Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə17/29
tarix25.11.2017
ölçüsü0,79 Mb.
#12225
1   ...   13   14   15   16   17   18   19   20   ...   29

50 

 

 



 

ildə  452,  2010-cu  ildə  499,  2011-ci  ildə  508,  2012-ci  ildə  514,2013-cü  ildə  530, 

2014-cü  ildə  bu  rəqəm  Azərbaycanda  535  mehmanxana  və  ona  bərabər  tutulan 

yerləşdirmə obyektləri  mövcuddur. 2006-cı  ildən bu  günə kimi 535  mehmanxana  və 

mehmanxana tipli turizm obyekti tikilərək, istifadəyə verilmişdir. 

    Azərbaycanda  mütəmadi  olaraq  beynəlxalq  tədbir  və  toplantıların  keçirilməsini, 

respublikaya  turist  səfərlərinin  ildən-ilə  artımını  nəzərə  alaraq  mehmanxanaların 

ilboyu  istismarı  beynəlxalq  standartlara  uyğun  təmin  olunur,  qəbul  edilmiş  və 

göndərilmiş turistlərin sayı artır. 

 

Cədvəl 2.5. 



 

                           

Qəbul edilmiş və göndərilmiş turistlərin sayı(nəfər)

 

  



2009 

2010 

2011 

2012 

2013 

2014 

Qəbul edilmiş və 

göndərilmiş 

 turistlərin sayı, nəfər 

59700 

69923 

83620  101431  91 961 

92 305 

o cümlədən: 



  

  

qəbul edilmiş  

17009 

17641 


18840  23440 

10 605 


10 657 

göndərilmiş  

42691 

52282 


64780 

 

77991 



81 356 

81 648 


Qəbul edilmiş və 

göndərilmiş 

tur-günlərin sayı, adam-gün  38349 

458568  544778  674435  670 367 

614 009 

o cümlədən: 



  

  

  

  

  

qəbul edilmiş  



10928

2  111232  126975  135838  58 173 

57 931 

göndərilmiş  



27419

7  347336  417803  538597  612 194 

556 078 

 

www.stat.qov.az.-2015 



 

      Burada qəbul edilmiş  və  göndərilmiş turistlər 2009-cu  ildə 59700  nəfər, 2010-cu 

ildə  69923  nəfər,  2011-ci  ildə  83620nəfər,  2012-ci  ildə  101431  nəfər,  2013-cü  ildə 

91961nəfər,2014-cü  ildə  91305  nəfər  təşkil  etmişdir.  Qəbul  edilmiş  və  göndərilmiş 

tur-günlərin sayı 2009-cu il 383479, 2010-cü ildə 458568, 2011-ci ildə 544778, 2012-

ci ildə 670367, 2014-cü ildə 614009 təşkil etmişdir. 




51 

 

 



 

   Ölkənin  regionlarında  turist  zonalarının  və  marşrutlarının  təşkil  edilməsilə  bağlı  7 

marşrut  istiqamətində  proqramlar  hazırlanmışdır.  Bu  marşrutlara  aşağıdakılar 

daxildir:  

1.Abşeron 

2.Qobustan-Şamaxı-Ağsu-Göyçay-İsmayıllı-Kürdəmir-Zərdab-Ağdaş 

3.Xızı-Siyəzən-Dəvəçi-Xaçmaz-Quba-Qusar 

4.Qəbələ-Oğuz-Şəki-Qax-Zaqatala-Balakən 

5.Gəncə-Goranboy-Xanlar-Gədəbəy-Tovuz-Qazax 

6.Salyan-Masallı-Lerik-Lənkəran-Astara 

7.Naxçıvan-Şahbuz-Şərur-Sədərək-Ordubad-Culfa-Babək 

 

    Ümummilli  liderimiz  Heydər  Əliyevin  27  avqust  2002-ci  il  sərəncamı  ilə 



«Azərbaycan  Respublikasında  2002-2005-ci  illərdə  Turizmin  İnkişafına  dair  Dövlət 

Proqramı»nın  təsdiq  olunması  ölkəmizdə  turizm  ehtiyatlarından  səmərəli  istifadə 

edilməsi  yollarını  müəyyənləşdirdi  və  respublikamızın  beynəlxalq  turizm  arenasına 

çıxması üçün geniş imkanlar yaratdı.     

   Turizm fəaliyyətinin ərazi təşkili ərazinin təbii-rekreasiya sərvətlərinin mövcudluğu 

şəraitində mümkün olur.Bu sərvətlərin dəyəri və ehtiyatlarından asılı olaraq, müxtəlif 

səviyyəli kurortların təşkilindən danışmaq olar. Bunların hər birinə hazırlıq səviyyəsi, 

sənədlərin  təsdiqi  və  qərarların  qəbulu  xasdır.  Burada  təbii  müalicəvi  sərvətlərin 

axtarılması  və ekspert qiymətləndirilməsi, iqlimin  müalicəvi  xüsusiyyətləri  haqqında 

məlumatın  olması  ilk  addım  ola  bilər.  Qeyd  edək  ki,  ərazinin  turist  rekreasion 

sənədlərinin  hazırlanması  işinin  təşkilinin  sifarişçisi  qeyri-dövlət  və  kommersiya 

strukturları ola bilər. 

      Ölkəmizdə  turizm  xidməti  üçün  çox  əlverişli  şərait  var.  Bu  ondan  irəli  gəlir  ki, 

respublikamızın  hər  cür  təbii  iqlim,  landşaft  şəraiti,  iqtisadi  imkanları  və  turizm 

obyektləri mövcuddur.  

      Turizmin  inkişaf  etdirilməsi  əhalinin  həyat  səviyyəsinin  yüksəldilməsində  və 

xarici  iqtisadi  əlaqələrin  möhkəmlənməsində  də  mühüm  rol  oynayır.  Ölkəmizdə 

mineral  suların,  müalicə  nefti  və  palçığın  olması  kurort  yerlərinin  əhəmiyyətini 




52 

 

 



 

artırmaqla  yanaşı,  buraya  turist  axınını  da  gücləndirir.  Xəzər  dənizi  sahilləri,  Quba-

Xaçmaz,  Lənkəran-Astara,  Şəki-Zaqatala,  Gəncə-Qazax  iqtisadi  rayonları  turizmin 

inkişaf  etdirilməsi  üçün  çox  yararlıdır.  Məhz  bu  zonalara  turist  axını  daha  çoxdur. 

Bundan  əlavə,  müxtəlif  arxeoloji,  tarixi-memarlıq  abidələri,  incəsənət  obyektləri  də 

xarici turistləri cəlb edir. 

2010-2014-cü  illəri  əhatə  edən  aşağıdakı  cədvəldən  görmək  olur  ki, 

müəssisələrin mülkiyyət növünə görə sayı il-ildən artır, qeyri-dövlət mülkiyyətində o 

cümlədən,  xüsusi  mülkiyyətdə  olan  turizm  müəssisələrinin  sayının  artım  dinamikası 

bu cədvəldə öz əksini tapmışdır. 

 

 

Cədvəl 2.6.                               



  

                                          Müəssisələrin mülkiyyət növünə görə sayı 

  

2010 

2011 

2012 

2013 

2014 

Müəssisələrin sayı  

126 

141 

170 

197 

218 

  ondan:   



  

  

  

     

dövlət  mülkiyyəti 





qeyri-dövlət mülkiyyəti 



124 

139 


168 

194 


216 

o cümlədən: 

  

  

  



  

  

Xüsusi 



119 

135 


161 

187 


207 

Xarici 




birgə 





www.stat.qov.az.-2015 



      Burada göründüyü kimi mülkiyyət növünə görə turizm müəssisələrinin sayı 2010- 

cu  ildə  cəmi  126  olduğu  halda  2011-ci  ildə  141,  2012-ci  ildə  170,2013-cü  ildə  197, 

2014-cü  ildə  218-ə  çatmışdır  ki,  bu  da  respublakda  turizmə  olan  tələbatdan  xəbər 

verir, eyni zamanda turizmin dinamik inkişafını özündə əks etdirir.

 

      Azərbaycan  hələ  də  öz  turizm  potensialından  tam  yararlana  bilmir.  Axı  Lerik, 



Yardımlı, Quba, Qusar, Şamaxı, Qəbələ, Lənkəran, Gədəbəy, İsmayıllı, Xaçmaz kimi 

səfalı  turzm  məkanları  olan  yerləri  bu  istiqamət  üzrə  daha  da  inkişaf  etdirmək 

mümkündür.  

 

 

 

 

 

 



Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə