Qaydalar «Təsdiq edilmişdir»



Yüklə 268,78 Kb.
Pdf görüntüsü
tarix20.09.2018
ölçüsü268,78 Kb.
#69416
növüQaydalar


 



 



 

 

 

 

 

 

 

 

 

 

      


 

             (BFB-nin 27.06.2014-cü il tarixli 04 nömrəli Qərarının redaksiyasında)



 

 

 

BAKI FOND BİRJASINDA 

Market-meyker fəaliyyətinə dair daxili qaydalar 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

«Təsdiq edilmişdir» 

 

Bakı 

Fond 

Birjasının                                                         

Müşahidə şurası 

 

Protokol N _______ 

 

«15» avqust 2012-ci il 

 

Sədr _________  C. Hacıyev  

 

Bakı şəhəri 


 



1.



 

Ümumi müddəalar 

 

1.1.



 

Bu Qaydalar Azərbaycan Respublikasının Qanunvericiliyinə, Qiymətli Kağızlar 

üzrə  Dövlət  Komitəsinin normativ-hüquqi  aktlarına  uyğun  olaraq,  “Bakı  Fond 

Birjası”  QSC-nin  Nizamnaməsi  və  digər  daxili  sənədləri  əsas  götürülməklə 

qəbul olunmuşdur. 

1.2.


 

Bu  Qaydalar  Bakı  Fond  Birjasında  qiymətli  kağızlarla  bağlı  ticarət  üzrə  bu  və 

ya digər birja üzvünə müvafiq qiymətli kağız və ya qiymətli kağızların ticarəti 

üzrə market meyker statusunun verilməsi ilə bağlı münasibətləri tənzimləyir. 

1.3.

 

Bakı Fond Birjası Üzvlərini bu Qaydaların qüvvəyə minməsi haqqında, habelə 



bu  Qaydalara  edilən  dəyişikliklər  və  əlavələr  haqqında,  onların  qüvvəyə 

minməsindən sonra 5 iş günü ərzində xəbərdar edir. 

 

2. Anlayışlar 

2.1.  Bu  Qaydalarda  istifadə  edilən  əsas  anlayışlar  aşağıdakı  mənalarda 

işlədiləcəkdir:  

2.1.1.  “Market-meyker”  –  Birjada  mütəmadi  olaraq  öz  hesabına  və  Birja  ilə 

razılaşdırılmış  qiymət  dəhlizi  çərçivəsində  özü  tərəfindən  müəyyənləşdirilmiş 

qiymətlərlə  öz  vəsaitləri  hesabına  qiymətli  kağızların  alqı-satqısını  həyata 

keçirən,  Birjanın  İdarə  Heyəti  tərəfindən  market  meyker  səlahiyyətləri  verilmiş 

Birja  üzvü  və  ya  Birja  üzvü  ilə  müvafiq  qaydada  müqavilə  bağlamış  hüquqi 

şəxsdir; 

2.1.2. Ticarət sistemi – Bakı Fond Birjasının proqram təminatı, verilənlər bazası, 

telekommunikasiya  sistemləri  və  digər  avadanlıqlarından    ibarət  olmaqla,  həm 

bilavasitə  birjanın  ticarət  zalında,  həm  də  ondan  kənarda  (daxil  olmaq  üçün 

terminal  vasitəsi  ilə)  birja  əməliyyatları  və  əqdlərinin  həyata  keçirilməsi  üçün 

zəruri  olan  məlumatları  təmin  etmək,  saxlamaq,  işləmək  və  açıqlamaq  imkanı 

verən proqram təminatı və kompüter şəbəkə sistemidir; 



 

2.1.3.  Alış  kotirovkası  -  Birjanın  ticarət  sistemində  bu  qaydaların  şərtlərinə 



uyğun  market  meyker  tərəfindən  qiymətli  kağızların  alışı  üzrə  verilmiş  limit 

qiymətli sifarişdir; 

2.1.4.  Satış  kotirovkası  -  Birjanın  ticarət  sistemində  bu  qaydaların  şərtlərinə 

uyğun  market  meyker  tərəfindən  qiymətli  kağızların  satışı  üzrə  verilmiş  limit 

qiymətli sifarişdir; 

2.1.5.  Qiymət  dəhlizi  (spred)  –  Market  meykerin  alış  və  satış  qiymətlərini 

müəyyən edərkən əməl etməli olduğu, qiymətli kağızların cari qiymətinə nəzərən 

aşağı və yuxarı qiymət dalğalanması arasındakı fərqdir; 

2.1.6. Market-meyker əqdi – Birjanın daxili qaydalarına və ticarət reqlamentinə 

uyğun  olaraq  market-meyker  sessiyası  daxilində,  ən  azı  bir  tərəfdən  market-

meyker olmaqla bağlanan ticarət əqdləridir; 

2.1.7. Güzəştlər – Bakı Fond Birjasının qaydalarına uyğun olaraq market meyker 

əqdləri üzrə market meykerə tətbiq edilən güzəştlərdir; 

2.1.8.  Qaydalar  –  Qiymətli  kağızlar  bazarında  fəaliyyəti  tənzimləyən  normativ 

hüquqi aktlar, Bakı fond birjasının daxili qayda və təlimatları; 

2.1.9.  Minimal  alış  həcmi  -  market  meykerin  gün  ərzində  BFB-nin  ticarət 

sistemində  market  meyker  sessiyası  başlayan  zaman  təqdim  etməli  olduğu  alış 

sifarişinin  minimal  məbləğidir  (alış  qiyməti  *  qiymətli  kağızların  sayı  >  = 

minimal  alış  həcmi).  Market  meyker  ona  ünvanlanmış  satış  sifarişlərinin  yalnız 

minimal alış həcmi qədərində olan hissəsinin alınmasına öhdəlik daşıyır.  



 

3. Market meyker statusunun verilməsi üçün meyarlar 

3.1.  Aşağıdakı  meyarlara  cavab  verən  Birja  üzvlərinə  və  ya  Birja  üzvü  ilə 

müvafiq qaydada müqavilə bağlamış hüquqi şəxslərə (bundan sonra – müraciətçi) 

Birjanın  İdarə  Heyətinin  qərarı  ilə  birjada  ticarətə  buraxılan  və  ya  ilkin 

yerləşdirməyə çıxarılmış qiymətli kağız üzrə market meyker statusu verilə bilər:  

3.1.1. Birjaya müraciətindən əvvəlki 3 (üç) il ərzində fəaliyyət göstərməlidir

3.1.2. Son maliyyə ilinin nəticələri üzrə mənfəətə malik olmalıdır; 



 

3.1.3.  Market  meyker  birja  üzvü  olduqda  aşağıdakı  sahələrdə  təcrübəyə  malik 



olan azı iki işçiyə malik olmalıdır: 

3.1.3.1. Qiymətli kağızların treyderi kimi ən azı bir il fəaliyyət göstərməlidir; 

3.1.3.2.  Dövlət  qiymətli  kağızları  və  ya  digər  bu  tipli  maliyyə  alətləri  sahəsində 

treyder təcrübəsinə malik olmalıdır; 

3.1.3.3. Market meykerlik etdiyi qiymətli kağızın emitentinin idarəetmə orqanının 

üzvü olmamalıdır; 

3.1.3.4. Birja tərəfindən müəyyən olunmuş digər tələblər. 

3.1.4.  Market  meyker    birja  üzvü  olmadıqda  3.1.3  bəndinin  müddəaları  onun 

adından çıxış edən Birja üzvünə şamil edilir. 

 

4. Market meyker statusunun verilməsi proseduru 

4.1. Müraciətçi bu barədə ərizə ilə Birjanın İdarə Heyətinə müraciət edir. Ərizəyə 

aşağıdakı sənədlər əlavə edilir:  

4.1.1. Ərizəçinin bu qaydaların 3-cü bəndinin tələblərinə cavab verməsini təsdiq 

edən sənədlər; 

4.1.2. Market meyker fəliyyəti ilə məşğul olmaq üçün müraciət forması (Əlavə1); 

4.1.3.  Üzərinə  götürdüyü  gündəlik  minimal  alış  həcmi  öhdəliyinə  bərabər 

miqdarda pul vəsaitinin birjanın hesabına köçürülməsini təsdiq edən sənəd və ya 

həmin həcmdə bank təminatı; 

4.1.4. Market meykerin adından ticarətdə iştirak edəcək 3.1.3 bəndinin tələblərinə 

cavab verən treyderi barədə məlumat; 

4.1.5. Market meykerin klirinq təşkilatında (depozitarda) olan hesab nömrəsi; 

4.1.6.  Market  meykerin  öz  əməliyytalarını  müştəri  hesablarından  apardıqda, 

market meykerin adından çıxış etdiyi müştərinin klirinq təşkilatında (depozitarda) 

olan hesab nömrəsi; 

4.1.7. Birjanın İdarə Heyəti tərəfindən tələb edilən digər sənədlər. 

4.2.  Market  meyker  statusunun  əldə  edilməsinə  dair  ərizəyə  onun  təqdim 

edilməsindən  keçən  5  (beş)  iş  günü  ərzində  Birjanın  İdarə  Heyəti  tərəfindən 

baxılır.  




 

4.3.  Birjanın  İdarə  Heyəti  ərizəçinin  müraciəti  üzrə  müsbət  qərar  qəbul  etdikdə 



onunla  market  meyker  müqaviləsi  bağlanılır.  Müqavilədə  aşağıdakı  müddəalar 

nəzərdə tutulur: 

4.3.1. Market meyker öhdəliklərinin həcmi; 

4.3.2. Qiymət dəhlizi (Birja tərəfindən hər bir alət üzrə təyin olunmuş minimal və 

maksimal qiymət həddindən artıq olmamaq şərti ilə); 

4.3.3.  Market  meykerin  öhdəliklərindən  azad  olunması  şərtləri,  əgər  müqavilə 

üzrə belə şərtlər nəzərdə tutulmuşdursa

4.3.4.  Birja  tərəfindən  market  meykerə  tətbiq  edilən  güzəştlər  və  onların  tətbiqi 

şərtləri; 

4.3.5. Market meykerin adından ticarətdə iştirak edəcək treyderi barədə məlumat; 

4.3.6. Market meykerin fəaliyyətinin predmeti olan qiymətli kağızlar; 

4.3.7. Market meykerin öz öhdəliklərinin icrasına başlaması müddəti; 

4.3.8. Market meykerin öhdəliklərinin qüvvədə olması müddəti; 

4.3.9.  Müqaviləyə  əlavə  və  düzəlişlərin  edilməsi  və  onların  qüvvəyə  minməsi 

şərtləri; 

4.3.10.  Market  meykerin  və  ya  onun  adından  çıxış  edən  birja  üzvünün  Birja 

üzvlüyü dayandırıldıqda, onun öhdəliklərinin digər birja üzvləri vasitəsi ilə yerinə 

yetirilməsi şərtləri. 

4.4.  Birjada  ticarətə  buraxılmış  hər  bir  qiymətli  kağız  üzrə  bir  və  ya  bir  neçə 

market meyker təyin oluna bilər; 

4.5.  Hər  bir  market  meyker  statusunun  verilməsi  zamanı  Birja  bu  barədə 

məlumatı açıqlayır. Məlumatda aşağıdakılar nəzərdə tutulur: 

 

Qiymətli kağızların dövlət qeydiyyat nömrəsi və ya ISIN kodu; 



 

Market meykerin adı; 



 

Market meykerin alış və satış öhdəliklərinin həcmi; 



 

Qiymət dəhlizinin minimal və maksimal hədləri



 

Birjanın İdarə Heyəti tərəfindən müyyən olunmuş digər müddəalar. 



 


 



5. Market meykerin öhdəlikləri 

5.1.  Market  meyker  müqavilədə  göstərilmiş  qiymətli  kağızlar  üzrə  gündəlik  alış 

və satış qiymətləri müəyyənləşdirir, bu qiymətləri gündəlik olaraq Birja vasitəsilə 

elan edir. Qiymətlər bu Qaydalarla müəyyən edilmiş qiymət dəhlizi çərçivəsində 

olmalıdır; 

5.2.  Market  meyker  gündəlik  olaraq  müqavilədə  göstərilmiş  qiymətli  kağızlar 

üzrə,  bu  Qaydaların  və  market  meyker  müqaviləsinin  şərtlərinə  uyğun  olaraq 

Birjanın  ticarət  sistemində  öz  adından,  öz  hesabına  alış  və  satış  kotirovkalarını 

təqdim  edir.  Market  meyker  Birja  üzvü  olmadıqda,  alış  və  satış  kotirovkaları 

müvafiq qaydada Birja üzvü tərəfindən təqdim edilir. 

5.3.  Market  meyker    müqavilədə  göstərilmiş  qiymətli  kağızlar  üzrə,  bu 

Qaydaların  və  market  meyker  müqaviləsinin  şərtlərinə  uyğun  olaraq  Birjanın 

ticarət  sistemində  öz  adından,  öz  hesabına  məcburi  qaydada  alış  və  könüllü 

qaydada satış kotirovkalarının icrasını təmin etməlidir. Market meyker Birja üzvü 

olmadıqda,  öhdəliklərin  icrası  müvafiq  qaydada  Birja  üzvü    tərəfindən  təmin 

edilir. 

5.4.  Alış  kotirovkasının  minimal  həcmi  Birjada  ticarətə  buraxılmış  qiymətli 

kağızlar və maliyyə alətləri üzrə Birja tərəfindən müəyyən edilir və açıqlanır. 

5.5.  Satış kotirovkasının  minimal  həcmi  market  meyker  müqaviləsi ilə  müəyyən 

edilir; 

5.6. Market meyker könüllü qaydada öz öhdəliklərindən artıq əqd bağlaya bilər. 

5.7. Market meyker bu Qaydaların 4.1.4 bəndinə müvafiq olaraq hər bir qiymətli 

kağız üzrə onun adından yalnız bir treyderin iştirakını təmin etməlidir; 

5.8.  Market  meyker  Birjanın  ticarət  qaydalarına,  qiymətli  kağızlar  bazarının 

tənzimlənməsinə dair qanunvericilik aktlarına əməl etməlidir. 

5.9.  Market  meyker  öz  funksiyalarını  yerinə  yetirərkən  aşağıda  göstərilən 

reqlamentə əməl edir: 

5.9.1.  Hər  ticarət  günü    saat  10:00-dək    market  meyker  öz  sifarişlərini  elektron 

qaydada Birjaya  təqdim edir və kütləvi açıqlayır; 




 

5.9.2.  Market  meyker  sessiyası  birjada  hər  ticarət  günü   saat  10:00  –  16:00-dək 



keçirilir (12:30-dan 14:15-dək ticarət üçün fasilə müddəti nəzərə alınmaqla); 

5.9.3.  Market  meyker  minimal  alış  və  satış  kotirovkalarını  (müqavilədə  nəzərdə 

tutlduqda) market meyker sessiyası başlandıqdan 5 dəqiqə ərzində Birjanın ticarət 

sisteminə daxil edir; 

5.9.4.  Market  meyker  market  meyker  sessiyası  ərzində  icra  olunmamış 

kotirovkalarını  dəyişdirə  bilər,  lakin  bu  zaman  kotirovkanın  dəyişdirilməsi 

müddəti 5 dəqiqədən artıq olmamalıdır; 

5.9.5.    Market  meyker  əqdləri  nəticəsində  yaranmış  öhdəliklərin  icrası    market 

meyker  ilə  Birja  arasında  bağlanılmış  market  meyker  müqaviləsində  başqa  hal 

nəzərdə tutulmadıqda, əqd bağlanıldıqdan sonra növbəti ticarət günü saat 16:15-

dək həyata keçirilir

5.10.  Market  meyker  müqavilədə  nəzərdə  tutulduqda  aşağıdakı  hallarda 

öhdəliklərindən azad edilir: 

5.10.1. Gündəlik nəzərdə tutulmuş öhdəlikləri təmin etdikdə; 

5.10.2. Birjanın İdarə Heyətinin qərarı əsasında müəyyən olunmuş müddətə;  

 

6. Qiymət dəhlizi  

6.1.  Market  meyker  öz  öhdəliklərini  yerinə  yetirərkən  və  bu  Qaydaların  5.1-ci 

bəndinə  uyğun  olaraq  qiymətlər  müəyyən  edərkən  aşağıda  göstərilən  qaydada 

hesablanmaqla qiymət dəhlizinə əməl etməlidir:  

6.1.1. səhmlərin ticarəti üzrə: 

  

QD =   Q



yüksək

satış – 

Q

aşağı

alış   * 100% 

                           

Q

aşağı

alış 

 

Burada,  QD  market  meykerin  səhmlər  üzrə  qiymət  dəhlizi  üçün  hazırkı 

mövqeyidir. 

 

Q



yüksək

satış   


müvafiq qiymətli kağızlara verilən ən yüksək satış qiymətidir. 

 

Q



aşağı

alış    


müvafiq qiymətli kağızlara verilən ən aşağı alış qiymətidir 

 

6.1.2. korporativ istiqrazlar üzrə:  




 



 



GD =   G

yüksək

satış – 

G

aşağı

alış   * 100% 

                           

G

aşağı

alış 

Burada,  GD  market  meykerin  korporativ  istiqrazlar  üzrə  qiymət  dəhlizi  üçün 

hazırkı mövqeyidir. 

 

G



yüksək

satış   


müvafiq qiymətli kağızlara verilən ən yüksək satış qiymətidir. 

 

G



aşağı

alış    


müvafiq qiymətli kağızlara verilən ən aşağı alış qiymətidir 

 

 

6.2.  Qiymət  dəhlizinin  maksimal  və  minimal  hədləri  Birja  tərəfindən  ticarətə 

buraxılmış hər bir alət üzrə ayrılıqda müəyyən olunur və açıqlanır; 

 

7. Market meykerin təqdim etdiyi hesabatlar 

7.1. Market meyker aşağıdakılar barədə hesabatları birjaya təqdim etməlidir:  

7.1.1. Səlahiyyətli treyderlərinin dəyişməsi barədə məlumat – dərhal; 

7.1.2.  Auditdən  keçmiş  illik  maliyyə  hesabatları  –  iyun  ayının  30-dan    gec 

olmayaraq.  Birja  həmin  məlumatları  özünün  məlumat  yayımı  vasitələri  ilə 

açıqlamaq hüququna malikdir; 

7.1.3.  Fəaliyyətin  dayandırılması,  əsas  fəaliyyət  növünün  həyata  keçirilməsi  ilə 

bağlı meydana çıxan mühüm dəyişikliklər – 1 iş günü ərzində; 

7.1.4.  Nəzərat  orqanı  tərəfindən  verilmiş  peşəkar  fəaliyyət  lisenziyaların 

dayandırılması və ya ləğv olunması -1 iş günü ərzində; 

7.1.5. Market meyker müqaviləsində nəzərdə tutulmuş digər müddəalar. 

 

8. Market meykerin fəaliyyətinə nəzarət  

8.1.    Birjanın  qüvvədə  olan  daxili  qaydalarının  və  bu  Qaydaların  tələblərinə 

uyğun olaraq  Birja market meykerin öz öhdəliklərini yerinə yetirməsinə nəzarət 

edir; 

8.2.  Market  meykerin  bu  Qaydaların  tələblərinə  uyğun  olaraq  təqdim  edilmiş 



hesabatlardan əlavə, Birjanın İdarə Heyətinin bu barədə əsaslandırılmış qərarı ilə 

market  meykerin  fəaliyyətinin  yoxlanılması  üçün  əlavə  tələblər  müəyyən  edilə 

bilər.  



 

 



9. Market meyker statusunun dayandırılması və ya ləğvi 

9.1. Market meyker statusu aşağıdakı hallarda Birjanın İdarə Heyətinin qərarı ilə 

dayandırıla və ya ləğv edilə bilər:  

9.1.1.  Market  meyker  özünün  qanunvericilik,  bu  Qaydalar  və  onunla  bağlanmış 

müqavilədən  irəli  gələn  öhdəliklərinə  əməl  etmədikdə,  habelə  qiymətlərlə 

manipulyasiya və öz statusundan sui-istifadə halları aşkarlandıqda; 

9.1.2.  Bazar  iştirakçılarının  maraqlarının  müdafiəsi  və  bazarın  təhlükəsizliyinin 

qurunması məqsədi ilə; 

9.1.3.  Market  meyker  bu  statusu  həyata  keçirdiyi  qiymətli  kağızlar  dövriyyədən 

çıxarıldıqda;  

9.1.4.  Market-meykerin  peşəkar  fəaliyyət  (diler)  lisenziyası  müvafiq  icra 

hakimiyyəti orqanı tərəfindən ləğv edildikdə; 

9.1.5.  Birja  üzvü  olan  market-meyker  Birja  üzvlüyündən  çıxarıldıqda  və  ya 

üzvlüyü müvəqqəti dayandırıldıqda; 

9.1.6.  Market  meykerlə  bağlanmış  müqavilənin  müddəti  bitdikdə  və  onun 

uzadılması barədə razılıq əldə edilmədikdə; 

9.1.7.  Könüllü  şəkildə  -  market  meykerlə  bağlanmış  müqavilənin  vaxtından  tez 

ləğv olunması barədə 30 gün əvvəl müraciət olunduqda; 

9.1.8.  Market  meyker  statusunun  dayandırılması  və  ya  onun  ləğvi  zamanı  Birja 

ticarət iştirakçılarını və ictimaiyyəti  məlumatlandırır  (özünün rəsmi  veb səhifəsi 

vasitəsi ilə). 

 

10. Qaydaların pozulmasına görə məsuliyyət 

10.1. Bu Qaydaların tələbləri market meyker tərəfindən pozulduğu halda Birjanın 

İdarə Heyəti ona qarşı  aşağıdakı məsuliyyət tədbirləri tətbiq edə bilər:

 

 

10.1.1. xəbərdarlıq; 

10.1.2.  cərimə  -    öz  öhdəliklərinin  pozulmasına  görə  market  meyker  üzərinə 

götürdüyü  cəmi  net  öhdəliklərin  (alış  öhdəliyi  +  satış  öhdəliyi  )  həcmindən  0,1 

faizindən  1  faizinədək  miqdarda  cərimə  edilə  bilər.  Cərimənin  məbləği 



 

10 


pozuntunun  ciddiliyinə  əsasən  müəyyən  edilir.  Cərimənin  ödənilməsi  müvafiq 

qərarın çıxarıldığı tarixdən 5 (beş) iş günü ərzində market meyker tərəfindən icra 

edilməlidir.    

10.1.3.  statusun  ləğv  edilməsi  -  market  meyker  tərəfindən    öz  öhdəliklərinin 

pozulması  halları  aradan  qaldırılmadıqda  və  ya  ay  ərzində  həmin  pozuntular 

yenidən  təkrar  edildikdə,  Birjanın  İdarə  Heyətinin  qərarı  ilə  market  meykerlə 

bağlanmış market meyker müqaviləsi ləğv edilə bilər.  

10.2.Birja market meykerə qarşı tətbiq etdiyi sanklsiyalar barədə 1 iş günü ərzində 

nəzərət orqanını məlumatlandırır. 

10.3.  Birja  market  meykerə  qarşı  tətbiq  etdiyi  sanklsiyalar  barədə  məlumatı 

açıqlaya bilər. 

 

11. Mübahisələrin həlli  

11.1.  Bu  Qaydalardan  irəli  gələn  və  ya  bu  Qaydalarlə  bağlı,  o  cümlədən  Qaydaların 

etibarlığına, qüvvədən  düşməsinə, yerinə yetirilməməsi və pozulmasına dair yaranan 

bütün  mübahisələr  Birjanın  Münsiflər  Məhkəməsində,  iddia  ərizəsinin  təqdim 

olunduğu  zaman  qüvvədə  olan,  Birjanın  hüquqi  statusunu  müəyyən  edən  sənədlərə 

əsasən  həll  olunur.  Birjanın  Münsiflər  Məhkəməsinin  qərarları  tərəflər  üçün 

məcburidir. 

 

 



 

 



 

11 


Əlavə 1 

 

MARKET MEYKER FƏALİYƏTİ İLƏ MƏŞĞUL OLMAQ ÜÇÜN 

MÜRACİƏT FORMASI 

 

 

 

A.

 

MARKET MEYKER BARƏDƏ MƏLUMAT 

A1. Ümumi məlumat: 

 

A2. Ünvan və əlaqə vasitələri: 

 

 

A3. Sahib olduğu peşəkar fəaliyyət lisenziyaları: 

 

A4. Market meyker birja üzvü olmadıqda adından çıxış edəcək birja üzvü barədə məlumat: 

 

Sahib olduğu peşəkar fəaliyyət lisenziyaları 

 

Tam adı 


 

VÖEN 


 

Hüquqi ünvanı 



 

Faktiki ünvanı 



 

Əlaqələndirici şəxs 



 

Telefon  

 

 

Faks                                                      



 

 

Digər                                               



 

Peşəkar 

fəaliyyət növü 

Verilmə tarixi          Qüvvədə olma tarixi 

Kim tərəfindən verilib 

 

 



 

 

 



 

 

 



Tam adı 

 

VÖEN 


 

Peşəkar 

fəaliyyət növü 

Verilmə tarixi          Qüvvədə olma tarixi 

Kim tərəfindən verilib 

 

 



 

 

 



 

 

 



QEYD: Bu forma Market meyker fəaliyyətinin predmeti olan hər bir qiymətli kağız üzrə doldurulmalıdır. 

Bu sənəd market meyker müqaviləsinin ayrılmaz tərkib hissəsi hesab edilir. 

 

 



 

12 


B. ÖHDƏLİKLƏR BARƏDƏ MƏLUMAT 

B1. Market meyker fəaliyyətinin predmeti olan qiymətli kağızlar: 

 

B2. Market meyker fəaliyyətinin predmeti olan qiymətli kağızlar üzrə ödəliklərin həcmi:

 

 



 

 

B3. Qiymət dəhlizi: 



________%

  

Birja tərəfindən hər bir alət üzrə təyin olunmuş minimal və maksimal qiymət həddindən artıq olmamaq şərti ilə



 

B4. Market meyker fəaliyyəti zamanı istifadə ediləcək hesab nömrələri: 

 

 



 

 

B5. Qiymətli kağızların emitenti ilə razılaşmanın olması: 

Razılaşma vardır 

 

Razılaşma yoxdur 



 

 

 

 

C. SƏLAHİYYƏTLİ TREYDER 

C1. Market meykerin adından iştirak edəcək səlahiyyətli treyderlər barədə məlumat: 

 

Xahiş edirik müraciət formasını qəbul edəsiniz 

Öhəliklərinin icrasına başlanma tarixi:_________________ 

Rəhbər:_________________ 

İmza:__________________ 

M.Y.   

Dövlət 


qeydiyyat 

nömrəsi/ISIN 



 

Emitent 


 

Alış 


________________ədəd 

Satış 


________________ədəd 

İlkin hesab 



 

Müştəri hesabı



  

(Əməliyytalar müştəri hesablarından aparıldıqda) 

 

Adı, 

Soyadı, 

Atasının adı 

Şəxsiyyəti 

təsdiq 

edən sənəd              

Sahib olduğu peşəkar fəaliyyət şəhadətnamələri 

Fəaliyyət 

növü 

Seriya,    

Nömrə 

Verilmə 

tarixi         

Qüvvədə  olma 

tarixi     

 

 



 

 

 



 

Yüklə 268,78 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə