Azərbaycan Respublikası Silahlı Qüvvələri İntizam nizamnaməsinin təsdiq edilməsi haqqında


Komandirlərin (rəislərin) tabeliklərində olan əsgərlərə, matroslara və çavuşlara intizam



Yüklə 493,43 Kb.
Pdf görüntüsü
səhifə6/17
tarix20.10.2023
ölçüsü493,43 Kb.
#128414
1   2   3   4   5   6   7   8   9   ...   17
nizamnameler1994

Komandirlərin (rəislərin) tabeliklərində olan əsgərlərə, matroslara və çavuşlara intizam 
cəzaları vermə hüquqları
52. Manqa komandirinin: 
a) məzəmmət, töhmət və şiddətli töhmət elan etmək
b) əsgərləri və matrosları hissənin yerləşdiyi yerdən kənara, yaxud gəmidən sahilə 
növbəti buraxılmaqdan məhrum etmək; 
v) əsgərlərə və matroslara növbədənkənar 1 xidmət naryadı vermək hüququ vardır. 
53. Taqım komandiri müavininin: 
a) məzəmmət, töhmət və şiddətli töhmət elan etmək; 
b) əsgərləri, matrosları və çavuşları hissənin yerləşdiyi yerdən kənara, yaxud gəmidən 
sahilə növbəti buraxılmaqdan məhrum etmək; 
v) əsgərlərə və matroslara növbədənkənar 2-yə qədər xidmət naryadı vermək hüququ 
vardır. 
54. Bölük (komanda) baş çavuşunun: 
a) məzəmmət, töhmət və şiddətli töhmət elan etmək; 
b) əsgərləri, matrosları və çavuşları hissənin yerləşdiyi yerdən kənara, yaxud gəmidən 
sahilə növbəti buraxılmaqdan məhrum etmək; 
v) əsgərlərə və matroslara növbədənkənar 3-ə qədər xidmət naryadı vermək hüququ 
vardır. 
55. Taqım (qrup) komandirinin: 
a) məzəmmət, töhmət və şiddətli töhmət elan etmək; 
b) əsgərləri, matrosları və çavuşları hissənin yerləşdiyi yerdən kənara, yaxud gəmidən 
sahilə növbəti buraxılmaqdan məhrum etmək; 
v) əsgərlərə və matroslara növbədənkənar 4-ə qədər xidmət naryadı vermək hüququ 
vardır. 
56. Bölük (4-cü dərəcəli gəmi) komandirinin: 
a) məzəmmət, töhmət və şiddətli töhmət elan etmək; 
b) əsgərləri, matrosları və çavuşları hissənin yerləşdiyi yerdən kənara, yaxud gəmidən 
sahilə növbəti buraxılmaqdan məhrum etmək; 
v) əsgərlərə, matroslara və çavuşlara növbədənkənar 5-ə qədər xidmət naryadı vermək 
hüququ vardır. 
q) əsgərləri, matrosları və çavuşları 3 sutkayadək həbs etmək hüququ vardır. 
57. Tabor (3-cü dərəcəli gəmi) komandirinin: 
a) məzəmmət, töhmət və şiddətli töhmət elan etmək; 
b) əsgərləri, matrosları və çavuşları hissənin yerləşdiyi yerdən kənara, yaxud gəmidən 
sahilə növbəti buraxılmaqdan məhrum etmək; 
v) əsgərlərə və matroslara növbədənkənar 5-ə qədər xidmət naryadı vermək hüququ 
vardır. 
q) əsgərləri, matrosları və çavuşları 5 sutkayadək həbs etmək hüququ vardır. 
Əlahiddə taborların (3-cü dərəcəli gəmilər divizionu) komandirləri, həmçinin bu 
Nizamnamənin 12-ci maddəsinə əsasən tabor (3-cü dərəcəli gəmi) komandirlərinin intizam 
səlahiyyətinə malik olan əlahiddə hissələrin komandirlərinin (rəislərinin) bunlardan əlavə, 
hüquqları vardır ki, manqa komandirlərini, taqım komandirlərinin müavinlərini və bunlara 
müvafiq olanları aşağı vəzifəyə keçirsinlər; baş əsgər (baş matros) hərbi rütbəsindən məhrum 


etsinlər; müddətindən artıq xidmət çavuşlarına onların öz vəzifələrinə tam uyğun olmamaları 
barədə xəbərdarlıq etsinlər. 
58. Alay (briqada) komandirinin: 
a) məzəmmət, töhmət və şiddətli töhmət elan etmək; 
b) əsgərləri, matrosları və çavuşları hissənin yerləşdiyi yerdən kənara, yaxud gəmidən 
sahilə növbəti buraxılmaqdan məhrum etmək; 
v) əsgərlərə və matroslara növbədənkənar 5-ə qədər xidmət naryadı vermək; 
q) əsgərləri, matrosları və çavuşları 7 sutkayadək həbs etmək
ğ) əlaçı döş nişanından məhrum etmək; 
d) müddətindən artıq xidmət çavuşlarına onların öz vəzifələrinə tam uyğun olmamaları 
barədə xəbərdarlıq etmək; 
e) bölük baş çavuşunu, buna müvafiq və bundan kiçik müddətli və müddətindən artıq 
xidmət çavuşlarını aşağı vəzifələrə keçirmək
ə) baş əsgər (baş matros) hərbi rütbəsindən məhrum etmək; 
c) hərbi rütbəsi «çavuş» olan hərbi qulluqçuların rütbəsini bir pillə və eyni zamanda 
vəzifələrini aşağı salmaq hüququ vardır. 
59. Diviziya, əlahiddə briqada (gəmilər briqadası) komandirlərinin alay (briqada) 
komandirlərinə verilmiş hüquqlardan əlavə: 
a) əsgərləri, matrosları və çavuşları 10 sutkayadək həbs etmək; 
b) çavuşların rütbələrini bir pillə aşağı salmaqla yanaşı, aşağı vəzifəyə keçirmək; 
v) çavuşları rütbələrindən məhrum etməklə yanaşı, onları aşağı vəzifəyə keçirmək; 
q) müddətindən artıq xidmət çavuşlarını onların xidmət vaxtı başa çatmamış ehtiyata 
buraxmaq hüququ vardır. 
60. Korpus komandirləri, qoşun növü, silahlı qüvvələr növlərinin komandanları, eləcə də 
müdafiə nazirinin müavinləri onların tabeliklərində olan əsgərlər, matroslar və çavuşlar barədə 
bu Nizamnamənin müəyyən etdiyi intizam cəzaları tədbirlərindən tam həcmdə istifadə etmək 
hüququna malikdirlər. 

Yüklə 493,43 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə