Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Biznes Universiteti pedaqogika



Yüklə 2,9 Mb.
Pdf görüntüsü
səhifə7/149
tarix15.04.2023
ölçüsü2,9 Mb.
#105818
1   2   3   4   5   6   7   8   9   10   ...   149
Mektebeqeder-Ped-Didaktika-Pedoqoji-Fikir-Tarixi-Muqayiseli-Pedaqogika-ehate-eden-derslik

dərsliyin yeddinci yeniliyi
hesab olunmalıdır. Bu yeniliyin 
diqqəti çəkən digər tərəflərindən biri də ondan ibarətdir ki, prof. 
N.M.Kazımov ilk dəfə olaraq müəyyənləşdirmişdir ki, ənənəvi 
dərsliklərdə təlim tərbiyənin prinsiplərinin hansı əsasa 
söykənməsi məsələsi açıq qalmışdır. Bunu nəzərə alaraq o, 
sübuta yetirmişdir ki, təlim-tərbiyə prinsiplərinin əsasında 
pedaqoji prosesin qanunauyğunluqlan dayanır. 
Dərslikdə təlimin mərhələləri yeni tədris mövzulannın 
əsasən qavranılması; biliklərin, bacanq, vərdişlərin başa 
düşülməsi və möhkəmləndirilməsi; müvəffəqiyyətə nəzarət, 
onun qiymətləndirilməsi və hesaba alınması kimi sistemləşdirilir 
(səh. 161-171), sonra isə təlim üsullan belə bir ardıcıllıqla 
qruplaşdınlır. Yəni tədris mövzusunun əsasən qavranıl- masma 
xidmət edən üsullar; biliklərin, bacanq və vərdişlərin əsasən 
möhkəmləndirilməsinə və tətbiqinə xidmət edən üsullar 
(171-188). Bu məntiqi ardıcıllığı hər mütəxəssis güman edə bilər 
ki, təlimin mərhələləri təlimin üsullannı doğurmuşdur. Deməli, 
tolim üsullan müəyyən bir əsasdan 
31 


yaranmışdır. Başqa sözlə ifadə etsək, dərslikdə ilk dəfə olaraq 
isbat edilmişdir ki, təlimin üsullan təlimin mərhələlərindən 
törəmədir. Bu, 
dərsliyin səkkizinci yeniliyidir.
Ənənəvi dərsliklərdə 
şəxsiyyətin formalaşması, irsiyyət, mühit, tərbiyə və inkişaf 
amillərilə məhdud şəkildə izah olunmuşdur. N.M.Kazımov isə 
ilk dəfə olaraq bu problemi qlobal şəkildə açmış, şəxsiyyətin 
formalaşmasında pedaqoji prosesin və əməyin rolunu tutarlı 
dəlillərlə izah etməyə müyəssər olmuşdur. Maraqlı burasıdır ki, 
bu amillər barədə mövcud olan bütün nəzəriyyələri, o cümlədən 
irsiyyətə üstünlük verənləri; mühitə üstünlük verənləri; tərbiyəyə 
üstünlük verənləri; irsiyyətlə mühitin yanaşı təsirinə üstünlük 
verənləri; irsiyyət, mühit, tərbiyə və fəaliyyət amillərinin 
qarşılıqlı təsirinə üstünlük verənləri ayn-aynlıqda təhlil edərək 
dərslikdən istifadə edənlərə təqdim etmişdir. Doğrudur, 
N.M.Kazımov aynca bir monoqrafiyasında bu barədə ətraflı 
söhbət açmışdır. Lakin problemin lakonik şəkildə dərsliyə 
gətirilməsi 
doqquzuncu yenilik
kimi qiymətləndirilmişdir. 
Bu vaxta qədər yazılan «Pedaqogika» dərslikləri əsasən iki 
və ya üç hissədən (tərbiyəşünaslıq, didaktika və məktəbşünaslıq) 
ibarət olmuşdur. N.M.Kazımov isə ilk dəfə olaraq «Məktəb 
pedaqogikası» dərsliyini beş hissədən ibarət olmaqla 
hazırlamışdır. Bu dərsliyin ö/t«/ıcı/ 
yeniliyidir,
İndi isə «Məktəb pedaqogikası» dərsliyinin həmin beş 
bölməsi haqqında aynhqda söhbət açaq və onun digər müsbət 
məziyyətləri və yenilikləri barədə fikirlərimizi açıqlayaq. 
Otuz iki fəsil, giriş, istifadə olunan ədəbiyyat və 
mündəricatdan ibarət olan «Məktəb pedaqogikası» adlı kitab bir 
neçə cəhətdən mühüm aktuallıq kəsb edir. Birincisi, əsərdə 
müəllifin bütün məsələlərə plüralist mövqedən yanaşması, son 
dərəcə demokratik ruhda ümumiləşdirmələr aparması dərsliyin 
günün reallığı ilə günün ən vacib tələblərilə səsləşməsinə səbəb 
olmuş və bu da ona tam yeni bir görkəm vermişdir. 
İkincisi, digər dərsliklərdən fərqli olaraq «Milli məktəb 
pedaqogikası»nda ilk dəfə olaraq tərbiyə, təlim və təhsil 
32 


məsələləri, dünya təcrübəsilə müasir pedaqoji təcrübənin 
müqayisə edilərək yeni pedaqoji təfəkkür baxımından təhlil 
edilməsidir. 
Üçüncüsü isə, təhsil, təlim və tərbiyə ilə bağlı pedaqoji fikir 
tariximizdən gətirilən iqtibaslann, milli koloritmizə aid olan 
nümunələrin müasir pedaqoji təcrübə ^lə müqayisəli şəkildə 
verilmişdir. Dərsliyin birinci bölməsində pedaqogikanın 
nəzəri-metodoloji məsələləri işıqlandınlmış, pedaqoji elmin 
sahələri, digər elmlərlə əlaqəsi, mənbələri və pedaqoji üsullan 
əhatəli şəkildə verilmiş; pedaqogikanm başlıca kateqoriyalan 
sistemə salınmış; pedaqoji prosesdəki ziddiyyətlər, qanunlar, 
qanunauyğunluqlar elmi şəkildə şərh edilmiş; şəxsiyyətin 
formalaşması məsələsi həm qnesioloji, həm də müqayisəli şərh 
üslubunda diqqətə çatdınlmışdır. 
«Təhsil və təlim pedaqoji prosesin tərkib hissələri kimi» 
adlanan didaktikanın mahiyyəti, məzmunu, qanunlan, 
qanunauyğunluqlan, 
həyata keçirilməsi üsullan, tətbiqi 
prinsipləri barədə dəruni bir tərzdə xronoloji ardıcıllıqla, davamlı 
pedaqoji məntiqə söykənən ümumiləşdirmələrlə izah etmişdir. 
Bölmədə diqqəti cəlb edən ən ümdə cəhətlərdən biri də «Milli 
pedaqogikada didaktika məsələləri» və «Azərbaycan təhsili 
sistemi və onun əsasında duran prinsiplən> haqqında verilmiş 
mövzulardır. Fikrimizcə, müəllif ilk dəfə olaraq Azərbaycan 
pedaqoji fikir tarixində, Azərbaycan təhsilinin ən zəruri 
məsələlərini dünya təhsil sisteminə inteqrasiya olunmasına 
təşəbbüs göstərmişdir. Halbuki müstəqil dövlətimizin maarif 
sahəsində olan direktiv və proqram sənədlərində Azərbaycan 
təhsilinin dünya təhsil sisteminə inteqrasiya olunması ilə bağlı 
müxtəlif xarakterli tövsiyələr, göstərişlər və sərəncamlar vardır. 
Fikrimizcə, N.Kazımovun bu təşəbbüsünü həm dövlətimizin hər 
bir pedaqoqun qarşısında qoyduğu vəzifə borcunun yerinə 
yetirilməsi, həm də «Azərbaycan təhsilinin dünya təhsilinə 
inteqrasiya edilməsi» sahəsində sözdən işə keçilməsi kimi 
qiymətləndirilməlidir. 
Üçüncü bölmədə tərbiyənin bütün nəzəri və praktik 
məsələləri, o cümlədən qanunlan, qanunauyğınluqlan. 
33 


ziddiyyətləri, metodlan, prinsipləri, tətbiqi yollan, başlıca 
mənbələri, mərhələləri öz əksini tapmışdır. Bu bölmədə bütün 
mövzularda irəli sürülən yeni fikirlər pedaqoji elmin inkişafı 
üçün əsas hərəkətverici qüvvə kimi özünü göstərir. Burada 
tərbiyənin prinsipləri yeni təfəkkür süzgəcindən keçirilir, onun 
təsnifatı zamanı bu günə kimi özünü göstərən steriotiplər islah 
olunur, təkrarlar aradan qaldınlır və nəhayət ilk dəfə olaraq 
prinsiplər öz obyektiv tərifini «qazanm>. 
Tərbiyənin mərhələlərindən danışan müəllif haqlı olaraq 
onun Milli və ümumbəşəri dəyərlərə söykənməsini (məsələn, 
xalqın soykökündən gələn halallıqdan qidalanması nümunə 
kimi verilir) iddia edir. Müəllifin konseptual ideyasına görə 
tərbiyənin bütün mərhələlərində milli dəyərlərin aşılanması 
ideyası Milli pedaqogikanın başlıca vəzifələrindən hesab 
olunur. Bizcə bu yanaşma hər şeydən öncə Azərbaycan 
tərbiyəşünaslığmın çox qədim tarixə malik olmasına və digər 
xalqlardan əvvəl yaranmasına dəlalət edən şərtlərdəndir. 
Doğrudan da qədim Şumer qaynaqlanna söykənən, «Bilqa- 
mus» dastanlanndan mayalanan, «Avesta» və «Dədə Qor- 
qud»dakı tərbiyə məsələlərinin kökü eramızdan əvvəl ikinci, 
üçüncü minilliklərə gedib çıxır. Yaxud Əbülhəsən Bəhmən- 
yann, Qətran Təbrizinin, Nizami Gəncəvinin, Səfıyyəddin 
Urməvinin, Nəsirəddin Tusinin əsərlərindəki zəngin tərbiyə 
komponentlərinin milli ənənəvi səciyyəsi deməyə əsas verir ki, 
prof. N.Kazımovun irəli sürdüyü fikirlərin hamısının elmi əsası 
vardır və onlar təqdirəlayiqdir. 
Dördüncü bölmədə müəllif tərbiyənin ayrı-ayn sahələrini, 
mən deyərdim ki, yenidən tədqiq edərək sistemə salmışdır. Bu 
bölmə də dünyagörüşünün formalaşması məsələlərindən 
başlayır. Digər müəlliflərdən fərqli olaraq N.Kazımov 
dünyagörüş anlayışını aydınlaşdırır, ona tərif verir, sonra onun 
formalan, yaranması və inkişafı barədə məlumat verir. Burada 
dialektik materialist dünyagörüşü, idealist dünyagörüşü, dini 
dünyagörüşü, hüquqşünas dünyagörüşü təhlil olunur, 
dünyagörüşün elmi tarixi inkişaf mərhələlərinin şərhi verilir və 
nəhayət dünyagörüşün formalaşmasında 
34 


pedaqoji prosesin apancı rolu aydmiaşdınlır və elmi dünyagörüşün 
mahiyyəti açılır. 
N.Kazımov pedaqogikamıza ilk dəfə olaraq «ağıl 
tərbiyəsi» ifadəsi gətirmişdir. Bu yenilik də milli mənəvi 
dəyərlərə və elmi faktlara söykənir. 
£1 arasında «ağlı başında olan adam», «ağlı başından 
çıxıb», «ağlını başına qoy», «onun başına ağıl qoyun» kimi 
ifadələr işlənir. Bu o deməkdir ki, insana hansı tərbiyəvi forma 
ilə təsir göstərirsənsə bu təsir onun ağlında öz əksiıii tapır. 
«Ağıllı otur», «ağıllı dur», «ağıllı ye», «ağıllı iç», «ağıllı işlə», 
«ağıllı hərəkət et», «ağıllı danış» ifadələrinə görə isə uşağın 
bütün hərəkətlərini düzgün tənzimləmək üçün onun ağlını 
tərbiyə etmək lazımdır. Ona görə də ağıl tərbiyəsinin 
pedaqogikaya gətirilməsi məqsədəmüvafiq sayılmalı, onun 
dövrün xüsusiyyətlərinin mövcud səbəbindən yaranmasım 
(müəllif məsələnin yaranma zərurətini iki səbəblə izah edir) 
təqdir edilməlidir. 
Müəllif ilk dəfə olaraq ağıl tərbiyəsinin mahiyyətini 
aydınlaşdırmış, ağıla tərif vermiş, ağıl tərbiyəsinin məzmununu, 
məqsədini, vəzifələrini şərh etmiş və tətbiqi yollannı 
göstərmişdir. Burada «Ağıllı hesab edilən şəxslərlə görüşlər», 
«İşə başlamazdan əvvəl nəticələrini görə bilmək haqqında» kimi 
tövsiyələr (ağıl tərbiyəsinin yollan) ağıl tərbiyəsinin 
formalaşdınlması üçün çox münasib yollardır. Məsələnin belə 
qoyuluşu güman ki, ağıl tərbiyəsi ilə məşğul olacaq gələcək 
mütəxəssislərə istiqamət vermək üçün çox faydalıdır. Bu 
bölmədə tərbiyənin başlıca sahələri hesab olunan ideya siyasi 
tərbiyə, əxlaq tərbiyəsi, əmək tərbiyəsi, fiziki tərbiyə, estetik 
tərbiyə, ekoloji tərbiyə, iqtisadi tərbiyə, hüquq tərbiyəsi öz elmi 
təhlil və pedaqoji təsnifatına görə diqqəti cəlb edir. Bunlann 
içərisində iqtisadi tərbiyə məsələləri daha mühüm aktuallıq kəsb 
edir. 
Bazar 
iqtisadiyyatı 
şəraitində 
yetişən 
nəslin 
nümayəndələrinə 
«iqtisadi 
münasibətlən>, 
«iqtisadi 
ünsiyyətlƏD), «iqtisadi davranışlar» barədə biliklərin verilməsi 
daha məqsədə müvafiqdir. Ona görə ki, bu münasibətlərdən 
daha əhəmiyyətli keyfiyyət üzə çıxacaq. İqtisadi ünsiyyət 
35 


nəticəsində «əliaçıqlıq», «qənaətçilib>, «antiisrafçılıq», «şü- 
kürlülük», «kərimlilib> (kəramət) və bu bmi keyfiyyətlərin üzə 
çıxmasına səbəb olacaqdır. 
Bu mənada N.M.Kazımovun iqtisadi tərbiyənin sistemə 
salması onun orta ümumtəhsil və ali məktəblərdəb təbliği yollan 
barədəki fikirləri mühim əhəmiyyət kəsb edir. 
Sonuncu, beşinci bölmədə pedaqoji xidmətin metodikası 
və dərsdənxaric və məktəbdənkənar işin spesifik xüsusiyyətləri 
sistemləşdirilmişdir. Burada həmçinin məktəbə rəhbərliyin 
məzmımu lakonik şəbidə ümumiləşdirilihişdir. 
Bəzi təkliflərimizi də bildirmək istərdib Arzu edərdik b
btabm sonrab nəşrlərində-pedaqoji elmin sahələri sırasına «Tibbi 
pedaqogika» da əlavə edilsin. Tərbiyənin başlıca sahələri 
sırasmda «işgüzarlıq tərbiyəsi» və «sahibkarlıq hissi tərbiyəsi» 
də öz əksini tapsın. 
Fikrimizi yekunlaşdıraraq belə qənaətə gəlmək olar b, 
«Məbəb pedaqogikası» dərsliyi həm monoqrafiya kimi bütün 
tələblərə cavab verir, həm də dərslik bmi elmi-nəzəri-prabik 
cəhətdən çox yararlıdır. 

Yüklə 2,9 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə