Azərbaycan Respublikası Silahlı Qüvvələri İntizam nizamnaməsinin təsdiq edilməsi haqqında


Əsgərlərə, matroslara və çavuşlara verilən intizam cəzaları



Yüklə 493,43 Kb.
Pdf görüntüsü
səhifə5/17
tarix20.10.2023
ölçüsü493,43 Kb.
#128414
1   2   3   4   5   6   7   8   9   ...   17
nizamnameler1994

Əsgərlərə, matroslara və çavuşlara verilən intizam cəzaları 
48. Əsgərlərə və matroslara: 
a) məzəmmət; 
b) töhmət; 
v) şiddətli töhmət; 
q) hissənin yerləşdiyi yerdən kənara, yaxud gəmidən sahilə növbəti buraxılmadan 
məhrumetmə; 
ğ) növbədənkənar xidmət naryadına təyin etmə (qarovula, növbəyə və döyüş 
növbətçiliyinə göndərmək istisna edilməklə) — 5 xidmət naryadına qədər; 
d) hauptvaxtda saxlanılmaqla 10 sutkayadək həbs
s) əlaçı döş nişanından məhrumetmə; 
ə) baş əsgər (baş matros) hərbi rütbəsindən məhrumetmə cəzaları verilə bilər. 
49. Müddətli xidmət çavuşlarına: 
a) məzəmmət; 
b) töhmət; 
v) şiddətli töhmət; 
q) hissənin yerləşdiyi yerdən kənara, yaxud gəmidən sahilə növbəti buraxılmadan 
məhrumetmə; 
ğ) hauptvaxtda saxlanılmaqla 10 sutkayadək həbs; 
d) əlaçı döş nişanından məhrumetmə; 
e) aşağı vəzifəyə keçirmə
ə) hərbi rütbəsini bir pillə aşağı salma; 
c) hərbi rütbəsini bir pillə aşağı salmaqla yanaşı, aşağı vəzifəyə keçirmə; 
z) çavuş hərbi rütbəsindən məhrumetmə; 
i) çavuş hərbi rütbəsindən mərhum etməklə yanaşı, aşağı vəzifəyə keçirmə cəzaları verilə 
bilər. 
50. Müddətindən artıq xidmət çavuşlarına: 
a) məzəmmət; 
b) töhmət; 
v) şiddətli töhmət; 
q) hauptvaxtda saxlanılmaqla 10 sutkayadək həbs; 
ğ) əlaçı döş nişanından məhrum etmə; 
d) öz vəzifəsinə tam uyğun olmaması barədə xəbərdarlıq; 
e) aşağı vəzifəyə keçirmə; 
ə) hərbi rütbəsini bir pillə aşağı salma; 
c) hərbi rütbəsini bir pillə aşağı salmaqla yanaşı, aşağı vəzifəyə keçirmə; 
z) xidmət vaxtı başa çatmamış ehtiyata buraxma; 
i) sülh dövründə çavuş hərbi rütbəsindən məhrum etməklə ehtiyata buraxma cəzaları 
verilə bilər. 
51. Əsgər, matros və çavuş vəzifələrində olan qadın hərbi qulluqçulara: 
a) məzəmmət; 
b) töhmət; 
v) şiddətli töhmət; 
q) əlaçı döş nişanından məhrumetmə; 
ğ) aşağı vəzifəyə keçirmə; 
d) çavuşların hərbi rütbələrini bir pillə aşağı salma, əsgərləri və matrosları isə baş əsgər 
(baş matros) rütbəsindən məhrumetmə; 
e) çavuşların hərbi rütbələrini bir pillə aşağı salmaqla yanaşı, aşağı vəzifəyə keçirmə; 


ə) çavuş rütbəsindən məhrumetmə; 
c) çavuş rütbəsindən məhrum etməklə yanaşı, aşağı vəzifəyə keçirmə cəzaları verilə bilər. 

Yüklə 493,43 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə