Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə2/29
tarix25.11.2017
ölçüsü0,79 Mb.
#12225
1   2   3   4   5   6   7   8   9   ...   29

 

 



 

I FƏSİL: Turizmin inkişafının nəzəri-metoloji əsasları 

1.1.Turizmin sosial- iqtisadi mahiyyəti və 

 inkişafının nəticələri 

      Turizmin  mahiyyəti  onun  sosial-iqtisadi  mənasını  açır.  İqtisadi  mənası  sahə 

olaraq  gəlir  gətirmək  qabiliyyətidir.  Turizm  sahəsi  iş  yerlərini  təmin  edir,özünün 

maddi  ehtiyatlarını  formalaşdırır,  uyğun  fondları  təşkil  edir.Fəaliyyəti  nəticəsində 

gəlir-mənfəət əldə edir. Sosial mənası isə iş yerlərinin açılması, sahibkarlığın inkişafı 

və  uyğun  olaraq  turizm  regionlarında  ev  təsərrüfatının,  əhalinin  ehtiyaclarına  uyğun 

xidmət sferası yaratmaqdır. 

    Dünya  təcrübəsi  göstərir  ki,  turizm  inkişaf  etmiş  regionlarda  dövlət  və  əhali 

gəlirlərinin  30%-ə  qədəri  turizm  fəaliyyəti  ilə  bağlıdır.  Turizm  sosial  sahə  olaraq 

inkişafı  xidmət  sferası  ilə  bağlıdır.  O  cümlədən  turizm  inkişaf  etmiş  regionlarda 

sosial  infrastruktura  daha  geniş  yayılıb.  Sosial  infrastruktura  sahələri  isə  nəqliyyat, 

ictimai iaşə, mənzil  otel və məişət xidmətləri sahələri ilə bağlıdır. 

       Turizmin  infrastruktur  sahələri  şəhərsalma  və  regionlarda  kompleks  ərazi 

inkişafını təmin edir. Turizmin sosial mahiyyəti onun sosial predmeti olaraq öyrənmə 

və sosial proqnozlarının əsasını yaradır. 

    Turizmin  inkişafında  sosial  amillər-  demoqrafik  və  təhsil  səviyyəsi  ilə  ölçülür. 

Turizmin  sahə  quruluşu,  onun  regional  yerləşmə  sxemi,  sosial  infrastrukturun 

yerləşməsinin konseptual əsasıdır. 

O  cümlədən,  turizmin  infrastrukturu  birbaşa  sosial  xarakterli  infrastrukturadır. 

Təhsil,səhiyyə,  əhali  daşınması,  pullu  xidmətləri,  mənzil-kommunal  təsərrüfatlarının 

inkişafı,  otelçilik,  ev  təsərrüfatına  münasibət  sosial  vəzifələri  ifadə  edir.  Turizmin 

sosial-iqtisadi  inkişafı  əhalinin  həyat  səviyyəsinin  yüksəldilməsi,  rifah  halının 

yaxşılaşdırılmasına  səbəb  olur.  Bölgələrdə  iş  adamları  tərəfindən  və  ya  dövlət 

himayəçiliyi  ilə  turistik  bazalar  yaradılarsa,  bu,  ilk  növbədə  on  minlərlə  iş  yerinin 

açılması, kənd təsərrüfatı mallarının rahat satışı, bölgə əhalisinin sosial rufah halının 

yaxşılaşması deməkdir.  



 

 



 

     Ümumiyyətlə,  turizm  xidmətin  xüsusi  bir  sahəsi  olmaqla,  insanların  beynəlxalq 

hərəkəti  və  yaxud  səyahəti  ilə  bağlıdır  və  bu  sahənin  inkişafı  XX  əsrin  ikinci 

yarısından başlayaraq geniş vüsət almışdır.  

   Müstəqilliyini  bərpa  etdikdən  sonra  yeni  ictimai-iqtisadi  inkişaf  yoluna  qədəm 

qoyan, açıq bazar iqtisadiyyatı sisteminin tələbləri əsasında inkişaf edən Azərbaycan 

beynəlxalq  aləmə  inteqrasiya  prosesləri  çərçivəsində  dünya  dövlətləri  ilə  iqtisadi 

əlaqələrini genişləndirmişdir.Ölkəmizdə bu əlaqələrin bir qolu olan beynəlxalq turizm 

münasibətlərinin inkişafı istiqmətində də təqdirəlayiq işlər görülmüşdür.  

    Ümummilli  lider  Heydər  Əliyev  ölkəmizdə  turizmin  inkişafına  xüsusi  önəm 

verirdi.  1999-cu  ildə  ulu  öndərin  müvafiq  Fərmanı  əsasında  qəbul  edilmiş  “Turizm 

haqqında  qanun”  və  2002-ci  ildə  həyata  vəsiqə  almış  “2002-2005-ci  illərdə 

Azərbaycanda  turizmin  inkişafı  proqramı”sonrakı  dövrlərdə  Azərbaycanda  turizm 

sektorunun inkişafına təkan vermişdir.  

    Azərbaycan  çox  nadir  təbii,  mədəni,  milli,  etnoqrafik  obyektlər  kompleksinə 

malikdir.  Əlverişli  coğrafi  mövqeyi,  doqquz  iqlim  qurşağı,  flora  və  faunasının 

müxtəlifliyi  və  zənginliyi,  dəniz  sahilində  yerləşməsi,  mədəni-tarixi  irsi,  ləziz 

mətbəxi,  yüksək  qonaqpərvərlik  ənənələri  ölkəmizdə  turizmin  inkişafı  üçün  böyük 

perspektivlər açır.  

   Azərbaycanda  turizm  sahəsində  mövcud  olan  geniş  imkanlar  ölkəmizin  bir  sıra 

beynəlxalq  təşkilatlarla  turizmin  inkişafı  istiqamətində  əməkdaşlıq  etməsinə  şərait 

yaradır.  Bu  beynəlxalq  qurumlar  arasında  Dünya  Turizm  Təşkilatının,  İslam 

Konfransı Təşkilatının, GUAM-ın, Müstəqil Dövlətlər Birliyinin və digər təşkilatların 

adlarını çəkmək olar.  

     Eyni zamanda, Azərbaycan turizm sahəsində zəngin təcrübəsi olan Türkiyə, Polşa, 

İtaliya,  Gürcüstan,  Ukrayna,  Rumıniya,  Belarus,  Yunanıstan,  Moldova,  Qətər  və 

digər  ölkələrlə  hökumətlərarası  sazişlər  imzalamışdır.  Hazırda  digər  dövlətlərlə  də 

belə sazişlərin bağlanması ilə bağlı müzakirələr aparılır.  

     2002-ci  ildən  etibarən  hər  il  Bakıda  Beynəlxalq  Turizm  Sərgisinin  (AİTF) 

keçirilməsinin  ənənə  halını  alması  dövlətimizin  turizm  inkişafna  necə  böyük 

əhəmiyyət  verməsini  sübut  edir.  Bundan  əlavə,  indiyədək  Azərbaycanın  turizm 



 

 



 

ehtiyatlarının  zənginliyindən,  bu  sahənin  imkanlarının  genişliyindən  bəhs  edən 

materiallar  dünyanın  İstanbul,  Berlin,  Moskva,  London,  Əl-Küveyt,  Kiyev,  Tbilisi, 

Daşkənd və digər böyük şəhərlərində keçirilmiş sərgilərdə nümayiş etdirilmişdir.  

    Qeyd etmək lazımdır ki, ölkəmizdə turizmin müxtəlif növlərinin inkişafına, turizm 

sahəsində  çalışan  kadrların  maarifləndirilməsinə  yeni  təkan  verəcək  “Azərbaycan 

Respublikasında  2007-2016-cı  illər  üçün  turizmin  inkişafına  dair  Dövlət  Proqramı” 

qəbul edilmişdir.  

    Dövlət  Proqramının  əsas  məqsədi  “Turizm  haqqında”  Qanunda,  habelə  digər 

müvafiq normativ-hüquqi aktlarda nəzərdə tutulmuş müddəalara uyğun olaraq turizm 

sahəsində  dövlət  siyasətinin  həyata  keçirilməsini,  ölkənin  sosial-iqtisadi  inkişafını 

təmin edən  vasitələrdən biri kimi turizm sərvətlərindən səmərəli  istifadə olunmasını, 

turizmin  ölkə  iqtisadiyyatının  öncül  istiqaməti  kimi  tanınması  və  bu  sahənin 

səmərəliliyinin artırılmasını təmin etməkdir.  

   Azərbaycanda turizmin inkişafı sahəsində qarşıya qoyulan əsas məqsədlər sırasında 

turizm  ehtiyatlarının  öyrənilməsi  və  onların  genişləndirilməsi,  turistlərin  istirahəti, 

onların  tələbatının  ödənilməsi  üçün  zəruri  olan  xidmətlərin,  ekskursiya  və  digər 

mədəni 


tədbirlərin 

çeşidinin 

genişləndirilməsi 

və 


müasir 

standartlara 

uyğunlaşdırılması,  sanatoriya-kurort  sərvətlərinin  öyrənilməsi  və  davamlı  istismarı, 

mehmanxanaların  və digər turizm obyektlərinin tikintisinin  genişləndirilməsi, turizm 

marşrutlarının artırılması, turizm  növlərinin  inkişaf etdirilməsi, prioritet turizm  növü 

kimi  mədəni  turizm,  ekoloji  turizm  və  kənd  yaşıl  turizmi,  rekreasiya  turizmi 

sahəsində  dövlət  tənzimlənməsinin  gücləndirilməsi,  milli  adət-ənənələrimizi, 

Azərbaycan    xalqının  tarixi-mədəni  irsini,  ayrı-ayrı  regionların  və  şəhərlərin  tarixini 

əks  etdirən  materialların  nəşr  etdirilməsi  və  yayılması,  milli  sənətkarlıq  və  suvenir 

məhsullarının  istehsalının  və  satışının  genişləndirilməsi  kimi  istiqamətləri  qeyd 

etmək olar.  

    Eyni  zamanda,  Azərbaycanı  turizmin  inkişafı  üçün  əlverişli  şəraiti  olan  ölkə  kimi 

dünyada  tanıtmaq  məqsədi  ilə  yeni  Azərbaycan  turizm  əmtəə  nişanının  (loqosunun) 

və turizm sahəsində olan Azərbaycan brendlərinin reklam-təbliğat və  məlumat-sorğu 

fəaliyyətinin  canlandırılması,  beynəlxalq  proqramlar  çərçivəsində  regional  mədəni 



Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə