Azərbaycan Respublikası Silahlı Qüvvələri İntizam nizamnaməsinin təsdiq edilməsi haqqında



Yüklə 493,43 Kb.
Pdf görüntüsü
səhifə3/17
tarix20.10.2023
ölçüsü493,43 Kb.
#128414
1   2   3   4   5   6   7   8   9   ...   17
nizamnameler1994

 
II fəsil. Həvəsləndirmələr
20. Həvəsləndirmələr hərbi qulluqçuların tərbiyə edilməsi və hərbi intizamın 
möhkəmləndirilməsi üçün mühüm vasitədir. 
Hər bir komandir (rəis) bu Nizamnamə ilə ona verilən hüquqlar çərçivəsində tabeliyində 
olan hərbi qulluqçuların onların ağlabatan təşəbbüslərinə, səylərinə, rəşadətlərinə və yaxşı 
xidmət göstəricilərinə görə həvəsləndirməlidir. 
Komandir (rəis) hiss edirsə ki, ona verilən hüquqlar tabeliyində olan hərbi qulluqçunu 
həvəsləndirmək üçün kifayət deyil, o, özündən böyük rəisin səlahiyyəti ilə hərbi qulluqçunu 
həvəsləndirmək barədə vəsatət qaldıra bilər. 
21. Alay (briqada) komandirləri, onlara bərabər və böyük komandirlər, əlahiddə tabor (3-
cü dərəcəli gəmilər divizionu) komandirləri, həmçinin bu Nizamnamənin 12-ci maddəsinə 
əsasən müvafiq tabor (3-cü dərəcəli gəmi) komandirlərinin intizam səlahiyyətlərinə malik olan 
əlahiddə hissə komandirləri (rəisləri) öz tabeliklərində olan hərbi qulluqçuları hərbi borcu 
yerinə yetirərkən, göstərdikləri igidlik və rəşadətə, əla döyüş hazırlığı göstəricilərinə, yeni 
mürəkkəb texnikanı əla mənimsədiklərinə, qoşun hissələrinə nümunəvi rəhbərlik etdiklərinə, 
həmçinin Azərbaycan dövləti və Azərbaycan Respublikasının Silahlı Qüvvələri qarşısındakı 
görkəmli xidmətlərinə görə Azərbaycan Respublikasının orden və medalları ilə təltif olunmağa 
təqdim etmək hüququna malikdirlər. 
Əsgərlər, matroslar və çavuşlar üçün tətbiq edilən həvəsləndirmələr
22. Əsgərlər, matroslar və çavuşlar üçün aşağıdakı həvəsləndirmələr tətbiq edilir: 
a) təşəkkür elan etmək; 
b) əvvəl verilmiş intizam cəzasını götürmək; 
v) müddətli xidmət əsgərləri, matrosları və çavuşlarını hissə komandirinin müəyyən 
etdiyi gündə və saatda bir dəfə növbədənkənar hissənin yerləşdiyi yerdən kənara, yaxud 
gəmidən sahilə buraxmaq; 
q) fərman, qiymətli hədiyyələrlə, yaxud pulla mükafatlandırmaq; 
ğ) hərbi qulluqçunu hərbi hissənin açılmış Döyüş Bayrağı yanında çəkilmiş fotoşəkli ilə 
mükafatlandırmaq; 
d) hərbi qulluqçunun yaşadığı, yaxud əvvəl işlədiyi yerə onun hərbi xidmət borcunu 
nümunəvi yerinə yetirməsi və aldığı mükafatlar haqqında məlumat vermək; 
e) baş əsgər (baş matros) hərbi rütbəsi vermək; 
ə) müddətindən artıq xidmət çavuşlarına ştat üzrə tutduqları vəzifə üçün müəyyən 
edilmiş rütbədən bir pillə yuxarı rütbə vermək; 
c) əlaçı döş nişanı ilə mükafatlandırmaq; 
z) əsgərlərin, matrosların və çavuşların adlarını hissənin (gəminin) Fəxri kitabına yazmaq; 


i) müddətli xidmət əsgərlərinə, matroslarına və çavuşlarına (ali hərbi məktəblərin 
kursantlarından başqa) məzuniyyət yerinə gedib-qayıtma vaxtı nəzərə alınmadan 10 
sutkayadək qısamüddətli məzuniyyət vermək. 
23. Əsgər, matros və çavuş vəzifələrində olan qadın hərbi qulluqçular üçün bu 
Nizamnamənin 22-ci maddəsində nəzərdə tutulan, «e», «ə» və «i» bəndləri istisna edilməklə, 
həvəsləndirmələr tətbiq edilir. 
Komandirlərin (rəislərin) tabeliklərində olan əsgərlər, matroslar və çavuşlar üçün 
həvəsləndirmə tətbiq etmə hüquqları
24. Manqa komandirinin və taqım komandiri müavininin: 
a) təşəkkür elan etmək; 
b) özləri tərəfindən əvvəllər verilmiş intizam cəzalarını götürmək hüquqları vardır. 
25. Bölük (komanda) baş çavuşunun, taqım (qrup) komandirinin, bölük (4-cü dərəcəli 
gəmi) komandirinin və tabor (3-cü dərəcəli gəmi) komandirinin: 
a) təşəkkür elan etmək; 
b) özləri tərəfindən əvvəllər verilmiş intizam cəzalarını götürmək; 
v) müddətli xidmət əsgərlərini, matroslarını və çavuşlarını bir dəfə növbədənkənar 
hissənin yerləşdiyi yerdən kənara, yaxud gəmidən sahilə buraxmaq hüquqları vardır. 
Əlahiddə tabor (3-cü dərəcəli gəmilər divizionu) komandirləri, həmçinin bu 
Nizamnamənin 12-ci maddəsinə əsasən müvafiq tabor (3-cü dərəcəli gəmi) komandirlərinin 
intizam səlahiyyətinə malik olan əlahiddə hissələrin komandirləri, bunlardan əlavə, 26-cı 
maddənin «q» - «e», «c» və «z» bəndlərində qeyd olunan həvəsləndirmələri tətbiq etmək 
hüququna malikdirlər. 
26. Alay (briqada) komandirinin: 
a) təşəkkür elan etmək; 
b) özü tərəfindən əvvəllər verilmiş intizam cəzalarını götürmək; 
v) müddətli xidmət əsgərlərini, matroslarını və çavuşlarını bir dəfə növbədənkənar 
hissənin yerləşdiyi yerdən kənara, yaxud gəmidən sahilə buraxmaq; 
q) fərman, qiymətli hədiyyələrlə, yaxud pulla mükafatlandırmaq; 
ğ) hərbi qulluqçunu hərbi hissənin açılmış Döyüş Bayrağı yanında çəkilmiş fotoşəkli ilə 
mükafatlandırmaq; 
d) hərbi qulluqçunun yaşadığı, yaxud əvvəl işlədiyi yerə onun hərbi xidmət borcunu 
nümunəvi yerinə yetirməsi və aldığı mükafatlar haqqında məlumat vermək; 
e) baş əsgər (baş matros) hərbi rütbəsi vermək; 
ə) əlaçı döş nişanı ilə təltif etmək; 
c) əsgərlərin, matrosların və çavuşların adlarını hissənin (gəminin) Fəxri kitabına yazmaq; 
z) müddətli xidmət əsgərlərinə, matroslarına və çavuşlarına 10 sutkayadək qısamüddətli 
məzuniyyət vermək hüququ vardır. 
27. Diviziya, əlahiddə briqada (gəmilər briqadası), korpus komandirləri, qoşun növü, 
silahlı qüvvələr növlərinin komandanları, eləcə də müdafiə nazirinin müavinləri öz tabeliyində 
olan əsgərlər, matroslar və çavuşlar barədə bu Nizamnamənin müəyyən etdiyi həvəsləndirmə 
tədbirlərindən tam həcmdə istifadə etmək hüququna malikdirlər. 
Gizirlər və miçmanlar üçün tətbiq edilən həvəsləndirmələr
28. Gizirlər və miçmanlar üçün: 
a) təşəkkür elan etmək; 
b) əvvəllər verilmiş intizam cəzasını götürmək; 
v) fərman, qiymətli hədiyyələrlə, yaxud pulla mükafatlandırmaq; 
q) adlarını hissənin (gəminin) Fəxri kitabına yazmaq həvəsləndirmələri tətbiq olunur. 
Komandirlərin (rəislərin) tabeliyində olan gizirlər və miçmanlar üçün həvəsləndirmə 
tətbiq etmə hüquqları


29. Taqım (qrup), bölük (4-cü dərəcəli gəmi) və tabor (3-cü dərəcəli gəmi) komandirləri: 
a) təşəkkür elan etmək; 
b) özlərinin əvvəllər verdikləri intizam cəzalarını götürmək hüququna malikdirlər. 
Əlahiddə taborların (3-cü dərəcəli gəmilər divizionu) komandirləri, həmçinin bu 
Nizamnamənin 12-ci maddəsinə əsasən müvafiq tabor (3-cü dərəcəli gəmi) komandirlərinin 
intizam səlahiyyətinə malik olan əlahiddə hissələrin komandirləri (rəisləri) bunlardan əlavə, 28-
ci maddənin «v» və «q» bəndlərində nəzərdə tutulan həvəsləndirmələri tətbiq etmək 
səlahiyyətinə malikdirlər. 
30. Alay (briqada), diviziya, əlahiddə briqada (gəmilər briqadası) və korpus komandirləri, 
qoşun növü, silahlı qüvvələr növlərinin komandanları, eləcə də müdafiə nazirinin müavinləri 
onların tabeliklərində olan gizirlər və miçmanlar üçün bu Nizamnamənin müəyyən etdiyi 
həvəsləndirmə tədbirlərindən tam həcmdə istifadə etmək hüququna malikdirlər. 
Zabitlər, generallar və admirallar üçün tətbiq edilən həvəsləndirmələr
31. Zabitlər, generallar və admirallar üçün: 
a) təşəkkür elan etmək; 
b) əvvəllər verilmiş intizam cəzasını götürmək; 
v) fərman, qiymətli (o cümlədən üstündə adı yazılmış) hədiyyələrlə, yaxud pulla 
mükafatlandırmaq; 
q) polkovnik-leytenant, 2-ci dərəcəli kapitan rütbəsinə qədər zabitlərə hərbi rütbələri 
vaxtından əvvəl vermək; 
ğ) üstündə adı yazılmış soyuq və odlu silahla mükafatlandırmaq həvəsləndirmələri tətbiq 
edilir. 
32. Ali hərbi məktəblərdə 31-ci maddədə nəzərdə tutulmuş həvəsləndirmələrdən əlavə
tədris kursunu qızıl medalla (əla qiymətlə) başa vurmuş dinləyicilərin və kursantların adları 
Fəxri lövhəyə də yazılır. 
Komandirlərin (rəislərin) tabeliklərində olan zabitlər, generallar və admirallar üçün 
həvəsləndirmə tətbiq etmə hüquqları
33. Bölük (4-cü dərəcəli gəmi) və tabor (3-cü dərəcəli gəmi) komandirlərinin: 
a) təşəkkür elan etmək; 
b) özləri tərəfindən əvvəllər verilmiş intizam cəzalarını götürmək hüquqları vardır. 
Əlahiddə taborların (3-cü dərəcəli gəmilər divizionu) komandirləri, həmçinin bu 
Nizamnamənin 12-ci maddəsinə əsasən tabor (3-cü dərəcəli gəmi) komandirlərinin intizam 
səlahiyyətinə malik olan əlahiddə hissələrin komandirləri (rəisləri), bunlardan əlavə, 34-cü 
maddənin «v» bəndində nəzərdə tutulan həvəsləndirmələri tətbiq etmək hüququna malikdirlər. 
34. Alay (briqada), diviziya, əlahiddə briqada (gəmilər briqadası) və korpus 
komandirlərinin, qoşun növü, silahlı qüvvələr növləri komandanlarının, eləcə də müdafiə 
nazirinin müavinlərinin: 
a) təşəkkür elan etmək; 
b) özlərinin əvvəllər verdikləri intizam cəzasını götürmək; 
v) fərman, qiymətli (o cümlədən üstündə adı yazılmış) hədiyyələr, yaxud pulla 
mükafatlandırmaq hüquqları vardır. 
35. Azərbaycan Respublikası müdafiə naziri 34-cü maddədə göstərilən hüquqlardan 
əlavə, üstündə adı yazılmış soyuq və odlu silahla mükafatlandırmaq səlahiyyətinə malikdir. 
Həvəsləndirmələrin tətbiqi qaydası
36. Komandirlər (rəislər) ayrı-ayrı hərbi qulluqçulara və bölmənin (komandanın), hissənin 
bütün şəxsi heyətinə həvəsləndirmələr (təşəkkür elan etmə, fərmanla təltif etmə) tətbiq edə 
bilərlər. 
Həvəsləndirmə növü təyin edilərkən, hərbi qulluqçunun fərqləndirici cəhətləri və xidmət 
borcuna əvvəlki münasibəti nəzərə alınmalıdır. 


37. Müddətli xidmət dövründə həvəsləndirmə məqsədilə qısamüddətli məzuniyyət 
əsgərlər, matroslar və çavuşlar üçün bir dəfədən çox olmayaraq verilir. 
38. Əlaçı döş nişanı ilə yalnız iki tədris dövrü müddətində fasiləsiz əlaçı olan əsgərlər, 
matroslar və çavuşlar təltif edilirlər. 
39. Hissənin (gəminin) Fəxri kitabına adları yazılmaqla həvəsləndirmə: 

hərbi xidmətin axırıncı ilində olan və xidmət vaxtı əla döyüş hazırlığı 
göstəricilərinə nail olmuş, nümunəvi intizam və yüksək şüurluluq göstərmiş 
əsgərlərə, matroslara və çavuşlara ehtiyata buraxılma ərəfəsində (tədris 
hissələrinin və hərbi məktəblərin kursantları isə təhsilini başa vurduqda);

Azərbaycan Respublikasının Silahlı Qüvvələrində qüsursuz xidmət etmiş 
müddətindən artıq xidmət çavuşları, gizirlər və miçmanlar ehtiyata buraxılanda;

adları çəkilən bütün hərbi qulluqçular bütün xidmət dövründə öz hərbi borclarını 
yerinə yetirərkən, xüsusilə fərqləndiklərinə görə tətbiq edilir.
40. Həvəsləndirmələr şifahi surətdə, yaxud yazılı əmrlə sıra önündə, ya da hərbi 
qulluqçuların yığıncağında (müşavirəsində) elan edilməlidir. 
Həvəsləndirmələr haqqındakı əmrlərin elan edilməsi, eləcə də fərqlənmiş hərbi 
qulluqçulara mükafatların verilməsi, bir qayda olaraq, təntənəli şəraitdə yerinə yetirilməlidir. 
Hərbi qulluqçuların həvəsləndirilməsi barədə əmrin elan olunması ilə eyni zamanda 
onlara adətən mükafatlar da təqdim edilir, həmçinin hərbi qulluqçunun öz hərbi borcunu 
nümunəvi yerinə yetirməsi barədə yaşadığı yerə, yaxud əvvəlki iş yerinə göndərilən məktubun 
mətni də oxunur. 
Hərbi qulluqçunun adının hissə (gəmi) Fəxri kitabına yazıldığı elan edildikdə, ona bu 
barədə hissə (gəmi) komandirinin qol çəkdiyi tərifnamə də təqdim edilməlidir. 
41. Müddətli xidmət hərbi qulluqçularına həvəsləndirmə məqsədilə verilən qısamüddətli 
məzuniyyət ən uzağı bir ay ərzində və bir qayda olaraq, həvəsləndirmə elan edilən hissədən 
verilməlidir. Müstəsna hallarda qısamüddətli məzuniyyətin verilmə müddəti hissə komandiri 
(rəisi) tərəfindən uzadıla bilər. 
42. Hərbi qulluqçulara verilən intizam cəzalarını yalnız bu cəzaları verən rəislər, həmçinin 
intizam səlahiyyəti daha böyük olan birbaşa rəislər götürə bilərlər. 
Eyni vaxtda hərbi qulluqçuya verilmiş ancaq bir cəza götürülə bilər. 
Rəisin intizam cəzasını o vaxt götürməyə ixtiyarı var ki, cəza tərbiyəvi rolunu oynamış 
olsun və hərbi qulluqçu öz nümunəvi xidmətilə bunu sübut etsin. 
Çavuş rütbəsindən məhrum edilmə, hərbi rütbədə (vəzifədə) aşağı salınma kimi intizam 
cəzaları: 

müddətli və müddətindən artıq xidmət hərbi qulluqçuları — çavuş rütbəsindən 
məhrum edildiyi, hərbi rütbədə (vəzifədə) aşağı salındığı gündən ən azı altı aydan 
sonra;

gizirlər və miçmanlar — hərbi rütbələri (vəzifələri) aşağı salındığı gündən ən azı 
altı aydan sonra;

zabitlər — hərbi rütbələri (vəzifələri) aşağı salındığı gündən ən azı bir ildən sonra;

generallar və admirallar — vəzifələri aşağı salındığı gündən ən azı bir ildən sonra;

ehtiyatda, yaxud istefada olan zabitlər — hərbi rütbələri aşağı salındığı gündən ən 
azı üç ildən sonra götürülə bilər.
Hərbi rütbələri aşağı salınmış zabitlər, gizirlər, miçmanlar, çavuşlar və həmçinin hərbi 
rütbəsindən məhrum edilmiş müddətli xidmət çavuşları tutduqları vəzifələrdən asılı 
olmayaraq, intizam cəzasının götürülməsi ilə eyni zamanda əvvəlki hərbi rütbələrinə bərpa 
olunmalıdırlar. 
Vəzifəni aşağı salma şəklində intizam cəzası hərbi qulluqçunun üstündən götürülərkən o, 
əvvəlki vəzifəsinə bərpa edilməyə də bilər. 



Yüklə 493,43 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə