Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Biznes Universiteti pedaqogika



Yüklə 2,9 Mb.
Pdf görüntüsü
səhifə14/149
tarix15.04.2023
ölçüsü2,9 Mb.
#105818
1   ...   10   11   12   13   14   15   16   17   ...   149
Mektebeqeder-Ped-Didaktika-Pedoqoji-Fikir-Tarixi-Muqayiseli-Pedaqogika-ehate-eden-derslik

I
 
uşaq: 
Salam sənə, yaşıl yolka, 
Bayramlann bəzəyisən! 
II
 
uşaq: 
Sevir səni hamı, yolka, 
Bayramlann çiçəyisən! 
III
 
uşaq: 
Budur, təzə il gəlir. 
Yenə şənlik düzəlir! 
Hamı: 
Vermişik biz əl-ələ. 
Oynayırıq bax, belə! 
(beyt iki dəfə təkrar olunur). 
Sonra onlar H.Nəcəfovanm «Təzə il» mahnısını birlikdə 
oxuyurlar. Bir qrup uşaq isə rəqs edir. 
Bəs həmin rəqsin hərəkətləri necə olmalıdır? 
Nəğmənin birinci bəndi: Dairələrdən biri sağa, biri sola 
doğru hərəkət edir. Hərəkətlər rəqs addımlan ilə icra edilir. 
Nəğmənin nəqarətində dörd çırtma vurulur. 
Nəğmənin ikinci bəndi: Mahnının sözlərinin birinci və 
ikinci sətri 2 dəfə təkrarlanır. Bu zaman balaca rəqqaslar yolkaya 
tərəf gəlirlər. Sözlərin təkrarı zamanı isə öz yerlərinə qayıdırlar. 
Nəğmənin nəqarətində isə fırlanırlar. 
Nəğmənin üçüncü bəndi: Eyni hərəkətlər yenə təkrar 
olunur. 
Rəqs sona yetərək «Şənlik rəqsi»nin həzin melodiyası 
eşidilir. Hamı qol götürüb oynayır. Onun ardınca uşaqlar 
səhnələşdirdikləri A.Şaiqin «Tıq-tıq xanım» nağılını nümayiş 
etdirirlər. 
Apancı: Gəlin sözü yenə şerə verək. 
59 


Uşaqlar onun təklifini alqışlayırlar və şerləşməyə 
başlayırlar... 
-
Hə, uşaqlar, az qala yadımızdan çıxmışdı, Şaxta babanın 
gəlməsinə lap az qalıb! - deyən apancınm gur səsi eşidilir: - Gəlin, 
biz Şaxta babanı musiqiylə, nəğməylə qarşılayaq! 
Uşaqlar birlikdə S.Rüstəmovun «Şaxta baba» mahnısını 
oxuyurlar. Axır ki, Şaxta baba ağır addımlarla içəri daxil olur. 
Toxtayıb çəliyini yerə vurur və mülayimcəsinə deyir: - Ay 
qəşəng, şəkər, noğul balalar, mən sizin Yeni ilinizi tədrik edirəm! 
Sizə möhkəm sağlamlıq və gümrahlıq arzulayıram! Atalı-analı 
böyüyəsiniz: Bütün qəminiz-kədəriniz, azar- bezannız köhnə ildə 
qalsın, mənim əzizlərim. Ürəyinizdəki bütün ar
2
mlar yerinə 
yetsin. Üzünüz äğ, canınız sağ, sözünüz dağ olsun! 
Uşaqlar onu qızğın alqışlayırlar. 
Şaxta baba ani fasilədən sonra yenidən sözünə davam 
edir: 
-
Bilirsiniz, əziz balalar, mən haralardan gəlirəm? Çox 
uzaq-uzaq yerlərdən. Uca, qarlı dağlara dırmaşmışam, təpələri 
aşmışam, düzləri dolaşmışam, ayılarla, qabanlarla qurşaq 
tutmuşam. Gəlmişəm ki, sizlərlə görüşüm. Hal-əhval tutum. Gül 
balalann Yeni il bayrammda iştirak edim, onlann sevincinə 
qoşulum. Mən, ay uşaqlar, yaman yorulmuşam. Qoyun bir az 
dincəlim, siz də babamza öyrəndiyiniz şerlərdən oxuyun
yorğunluğum çıxsın, yaxşı? 
Uşaqlar bir ağızdan deyirlər: «Baş üstə. Şaxta baba!» 
Şaxta baba yolkanın yanında onun üçün qoyulmuş stulda 
əyləşir. Sonra 5-6 nəfər növbə ilə hərəyə bir bənd şer söyləyir. 
İştirakçılar əl çalırlar. 
Birdən bir uşaq üzünü mürgüləməkdə olan Şaxta babaya 
tutub deyir: «Ay Şaxta baba, bu əlcək sizin deyil ki?» 
-
Hə, oğlum mənimdir,-deyə «qonaq» dillənir. 
-
Elə isə sən onu möhkəm saxla, odur ey, gedir. 
Əlcək əldən-ələ keçir. Şaxta baba cəld hərəkətlə əlcəyinin 
dalınca qaçır, axır ki, onu tutur. Uşaqlar əl çalırlar. 
60 


gülüşürlər. 
Aparıcı: - İndii biz Şaxta babadan xahiş eləyək, bizim üçün 
rəqs etsin. Tay dincəldiyi bəsdir! 
Uşaqlar əl çalırlar. Şaxta baba meydana girir və məzəli 
hərəkətlərlə rəqs edir. Bir azdan nə düşünürsə, dovşanları çağınr 
yanma. Onların qulaqlanna nə isə pıçıldayır. Dovşanlar dairələnib 
«Dovşanım» (mus. Q.Hüseynlinindir) mahnısının melodiyası 
altında rəqs edirlər. 
Bu rəqsin hərəkətləri haqqında: 
1-
ci fiqur: 
1-
ci hissə- Uşaqlar bir-birinin ardınca ayaqlan üstə 
hoppanaraq qaçırlır (Qollanm dirsəkdən bükülmüş vəziyyətdə 
sinələrinin qarşısında saxlamaqla). 
2-
ci hissə - 4 dəfə əl çalırlar, fırlanırlar. Musiqinin 
təkrannda hərəkətlərini tamamlayırlar. 
2-ci fiqur: 
1-
ci hissə - Uşaqlar zalın ortasına gedərək dairəni 
daraldırlar, musiqi təkrarlandıqda öz yerlərinə qayıdırlar. 
2-
ci hissə - Həmin hərəkəti təlorar edirlər. 
3-
cü fiqur: 
1-ci hissə - Dairədə dayanmış uşaqlar üzlərini bir-birinə 
çevirir, biri digərini sığallayır. Sonra hoppanırlar. Bu hərəkətlər 
iki dəfə təkrarlanmalıdır. 
Şaxta baba üzünü uşaqlara tutub təntənə ilə bildirir: 
«Dostlar, 
yaxşı 
rəqs 
etdiyiniz 
üçün 
babanız 
sizi 
mükafatlandıracaq. Mən sizə çoxlu kök gətirmişəm. Yeyin, ləzzət 
alın (kökü göstərir). Ancaq tələsməyin. Bir şərtim var: kökü 
almaq üçün gərək hündürə tullanasınız. Hələ görüm hoppana 
bilirsizmi? Düzülün sıraya». 
Uşaqlar: 
- Niyə bilmirik. Şaxta baba! - deyə hoppanırlar. Şaxta baba 
kökləri torbasından çıxanb yuxan qaldınr ki, dovşanlar tullanaraq 
onu tutsunlar. Oyun qurtarandan sonra Şaxta baba deyir: 
Ay balaca təlxəklər. 
Sizsiniz şən uşaqlar. 
61 


Götürün şaxşaxlan 
Şənləndirin 
qonaqları. 
Təlxək rolunu oynayan uşaqlar yolkanın ətrafında 
«şaxşaxları» ağacın altından götürərək Q.Qarayevin «Şən 
hadisə» melodiyasının müşayiətilə rəqs edirlər (musiqinin yalnız 
iki hissəsi götürülür). 
1-ci fiqur: 
1-ci hissə-Uşaqlar pəncələri üstə yolkanın ətrafında 
qaçışırlar. 
Melodiyanın ikinci hissəsi isə səkkiz takta bölünür. 
1-
4-cü taktda uşaqlar iki ayağı üstə hoppanırlar. 5-8-ci 
taktlarda isə fırlanırlar. Musiqinin təkrarı ilə hərəkətlər də 
təkrarlanır. 
2-
ci fiqur: 
1-ci hissə-1-4-cü taktlarda əllərində «şax-şax» dairədə 
dayanmış təlxəklər müxtəlif gülünc, yəni gülməli, məzəli 
hərəkətlər edirlər. 
II
hissənin 1-8-ci taktlannda isə uşaqlar iki ayağı üstündə 
hoppanırlar. 
Uşaqlar onlann bu hərəkətlərini alqışlayırlar. 
Hamı qaçıb öz əvvəlki yerini tutur. 
Şaxta baba: - Bəs mənim Qar qızım hanı? Mənim göyçək 
nəvəm? 
Yolkanın arxasından çıxan Qar qız dərhal cavab verir: 
Babacan, mən buradayam, əmrini gözləyirəm. 
O, Şaxta babanın yanına qaçıb əvvəl qoltuğuna girir, sonra 
qabağında şux dayanıb deyir: 
-Babacan, mən bayaq rəfiqələrimi axtarırdım. Hələ tapa 
bilməmişəm... 
-Mənim şıltaq nəvəciyim, noğulum, şəkərim, sən onlan 
uşaqların içində axtar, kənarda niyə axtarırsan? 
Qar qız onlan yenidən axtarmağa başlayır, axır ki, tapır. 
Çox sevinir. Onları yanına çağınr. 
F.Əmirovun «Vals»ı səslənir. Hamı rəqs edir. 

Yüklə 2,9 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə