Azərbaycan Respublikası Silahlı Qüvvələri İntizam nizamnaməsinin təsdiq edilməsi haqqında


III fəsil. Hərbi intizamın pozulmasına görə cəzalar



Yüklə 493,43 Kb.
Pdf görüntüsü
səhifə4/17
tarix20.10.2023
ölçüsü493,43 Kb.
#128414
1   2   3   4   5   6   7   8   9   ...   17
nizamnameler1994

III fəsil. Hərbi intizamın pozulmasına görə cəzalar
43. Hərbi qulluqçu hərbi intizamı, yaxud ictimai asayişi pozarsa, komandir (rəis) ona 
vəzifə borcunu xatırlatmalı, lazım gələrsə, intizam cəzası verməlidir. 
Komandir (rəis) öz səlahiyyəti çatan və nalayiq hərəkət etmiş hərbi qulluqçuya onun 
fikrincə daha çox tərbiyəvi təsir göstərə bilən hər hansı cəzanı verə bilər. 
44. Hərbi intizamı və ictimai asayişi pozanların ictimai məzəmmət edilməsi məqsədilə 
komandirlərin (rəislərin) qərarları ilə hərbi qulluqçuların nalayiq hərəkətləri: 

əsgərlərin və matrosların nalayiq hərəkətləri bölüklərin, batareyaların, taborların, 
divizionların, gəmilərin və bunlara müvafiq bölmələrin şəxsi heyətlərinin 
yığıncaqlarında;

çavuşların nalayiq hərəkətləri taborların, divizionların, gəmilərin və bunlara 
müvafiq bölmələrin çavuşlarının yığıncaqlarında;

gizirlərin və miçmanların nalayiq hərəkətləri alayların, gəmilərin gizirləri və 
miçmanlarının yığıncaqlarında, əlahiddə hissələrdə və bunlara müvafiq hissələrdə 
isə gizirlərin və miçmanların, yaxud gizirlər, miçmanlar və zabitlərin 
yığıncaqlarında;

zabitlərin nalayiq hərəkətləri alayların (briqadaların), gəmilərin, əlahiddə 
hissələrin və bunlara müvafiq hissələrin zabitlərinin yığıncaqlarında müzakirə 
edilə bilər.
Bundan əlavə, zabitlərin, gizirlərin, miçmanların və müddətindən artıq xidmət hərbi 
qulluqçuların nalayiq hərəkətlərinə zabitlər, gizirlər, miçmanlar və müddətindən artıq xidmət 
hərbi qulluqçularının şərəf məhkəmələrində baxıla bilər. Zabitlərin, gizirlərin, miçmanların və 
müddətindən artıq xidmət hərbi qulluqçularının nalayiq hərəkətlərinin şərəf məhkəmələrində 
baxılması haqqındakı qərar tərkibində məhkəmələr yaradılmış hissələrin (idarələrin, 
müəssisələrin) komandirləri (rəisləri), həmçinin onların böyük rəisləri tərəfindən qəbul edilir. 
Zabitlərin, gizirlərin, miçmanların və müddətindən artıq xidmət hərbi qulluqçularının 
nalayiq hərəkətlərinə görə eyni zamanda həm şərəf məhkəməsində baxılmağa verilmək, həm 
də intizam cəzası vermək qadağandır. 
45. Hərbi qulluqçular törətdikləri cinayətlər üçün qüvvədə olan qanunvericiliyə müvafiq 
cinayət məsuliyyəti daşımalıdırlar. 
Törədilmiş hərbi cinayət üçün müvafiq qanuna görə inzibati təsir tədbiri görülməsi 
nəzərdə tutulubsa, bu cinayətin törədilmə şəraitini və nəticələrini nəzərə alaraq, cinayət 
materiallarının hərbi prokurora göndərilməsi və ya intizam cəzası verilməsi ilə kifayətlənmək 
barəsində komandir (rəis) qərar qəbul edir. Bu halda həmin məsələnin həlli və intizam 
cəzasının müəyyənləşdirilməsi, qanuna görə materialı hərbi prokurora vermək səlahiyyətinə 
malik olan komandirə (rəisə) aiddir.
1
46. Törətdiyi cinayət üçün intizam cəzası almış hərbi qulluqçu cinayət məsuliyyətindən 
azad edilmir. 
47. Zabitlər, generallar və admirallar müstəsna və təxirəsalınmaz hallarda öz 
vəzifələrindən kənar edilə bilərlər. 
Zabitləri, generalları və admiralları öz vəzifələrindən yalnız onları bu vəzifələrə təyin 
etmək səlahiyyəti olan komandirlər (rəislər) kənar edə bilərlər. 
Komandir (rəis) tabeliyində olan hərbi qulluqçunu öz vəzifəsindən kənar edərkən, bu 
barədə dərhal komanda üzrə məlumat verməlidir. Həmin məlumatda vəzifədən kənar 
edilmənin səbəbi və şəraiti müfəssəl izah edilməlidir. 
Öz tabeliyində olanı tutarlı əsas olmadan vəzifəsindən kənar etmiş komandir (rəis) bunun 
üçün məsuliyyət daşımalıdır. 



Yüklə 493,43 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə