Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Biznes Universiteti pedaqogika



Yüklə 2,9 Mb.
Pdf görüntüsü
səhifə2/149
tarix15.04.2023
ölçüsü2,9 Mb.
#105818
1   2   3   4   5   6   7   8   9   ...   149
Mektebeqeder-Ped-Didaktika-Pedoqoji-Fikir-Tarixi-Muqayiseli-Pedaqogika-ehate-eden-derslik

1.1.
 
Pedaqogika bir elm kimi 
Məlum olduğu kimi, pedaqogika bir elm kimi XVII əsrdə 
böyük çex maarifçisi, ictimai xadimi Yan Amos Komenski 
(1592-1670) tərəfindən yaradılmışdır. Yan Amos «Böyük 
didaktika» əsərini yazmaqla sadədən mürəkkəbə doğru olmaqla 
pilləli təhsilin inkişaf xüsusiyyətlərini, təlim etmənin, yəni 
öyrətmənin mahiyyəti, qanunauyğunluqlan, üsullan, yollan, 
prinsipləri və təşkilati formalanm müəyyənləşdirmişdir. O, 
«Böyük didaktika» əsərində ardıcıllıq, sistematiklik, əyanilik, 
şüurluluq, 
müvafiqlik, 
biliklərin 
möhkəmləndirilməsi, 
təbiətvarislik prinsiplərini elmi-pedaqoji əsaslara söykənən 
cəhətlərini aydınlaşdırmış, təlimin əsas təşkilati forması olan 
dərsin strukturu, mərhələləri, tipləri, formalan, tərbiyəvi 
əhəmiyyəti barədə ətraflı məlumat verməklə yeni bir 
elmi-pedaqoji sistem yaratmışdır. Ko- menskinin bu sistemi bu 
gün də dünya təhsil sisteminin əsası və bünövrəsi hesab olunur. 
Y.A.Komenski çex pedaqoqu sayılsa da o, Çexiyada çox az bir 
müddət yaşamış və əsərlərinin cüzi bir hissəsini Çexiyada yazıb, 
onlann böyük əksəriyyətini Avropanın diger ölkələrində 
hazırlamış və çap etdirmişdir. Bunun isə en başlıca səbəblərindən 
biri onun Hembom Akademiyasında oxuması, Almaniya 
Federasiyasının Baden Vürtemberq Universitetini bitirməsidirsə, 
ikinci başlıca səbəbi Çexiyadan qovulması ilə bağlıdır. Çexiyada 
uzun müddət yaşayıb işləyə bilməmeşinin səbəbi isə Y.A.Komen- 
skinin Çexiyadakı Protestant Çex Qardaşları Sektasının 
(məzhəbinin) üzvü olması, bu məzhəbin mənəvi dəyərlərini 
təlim-tərbiyə işinin ortodoksal qanunauyğunluqlan və prinsipləri 
kimi təqdim etməsi nəticəsində katolik kilsəsinin və siyasi 
dairələrin tənqidinə məruz qalaraq ölkədən sürgün edilməsidir. 
İki böyük məzhəbin, iki nəhəng dini qurumun yaratdığı 
qarşıdurmalar, ixtişaşlar ölkədəki siyasi duruma mənfi təsir 
göstərdiyindən Yan Amosun mənsub olduğu Çex 


'V 
Qardaşları Sektası darmadağın edilmiş, onun üzvlərindən bir 
qismi həbs edilmiş, bir qismi edam olunmuş, bir qismi isə ölkədən 
sürgün edilmişdir. Y.A.Komenski də sürgün olunanlar sırasmda 
olmuşdur. Güman etmək olar ki, ölkənin siyasi dairələri onun 
maarifçi olduğunu, təlim nəzəriyyəsinin yaradıcısı olmasmı, 
ziyalılığını nəzərə alaraq ona ən yüngül cəza tətbiq etmişlər. 
Böyük pedaqoq ömrünün axınna qədər Almaniyada, Avstriyada, 
Fransada, Hollandiyada yaşayıb işləməyə məcbur olmuş və 
Hollandiyanın (Niderlandiyanın) paytaxtı Amsterdamda vəfat 
etmişdir. Bu sətirlərin müəlliü Amsterdamda olarkən şəhərin 
girəcəyində Hollandiyanın ictimai, siyasi, iqtisadi və mədəni 
həyatında böyük xidmətləri olan Niderlandın (Bu böyük xadimin 
şərəfinə ölkənin adı Niderlandiya adlandınimışdır - F.S.) abidəsini 
ziyarət edərkən yerli alimlərdən birinin Komenskinin 
Hollandiyanın təhsilinin inkişafındakı rolu ilə bağlı söhbətini və 
ona ithaf olunan xatirə lövhəsini müşahidə etdikdən sonra 
Y.A.Komenski ilə bağlı pedaqogika tarixinə məlum olmayan yeni 
informasiya və məlumätlan əldə etməyə müyəssər olmuşdur. 
Y.A.Komenski Avropanın demək olar ki, bütün ölkələrini 
dolaşmışdır. O, Balkan ölkələrində, İngiltərə, Fransa, Almaniya, 
İtaliya, Avstriya, Belçika, İsveçrədə öz pedaqoji ide- yalannı 
yaymaqla məşğul olmuş, ən çox Almaniya və Hollandiyada öz 
«Böyük Didaktika»sınm tətbiqinə çalışıhışdır. Almaniyada, 
Fransada, İngiltərədə, İtaliyada, Belçikada, Hollandiyada bir sıra 
alimlərlə, maarifçilərlə, pedaqoqlarla keçirdiyimiz görüşlərdən, 
Y.A.Komenski ilə bağlı nəşr olunmuş tədqiqat əsərlərindən
habelə Pedaqogika dərsliklərindən, dərs vəsaitlərindən, pedaqoji 
lüğətlərdən, 
ensiklopedik 
nəşrlərdən 
əldə 
etdiyimiz 
informasiyalara, məlumatlara istinad etməklə belə bir qənaətə 
gəlmək olar ki. Yan Amos öz «Böyük didakti- ka»sını Pansofiya 
məktəbi adlandırmaq istəmiş və doğrudan da əksər yazılaılnda 
Pansofiya ideyasının reallaşmasına ciddi cəhd göstərmişdir. Heç 
bir ədəbiyyatda Komenskinin Pänso- fiya ideyası barədə ətraflı 
məlumatı olmamasını nəzərə alaraq onun haqqında bir qədər 
ətraflı izah olunması burada yerinə 


düşərdi. 
Pansofiya sözünün «Pan» sözündən yaranmasına heç bir 
şübhə yoxdur. «Pan» sözü isə yunan sözüdür. Qədim yunan 
mifologiyasma görə Pan meşə və çəmənliklər allahı Hermo- mm 
oğludur. Qədim yunan mifologiyasındankı əski və mütləq 
ideyalara görə bütün canlılar kimi insanlar da meşələrdə 
yaşamışdır. Hermonun oğlu Panın köməyi və himayəçiliyi 
sayəsində guya insanlara «hər şeyi» öyrətmək mümkün olmuş və 
onlar meşələrdən çıxaraq çəmənliklərdə qəbilə və icma şəklində 
yaşamağa müyəssər olmuşlar. Qədim yunanlardan irsən keçən 
«Pan» sözü müasir yunan dilçiliyinin orfoqrafıya lüğətində də 
«Pam> şəklində işlədilir. Mənası isə «Hər şeyi öyrənirəm» 
deməkdir. «Pan» sözü həm keçmiş SSRİ, bu gün- kü Rusiya və 
Azərbaycan məkanında hazırlanan bütün ensiklopedik nəşrlərdə 
«hər şeyi öyrənən» mənasında şərh edilir. ASE-də Pan- (yun. 
Pan-hər şey)- «hər şeyi ehtiva edən», «hər şeyə aidlik» 
mənalanm bildirən mürəÜcəb sözlərin tərkib hissəsi kimi izah 
edilir (bax: ASE-nin baş redaksiyası, Bakı, 1983, səh. 444). 
Komenskinin «Pansofiya məktəbi» əsərini nəzərdən keçirsək 
görərik ki, böyük pedaqoq təkcə bu əsəri ilə yox, elə «Böyük 
didaktika» da daxil olmaqla bütün əsərlərini «Pansofiya ideyası» 
əsasında yazmışdır. Pansofiya ideyası sözünün həm yunanca, 
həm də Komenskinin əsərlərində göstərilən yozumu isə «Hər 
şeyi öyrənmək ideyası» mənasında işlənmişdir. Bu ideyaya 
uyğun olaraq yazdığı «Ana məktəb», «Dillərin açıq qapısı», 
«Bütün əşyalarm teatn», «Duyulan əşyalar aləmi şəkillərdə» 
əsərlərində bir mənalı şəkildə Komenskinin «Hamıya hər şeyi 
öyrətmək» arzusunu görürük. Bütün ensiklopedik nəşrlərdə 
Komenski yaradıcılığı üçün səciyyəvi olan fikir heç bir 
morfoloji-qrammatik dəyişikliklərə uğramadan belə yazılır: 
«Komenskinin pedaqoji görüşlərinin əsasında pansofiya (hamıya 
hər şeyi öyrətmək) ideyası durur». Bu fikir həm də ən görkəmli 
komenskişünas alimlərdən olan A.A.Krasnovskiy (Rusiya), 
D.Lordkipanidze (Gürcüstan) və Ə.Seyidov (Azərbaycan) kimi 
bənzərsiz peda- qoqlanmızın əsərlərində olduğu kimi verilir. 
Görünür həmin 


ensiklopedik nəşrlərdə Komenski haqqında verilən bu tn onun 
yaradıcılığına aid olan mətnə daxil edərkən adı çəkilən alimlərin 
əsərlərindəki eyni formalı fikrə istinad olunmuşdur. 
Y.A.Komenskinin «Pansofiya ideyası» fikrinin ən maraqlı 
cəhəti onun bu sözün ikinci tərəfinə «sofiya» sözünü əlavə 
etməsidir. Burada bir məsələyə də aydınlıq gətirsək fikrimizi 
daha dürüst məntiqə söykənən məcraya yönəltmiş oluruq. Bu, 
«Pan» sözünün hamımıza yaxşı məlum olan tərəfidir. Yəqin 
hamımızın yaxşı yadındadır ki, keçmiş SSRİ məkanında 
kommunist ideologiyasının ən qatı tənqid hədəflərindən biri də 
«Panislamizm», «Pantürkizm» idi. Kommunist ideoloqlan 
«Panislamizm»i, «Pantürkizm»i açıqlamasalar da bizə aydın idi 
ki, panislamizmin, pantürkizmin vahid mənsəbi hamıya 
«Qurani-Kərim»dən gələn elmi, mənəvi, əxlaqi dəyərləri 
öyrətmək ideyası idi. Komenskiyə də bu ideya heç şübhəsiz ki, 
məlum idi. Komenski də bu ideyanın fonunda özünün «Pansofiya 
ideyası»nı irəli sürmək və hamıya hər şeyi öyrətmək istəyirdi. 
Əgər panislamizm «Qurani- Kənim»dən gələn ideyalar əsasında 
hamıya hər şeyi öyrətməyə üstünlük verirdisə, Komenskinin 
Pansofiya ideyasında protestançılığın dini ideologiyası xəttinə 
üstünlük verilirdi (Yuxanda qeyd etdiyimiz kimi Komenskinin 
Çexiyada qəbul edilməməsi və oradan qovulmasının 
səbəblərindən biri də bu idi). Nəzərə alsaq ki, «Sofiya» sözü də 
qədim yunan mifologiyasından gəlir, qədim yunan əski mifoloji 
fikrinə görə, müqəddəs Sofiya hər fəndi bilən mifdir. 
Yımanıstanda yaranan «Sofizm cərəyanı» da həmin ölkədəki 
Sifistikaya 
əsaslanır. 
Sifistika 
isə 
yunanca 
«Sophistike»-mübarizəni 
fəndgirliklə 
aparmaq 
bacanğı 
mənasında şərh edilir (Bax: ASE, Bakı, ASE-nin baş redaksiyası, 
səh. 394). Yunan Sofistləri (yunanca «sophistes») ixtiraçılar, 
müdriklər, aqillər hesab olunurdu. 
Bütün bu məna çalarlannı nəzərə alan Komenski 
«pansofiya ideyası» deyəndə sxolastik və doqmatik fərdi 
təlimdən imtina etməklə hamıya hər şeyi ayn-ayn elmlər 
vasitəsilə sinif şəraitində, müəllimin rəhbərliyi altında, təlimin 
təşkilati 



olan dərs zamanı öyrətməyə üstünlük verirdi və buna da 
nail oldu. Beləliklə, elmi pedaqogikanın bünövrəsi qoyuldu. 
«Pedaqogika» sözü də yunan sözüdür və sözün kökü olan 
«pedaqoq» sözündəndir. Pedaqoq (yunanca «Paidaqoqos»- 
tərbiyəçi; paiz, paidos-uşaq+aqo-yönəldirəm, tərbiyə edirəm), 
yaxud pedaqogika sözünə Komenskinin əsərlərində rast 
gəlmirik. Qeyd etdiyimiz kimi, elmi pedaqogika Komenski 
tərəfindən əsası qoyulan elmi didaktika (Böyük didaktika) 
əsasında yaradılmışdır. Komenski elmi didaktika sahəsində 
yaratdığı konsepsiyalanm əsasən Almaniyada, Avstriyada və 
Hollandiyada tətbiq etməyə başlamışdır. Həmin dövrdə 
Çexiyada və adı çəkilən ölkələrdə dövlət dili alman dili olduğu 
üçün Y.A.Komenski elmi-didaktika sahəsindəki («didaktika» 
jnınan sözü olub «didaktikos» sÖ
2
mndəndir, mənası «ibrətamiz» 
deməkdir. Uşaqlara en ibrətamiz bilik, bacanq vərdişlərinin 
aşılanması mənasını verir) kəşflərini həm Almaniyada, həm 
Avstriyada, həm də Hollandiyada praktik həllinə nail olmaqda 
heç bir çətinlik çəkməmişdir. Almanlar Komenski irsindən 
bəhrələnərək özləri üçün didaktik sistem (təlim və təhsil sistemi) 
yaratmışlar. Rusiyada çar imperiyasımn hakimiyyəinə son 
qoyulduqdan sonra yaranan sovet hökuməti alman təhsil 
sistemini novator təhsil sistemi kimi bəyənərək sovet təhsil 
sistemini «Təhsil sisteminin Alman Maketi» əsasında 
formalaşdırdı. Burdan belə qənaətə gəlmək olar ki, dünya 
miqyasmda mövcud olan iki fövqəltəbii ölkənin uğurlu təhsil 
sistemi Yan Amos Komensknin yaratdığı elmi pedaqogikanın 
əsaslan üzərində qurulmuşdur. 
Əsası Komenski tərəfindən qoyulan elmi pedaqogika sonralar 
Almaniya (A.Disterverq, I.Q.Çeyder, İ.P.Brikman, 
M. A.Julian, F.A.Hekta, S.A.Kurenin, Tirs və b.), Fransa 
(J.J.Russo, V.Kuzenin, K.A.Helvetsi, D.Didro və b.), İsveçrə 
(İ.Q.Pestalotsi, E.A.Exes), İngiltərə (F.Mailinson, M.Sebler, 
B.Holrus və b.), Amerika (R.Kiq-Hol, D.Veredey, İ.KendI, 
D.
Qis və b.), Bolqanstan (N.Sakirov), Çexiya (Sinqule), Polşa 
(B.Suxadolski), Rusiya (L.N.Tolstoy, N.İ.Piraqov, 
K.p.Uşinski, N.Simbriyev, A.Kairov, N.K.Qonçarov, 
N. İ.Boldırev, B.İ.Esipov, F.F.Korolyov, S.P.Baranov, L.P.Bo- 


lotina, 
T.V.VoIikova, 
B.A.Slastenin, 
B.B.Krayevskiy, 
İ.F.Xarlamov, T.A.İlina, Y.Babanski, P.Pidkasistiy, Podlasiy və 
b.), Gürcüstan (Lordkipanidze), Azərbaycan (M.Mehdizadə, 
M.Muradxanov, Ə.Seyidov, N.Kazımov, Ə.Həşimov, Z.Qaralov, 
Y.Talıbov, Ə.Ağayev, H.Əhmədov və b.) mütəfəkkirləri və 
pedaqoqlan tərəfindən inkişaf etdirilərək formalaşdınimışdır. 
Azərbaycanda vüsət alan elmi pedaqogikanın didaktika 
(təlim və təhsil nəzəriyyəsi), tərbiyə nəzəriyyəsi, məktəbşü- 
naslıq, ali məktəbdə pedaqoji prosesə xidmət kimi bölmələri bir 
sıra səriştəli tədqiqatçı-pedaqoqlar (Fərahijn Sadıqov, Akif 
Abbasov, Əmrulla Paşayev, Fərrux Rüstəmov, Ağahüseyn 
Həsənov, Rəfiqə Mustafayeva, Nübar Muxtarova, Sürəyya 
Əliyeva, Sərdar Quliyev, Hikmət Əlizadə, Fikrət Seyidov, Balaş 
Abbaszadə, Vidadi Xəlilov, Oqtay Rəcəbov, Mircəfər Həsənov 
və b.) tərəfindən təkmilləşdirilir. Yaxşı hal kimi qeyd olunmalıdır 
ki, Azərbaycanda yaranan milli pedaqogika öz milli və 
ümumbəşəri dəyərlərə əsaslanan məzmunu və strukturu ilə 
diqqəti cəlb edir. Milli pedaqogikadakı pedaqoji elm və pedaqoji 
proses, 
pedaqoji 
elmin 
kateqoriyalan, 
ziddiyyətləri, 
qanunauyğunluqlan və digər struktur bölmələri milli və bəşəri 
ideyaları özündə əks etdirmək baxımından diqqəti cəlb edir. 
Nurəddin Kazımov, Əliheydər Həşimov, Yusif Talıbov, 
Əjdər Ağayev, Allahverdi Eminov, İramin İsayev, Akif Abbasov, 
Hikmət Əlizadə, Fərahim Sadıqov, Əmrulla Paşayev, Fərrux 
Rüstəmov, Ağahüseyn Həsənov, Ləzifə Qasımova, Rəhimə 
Mahmudova tərəfindən hazırlanan ali və orta ixtisas 
məktəblərində istifadəsi mümkün sayılan «Pedaqogika», 
«Məktəb 
pedaqogikası», 
«Ali 
məktəb 
pedaqogikası», 
«Məktəbəqədər pedaqogika», «Müqayisəli pedaqogika», 
«Azərbaycan xalq pedaqogikası», «Azerbaydjanskaya narod- 
naya pedaqogika» adlı dərslik və dərs vəsaitləri bu baxımdan 
mühüm əhəmiyyət kəsb edir. Milli pedaqogikada pedaqoji elm, 
pedaqoji proses və onlann kateqoriyalan barədə irəli sürülən yeni 
pedaqoji konsepsiyalan barədə bir qədər ətraflı danışmağa 
ehtiyac duyulur. 



Yüklə 2,9 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə