Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə16/29
tarix25.11.2017
ölçüsü0,79 Mb.
#12225
1   ...   12   13   14   15   16   17   18   19   ...   29

47 

 

 



 

           Müstəqillik  əldə  etmiş  Azərbaycan  Respublikasının  qarşısında  duran  strateji 

məqsəd  ölkənin  bazar  iqtisadiyyatına  keçməsilə  bağlı  qarşıya  çıxan  bir  sıra  sosial-

iqtisadi  problemlərin  həllində  onun  mütərəqqi  formalarından  səmərəli  istifadə 

yollarını  müəyyən  etməkdir.  Turizm  haqqında  Azərbaycan  Respublikası  qanunu 

Azərbaycan Respublikasında turizm bazarının hüquqi əsaslarının bərqərar edilməsinə 

yönəldilmiş  dövlət  siyasətinin  prinsiplərini,  turizm  fəaliyyətinin  əsaslarını  müəyyən 

edir  və  turizm  sahəsində  meydana  çıxan  münasibətləri  tənzimləyir,  sosial-iqtisadi 

inkişafı  təmin  edən  vasitələrdən  biri  kimi  turizm  ehtiyatlarından  səmərəli  istifadə 

olunması qaydasını müəyyənləşdirir. 

  Ölkəmizin  dünyada  turizm  ölkəsi  kimi  tanınması  üçün  geniş  imkanlar  mövcuddur. 

Müstəqil  Azərbaycanın  neft  strategiyasının  əsasını  qoyan  «Əsrin  müqaviləsinin» 

imzalanmasının  8  ili  tamam  olmasına  iki  gün  qalmış  –  2002-ci  il  sentyabrın  18-də 

Bakı  şəhərində  Bakı-Tbilisi-Jeyhan  ƏİBK-nin  tikintisinin  təməli  qoyuldu  və  bu 

layihə müvəffəqiyyətlə başa çatdırıldı. Bu layihənin davamı olaraq «Avropa-Qafqaz-

Asiya»  (TRASEKA)  nəqliyyat  dəhlizi  proqramı  çərçivəsində  1998-ci  il  setyabr 

ayının 7-8-də 32 dövlətin və 13 beynəlxalq təşkilatın rəsmi nümayəndələrinin iştirakı 

ilə  Bakı şəhərində tarixi  İpək Yolunun bərpası  üzrə beynəlxalq konfrans keçirildi  və 

burada  Avrasiya  nəqliyyat  dəhlizi  üzərində  yerləşən  ölkələrin  inkişafı,  onların  təbii 

ehtiyatlarının  mənimsənilməsi,  iqtisadi  potensialdan  daha  da  səmərəli  istifadə 

olunması,  ticarətin,  turizmin  və  iqtisadi  əməkdaşlığın  genişlənməsi  üçün  etibarlı 

zəmin  yaradan  saziş  imzalandı.  2007-ci  il  7  fevral  tarixində  Azərbaycan  dünya 

nəqliyyat-kommunikasiya  sisteminə  mühüm  töhvə  kimi  qiymətləndiriləcək  uğura 

imza atdı: Möhtərəm prezidentimiz İlham Əliyev cənablarının səyi nəticəsində Tiflis 

şəhərində  Azərbaycan,  Gürcüstan  və  Türkiyə  hökumət  rəhbərləri  arasında  Bakı-

Tbilisi-Qars  dəmir  yolu  layihəsinin  həyata  keçirilməsi  ilə  bağlı  əldə  olunmuş 

razılaşma  bütövlükdə  Cənubi  Qafqaz  və  orta  Asiya  regionlarının  uzunmüddətli 

inkişaf  strategiyasının  müəyyənləşdirilməsi  baxımından  vacib  əhəmiyyət  kəsb  edir. 

Son  illər  Azərbaycanda  turizm  sahəsində  beynəlxalq  əlaqələrin  təşkili  və  inkişaf 

etdirilməsi,  turizm  imkanlarının  təbliği,  milli  turizmin  inkişafı  və  turizm 

infrastrukturlarının  yeniləşməsi  sahəsində  konkret  istiqamətlər  müəyyənləşdirilib.       



48 

 

 



 

Azərbaycanın  qədim  tarixə  malik  olması,  Xəzər  dənizi  sahilində  yerləşməsi,  tarixi 

abidələrlə  zənginliyi,  dünyanın  11  iqlim  qurşağından  9-nun  burada  mövcudluğu  və 

insanların  qonaqpərvərliyi  turizmin  inkişaf  etdirilməsinə  geniş  imkanlar  yaradır. 

Ölkəmizdə  12  təbii  və  tarixi  qoruq,  17  müvəqqəti  qoruq  və  ovçuluq  təsərrüfatı 

mövjuddur.  Müxtəlif  regionlarda  6  mindən  artıq  memarlıq  və  mədəniyyət  abidələri 

qorunub  saxlanılır.  YUNESKO  tərəfindən  qeydiyyata  alınan  «İçəri  şəhər»,  Qız 

qalası,  Şəki  Xan  sarayı,  Möminə  Xatun  Türbəsi  və  digər  mədəniyyət  abidələri  artıq 

bütün  dünyada  məhşurdurlar.  Dövlət  proqramı  bütün  sərvətlərdən  səmərəli  istifadə 

etməklə,  turizmi  inkişaf  etdirməyi  qarşıya  məqsəd  qoymuşdur.  Eyni  zamanda 

Azərbaycanda  turizmi  inkişaf  etdirmək  məqsədilə  aşağıdakı  əsas  vəzifələr  qarşıya 

qoyulmuşdur:  turizm  sahəsində  sahibkarlığı,  ilk  növbədə  kiçik  və  orta  sahibkarlığı 

inkişaf  etdirməklə  rəqabətə  davamlı  turizm  bazarını  yaratmaq;  turistlərə  xidmətin 

keyfiyyətinin  yüksəldilməsini,  onun  beynəlxalq  standartlara  uyğunluğunu  təmin 

etmək;  turizm  fəaliyyətinin  dövlət  tənzimlənməsini  həyata  keçirmək;  turizmdən 

dövlət  və  yerli  büdcələrə  daxil  olan  vəsaitin  həcmini  artırmaq;  turizmin 

infrastrukturunu, 

onun 


maddi-texniki 

bazasını 

möhkəmlətmək; 

turizm 


müəssisələrinin  beynəlxalq  turizm  proqramlarında  iştirakı  üçün  əlverişli  şərait 

yaratmaq,  xarici  investorları  turizm  sferasına  cəlb  etmək.  Bu  vəzifələrin  hər  birinin 

yerinə yetirilməsi gərgin və məsuliyyətli əmək tələb edir. 

   Azərbaycanda  turizm  sahəsi  üzrə  dövlət  siyasətini  həyata  keçirən  Mədəniyyət  və 

Turizm  Nazirliyi  turizm  sahəsində  beynəlxalq  əlaqələrin  genişləndirilməsinə  xüsusi 

diqqət  yetirir.  Azərbaycan  Respublikası  hökuməti  ilə  16  ölkə  –  Türkiyə,  Pakistan, 

Özbəkistan,  Qırğızıstan,  Çin,  Polşa,  İtaliya,  Gürcüstan,  Ukrayna,  Rumıniya, 

Bolqarıstan,  Belarus,  Yunanıstan,  Moldova,  Qazaxıstan  və  Qətər  hökumətləri 

arasında  turizm  sahəsində  əməkdaşlıq  haqqında  sazişlər  imzalanıb.  Azərbayjan  bir 

sıra beynəlxalq  və  regional  təşkilatlarda, o cümlədən Ümumdünya  Turizm  Təşkilatı, 

İslam  Konfransı  Təşkilatı,  İqtisadi  Əməkdaşlıq  Təşkilatı,  Beynəlxalq  İqtisadi 

Əməkdaşlıq və İnkişaf Təşkilatı, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, GUAM,  

MDB  üzv  dövlətlərinin  Turizm  Şurası  və  digər  regional  təşkilatlar  ilə  turizm 

sahəsində əməkdaşlıq edir. 2006-sı il İslam Konfransı Təşkilatının turizm nazirlərinin 




49 

 

 



 

V  Konfransının  Azərbaycanda  keçirilməsi  və  Turizm  üzrə  Bakı  Deklorasiyasının 

qəbul  olunması  Azərbaycanda  turizm  sektorunun  inkişafı,  infrastrukturun  dünya 

standartları səviyyəsində qurulması üçün böyük əhəmiyyət kəsb edir. 

  Son  illər  beynəlxalq  turizmin  inkişafı,  respublikamızda  turizm  şirkətlərinin  və 

mehmanxanaların sayının artması, ölkəmizdə turizm sektorunun dünya standartlarına 

uyğun  səviyyədə  inkişaf  etdirilməsi  Azərbaycanın  dünya  turizm  bazarına 

inteqrasiyası  istiqamətində  aparılan  ardıcıl  işlərdəndir.  Ümumiyyətlə,  sivil  ölkələrin 

hamısında  turist  şirkətləri,  otellər,  sahibkarlar  bir-birləri  ilə  xidmətin  səviyyəsinin 

yüksəldilməsi  sahəsində  aparırlar.  Belə  ki,  Azərbaycanda  bu  və  bu  tip  məsələlərin 

həlli  ilə  turizm  müəssisələri  məşğul  olur.        Beləliklə  aşağıda  turizm  fəaliyyyəti  ilə 

məşğul  olan  müəsssisələrin  mülkiyyət  növünə  görə  siyahısı  verilib.  Cədvəl-2.1-nə 

diqqət yetirək:                                                                                  

 Cədvəl 2.4. 

Mehmanxana və mehmanxana tipli müəssisələrin 

 mülkiyyət növləri üzrə sayı 

 

  

2006 

2007 

2008  2009  2010 

2011 

2012 

2013 

2014 

Müəssisələrin sayı 

285 

320 

370 

452 

499 

508 

514 

530 

535 

O cümlədən: 

  

  

  



  

  

  



  

  

  



dövlət  

65 


61 

56 


64 

37 


34 

27 


27 

27 


Xüsusi 

208 


243 

296 


370 

447 


460 

466 


485 

489 


Xarici 

11 



12 

12 


12 

11 


17 

13 


13 

birgə 








                  mənbəə: 

www.stat.qov.az.-2015

 

 

 

 



 

 

 

 

 

 



       Burada, cədvəldən göründüyü kimi 2006-cı ildə ölkədə fəaliyyət göstərən turizm 

şirkətlərinin  sayı  285  olduğu  halda,  bu  2014-cü  ildə  onların  sayı  535-dir. 

Azərbaycanda  mehmanxanaların  sayı    2007-ci  ildə  320,  2008-ci  ildə  370,  2009-cu 



Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə