A Z
R B A Y C A N
X Z R D N Z G M
L Y
И
ИЧИ И И
A Z
R B A Y C A N
X Z R D N Z G M
L Y
И
ИЧИ И И
Qiyməti 50 qəpik
30 iyun 2016-cı il № 37-40 (9043)
QƏZET
1931-ci ildən
nəşr olunur
QƏZET
1931-ci ildən
nəşr olunur
Azərbaycan Respublikasının dəniz nəqliyyatı işçilərinə
“Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq
qərara alıram:
Azərbaycanda dəniz nəqliyyatının inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə “Əmək-
dar mühəndis” fəxri adı verilsin:
Mahmudov Əmir Hüseyn oğlu
Talıbov Nurməhəmməd Şixməhəmməd oğlu.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 iyun 2016-cı il.
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq
və “Azərbaycan Respublikası Prezidentinin fərdi
təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2002-ci il 11 iyun ta-
rixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara
alıram:
1. Azərbaycanda dəniz nəqliyyatının inkişafın-
da xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbay-
can Respublikası Prezidentinin fərdi təqaüdü veril-
sin:
Axundov Muxtar Bəhrəm oğlu
Ərəbov Nazim Yaqub oğlu
Kazımov Soltan Ağaqulu oğlu
Novruzov Şamil Nəcəf oğlu.
2. Azərbaycan Respublikasının Nazirlər Ka-
bineti bu Sərəncamdan irəli gələn məsələləri həll
etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 iyun 2016-cı il.
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq
qərara alıram:
Azərbaycanda dəniz nəqliyyatının inkişafında
xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edil-
sinlər:
Abdullayev Şaiq Bəhram oğlu
Behbudov Ağalar Mürşüd oğlu
Əliyev Azər Əhməd oğlu
Fərəcli Cəlal Həsənağa oğlu
Xamoyev İsaməddin İslam oğlu
İsmayılov Elvin Fərman oğlu
Qurbanov Fuad Hacı oğlu
Məmmədov Adil Əhməd oğlu
Mirqulamov Rəfail Mirdadaş oğlu
Mirzəyev Seymur Əmirxan oğlu
Panəliyev Rza Talıb oğlu
Rəfiyev Azər Kamil oğlu
Rəsulov Nazim Nadir oğlu
Sadıqov İlyas Əlixan oğlu
Şahbazi Samir Faiq oğlu.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 iyun 2016-cı il.
O gün dəniz nəqliyyatı iş-
çilərinin üz-gözlərindəki sevinc
özgə bir sevinc idi. Qürurdan,
iftixardan doğan sevinc! Tale-
yini dəniz nəqliyyatı ilə bağla-
yanların şərəfli peşə sahibləri
olduqları üçün keçirdikləri qa-
nuni iftixar hissini ilk baxışdan
da hiss etmək çətin deyildi.
Hər birinin sevinməyə haqqı vardı
o gün. Fırtınalar qoynunda müntəzəm
səfərlərə çıxan dənizçilərin də, ləngərli
gəmilərin ömrünə ömür calayan gəmi tə-
mirçilərinin də, dəniz nəqliyyatı ilə bağlı
digər müəssisə və təşkilatlarda çalışan-
ların da... O gün onların peşə bayramı -
möhtərəm Prezidentimiz İlham Əliyevin
19 iyun 2014-cü il tarixli Sərəncamı ilə
təsis edilən “Dənizçi günü” idi.
Ölkə başçısının peşə bayramı ərəfə-
sində - 2016-cı il iyunun 24-də imzaladığı
Sərəncamlar isə onların bayram sevincinə
özgə bir sevinc qatmışdı. Dəniz nəqliyya-
tında səmərəli əmək fəaliyyətlərinə görə
15 nəfər “Tərəqqi” medalı ilə təltif edil-
miş, 2 nəfər “Əməkdar mühəndis” fəxri adına layiq
görülmüş, 4 nəfərə isə Azərbaycan Respublikası
Prezidentinin fərdi təqaüdü verilmişdi.
“Dənizçi günü”nə həsr olunmuş təntənəli mə-
rasimdən əvvəl Dövlət Dəniz Administrasiyasının
və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı
Səhmdar Cəmiyyətinin kollektivləri iyunun 25-də
Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Li-
deri, müasir müstəqil Azərbaycan dövlətinin me-
marı və qurucusu Heydər Əliyevin xatirəsini ehti-
ramla yad edib, məzarı önünə əklil və gül dəstələri
qoydular.
Görkəmli oftalmoloq alim, akademik Zərifə
xanım Əliyevanın da xatirəsi anıldı, məzarı üzərinə
tər çiçəklər düzüldü.
Sonra Şəhidlər xiyabanına gələn ziyarətçilər
Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğ-
runda mübarizədə canlarından keçən qəhrəman
Vətən övladlarının, o cümlədən dənizçilərin xa-
tirəsini ehtiramla yad etdilər, məzarları üzərinə gül
dəstələri düzüb, “Əbədi məşəl” abidəsinin önünə
əklil qoydular.
Həmin gün Azərbaycan Xəzər Dəniz Gəmi-
çiliyinin Təlim-Tədris Mərkəzində yeni dinamik
mövqeləşdirmə (DP2) trenajorunun istifadəyə ve-
rilməsi mərasimi də keçirildi. Mərasimdə Azərbay-
can Respublikasının Dövlət Dəniz Administrasiya-
sının rəisi Qüdrət Qurbanov və “Azərbaycan Xəzər
Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev
iştirak etdilər.
(Ardı 2-ci səhifədə)
BU SAYIMIZDA
“Türk axını” layihəsi üzrə
Türkiyə ilə danışıqların yenidən
başlanması üçün dialoqa hazırıq”
Rusiyanın enerji nəhəngi “Gazprom” şirkəti “Türk
axını” qaz boru kəməri (Turkish Stream) layihəsi üzrə
Türkiyə tərəfi ilə danışıqların yenidən başlanması
üçün dialoqa hazırdır.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xə-
bər verir ki, bu barədə “Gazprom”un rəsmi nümayəndəsi
Sergey Kupriyanov deyib. O bildirib ki, “Gazprom” “Türk
axını” layihəsi üzrə dialoqa hər za-
man açıq olub.
BeYnƏlxAlq TRAnSxƏZƏR
nƏqliYYAT MARşRUTUnUn inkişAf
PeRSPekTivlƏRi MüZAkiRƏ olUnUB
Çində Beynəlxalq Transxəzər Nəqliyyat Marşru-
tunun inkişaf perspektivləri müzakirə olunub.
“Müzakirələr Çin Xalq Respublikasının Şanxay şəhə-
rində Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun inki-
şaf perspektivlərinə həsr olunmuş “dəyirmi masa”da apa-
rılıb.
Səh. 5
oRDUMUZA GüvƏniRik!
iyunun 26-da Azərbaycan Silahlı qüvvələrinin
yaranmasının 98-ci ildönümü tamam oldu.
1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhu-
riyyəti Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi
hissə – əlahiddə Azərbaycan korpusu yaradılıb. Həmin
il mayın 28-də qəbul edilmiş “İstiqlal bəyannaməsi”ndə
qeyd edilirdi ki, Azərbaycan özünü xarici müdaxilələr-
dən müdafiə etmək, daxili düşmən qüvvələrini zərərsiz-
ləşdirmək üçün nizami orduya malik olmalı,
özünün silahlı qüvvələrini
yaratmalıdır.
Səh. 3
Səh. 4
RUSiYA xƏZƏR nefTinin
MühüM TRAnZiT kAnAlInI
iTiRƏ BilƏR
AZƏRBAYcAn foRMUlA-1 AvRoPA
qRAn-PRiSinin TARixinƏ
öZünƏMƏxSUS PARlAq SƏhifƏ YAZDI
“Transneft”: “Sənaye təhlükəsizliyi tələblərinin
pozulması faktlarına görə 11 inzibati işin başlanması-
na baxmayaraq, vəziyyət daha pisləşib”.
Rusiyanın “Transneft” şirkəti kriminal vəziyyət-
lə əlaqədar Mahaçqala-Novorossiysk marşrutu ilə nəql
olunan neftin həcminin azaldığını və Mahaçqala li-
manındakı “Daqnefteprodukt” terminalına boşaldılan
zaman neftin həcmində itkilərin qeydə alındığını
bildirib.
Azərbaycan son illər iri miqyaslı tədbirlərə, o cümlədən
mötəbər idman yarışlarına yüksək səviyyədə ev sahibliyi
edir. Artıq dünyada idman ölkəsi kimi tanınan Azərbaycan
“Bakı-2015” ilk Avropa Oyunlarının əla təşkili ilə diqqəti
bir daha özünə yönəltdi. Bütün bunlar dövlətimizin uğurlu
idman siyasətindən xəbər verir. Avropa və dünya çempio-
natları, irimiqyaslı yarışlar mükəmməl təşkilatçılıq, yerli
idmançıların beynəlxalq arenada uğurlu çıxışı ölkəmizdə
idmana göstərilən dövlət qayğısının
bariz nümunəsidir.
Səh. 6
Səh. 8
Azərbaycan Respublikasının dəniz nəqliyyatı işçilərinə
Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikasının dəniz nəqliyyatı işçilərinin
“Tərəqqi” medalı ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
DƏniZ nƏqliYYATI işÇilƏRi
PeşƏ BAYRAMlARInI qeYD eTDilƏR
25 iyun “Dənizçi günü” idi