Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Biznes Universiteti pedaqogika


  Məktəbəqədər yaşh uşaqların milli tərbiyəsinin bəzi



Yüklə 2,9 Mb.
Pdf görüntüsü
səhifə9/149
tarix15.04.2023
ölçüsü2,9 Mb.
#105818
1   ...   5   6   7   8   9   10   11   12   ...   149
Mektebeqeder-Ped-Didaktika-Pedoqoji-Fikir-Tarixi-Muqayiseli-Pedaqogika-ehate-eden-derslik

40 


Məktəbəqədər yaşh uşaqların milli tərbiyəsinin bəzi 
məsələləri 
Müstəqillik qazandığımız indiki şəraitdə yetişən nəslin 
milli ruhda tərbiyə olunması mühüm məsələlərdəndir. Əsrlər 
boyu tariximiz, mədəniyyətimiz, ədəbiyyatımız saxtalaş- 
dınimış, müxtəlif təzyiqlərə məruz qalmışdır. Bu isə istər- 
istəməz uşaqlann öz milli psixologiyası, soykökü haqqmda 
qaynaqlanmıza bələdlik yolunda əngələ çevrihnişdir. Odur ki, 
məktəbəqədər yaşlı uşaqlarda milli-mənəvi, etik-estetik 
keyfiyyətləri dirçəltməyə, təlim-tərbiyə sahəsində milliliyə, 
özünütəsdiqə xüsusi fildr vermək zərurəti meydana çıxır. Bu 
günün uşağı elə tərbiyə olunmalıdır ki, o, əxlaq, mədəni rəftar 
normalanmıza ürəkdən bağlansın. Çünki son vaxtlar sərxoşlu- ğa, 
narkomanlığa qurşanan, pozğun həyat tərzi keçirən oğlan və 
qızlann, özündən yaşlı adamların yanında saymazyanalıqla 
papiros çəkənlərin, metroda, avtobusda böyüklərə hörmətsizlik 
edənlərin, bir sözlə, milli mentalitetimizə məhəl qoyma- yanlann 
sayı artmışdır. Bütün bunlar isə məktəbəqədər yaşlı uşağın gözü 
qarşısmda baş verir. Ona görə də lap kiçik yaşdan başlayaraq 
uşaqlan milli ruhda tərbiyə etmək üçün insan ləyaqətini alçaldan, 
azərbaycançılığa yaraşmayan mənfi xüsusiyyətlərin qarşısına 
keçilməz sədd çəkmək üçün tərbiyə sistemini büsbütün 
yeniləşdirməliyik. 
Təəssüf hissi ilə qeyd etməliyik ki, müstəqillik əldə 
edilənədək yetişən nəslin şüurunda kök salmış kommunist 
tərbiyəsinin bütün tərkib hissələri Sov. İKP Proqrammm 
sxolastik-ideoloji xəttinə xidmət etdiyinə görə milli tərbiyə amili 
tamamilə unudulmuşdu. Zərərli ateist təbliğatı, habelə 
mənəviyyatımızla daban-dabana zidd olan, bizi özümüzdən 
qoparıb ayırmağa xidmət edən neçə-neçə mənasız direktivlər 
gözəl adət-ənənələrimizi, milli qəhrəmanlanmızı, bayramlan- 
mızı, görkəmli sərkərdələrimizi, mədəniyyətimizin böyük 
simalarını unutdurmuşdu. Uşaq bağçasında öyrədiləli mövzuların 
əksəriyyəti partiyanın əsas ideya istiqamətinə, sosializm 
quruculuğunun <41 


nəslin beyninə, şüuruna saxta beynəlmiləlçilik toxumu 
səpilmişdi. Nə gizlədək, elə bu gün də, nəinki uşaqlar, şagirdlər, 
tələbələr, hətta bəzi müəllimlər belə «Milli tərbiyənin mahiyyəti 
nədir?» sualına cavab verməkdə çətinlik çəkirlər. İndi tələbat 
bambaşqadır. Hər sahədə islahatlar apanlır, yeniləşmə küləyi 
əsir. Ona görə də keçmiş stereotiplərdən yaxa qurtarmalı, milli 
mədəniyyətimizi dərindən dərk etməli, soyumuza, kökümüzə 
qayıtmalı, zəngin qəhrəmanlıq tariximizi, mədəniyyətimizi, 
ədəbiyyatımızı, sağlam adət-ənənələrimizi öyrənməli və 
öyrətməliyik. Bu məsələlərin həyata keçirilməsində, şübhəsiz, 
maarifçilər, təhsil işçiləri, xüsusilə məktəbəqədər tərbiyə 
müəssisələrində çalışanlar öndə getməlidirlər. 
Milli-mənəvi tərbiyənin bünövrəsi ibtidai məktəblərdən 
əvvəl məktəbəqədər tərbiyə müəssisələrində qoyulur. Professor 
Y.Kərimovun 1-ci siniflər üçün tərtib etdiyi «Əlifba» dərsliyi 
(Bakı, Maarif, 1998) dövlətçiliyini, suverenliyini təsdiq etmiş 
respublikamızın tarixində milli zəmində yazılmış və latın 
qrafikası ilə çap olunmuş ilk faydalı dərslikdir. Müəllif kiçikyaşlı 
məktəblidə öz vətəni haqqında ilkin təsəvvür yaratmağı, 
vətəninə, torpağına, elinə, ulusuna məhəbbət hissi aşılamağı 
diqqət mərkəzində saxlamışdır. 89-cu səhifədə verilmiş «Vətəni 
sevməyən insan olmaz, olsa da, ol şəxsdə vicdan olmaz» məşhur 
misralan balacalann qəlbində vətən sevgisini alovlandırır. 92-ci 
səhifədəki Şəhidlər xiyabanına həsr edilmiş «Bakıda» adlı 
mətndə azyaşlı Larisa və İlqann qəddar rus ordusu tərəfindən 
qətlə yetirilməsi ilə tanış olarkən məktəblilər düşmənə sonsuz 
nifrət, vətənin azadlığı və səadəti uğrunda canından keçənlərə isə 
rəğbət bəsləyirlər. 
Yetişən nəsli böyüklərə hörmət ruhunda tərbiyələndirmək 
baxımından 110-cu səhifədəki «Ana» mətni səciyyəvidir. Burada 
Həzrəti Məhəmməd peyğəmbərin kəİamlanndan istifadə 
olunmuşdur. Həmin mətn şagirdləri ata-analannm zəhmətlərini 
qymətləndirməyə, böyülərə hörinət etməyə, yaxşı əməllər 
dalınca getməyə çağınr. Bu hisslər onlarda 119- cu səhifədə 
M.Dilbazinin «Böyüklərə hörmət et» şerində daha 
42 


da möhkəmləndirilir. «Vətən» başlığı altında verilmiş (səh. 136) 
«Ana yurdumuz» mətnində şagirdlər Azərbaycanı ikiyə bölmüş 
çar Rusiyasının ədalətsizliyi haqqında müfəssəl məlumata 
yiyələnirlər. «Respublika günü» mətnində isə (səh. 140) 
şagirdlərə ilk demokratik cümhuriyyətimiz barəsində bilgilər 
verilir. Mətn balacalann milli mənlik şüurunun formalaşmasına 
müsbət təsir göstərir. 
Dərslikdəki şifahi xalq ədəbiyyatı nümunələri şagirdlərin 
öyrəndikləri materiallann məzmununu tamamlamaq, onlan milli 
ruhda tərbiyə etmək məqsədi daşıyır. 
Kiçikyaşlı məktəblilərin milli-mənəvi tərbiyəsində öz 
tarixinin, 
mədəniyyətinin, 
dilinin, 
dininin, 
əxlaqi 
keyfiyyətlərinin öyrənilməsində, onlan əsl vətənpərvər kimi 
yetişdirməkdə «Əlifba» ilə yanaşı, «Oxu» dərsləri də mühüm 
yer tutur. Buradakı ədəbi-bədii mətnlər, atalar sözləri, bayatılar, 
zərb-məsəllər, nəsihətlərlə tanışlıq doğma vətənə, ata-anaya, 
ağsaqqala, ağbirçəyə hörmət, uşaqlara qayğı və diqqət kifhi 
əxlaqi keyfiyyətlər aşılayır. Əgər istəyiriksə uşaqlanmız belə 
milli hissləri yaxşı mənimsəsin, gərək onda hələ məktəbəqədər 
yaş dövründən başlayaraq həm ailədə, həm də bağçada 
mütəmadi olaraq milli-mənəvi dəyərlərdən bəhs edən 
söhbətlərlə uşaqlanmızın idrakını zənginləşdirək. 

Yüklə 2,9 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə