz beynəlxalq səviyyədə təbliğ olunur. Bu sırada 

“Böyük  İpək  yolu”,  “Şərab  yolu”,  “Xalçaçılıq”,  “Aleksandr  Düma  Qafqazda”  və 

“Azərbaycanda alman məskənləri” layihələrini qeyd etmək olar. Sözügedən layihələr 

ölkəmizə  gələn  turistlərin  sayının  artırılmasına  və  çoxçeşidli  turizm  məhsulunun 

yaradılmasına  xidmət  edir.  Mühüm  yeniliklərdən  biri  də  turizm  sahəsində  elektron 

xidmətlərin  təşkilidir.  Bu  məqsədlə  yaradılmış  yeni  saytda  (e-services.mct.gov.az) 

vətəndaşlara 12 növ elektron xidmət göstərilir. 

    Qəbul  edilmiş  dövlət  proqramları,  davamlı  olaraq  həyata  keçirilən  tədbirlər  bu 

inkişafı  şərtləndirən  əsas  amillərdəndir.  Qeyd  edək  ki,  Azərbaycan  Respublikasında 

2002-2005-ci  illərdə  turizmin  inkişafına  dair  Dövlət  Proqramının  həyata  keçirilməsi 

nəticəsində münbit şərait yaradılmış, beynəlxalq turizm bazarına inteqrasiyanın təmin 

olunmasının  əsası  qoyulmuş,  milli  turizm  kompleksinin  rəqabətə  davamlılığı 

yüksəlmişdir. Ona görə də 2010-cu ildə “Azərbaycan Respublikasında 2010-2014-cü 

illərdə turizmin inkişafına dair” Dövlət Proqramı qəbul olundu. Bu proqramın başlıca 

məqsədi  ölkədə  turizm  sahəsinin  daha  da  inkişaf  etdirilməsinin  təmin  olunması  idi. 

“Azərbaycan  Respublikasında  2010-2014-cü  illərdə  turizmin  inkişafına  dair”  Dövlət 

Proqramı  bir  neçə  istiqamətdə  məqsədyönlü  tədbirlərin  həyata  keçirilməsini  nəzərdə 

tuturdu.  Proqramın  icra  olunması  turizm  sahəsində  normativ  hüquqi  bazanın  və 

dövlət 

tənzimlənməsi 



mexanizmlərinin 

təkmilləşdirilməsi, 

ölkənin 

turizm 


potensialından istifadə imkanlarının genişləndirilməsi, turizm sahəsinə yerli və xarici 

investisiyaların  cəlb  edilməsi,  turizmin  müxtəlif  növlərinin  inkişaf  etdirilməsi,  yeni 

turizm  marşrutlarının  yaradılması,  turizm  sahəsi  üçün  kadr  hazırlığı,  Azərbaycanın 

milli-tarixi,  mədəni  və  mənəvi  irsinin,  milli  adət-ənənələrin  dünyada  təbliği  və  s. 

istiqamətlərdə həyata keçirilən tədbirlər öz real nəticələrini verir. 

     Ölkədə  turizmin    inkişafı    üçün  dünya  səviyyəsində  öndə  gedən  ölkələrin 

təcrübəsindən  istifadəni  vacib  sayır:”  Buna  da        dünya  səviyyəsində  öndə  gedən 

ölkələrin  təcrübəsindən  istifadə  etməklə  nail  olmaq  olar.  Eyni  zamanda  sahə  üzrə 

professional  reklamçılar  yetişdirib  onların    əməyindən  faydalanmaq  mümkündür.  

Araşdırmalar  göstərir  ki,  Azərbaycan  üçün  turizmdə  ən  böyük  bazar  Rusiya  və 




69 

 

 



 

keçmiş  SSRİ  respublikaları  ola  bilər.  Çünki,  Türkiyəyə  gedən  turistlərin  70  faizi 

ruslar  və  ukraynalılardır.  Dünyanın  bütün  ölkələrində  rus  turistləri  kütləvilik  təşkil 

edir.Cənub  ölkələrindən  isə  turistlər  əsasən  qış  turizminə  üstünlük  verirlər. 

Azərbaycanda bu sahədən də gəlir götürmək üçün böyük imkanlar var”. 

     Ölkədə  həm  dövlətin  dəstəyi,  həm  də  sahibarkarların  köməyi  ilə  ilin  bütün 

fəsillərinə  cavab  verən    turizm  infrastrukturu  yaradılmalıdır;  Qış  turizmi  yetərincə 

inkişaf edərsə, bu sahibkarların iqtisadi vəziyyətinə müsbət təsir edər və sonda onlar 

tərəfindən xidmətlərə görə qiymətlərin aşağı salınması ilə nəticələnər. Qış turizminin 

inkişafı  turizm  obyektlərinin  yalnız  yay  fəslində  olmaqla  mövsümü  deyil,  həm  də 

ilboyu fasiləsiz işləməsinə imkan yaradar. İlboyu turistlərin gəlişini təmin edər. Bu da 

öz növbəsində ölkəyə valyuta axınının güclənməsinə səbəb olar. 

      Qış  turizminin  inkişafı    ilə  Azərbaycanda  bir  sıra  qış  idman  növləri  üzrə 

tədbirlərin  təşkilinə  hazırlıq  aparılmalıdır;  Bu  həm  ölkənin  reklamı,  həm  də  imici 

üçün çöx  vacib amillərdən biri olar.  O cümlədən  Azərbaycanı  dünyada  müasir ölkə 

kimi  tanıdar.  Müqayisə  üçün  bildirək  ki,  hər  il  İsveçrə  və  Avstriya  kimi  ölkələrdə 

müxtəlif qış idman növləri üzrə tədbirlər, turnirlər və s keçirilir. Bu da həmin ölkələrə 

turist  və valyuta axınına səbəb olur. Həmçinin sözügedən ölkələrə öz imkanlarını və 

ixrac potensiallarını genişləndirməyə  şərait yaradar. 

    Qış  turizmi  üçün  əlverişli  olan  regionlarda  infrastrukturun  (yolların,  elektrik 

enerjisi, qaz,su  təchizatı, kanalizasiya sistemi)  vəziyyəti  yaxşılaşdırılmalı, bu sahədə 

işləmək  istəyən  yerli  və    xarici  sahibkarlar  üçün  vergi  güzəştləri  tətbiq  edilməlidir;-

Nəqliyyat vasitələri xidmət tələblərinə uyğunlaşdırılmalıdır.  Avtobus dayanacaqları, 

metrolar  xəritə-sxemlərlə,  işarələrlə  təmin  eilməli,  bu  məlumatlar  xarici  dillərdə  də 

mövcud  olmalıdır;  Köhnə  və  yararsız  nəqliyyat  vasitələri  istismardan  çıxarılmalıdır. 

Həmçinin xarici dillərdə məlumatların verilməsi də turistlərin şəhər daxilində sərbəst  

hərəkətini asanlaşdırar. 

     Turizm marşurutları üzrə mövcud olan nəqliyyat vasitələrinin sayı artırılmalı, bura 

yeni  nəqliyyat  növləri  əlavə  olunmalıdır.  Turistlərə  sərnişin  nəqliyyatının  müxtəlif 

növləri  –  qatar,dəniz,  və  çay  gəmiləri,  avia  çarter  reysləri,  avtobuslar  təklif 

edilməlidir;  Nəqliyyat  sisteminin  inkişafı  və  ixtisaslaşmış  turist  nəqliyyatının 



70 

 

 



 

meydana çıxması, az vəsait sərf etməklə xarici ölkələrə turist səfərlərini daha əlverişli 

edib.  Nəqliyyat  vasitələrinin  seçimi,  turistin  gəldiyi  ölkənin  coğrafi  mövqeyindən, 

turisti göndərən ölkənin hansı məsafədə yerləşməsindən, eyni zamanda turistin sosial 

vəziyyətindən və onun maliyyə imkanlarından asılı ola bilər. 

     Azərbaycan  Respublikasında  keçiriləcək  beynəlxalq  yarışlar  üçün  mövcud 

infrastrukturu  daha  da  təkmilləşdirmək,  idmanın  və  bədən  tərbiyəsinin  normativ 

hüquqi  bazasını  müasir  tələblər  səviyyəsinə  çatdırmaq,  bədən  tərbiyəsinin  daha  da 

kütləviləşdirilməsini  təmin  etmək,  bu  sahədə  həyata  keçiriləcək  təşkilati  maliyyə  və 

hüquqi  tədbirləri  qabaqcıl  standartlara  uyğun  təşkil  etmək  məqsüədilə,  Azərbaycan 

Respublikası  Prezidentinin  2012-ci  il  29  dekabr  tarixli,  800  nömrəli  Fərmanı  ilə 

təsdiq edilmiş “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası“ nda “2015-

2018-ci  illərdə  Azərbaycan  Respublikasının  bədən  tərbiyəsi  və  idmanın  inkişafı” 

Dövlət  Proqramının  hazırlanaraq  həyata  keçirilməsi  nəzərdə  tutulmuşdur.  Bu 

proqram aşağıdakı istiqamətləri əhatə edir: 

     Ölkədə  bədən  tərbiyəsi  və  idman  hərəkatının  idarə  olunması  prosesinin 

təkmilləşdirilməsi,  idman  yönümlü  qurumların  sayının  artırılması,  bələdiyyələrin, 

regional  və  yerli  qeyri-hökümət,  ictimai  və  özəl  təşkilatların  bu  sahə  üzrə 

fəaliyyətlərinin canlandırılması və əlaqələndirilməsi; 

     Bədən  tərbiyəsi  və  idman  sahəsində  aparılan  təbliğat  və  təşviqat  işlərinin 

genişləndirilməsi, daha effektiv və müasir formada təşkil edilməsi; 

     İnvestisiya  Proqramına,  Regionların  sosial-iqtisadi  inkişafı  proqramlarına  uyğun 

olaraq  yeni  idman qurğularının,  xüsusən  müvafiq şəhər  və rayonlar  üçün ənənəvi  və 

prioritet  sayılan  idman  növü  kimi  müəyyən  edilmiş  idman  növləri  üzrə  təlim  idman 

bazalarının  tikintisinin planlaşdırılması və inşası. 

     Azərbaycanda  idman  turizminin  qarşılaşdığı  problemlər  tədricən  həll  edilir  və 

gələcək gələcəyə inamlı addımlar atılır. Artıq bu istiqamətdə bir sıra layihələr həyata 

keçirilmişdir.Belə  layihələrdən  ən  əzəmətlisi  timsalında  12-28  iyun  2015-ci  il 

tarixləri  arasında  keçirilmiş  1-ci  Avropa  Oyunlarına  ev  sahibliyi  etməyi  göstərmək 

olar.Oyunlarda  50  ölkədən  20  idman  növü  üzrə  6000-dən  çox  idmançı  iştirak 

etmişdir.    İlk  dəfə  Azərbaycanın  ev  sahibliyi  etdiyi  bu  tədbirin  idman  aləmində  nə 



Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə