Azərbaycan Respublikası Silahlı Qüvvələri İntizam nizamnaməsinin təsdiq edilməsi haqqında


Gizirlərə və miçmanlara verilən intizam cəzaları



Yüklə 493,43 Kb.
Pdf görüntüsü
səhifə7/17
tarix20.10.2023
ölçüsü493,43 Kb.
#128414
1   2   3   4   5   6   7   8   9   10   ...   17
nizamnameler1994

Gizirlərə və miçmanlara verilən intizam cəzaları
61. Gizirlərə və miçmanlara: 
a) məzəmmət; 
b) töhmət; 
v) şiddətli töhmət; 
q) hauptvaxtda saxlanılmaqla 10 sutkayadək həbs
ğ) vəzifələrinə tam uyğun olmamaları barədə xəbərdarlıq; 
d) aşağı vəzifəyə keçirmə; 
e) gizir və miçmanların hərbi rütbələrini bir pillə aşağı salma (kiçik gizir və kiçik 
miçmanlardan başqa);
2
ə) xidmət vaxtı başa çatmamış ehtiyata buraxma; 
z) gizir və miçmanları hərbi rütbələrindən məhrum edib, həqiqi hərbi xidmət vaxtı başa 
çatanadək müddətli xidmət hərbi qulluqçuları sırasına keçirmə;
 3
i) sülh dövründə gizir və miçman hərbi rütbələrindən məhrum edib, ehtiyata buraxma 
intizam cəzaları verilə bilər. 
Komandirlərin (rəislərin) tabeliklərində olan gizirlərə və miçmanlara intizam cəzaları 
vermə hüquqları


62. Taqım (qrup), bölük (4-cü dərəcəli gəmi) komandirlərinin məzəmmət, töhmət və 
şiddətli töhmət elan etmək hüquqları vardır. 
63. Tabor (3-cü dərəcəli gəmi) komandirinin: 
a) məzəmmət, töhmət və şiddətli töhmət elan etmək
b) gizirləri və miçmanları hauptvaxtda saxlamaqla 3 sutkayadək həbs etmək hüquqları 
vardır. 
Əlahiddə taborların (3-cü dərəcəli gəmilər divizionu) komandirlərinin, həmçinin bu 
Nizamnamənin 12-ci maddəsinə əsasən tabor (3-cü dərəcəli gəmi) komandirinin intizam 
səlahiyyətinə malik olan əlahiddə hissə komandirlərinin (rəislərinin) bunlardan əlavə, gizir və 
miçmanları 5 sutkayadək hauptvaxtda saxlanmaqla həbs etmək və öz vəzifələrinə tam uyğun 
olmamaları barədə xəbərdarlıq etmək hüquqları vardır. 
64. Alay (briqada) komandirinin: 
a) məzəmmət, töhmət və şiddətli töhmət elan etmək; 
b) əsgəri hauptvaxtda saxlanmaqla 7 sutkayadək həbs etmək
v) vəzifələrinə tam uyğun olmamaları barədə xəbərdarlıq etmək hüququ vardır. 
65. Diviziya, əlahiddə briqada (gəmilər briqadası), korpus komandirlərinin və qoşun növü 
komandanının: 
a) məzəmmət, töhmət və şiddətli töhmət elan etmək; 
b) hauptvaxtda saxlanmaqla 10 sutkayadək həbs etmək; 
v) vəzifələrinə tam uyğun olmamaları barədə xəbərdarlıq etmək; 
q) aşağı vəzifəyə keçirmək hüquqları vardır. 
66. Silahlı qüvvələr növlərinin komandanları və müdafiə nazirinin müavinləri onların 
tabeliklərində olan gizirlər və miçmanlar barədə bu Nizamnamənin müəyyən etdiyi intizam 
cəzaları tədbirlərindən tam həcmdə istifadə etmək hüququna malikdirlər. 
Zabitlərə, generallara və admirallara verilən intizam cəzaları
67. Zabitlərə: 
a) məzəmmət; 
b) töhmət; 
v) şiddətli töhmət; 
q) hauptvaxtda saxlanılmaqla kiçik zabitləri 10 sutkayadək, baş zabitləri 5 sutkayadək 
həbs etmə; 
ğ) vəzifələrinə tam uyğun olmamaları barədə xəbərdarlıq; 
d) aşağı vəzifəyə keçirmə; 
e) hərbi rütbəsini bir pillə aşağı salma intizam cəzaları verilə bilər. 
68. Alay (briqada), qoşun birləşmələri komandirləri, birləşmə komandirlərinin müavinləri 
və qərargah rəisləri, polkovnik və 1-ci dərəcəli kapitan rütbələrində baş zabitlər, həmçinin zabit 
vəzifələrində olan qadın hərbi qulluqçular hauptvaxtda saxlanmaqla həbs edilmirlər. 
69. Generallara və admirallara: 
a) məzəmmət; 
b) töhmət; 
v) şiddətli töhmət; 
q) vəzifələrinə tam uyğun olmamaları barədə xəbərdarlıq; 
d) aşağı vəzifəyə keçirmə intizam cəzaları verilə bilər. 

Yüklə 493,43 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə