Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Biznes Universiteti pedaqogika



Yüklə 2,9 Mb.
Pdf görüntüsü
səhifə8/149
tarix15.04.2023
ölçüsü2,9 Mb.
#105818
1   ...   4   5   6   7   8   9   10   11   ...   149
Mektebeqeder-Ped-Didaktika-Pedoqoji-Fikir-Tarixi-Muqayiseli-Pedaqogika-ehate-eden-derslik

36 


II
 
FƏSİL. MƏKTƏBƏQƏDƏR PEDAQOGİKAYA BİR 
NƏZƏR 
2.1.
 
Məktəbəqədər pedaqogikanın ümumi məsələləri 
Öncə «məktəbəqədər pedaqogika» ifadəsinə münasibət 
bildirməyə ehtiyac duyulur. Ona görə ki, mövcud elmi- pedaqoji 
ədəbiyyatda bu ifadəyə müxtəlif cür yanaşmışlar. Araşdırdığımız 
50-dən artıq «PedaqogUca» adlı dərslik və dərs vəsaitlərində 
məktəbəqədər pedaqogika ilə bağlı çoxsaylı fikir müxtəlifliyi 
mövcuddur. Müəlliflərin bir qismi məktəbəqədər pedaqogil^ 
deyəndə yalnız uşaq bağçalannda həyata keçirilən tərbiyə işlərini 
nəzərdə tutursa, bir qismi həmin müəssisədə həyata keçirilən həm 
tərbiyə, həm də təlim işlərini nəzərdə tuturlar. Müəlliflərin bir qismi 
isə məktəbəqədər pedaqogika deyəndə həm aüədə, həm də uşaq 
bağçalanndan həyata keçirilən pedaqoji işin məzmununu göz ö;nünə 
gətirirlər. Nəzərdən keçirdiyimiz «Məktəbəqədər pedaqogika» adlı 
dərs vəsaitlərində isə haqqında danışılan məsələyə yanaşmalarda da 
müxtəliflik vardır. Birincisi, ona görə ki, 90-cı illərin sonuna qədər 
respublikamızda «Məktəbəqədər pedaqogika» adı altında heç bir 
dərslik və dərs vəsaiti çap olunmadığı üçün bu ifadəyə mimasibət 
bildirən mütəxəssislərin demək olar ki, hamısı keçmiş SSRİ 
məkanında çap olunmuş ədəbiyyata istinad etmişlər. İkincisi, 
respublticamızda hazırlanan «Uşaq bağçasmda tərbiyə proqramı», 
«Uşaq bağçasmdan tərbiyə' və təlim proqramı» adı altında çap 
edilmiş ədəbiyyatlarm heç birində məktəbəqədər pedaqogika ifadəsi 
işlədilmir və məsələyə məktəbəqədər pedaqogika sferasından 
yanaşılmır. Üçüncüsü, keçmiş SSRİ məkanında «Məktəbəqədər 
pedaqogika» adı altında çap edilən dərs vəsaitlərinə qədər çap 
olunan ədəbiyyatlann demək olar ki, hamısı «Məktəbəqədər tərbiyə» 
(«Doşkolnpe vospitanie»), «Məktəbəqədər müəssisələrdə-^ tərbiyə» 
(«Vospitaniye v doşkolnıx uçrejdeniyax») adı altında hazırlanmış bu 
materiallann hamısında məktəbəqədər tərbiyə müəssisələrində 
həyata keçirilən tərbiyə işləri, qismən isə 
37 


təlim işləri işıqländınlır. Bu materiallarda uşaqlann yaş 
dövrlərinə də münasibət müxtəlifdir. Əksər ədəbiyyatlarda bağça 
yaşlı uşaqların yaş dövrləri qruplar üzrə apanlan bölgüyə əsasən 
müəyyənləşdirilərək «kiçik qrup», «orta qrup», «böyük qrup», 
«məktəbəhazırlıq qrupu» şəklində ifadə olunmuşdur. Maraqlı 
orasıdır ki, araşdırdığımız ədəbiyyatlarda qruplardakı yaş 
dövrləri də müxtəlif tərzdə ifadə olunur. Bütün bunlann isə bir 
sıra səbəbləri vardır ki, bu səbəbləri aşağıdakı şəkildə 
qruplaşdırmaq olar: 
1.
Bir sıra ədəbiyyatda məktəbəqədər pedaqogikanın 
növlərə 
bölünərək 
«çağalıq 
pedaqogikası», 
«körpəlik 
pedaqogikası», «məktəbəqədər pedaqogika» kimi göstərilməsi. 
2.
Bir qism mütəxəssislərin uşaqlann ailədə, körpələr 
evində və uşaq bağçalannda tərbiyəsinə aid olan işlərin 
məktəbəqədər tərbiyəyə şamil etməsi və bütün bunlan 
«məktəbəqədər pedaqogika» kimi nəzərdən keçirməsi. 
3.
Bəzi mütəxəssislərin körpələr evində apanlan tərbiyə 
işlərinin uşaq bağçalannda apanlan tərbiyə işlərilə fərqli və ya 
vəhdətdə götürmələri. 
4.
Ənənəvi pedaqogikalann pedaqoji elmlər sistemi 
adlanan bölmələrində məktəbəqədər pedaqogikaya yanaş- 
malann müxtəlif olması. 
Ənənəvi pedaqogikalardakı bu məsələyə dair bəzi 
yanaşmalan nəzərdən keçirsək fikrimizi daha ətraflı əsaslandıra 
bilərik. 
1958-ci 
ildə respublikamızda dərc olunmuş ilk 
«Pedaqogika» adlı dərs vəsaitində i(V.İ.Lenin adına APİ-nin 
nəşri, 1958, səh. 13) və 1964-cü ildə nəşr edilmiş eyni adlı 
vəsaitdə (Azərtədrisnəşr, 1964, səh. 22) göstərilir: «Körpəlik 
pedaqogikası - 3 yaşına qədər olan uşaqlann bəslənməsi və 
tərbiyəsindən bəhs edir. Məktəbəqədər pedaqogika - 3 yaşından 
7 yaşınadək olan uşaqlann təlim və tərbiyəsindən bəhs edin>. 
Göründüyü kimi ayn-ayn illərdə çap olunmuş iki dərslikdə bir 
fikir heç bir orfoqrafik və üslub fərqinə uğramadan ifadə edilir. 
Müəllifləri A.Abbasov, H.Əlizadə, N.Kazımov, Ə.Həşi- 
mov, Ə.Paşayev və F.Rüstəmov olan «Pedaqogika»lara diqqət 
38 


edək: 
«Körpəlik pedaqogikası.
- Pedaqogikanın bu sahəsi üç 
yaşınadək olan uşaqlara göstərilən qayğı və diqqət məsələlərilə 
məşğuldur. 
Məktəbəqədər tərbiyə pedaqogikası. 
Bağça yeışlı 
uşaqlann tərbiyəsi, təlim məsələlərini tədqiq edir və 
əsaslandırılmış tövsiyələr hazırlayır (Bax: N.Kazımov, 
Ə.Həşimov. Pedaqogika. Maarif, 1996, səh. 16); 
Məktəbəqədər 
pedaqogika
məktəbəqədər yaşlı uşaqlann ...təlim- tərbiyəsinin 
qanunauyğunluqlannı araşdınr, onlann təlim- tərbiyəsini təşkil 
etmək üçün proqram hazırlayır və həmin proqramın həyata 
keçirilməsi yollannı müəyyənləşdirir» (A.Abbasov, H.Əlizadə. 
Pedaqogika. Renessans, 2000, səh. 9- 10); 
Məktəbəqədər 
pedaqogika
məktəb yaşma çatmamış uşaqlann tərbiyə və təlim 
məsələlərini öyrənir (Ə.Paşayev, F.Rüstəmov. Pedaqogika, 
Çaşıoğlu, 2002, səh. 21). İndii isə Rusiya məkanında 
hazırlanmış iki dərslikdəki məsələnin qoyuluşunu nəzərdən 
keçirək: «Məktəbəqədər pedaqogika çağalıq (2,5 aylığa qədər), 
bir illik (2,5-3 aylıq; 2-3 aylıqdan 5- 6 aya qədər; 5-6 aydan 9-10 
aya qədər; 9-10 aydan 1 ilə qədər); ikiillik (1 yaşdan 2 yaşa 
qədər); üçillik (2 yaşdan 3 yaşa dək); 3 yaşdan yuxan olan yaş 
dövrlərini əhatə edin> (V.Yadeşko, Soxin, T.İlina. 
Məktəbəqədər pedaqogika, M.: Prosveşenie, 1986, s. 120-128); 
Məktəbəqədər pedaqogika bir elm olaraq şəxsiyyətin 
məktəbəqədər yaş dövrünün qanunauyğunluqlannı, inkişafını və 
formalaşmasını təqdim edir. Hal-hazırda mövcud olan bu elm 
sahəsi 
məktəbəqədər 
didaktika, 
məktəbəqədər 
təhsil, 
məktəbəqədər 
tərbiyənin 
nəzəriyyəsi 
və 
metodikası, 
məktəbəhazırlığm beynəlxalq standartlan və bu sahədə 
mütəxəssislərin hazırlanmasını əhatə edir (P.Pidkasistiy, 
V.Krayevskiy, A.Minyayev və b. Pedaqogika, M.: POR,.2003, 
s, 25). 
Buradan belə qənaət hasil olur ki, müəlliflərin bir qismi 
çağalıq pedaqogikasını, körpəlik pedaqogikası-məktəbəqədər 
pedaqogikadan ayn təsəvvür edir, bir qismi onlan məktəbəqədər 
pedaqogikanın tərkibində nəzərdən keçirməyə üstünlük verir, 
bir qismi məktəbəqədər pedaqogika deyəndə uşaqlann 
məktəbəqədər yaş dövründəki tərbiyəsilə məşğul olmağı gö.‘ 
tnrsələr də bu işi konkret harada (ailədə və ya bağçada - 
39 


F.S.) həyata keçirilməsini nəzərdən qaçmr, bir qismi isə 
məktəbəqədər pedaqogika deyəndə konkret olaraq məktəbəqədər 
yaşlı uşaqların bağçada tərbiyəsi və təliminin pedaqoji, psixoloji, 
fizioloji və metodik imkanlanndan istifadə edərək bir şəxsiyyət 
kimi formalaşmasına xidmət edən elm sahəsini nəzərdə tuturlar. 
Bütün bunlar deməyə əsas verir ki, bu günə qədər hələ də 
məktəbəqədər 
pedaqogikanın 
sərhədləri 
düzgün 
müəyyənləşdirilməmişdir. 
Ona görə də təklif edərdik ki, ölkəmizdə yaranmaqda olan 
Milli pedaqogikanın struktur bölmələri yenidən nəzərdən 
keçirilsin. Milli pedaqogikanın müvafiq bölmələri, o cümlədən 
pedaqoji elmlər sistemi bölməsi daha aydın, daha geniş, daha 
əhatəli şəkildə yenidən öyrənilib ümumiləşdirilsin. 
Pedaqoji elmlər sisteminin aşağıdakı şəkildə nəzərdən 
keçirilməsini daha məqsədəuyğun hesab edirik: 
l.Çağalıq və körpəlik pedaqogikası 2.Məktəbəqədər 
pedaqogika. 3.Məktəb pedaqogikası. 3.Texniki peşə məktəbi 
pedaqogikası. 4.0rta ixtisas məktəbi pedaqogikası. 5.Aİİ məktəb 
pedaqogikası. ö.Milli pedaqogika. T.Əlahiddə pedaqogika. 
S.Əmək-islah 
pedaqogikası. 
9.1stehsalat 
pedaqogikası. 
lO.Mədəni-maarif işi pedaqogikası. 11.Fənlərin tədrisi 
metodikası. 12.Pedaqogika tarixi. 13.Müqayisəli pedaqogika. 
14.Ailə 
tərbiyəsi 
pedaqogikası. 
15.Azərbaycan 
xalq 
pedaqogikası. lö.Pedaqoji psixologiya. 17.Tibbi pedaqogika. 
18.Sosial pedaqogika. 19.İdman pedaqogikası. 20.Musiqi 
pedaqogikası və s. 
Məktəbəqədər pedaqogikanın ilkin sahəsi olan çağalıq və 
körpəlik 
pedaqogikasının 
aşağıdakı 
şəkildə 
nəzərdən 
keçirilməsini məqsədəuyğun hesab edirik: 
-
Çağalıq və körpəlik pedaqogikası ailədə, körpələr evi- 
uşaq bağçalannda uşaqlann fizioloji, psixoloji inkişafını, 
pedaqoji 
baxımdan 
formalaşdınimasını 
öyrənir 
və 
ümumiləşdirir. 
-
Məktəbəqədər pedaqogika ailədə və uşaq bağçasında 
uşaqlann fizioloji, psixoloji inkişafı, habelə onlann pedaqoji 
baxımdan 
hərtərəfli 
formalaşdınimasını 
öyrənir 
və 
ümumiləşdirir. 

Yüklə 2,9 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə