Azərbaycan Respublikası Silahlı Qüvvələri İntizam nizamnaməsinin təsdiq edilməsi haqqında


Komandirlərin (rəislərin) tabeliklərində olan zabitlərə, generallara və admirallara



Yüklə 493,43 Kb.
Pdf görüntüsü
səhifə8/17
tarix20.10.2023
ölçüsü493,43 Kb.
#128414
1   ...   4   5   6   7   8   9   10   11   ...   17
nizamnameler1994

Komandirlərin (rəislərin) tabeliklərində olan zabitlərə, generallara və admirallara 
intizam cəzaları vermə hüquqları


70. Bölük (4-cü dərəcəli gəmi) və tabor (3-cü dərəcəli gəmi) komandirlərinin məzəmmət, 
töhmət və şiddətli töhmət elan etmək hüquqları vardır. 
Əlahiddə taborların (3-cü dərəcəli gəmilər divizionu), həmçinin bu Nizamnamənin 12-ci 
maddəsinə əsasən tabor (3-cü dərəcəli gəmi) komandirlərinin intizam səlahiyyətinə malik olan 
əlahiddə hissələrin komandirlərinin (rəislərinin) bunlardan əlavə zabitlərə öz vəzifələrinə tam 
uyğun olmamaları barədə xəbərdarlıq etmək hüquqları vardır. 
71. Alay (briqada) komandirinin: 
a) məzəmmət, töhmət və şiddətli töhmət elan etmək
b) kiçik zabitləri hauptvaxtda saxlanmaqla 3 sutkayadək həbs etmək
v) vəzifələrinə tam uyğun olmamaları barədə xəbərdarlıq etmək hüququ vardır. 
72. Diviziya, əlahiddə briqada (gəmilər briqadası) komandirlərinin; 
a) məzəmmət, töhmət və şiddətli töhmət elan etmək; 
b) kiçik zabitləri hauptvaxtda saxlanmaqla 5 sutkayadək həbs etmək; 
v) vəzifələrinə tam uyğun olmamaları barədə xəbərdarlıq etmək hüquqları vardır. 
73. Korpus komandirinin, qoşun növü komandanının: 
1) Zabitlərə: 
a) məzəmmət, töhmət və şiddətli töhmət elan etmək; 
b) kiçik zabitləri hauptvaxtda saxlanmaqla 7, baş zabitləri 3 sutkayadək həbs etmək; 
v) vəzifələrinə tam uyğun olmamaları barədə xəbərdarlıq etmək; 
2) generallara və admirallara məzəmmət, töhmət və şiddətli töhmət elan etmək hüququ 
vardır. 
74. Silahlı qüvvələr növü komandanının: 
1) Zabitlərə: 
a) məzəmmət, töhmət və şiddətli töhmət elan etmək; 
b) hauptvaxtda saxlanmaqla kiçik zabitləri 10, baş zabitləri 5 sutkayadək həbs etmək
v) vəzifələrinə tam uyğun olmamaları barədə xəbərdarlıq etmək; 
q)
 
bölük, 4-cü dərəcəli gəmi komandirləri, onlara müvafiq və aşağı vəzifədə olan zabitləri 
aşağı vəzifəyə keçirmək
4
2) Generallara və admirallara: 
a) məzəmmət, töhmət və şiddətli töhmət elan etmək; 
b) vəzifələrinə tam uyğun olmamaları barədə xəbərdarlıq etmək hüququ vardır. 
75. Azərbaycan Respublikası müdafiə naziri müavinlərinin silahlı qüvvələr növləri 
komandanlarına verilmiş hüquqlardan əlavə: 
a) Kapitan və kapitan-leytenantdan başlayaraq aşağı hərbi rütbəli zabitlərin rütbələrini 
aşağı salmaq hüquqları vardır

Yüklə 493,43 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə