Azərbaycan Respublikası Silahlı Qüvvələri İntizam nizamnaməsinin təsdiq edilməsi haqqında



Yüklə 493,43 Kb.
Pdf görüntüsü
səhifə1/17
tarix20.10.2023
ölçüsü493,43 Kb.
#128414
  1   2   3   4   5   6   7   8   9   ...   17
nizamnameler1994



Azərbaycan Respublikası Silahlı Qüvvələri İntizam nizamnaməsinin təsdiq edilməsi 
haqqında 
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU 
Azərbaycan Respublikasının Milli Məclisi 
qərara alır:
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam nizamnaməsi təsdiq edilsin və 1995-
ci il yanvarın 1-dən qüvvəyə minsin. 
Azərbaycan Respublikasının Prezidenti 
Heydər ƏLİYEV. 
Bakı şəhəri, 23 sentyabr 1994-cü il 
№ 885 
 
 
Azərbaycan Respublikasının 1994-cü il 23 
sentyabr tarixli, 885 saylı Qanunu ilə 
TƏSDİQ EDİLMİŞDİR 
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsi 
Azərbaycan 
Respublikasının 
Silahlı 
Qüvvələri 
Azərbaycan 
Respublikasının 
suverenliyinin, ərazi bütövlüyünün, onun toxunulmazlığının və mənafeyinin silahlı 
müdafiəsinə, dövlətə silahlı hücumun qarşısının alınmasına, təcavüz olarsa, onun dəf 
edilməsinə xidmət edir. 
Azərbaycan Respublikasının Silahlı Qüvvələri bu müqəddəs vəzifələri yerinə yetirmək 
üçün daimi döyüşə hazır vəziyyətdə olmalıdır. 
Möhkəm hərbi intizam yüksək döyüş hazırlıqlı və döyüş qabiliyyətli olmağın əsas 
şərtidir. Müasir dövrdə hərbi intizamın rolu əvəz edilməzdir. 
Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi intizam hərbi qulluqçuların 
yüksək şüurluğuna və vətənpərvərlik borclarını dərindən dərk etmələrinə, xalqımızın 
beynəlmiləlçilik ənənələrinə sadiq olmalarına və Vətənə sonsuz məhəbbət bəsləmələrinə 
əsaslanır. Lakin bunlar öz hərbi borcuna etinasız yanaşan hərbi qulluqçulara məcburiyyət 
tədbirlərinin tətbiqini istisna etmir. 
Bütün komandirlər (rəislər) bu Nizamnamənin tələblərini rəhbər tutaraq, hissə və 
bölmələrdə hərbi intizamın daim yüksək səviyyədə saxlanmasını təmin etməyə borcludurlar. 

Yüklə 493,43 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə