Azərbaycan Respublikası Silahlı Qüvvələri İntizam nizamnaməsinin təsdiq edilməsi haqqında



Yüklə 493,43 Kb.
Pdf görüntüsü
səhifə9/17
tarix20.10.2023
ölçüsü493,43 Kb.
#128414
1   ...   5   6   7   8   9   10   11   12   ...   17
nizamnameler1994

5
b) polkovnik-leytenant və 2-ci dərəcəli kapitandan başlayaraq, aşağı hərbi rütbəli 
zabitlərin rütbələrini aşağı salmaq hüquqları vardır. 
 
Xüsusi hallarda intizam cəzalarının verilməsi
76. Qarnizonların rəisləri, böyük dəniz rəisləri və qarnizonların hərbi komendantları 
qarnizonun bütün hərbi qulluqçularına və ya qarnizonda müvəqqəti qalan (8-ci maddə) hərbi 
qulluqçulara; 
a) nalayiq hərəkət qarnizon və qarovul xidmətinin pozulmasına gətirib çıxartdıqda; 
b) hərbi intizam və ya ictimai asayiş hissənin yerləşdiyi yerdən kənarda pozulduqda; 
v) nalayiq hərəkət ezamiyyət, məzuniyyət, tibb müəssisəsində müalicə zamanı, yaxud 
hauptvaxtda saxlanan vaxt törədildikdə, intizam cəzaları verə bilərlər. 


Qoşun hərəkətlərinin və hərbi avtomobil yollarının rəisləri, hərəkət yollarında olan bütün 
komendantlar hərəkət vaxtı hərbi qulluqçuların törətdikləri nalayiq hərəkətlər üçün onlara 
intizam cəzası vermək hüququna malikdirlər. 
77. Rəisləri hərbi qulluqçuların 76-cı maddədə göstərilən nalayiq hərəkətlərinə görə: 

qarnizon və böyük dəniz rəisləri — əsas ştatda tutduqları vəzifə səlahiyyətinə 
uyğun olan;

qoşun hərəkətlərinin və hərbi avtomobil yollarının rəisləri — ştatda tutduqları 
vəzifəyə müvafiq hərbi rütbənin səlahiyyətinə uyğun olan (12-ci maddə);

qarnizonların hərbi komendantları və hərəkət yollarındakı bütün hərbi 
komendantlar — ştatda tutduqları vəzifəyə müvafiq hərbi rütbədən bir pillə 
yuxarının səlahiyyətinə uyğun olan;

qarnizonların ştatdankənar hərbi komendantları tutduqları əsas vəzifəyə müvafiq 
hərbi rütbədən bir pillə yuxarının səlahiyyətinə uyğun olan, intizam 
hüquqlarından istifadə edirlər.
78. Bu Nizamnamənin 76 və 77-ci maddələrinə uyğun intizam cəzası vermiş rəis bu 
barədə hərbi qulluqçunun mənsub olduğu hərbi hissə, yaxud gəmi komandirlərinə, 
müəssisələrin, idarələrin rəislərinə məlumat verməlidir. 
Hərbi qulluqçu daimi xidmət yerinə qayıdan kimi aldığı intizam cəzası barədə özünün 
bilavasitə rəisinə məlumat verməlidir, əks təqdirdə o, bu iş üçün inzibati məsuliyyət daşıyır. 
79. Ehtiyatda, ya da istefada olan gizirlər, miçmanlar, zabitlər, generallar və admirallar 
hərbi geyimdə hərbi intizamı, yaxud ictimai asayişi pozarlarsa: 
1) Gizir və miçmanlara: 
a) məzəmmət, töhmət və şiddətli töhmət; 
b) hauptvaxtda saxlanılmaqla 10 sutkayadək həbs; 
v) hərbi rütbəsini məhrumetmə; 
2) Zabitlərə: 
a) məzəmmət, töhmət və şiddətli töhmət; 
b) hərbi rütbəsini bir pillə aşağı salma; 
3) Generallara və admirallara: 
a) məzəmmət, töhmət və şiddətli töhmət intizam cəzaları verilə bilər. 
80. Ehtiyatda, ya da istefada olan gizirlərə, miçmanlara, zabitlərə, generallara və 
admirallara intizam cəzalarını (79-cu maddə): 
a) gizirlərə, miçmanlara və kiçik zabitlərə — qarnizon və böyük dəniz rəisləri, bütün hərbi 
komendantlar və tabor (3-cü dərəcəli gəmi) komandirinin hüququna malik olan rayon (şəhər) 
hərbi komissarları; 
b) baş zabitlərə — qarnizon və böyük dəniz rəisləri, bütün hərbi komendantlar, alay 
(briqada) komandirinin hüququna malik olan respublika və rayon hərbi komissarları; 
v) generallara və admirallara — Silahlı Qüvvələr növlərinin komandanları, Azərbaycan 
Respublikası Müdafiə nazirinin müavinləri verə bilərlər. 
Silahlı Qüvvələr növləri komandanlarının və Azərbaycan Respublikası Müdafiə naziri 
müavinlərinin gizir və miçmanların hərbi rütbələri bir pillə aşağı salmaq və rütbələrindən 
məhrum etmək hüquqları vardır. 
Azərbaycan Respublikası Müdafiə Nazirinin zabitlərin hərbi rütbələrini bir pillə aşağı 
salmaq hüququ vardır. 
81. Ehtiyatda və istefada olan gizirlər, miçmanlar, zabitlər, generallar və admirallar hərbi 
şərəfi və hərbi rütbəni ləkələyə bilən nalayiq hərəkətlər etdikdə: 

gizirlər və miçmanlar — Silahlı Qüvvələr növlərinin komandanları tərəfindən;

zabitlər, generallar və admirallar — Azərbaycan Respublikasının müdafiə naziri 
tərəfindən hərbi forma geyməkdən məhrum edilə bilərlər.


82. Bir-birinə tabe olmayan və birgə xidmət edən hərbi qulluqçuların xidmət 
münasibətləri onların rəisləri tərəfindən müəyyən edilməmişsə, vəzifəcə daha böyük olan, eyni 
vəzifəli olduqda isə hərbi rütbəsi daha yüksək olan hərbi qulluqçu rəis hesab olunur və tutduğu 
vəzifəyə görə müəyyən edilmiş intizam səlahiyyətindən istifadə edir. 
83. Rütbəsi böyük olanın yanında kiçik rütbəli hərbi qulluqçu hərbi intizamı, ictimai 
asayişi, yaxud əsgəri salamvermə qaydasını pozarsa, böyük rütbəli hərbi qulluqçu onu 
məzəmmət, bu, istənilən nəticəni vermədikdə isə onu həbs edə bilər. 

Belə hallarda: 

kiçik zabitləri — generalların və admiralların;

gizirləri və miçmanları — generalların, admiralların və baş zabitlərin;

əsgərləri, matrosları və çavuşları — generalların, admiralların və bütün zabitlərin 
həbs etmək hüquqları vardır.
Həbs qaydaları bu Nizamnamənin 4-cü əlavəsinin 7-ci bəndində müəyyən edilmişdir. 
84. Həbs yerinə getmək barədə böyüyün tələblərini yerinə yetirməyən şəxsin hərəkəti (83-
cü maddə) rəisin əmrini yerinə yetirməmək kimi qiymətləndirilir və buna görə o, məsuliyyət 
daşımalıdır. 

Yüklə 493,43 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə