Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə12/29
tarix25.11.2017
ölçüsü0,79 Mb.
#12225
1   ...   8   9   10   11   12   13   14   15   ...   29

35 

 

 



 

Onu  da  qeyd  edək  ki,  ölkədə  yerləşən  turizm  müəssisələri  əsasən  ənənəvi  bəzi 

hallarda  Avropa  və  şəpq  üslubunda  tikilir.  Mehmanxanalar,  otellər  və  istirahət 

mərkəzləri  öz  interyeri,  estetik  və  bədii  üslubuna  ilə  seçilir.  Belə  ki,  istirahət 

mərkəzlərində  və  şəhərətrafı  qanısa  müddətli  istirahət  yerlərində  kempinqlər  əsasən 

1-2 mərtəbəli kotejlərdən ibarət olmaqla ətraf mühitə uyğunlaşdırılmışdır. 

 Dörd  və  beş  ulduzlu  mehmanxanalar  əsasən  4  mərtəbədən  çox  olmaqla  öz 

interyer  və  üslubu  ilə  seçilir.  Belə  mehmanxanalarda  əsas  və  köməkçi  binalar, 

qidalanma  və    xidmət  məntəqələri  idman  kompleksləri,  qapalı  və  açıq,  üzgüçülük 

hovuzları,  köməkçi  binalarda  qazanxanalar,  camaşırxanalar  və  anbar  fəaliyyət 

göstərir. 

Regionlarda  taxtadan  çay  daşından  tikilmiş,  estetik  görünüşü  ilə  seçilən 

kempinqlər  daha  çox  yayılıb.  Belə  kempinqlər  landşaft  ekzotikliyi  ilə  seçilən 

ərazilərdə, göl sahilində, çay vadilərində daha çox tikilir. 

Ölkədə  turizm  sənayesinin  inkişafı  ilə  əlaqədar  tikinti  materiallarına  tələbat 

artmışdır.Bu  baxımdan  hər  bir  inzibati  rayon  daxilində  turizm  məqsədli  tikintilərin 

planlı  aparılması,  xüsusilə  kənd  təsərrüfatına  yaralı  torpaqların  azalmasının  qarşısını 

almaq  üçün  kənd  təsərrüfatının  istifadəsindən  çıxarılmış  ərazilərdə  istirahət 

mərkəzlərinin tikintisinin aparılması məqsəd əuyğundur. 

Yüngül və kustar sənaye turizm bazarında mühüm rol oynamaqla əsasən turistlər 

üçün  suvenir  və  hədiyyələr  istehsalından  ibarətdir.Ölkəmizdə  yüngül  sənayenin 

ənənəvi  sahələrindən  sayılan  xalçaçılıq  və  ipəkçilik  turistləri  daha  çox  cəlb  edir. 

Xarici turistlər xalçaçılıq və ipəkçilikdə toxunan məhsullara daha çox maraq göstərsə 

də,  yerli  turistlər  də  getdikləri  bölgələrdən  yadigar  suvenir  məhsulları,  hədiyyələr 

almağa  üstünlük  verirlər.  Buna  görə  ölkəmizin  ayrı-ayrı  regionlarında    milli 

xüsusiyyətləri əks etdirən xalçaçılıq, ipəkçilik məhsullarının satışının təşkil olunması 

əsas məsələlərdən biridir. 

Ölkəmizin əsas ipəkçilik mərkəzlərinə Şəki, Şamaxı, Basqal, İsmayıllı, Ordubad 

daxildir.  Bunların  əksəriyyəti  turizm  inkişaf  etdiyi  bölgələrdə  yerləşdiyinə  görə  iri 

yaşayış məntəqələrində , turizm  mərkəzlərində, yol qobşaqlarında ipəkçiliyə aid olan 




36 

 

 



 

məhsulların  satışı  mümkündür.  Bu  da  yerli  istehsalın  artmasına,  bölgənin  turizm 

potensialının təbliğinə şərait yaradar. 

Ölkəmizdə  ənənəvi  xalçaçılıq  istehsalı  da  geniş  yayılmişdır.  Hər  bir  bölgənin 

özünəməxsus,  ənənvi,  müxtəlif  məhsullar,  xalçaçılıq  sənəti  mövcuddur.  Qeyd 

olunduğu  kimi  xalçaçılıq  sənətinin  kənd  yaşıl  turizmin  inkişafında,  ənənəvi 

sənətkarlığın yaşadılmasında mühüm əhəmiyyəti vardır. Xalçaçılıq və dekorativ sənət 

ölkənin  bütün  regionlarında  yayılmaqla  yerli  və  xarici  turistlər  üçün  heybə,  kilim, 

palaz,  namaz qılmaq  üçün kişik  xalça  və s. istehsal edir.Əl  ilə  kustar  üsulla  toxunan 

xalçalar  xarici turistlərlə yanaşı, yerli vətəndaşlar üçün də öz şöhrətini saxlayır. 

Lənkəran  bölgəsində  qamışdan  toxunan  çətir,  palaz,  baş  geyimləri  öz 

dekorativliyi ilə seçilir ki, bu da yerli və xarici turistləri cəlb edən vasitələrdən sayıla 

bilər.  Bu  regionda  kənd  yaşıl  turizminin  bir  qolu  da  qamışdan  toxunan  sənətkarlıqla 

bağlıdır.  Burada  qamışdan  toxunan  baş  geyimlərinin,  kiçik  səbətlərin,  evciklırin, 

palazların, çətirlərin iri yaşayış məntəqələrində , istirahət mərkəzində satışının təşkili 

turizmin  inkişafına  təkan  verməklə  yanaşı,  yerli  istehsalın  da  artmasına  səbəb  ola 

bilər.  

Turizm  xidmət  bazarının  formalaşması  yuxarıda  qeyd  olunduğu  kimi  bir  sıra 

xidmət  və  istehsal  sahələrinin  əlaqələndirilməsi  ilə  mümkündür.  Bu  baxımdan 

turizmin  təşkili  zamanı  turistlərə  göstərilən  kompleks  xidmətdə  bütün  müəssisə  və 

təşkilatların qarşılıqlı əlaqəsi əsasında müqavilə ilə tənzimlənir. 

    Azərbaycan 

Respublikasının 

müstəqillik 

və 

dünya 


iqtisadiyyatına 

inteqrasiyası,  neft strategiyası  və  beynəlxalq  layihələrin  respublikada aparıcı  iqtisadi 

həlqəyə  çevrilməsi,  turizmin  zəruriliyi,  onun  subyektlərinin  və  istehlakçıların 

panaramasını  dəyişdi.  Turizmin  bazar  iqtisadiyyatı  şəraitində  yeni  mülkiyyətçiləri, 

kapital və resurs təminatçıları, hüquqi və fiziki şəxs kimi turizm bazarında öz turizm 

məhsulu  və  onun  istifadəçisi  kimi    elementləri  meydana  çıxır.  Ona  görə  də  turizm 

sahəsində  qərar  qəbulu,  planlaşma,  idarəetmə  və  tənzimləmə,  siyasəti  sərbəst  və  bir 

sıra  sosial,  məqsədli  və  həmçinin  qlobal  və  lokal  meyarların  əsasında  inkişafı 

imkanları  yaranır. Turizm artıq potensial şəraitdən  iqtisadi  və sosial dövriyyəyə cəlb 

olunan aktiv dövlət siyasətinin tərkib hissəsi kimi formalaşır və inkişaf edir. 




37 

 

 



 

2.2 Turizm potensialının formalaşma mənbəələri və təhlili 

 

Turizm  potensialı,  turizm  dövriyyəsinə  cəlb  olunan  turizm  məhsulu  və  onun 

inkişafına  yönəldilən  maddi,  maliyyə  və  təşkilatı  kadr  mənbələrini  və  onlardan 

istifadə yollarını müəyyənləşdirir.  

   Turizm  potensialının  qiymətləndirilməsi  onun  planlaşması  və  davamlı  inkişaf 

strategiyasını yerləşmə konturunu və əsas istiqamətlərini əsaslandırmağa imkan verir. 

Potensial  qiymətləndirmə  son  səmərə  ilə  ölçülür.Potensialı  proqnozlamaq  yolu  ilə 

turizmin inkişafına şərait yaradılıb, mühit dəyişdirildi. 

      Azərbaycanda  turizmin  potensialı  və  inkişaf  perspektivləri  turizm  sisteminin 

inkişafı, sosial-iqtisadi rolu turizm potensialının formalaşması və istifadəsi səmərliliyi 

ilə  ölçülür.    Turizm  potensialı  dedikdə,  turizmin  tələblərinə  uyğun  olaraq  istifadə 

edilə  biləcək  maliyyə  resursları,  infrastrukturlar,  əmək  qüvvəsi,  təşkilati-idarəetmə 

təcrübəsi  nəzərdə  tutulur.  Bir  ölkənin  hər  hansısa  sahədə  potensialının  öyrənilə 

bilməsi üçün bu sahənin amilləri dəyərləndirilməli və proqnozlaşdırılaraq əsas inkişaf 

yönümü  təyin  edilməlidir.    Turizm  potensialı  resurs  potensialını  müəyyənləşdirir. 

Turizmin  resurs  xüsusiyyətləri  onun  sahələrarası  maddi-  maliyyə  mübadiləsi  və 

turizmin  məhsulunun  dəyəri,  bölgüsü  xüsusiyətlərilə  fərqlənir.  Turizmə  aid  bir  çox 

ədəbiyyatda  turizm  ehtiyatları  və  turizm  potensialı  anlayışları  eyniləşdirilir.  Turizm 

ehtiyatı,  səyahət  edilən  ölkənin  tarixi,  sağlamlıq,  mədəni  və  s.  obyektləridir.  Turizm 

ehtiyatları  artıq  formalaşmış  potensialdır.  Turizm  potensialı  isə  yeni  inkişaf  edən, 

daha  çox  məhsuldar  və  perspekivə  malik  sahələrdir.Turizm  potensialının 

formalaşmasına  və  dəyişməsinə  təsir  edən  mənbələr:  mülkiyyət  formaları;  təbii 

amillər;  sosial-  mədəni  amillər;  nəqliyyat  sahəsinin  vəziyyəti;  turizm  təklifi;    turizm 

infrastrukturu;  turizmin  inkişaf  dinamikası;bank  sistemi;  turizmin  beynəlxalq 

əlaqələri; turizm məhsulları; ticarət sistemi;otel sistemi və s..  

     Turizm  dünya  iqtisadiyyatının  daha  çox  əmək  tutumlu  sektorlarından  biridir. 

Dünya  üzrə  işləyən  əhalinin  200  mln.  nəfərdən  çoxu  və  ya  8%-ə  qədəri  turizm 

sahəsində  çalışır.  Ayrı-ayrı  ölkələrdə  bu  pay  prta  dünya  göstəriciləri  səviyyəsindən 




Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə