Azərbaycan Respublikası Silahlı Qüvvələri İntizam nizamnaməsinin təsdiq edilməsi haqqında



Yüklə 493,43 Kb.
Pdf görüntüsü
səhifə2/17
tarix20.10.2023
ölçüsü493,43 Kb.
#128414
1   2   3   4   5   6   7   8   9   ...   17
nizamnameler1994

I fəsil. Ümumi müddəalar 
1. Hərbi intizam bütün hərbi qulluqçuların Azərbaycan Respublikası qanunlarında və 
hərbi nizamnamələrində müəyyən olunmuş qaydalara ciddi riayət etməsi deməkdir. 
2. Hərbi intizam hər bir qulluqçunun hərbi borcunu və öz Vətəni Azərbaycan 
Respublikasının müdafiəsi üçün şəxsi məsuliyyət daşımasını şüurlu surətdə dərk etməsinə 
əsaslanır. 
3. Hərbi intizam hər bir hərbi qulluqçunu: 

Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına ciddi riayət etməyə, 
hərbi andın və hərbi nizamnamələrin tələblərini dəqiq yerinə yetirməyə, 
komandirlərin (rəislərin) əmr və sərəncamlarına sözsüz tabe olmağa;
hərbi xidmətin bütün çətinlik və məhrumiyyətlərinə 



mətinliklə tab gətirməyə, hərbi borcunu yerinə yetirərkən, öz qanını və hətta 
həyatını belə əsirgəməməyə;

hərbi və dövlət sirlərini möhkəm saxlamağa;

namuslu və doğruçu olmağa, hərbi işi vicdanla öyrənməyə, ona tapşırılan silahı, 
döyüş texnikasını və digər texnikanı, hərbi əmlakı və xalq əmlakını hər vasitə ilə 
qorumağa;

komandirlərə (rəislərə) və böyüklərə hörmət etməyə, əsgəri nəzakət və 
salamvermə qaydalarına əməl etməyə;

hərbi hissədən kənarda özünü ləyaqətli və namuslu aparmağa, ictimai asayişin 
özü və başqaları tərəfindən pozulmasına yol verməməyə, vətəndaşların şərəf və 
ləyaqətinin qorunmasına hərtərəfli səy göstərməyə məcbur edir.
4. Yüksək hərbi intizama: 

hərbi qulluqçularda yüksək mənəvi və döyüş keyfiyyətləri və komandirlərə 
(rəislərə) şüurlu surətdə tabe olmaq hissləri tərbiyə etməklə;

hissədə (gəmidə, bölmədə) Nizamnamə qaydalarına riayət etməklə;

komandirlərin (rəislərin) öz tabeliyində olanlara gündəlik tələbkarlığı, onların 
şəxsi ləyaqətinə hörmət etməsi, hərbi qulluqçulara daim qayğı göstərməsi, 
inandırma və məcburiyyət tədbirlərini bacarıqla və düzgün əlaqələndirib, tətbiq 
etməsi ilə nail olmaq mümkündür.
5. Hər bir komandir (rəis) öz tabeliyində olanları hərbi intizamın bütün tələblərini sözsüz 
yerinə yetirmək ruhunda tərbiyə etməli, onlarda hərbi şərəfi və hərbi borcu şüurlu inkişaf 
etdirib möhkəmləndirməli, layiqliləri həvəsləndirməli, intizamı pozanlara qarşı isə ciddi 
tədbirlər görməlidir. 
Komandirlər (rəislər) hərbi qulluqçuların şəxsi keyfiyyətlərinin öyrənilməsinə, onların 
arasında Nizamnaməyə uyğun münasibətlərin yaranmasına, hərbi kollektivin birliyinə, 
tabeliyində olanların nalayiq hərəkətlərinin səbəblərini vaxtında müəyyən edərək, bunların 
qarşısını almağa, hərbi intizamı pozanlara qarşı dözülməz münasibət yaranmasına xüsusi 
diqqət yetirməlidirlər. 
Komandir (rəis) öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və 
qanunlarına əməl edilməsi, hərbi andın və hərbi nizamnamələrin tələblərinin, əmr və 
sərəncamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daim nümunə olmalıdır. 
6. Vətənin müdafiəsi mənafeyi komandiri (rəisi) məcbur edir ki, o, tabeliyində olanlardan 
hərbi intizama və qayda-qanuna riayət edilməsini qətiyyətlə və möhkəm surətdə tələb etsin, 
qayda-qanunun hər hansı bir şəkildə pozulmasına yol verməsin. 
Komandirin (rəisin) əmri tabelikdə olanlar üçün qanundur. Əmr sözsüz, dəqiq və 
vaxtında yerinə yetirilməlidir. 
7. Əgər tabelikdə olan tabe olmaqdan açıq-aşkar imtina edirsə, yaxud müqavimət 
göstərirsə, komandir (rəis) qayda-qanunu bərpa etmək üçün məcburiyyət tədbirlərindən 
istifadə etməyə və hətta təqsirkarı həbs edib, məhkəmə məsuliyyətinə cəlb etməyə borcludur. 
Bu zaman silahdan ancaq döyüş şəraitində istifadə etmək olar; sülh dövründə isə silah yalnız 
müstəsna hallarda — şərait təsili tədbirlər görməyi tələb etdikdə, yəni tabe olmayanın 
hərəkətləri Vətənə xəyanətə, döyüş tapşırığının yerinə yetirilməməsinə yönəldikdə və ya 
komandirin (rəisin), digər hərbi qulluqçuların, ya da mülki şəxslərin həyatı üçün real təhlükə 
yarandıqda işlədilə bilər. 
Silah işlədilməsi müstəsna tədbirdir və buna komandirin (rəisin) bütün başqa vasitələrdən 
istifadə etməsi nətijə vermədiyi və ya şəraitə görə başqa tədbirlərin görülməsi mümkün 
olmadığı hallarda yol verilir. 
Şərait imkan verirsə, komandir (rəis) silah işlətməzdən qabaq tabe olmayana xəbərdarlıq 
etməlidir. Komandir (rəis) silah işlətməsi haqqında dərhal komanda üzrə məlumat verməlidir. 


Qayda-qanunun və intizamın bərpası üçün tədbir görməyən komandir (rəis) bunun üçün 
məsuliyyət daşımalıdır. 
Hər bir hərbi qulluqçu hərbi intizamın və qayda-qanunun bərpası işində komandirə 
(rəisə) kömək etməyə borcludur. Komandirə (rəisə) kömək etməyən hərbi qulluqçu buna görə 
məsuliyyət daşımalıdır. 
8. Həvəsləndirmələri və intizam cəzalarını yalnız birbaşa rəislər və bu Nizamnamənin 
«Xüsusi hallarda intizam cəzalarının verilməsi» bölməsində (III fəsil) göstərilən rəislər tətbiq 
edə bilərlər. 
9. Kiçik rəislərə verilmiş intizam səlahiyyəti həmişə böyük rəislərə də aid olur. 
10. Bu Nizamnamə ilə (1 saylı əlavə) vəzifələri nəzərdə tutulmayan çavuş rütbəli 
komandirlər (rəislər) öz tabeliyindəki şəxslər üçün ştat üzrə tutduqları vəzifə rütbəsinin: 
a) kiçik çavuş — manqa komandirinin
b) çavuş — taqım komandiri müavininin; 
v) baş çavuş — bölük (komanda) baş çavuşunun intizam səlahiyyətindən istifadə edirlər. 
11. Bu Nizamnamə ilə (1 saylı əlavə) vəzifələri nəzərdə tutulmayan gizirlər və miçmanlar 
öz tabeliyində olan şəxslər üçün bölük (komanda) baş çavuşunun intizam səlahiyyətindən 
istifadə edirlər. 
12. Bu Nizamnamə ilə (1 saylı əlavə) vəzifələri nəzərdə tutulmayan zabit, general və 
admiral rütbəli komandirlər (rəislər) öz tabeliyində olan şəxslər üçün ştat üzrə müəyyən 
olunmuş vəzifə rütbəsinin: 
a) kiçik leytenant, leytenant və baş leytenant — taqım (qrup) komandirinin; 
b) kapitan və kapitan-leytenant — bölük (4-cü dərəcəli gəmi) komandirinin; 
v) mayor, polkovnik-leytenant, 3-cü dərəcəli kapitan və 2-ci dərəcəli kapitan — tabor (3-cü 
dərəcəli gəmi) komandirinin; 
q) polkovnik və 1-ci dərəcəli kapitan — alay komandirinin; 
ğ) general-mayor və kontr-admiral — diviziya (gəmilər briqadası), korpus komandirinin; 
d) general-leytenant və vitse-admiral — Silahlı Qüvvələrin növü komandanının intizam 
səlahiyyətindən istifadə edirlər. 
13. Bölmə, hissə, gəmi və birləşmə komandirlərinin müavinləri (köməkçiləri), həmçinin 
qərargah rəisləri tabeliyində olan şəxslər barədə özlərinin bilavasitə rəislərinin hüquqlarından 
bir pillə aşağı intizam səlahiyyətindən istifadə edirlər. 
14. Komandir (rəis) vəzifəni müvəqqəti icra edirsə və bu barədə müvafiq əmr verilibsə, o 
müvəqqəti icra etdiyi vəzifənin intizam səlahiyyətindən istifadə edir. 
15. Alay (briqada) komandirinin müavinindən başlayaraq, aşağı vəzifəli zabitlər rəis 
sifətilə bölmələr, yaxud komandalarla birlikdə ezamiyyətdə olduqları vaxt, həmçinin hissə 
komandirinin əmri ilə öz hissələrinin yerləşdiyi ərazidən kənarda müstəqil məsələ həll edərkən
tutduqları vəzifədən bir pillə yuxarı müvafiq vəzifənin intizam səlahiyyətindən istifadə edirlər. 
Yuxarıda adları çəkilən hallar üçün komanda rəisləri təyin edilmiş hərbi qulluqçular: 

əsgərlər, matroslar, çavuşlar — bölük (komanda) baş çavuşunun;

gizirlər və miçmanlar — taqım (qrup) komandirinin;

taqım (qrup) komandiri vəzifəsində olan gizirlər və miçmanlar — bölük 
komandirinin intizam səlahiyyətindən istifadə edirlər.
16. Hərbi ali məktəblərdə kursant bölmələrinin komandiri olan zabitlər tabeliklərində olan 
şəxslər üçün tutduqları vəzifədən bir pillə yuxarı intizam səlahiyyətindən istifadə edirlər. 
17. Azərbaycan Respublikası Silahlı Qüvvələri növlərinin qoşun növü komandanları 
(rəisləri), Müdafiə Nazirliyinin bilavasitə müdafiə nazirinə tabe olan idarələrin rəisləri — 
tabeliklərində olan hərbi qulluqçular üçün korpus komandirinin, müdafiə nazirinin 
müavinlərinə bilavasitə tabe olan idarələrin rəisləri isə diviziya komandirinin intizam 
səlahiyyətindən istifadə edirlər. 


18. Azərbaycan Respublikasının müdafiə naziri Azərbaycan Respublikası Silahlı 
Qüvvələrinin hərbi qulluqçuları barədə, Azərbaycan Respublikası milli təhlükəsizlik və daxili 
işlər nazirləri isə öz tabeliklərində olan qoşun hissələrinin hərbi qulluqçuları barədə bu 
Nizamnamənin müəyyən etdiyi intizam səlahiyyətindən tam həcmdə istifadə edirlər. 
19. Bu Nizamnamənin müddəaları: 
a) Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, sərhəd və daxili qoşunlarının bütün 
hərbi qulluqçularına; 
b) toplanışa çağırılan vaxt hərbi vəzifəlilərə; 
v) ehtiyatda və istefada olan və hərbi forma geymiş gizirlərə (miçmanlara), zabitlərə, 
generallara və admirallara aiddir. 

Yüklə 493,43 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə