Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Biznes Universiteti pedaqogika



Yüklə 2,9 Mb.
Pdf görüntüsü
səhifə4/149
tarix15.04.2023
ölçüsü2,9 Mb.
#105818
1   2   3   4   5   6   7   8   9   ...   149
Mektebeqeder-Ped-Didaktika-Pedoqoji-Fikir-Tarixi-Muqayiseli-Pedaqogika-ehate-eden-derslik

2 4


ondadır ki, bu pedaqogikada kişi savadsızlığının aradan 
qaldınlması psixologiyası daha geniş şəkildə öz əksini tapır. Bu 
gün Avropa alimlərini narahat edən problemlərdən biri məhz 
Avropada «maviləri» özündə birləşdirən qurum və təşkilatlann 
günü-gündən artması və yeniyetmə və gənc oğlanlann da bu 
qurum və təşkilatlara cəlb olunmasıdır. 
Göründüyü kimi, pechqoji prosesdə uşaqlann təlimi, 
tərbiyəsi və təhsili üçün onlara həm də psixoloji cəhətdən 
düzgün yanaşılmasına zəruri ehtiyac vardır. Məhz ona görə də 
pedaqogikada psixoloji inkişaf problemi müfəssəl bir fəsil kimi 
öz əksini tapmalıdır. 
Mən təklif edirəm ki, psixoloji inkişaf kateqoriyası 
«psixoloji yanaşma və psixoloji inkişaf kateqoriyası» kimi ifadə 
olunsun. Çünki pedaqoji prosesdə uşağın psixoloji inkişafının 
təmin olunması üçün ona ilk öncə psixoloji cəhətdən düzgün 
yanaşılmasını tələb edir. 
Dünyanın ən böyük körpüləri Amerika və Yaponiyada 
salınmışdır. Amerikadakı «Corc Vaşinqton» körpüsünün 
uzunluğu 4 km, Yaponiyadakı «Akasi-Vaikri» körpüsünün 
uzunluğu isə 6 km-dir. Bu körpülər dünyanın ən möhtəşəm 
körpüləri hesab edilir. Amerikada bu günə qədər salınmış yanm 
milyondan artıq körpülərin təxminən 40%-i uçmuş və minlərlə 
insan tələfatına səbəb olmuşdur. Mən nə üçün körpünü misal 
gətirirəm? Çünki «Pedaqogika» elmi insanlarla elm-təhsil və 
tərbiyə arasında əsl körpü rolunu oynayır. Bu körpü elə 
möhtəşəm qurulmalıdır ki, yüz illər boyu insanlann təlimi, 
tərbiyəsi və təhsilinə xidmət edə bilsin. Bu gün körpü 
mühəndisliyi sənəti elə bir zirvəyə yüksəlmişdir ki, adam o 
zirvəyə tamaşa edəndə heyrətdən uğunur. Körpü mühəndisləri 
Yaponiya ilə Alyaskanı, İtaliya ilə Siciliyanı birləşdirəcək 
körpü 
layihəsi 
hazırlamışlar. 
Cəbəllütarix 
boğazını 
birləşdirəcək körpünün tikilməsinə yaxın zamanlarda 
başlanılacağı ehtimal olunur. Bu nəyin sayəsində baş verir? 
Dünya mühəndislik sənətinin karifeylərinin birləşməsi 
sayəsində. Biz də pedaqogika elmini yüksək zirvələrə ucaltmaq 
üçün beləcə birləşməliyik. Respublika Təhsil Şurasınm 
pedaqoqlanmız 
25 


arasında birlik yaratmaq təşəbbüsünü yalnız alqışlamaq lazımdır. 
Əmrulla Paşayev və Fərrux Rüstəmov tərəfindən 
hazırlanmış və ali məktəb tələbələrinin istifadəsinə verilmiş 
«Pedaqogika» adlı dərs vəsaitində (Bax: Bakı, Çaşıoğlu, 2002, 
552 səh.) yeni məsələlər, o cümlədən «pedaqoji aksiologi- yanm 
əsaslan», «pedaqoji innovasiyalan>, «tərbiyə texnologiyası», 
«yeni təlim texnologiyalan», «öyrənənin motivizasi- yası», 
«təlimin diaqnostikası», «sosial yönümlü işlərin mahiyyəti», 
«ictimai tərbiyə və ailə tərbiyəsi» problemləri Azərbaycan 
təhsilinin Avropa və dünya təhsilinə inteqrasiyası şəraitində 
yeniliklər kimi təqdirəlayiq hesab olunmalıdır. 
Professor Nurəddin Kazımov tərəfindən çap etdirilən 
«Məktəb pedaqogikası» adlı dərslikdə də bir sıra yeniliklər 
vardır. Pedaqoji ali məktəb tələbələrinin istifadəsində olan 
həmin dərslikdəki yeniliklərin həcmi isə daha genişdir. Hansı ki, 
bu yeniliklər ölkəmizdə həyata keçirilən islahatlann tələblərilə 
daha çox səsləşir. 
Unutmaq olmaz ki. Təhsil İslahatı ilk növbədə təhsilin 
nəzəri mənbələrinin yeniləşməsini, onun milli və bəşəri 
dəyərləri özündə əks etdirilməsini tələb edir. Çünki keçmiş 
SSRİ məkanındakı 70 ildə təhsil Sov.İKP Proqramının 
tələblərinə, marksizm, leninizm ideyalanna, sosializm 
prinsiplərinə, kommunizm quruculuğunun əsas istiqamətlərinə 
uyğun şəkildə qurulmuş, onun bütün nəzəri mənbələri məhz bu 
direktivlərə istinad edilərək hazırlanmışdır. 
Ona görə də Təhsil İslahatının qarşıya qoyduğu ən başlıca 
vəzifələrdən biri təhsilə dair bütün nəzəri mənbələrin yenidən 
hazırlanmasıdır. Onlardan biri də «Pedaqogika» dərslikləridir. 
Əslində dərslikləri dövlət özü nazirliklərin, baş idarələrin, 
institutların, universitetlərin vasitəsilə mütəxəssislərə sifariş 
verir və planlı şəkildə hazırlatdıraraq nəşr etdirir. Lakin elə 
mütəxəssis var ki, içində cövlan edən vətəndaşlıq qeyrəti o 
qədər güclüdür ki, o, heç bir sifariş və təklif gözləmədən əlini 
-qolunu hamıdan əvvəl çırmalayaraq əsl vətənpərvər 
26 


tədqiqatçı-alim kimi həvəslə işə girişir və bəzən bir institutun 
hazırlayacağı məhsulu özü təkbaşına hazırlayır. Belələrindən 
biri pedaqoji elmlər doktoru, professor, əməkdar elm xadimi, 
Azərbaycan Dillər Universitetinin «Pedaqogika» kafedrasının 
müdiri Nurəddin Kazımovdur. O, müstəqillik qazandığımız ilk 
illərdən başlayaraq 50-dən artıq məqalə, «Pedaqogika» (1996), 
«Ali məktəb pedaqogikası» (1999) dərslikləri, «Milli 
pedaqogika yollannda» (2000) dərs vəsaitini ortalığa qoyaraq 
Təhsil İslahatının tədqiqatçı-alimlərimizin qarşısında qoyduğu 
vəzifələrin həlli işində ən uğurlu addım atdı. Omm bu sahədə 
gördüyü şərəfli işlərdən biri də ölkəmizdə ilk dəfə olaraq 
«Məktəb pedaqogikası» yaratmasıdır. «Çaşıoğlu» nəşriyyatı 
N.M.Kazımovım «Məktəb pedaqogikası» adlı dərsliyini nəfis 
poliqrafiya üslubunda çapdan buraxmışdır. Dərslik ali pedaqoji 
məktəblərin bakalavr pilləsində təhsil alan tələbələr, habelə 
aspirantlar, dissertantlar və müəllimlər üçün nəzərdə 
tutulmuşdur. 
«Məktəb pedaqogikası» dərsliyi bu günə qədər istər 
ölkəmizdə, istərsə də ölkəmizdən kənarda çap olunan bütün 
ənənəvi dərsliklərdən köklü surətdə fərqlənir. Özü də bu fərq 
özünü hər şeydən əvvəl bu günümüzün aktuallığını özündə bariz 
əks etdirən yeniliklərdən ibarətdir. Məhz ona görə də dərsliyin 
təhlilinə həmin yeniliklərdən başlamaq istərdik. 

Yüklə 2,9 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə