Azərbaycan Respublikası Prezidentinin Fərmanı



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə6/75
tarix08.09.2018
ölçüsü1,54 Mb.
#67165
1   2   3   4   5   6   7   8   9   ...   75

işəgötürənlər  və  işçilər,  habelə  əmək  münasibətlərinin  digər  iştirakçıları  tərəfindən 
icrası məcburidir.
 20
 
6.  Əmək  qanunvericiliyinə  əməl  olunmasına  dövlət  nəzarətini  həyata  keçirən 
orqanın  vəzifəli  şəxslərinin  qərarlarından  və  göstərişlərindən  inzibati  qaydada  və  (və  ya) 
məhkəməyə şikayət verilə bilər.
21
 
7.  Müvafiq  icra  hakimiyyəti  orqanı  elektron  informasiya  sisteminə  müvafiq  icra 
hakimiyyəti orqanının real vaxt rejimində inteqrasiya olunmasını təmin etməlidir.
22
 
Qeyd: Bu Məcəllədə «əmək münasibətlərinin iştirakçıları» dedikdə, işəgötürənlər, 
işçilər, mülkiyyətçi, işəgötürənin tabeçiliyində olan vəzifəli şəxslər, əməyin mühafizəsi 
xidmətlərinin  nümayəndələri,  işçinin  öz  hüquqlarını  müdafiə  etmək  üçün  müvəkkil 
etdiyi  nümayəndəsi,  həmkarlar  ittifaqlarının  nümayəndələri  və  işəgötürənlərin 
nümayəndəli orqanlarının səlahiyyətli vəzifəli şəxsləri başa düşülməlidir. 
 
Maddə 16. Əmək münasibətlərində ayrı-seçkiliyin yolverilməzliyi 
 
1.  Əmək  münasibətlərində  vətəndaşlığına,  cinsinə,  irqinə,  dininə,  milliyyətinə, 
dilinə,  yaşayış  yerinə,  əmlak  vəziyyətinə,  ictimai-sosial  mənşəyinə,  yaşına,  ailə 
vəziyyətinə,  əqidəsinə,  siyasi  baxışlarına,  həmkarlar  ittifaqlarına  və  ya  başqa  ictimai 
birliklərə  mənsubiyyətinə,  qulluq  mövqeyinə,  həmçinin  işçinin  işgüzar  keyfiyyətləri, 
peşəkarlıq  səriştəsi,  əməyinin  nəticələri  ilə  bağlı  olmayan  digər  amillərə  görə  işçilər 
arasında  hər  hansı  ayrı-seçkiliyə  yol  verilməsi,  həmin  amillər  zəminində  bilavasitə  və 
ya  dolayısı  ilə  imtiyazların  və  güzəştlərin  müəyyən  edilməsi,  habelə  hüquqlarının 
məhdudlaşdırılması qəti qadağandır. 
İnsanın  immunçatışmazlığı  virusu  ilə  yaşayan  şəxslərin  işləməsinə  yol  verilməyən  peşə 
növləri  və  vəzifələr  istisna  olmaqla,  onları  insanın  immunçatışmazlığı  virusuna  yoluxması 
səbəbinə  görə  işə  qəbul  etməkdən,  işdə  irəli  çəkməkdən  imtina  etmək  və  ya  işdən  azad  etmək 
qadağandır.  İşəgötürən  işçinin  insanın  immunçatışmazlığı  virusuna  yoluxması  barədə 
məlumata malik olduqda bu məlumatı açıqlamamalıdır.
 
23
 
Şəxsin  dağınıq  skleroz  xəstə  olması  səbəbinə  görə  əmək  müqaviləsinin  bağlanmasından 
imtina  etmək  və  ya  əmək  müqaviləsinə  xitam  vermək  (işəgötürənin  müvafiq  işi  (vəzifəsi) 
olmadığı,  habelə  belə  şəxslərin  əməyindən  istifadə  olunmasına  yol  verilməyən  iş  yerlərinə  işə 
götürməkdən imtina olunan hallar istisna olmaqla) yolverilməzdir.
 
24
 
2. Qadınlara, əlillərə, yaşı 18-dən az olan və sosial  müdafiəyə ehtiyacı olan digər 
şəxslərə  əmək  münasibətlərində  güzəştlərin,  imtiyazların  və  əlavə  təminatların 
müəyyən edilməsi ayrı-seçkilik hesab edilmir. 
3. Əmək münasibətləri prosesində işçilər arasında bu maddənin birinci hissəsində 
göstərilən  ayrı-seçkiliyə  yol  verən  işəgötürən  və  ya  digər  fiziki  şəxs  qanunvericilikdə 
nəzərdə tutulmuş qaydada müvafiq məsuliyyət daşıyır. 
4. Ayrı-seçkiliyə məruz qalan işçi pozulmuş hüququnun bərpa edilməsi tələbi ilə 
məhkəməyə müraciət edə bilər. 
 
Maddə 17. Məcburi əməyin qadağan edilməsi 
 


1.  Hər  hansı  qayda  və  üsulla  zor  işlətməklə,  həmçinin  əmək  müqaviləsinə  xitam 
veriləcəyi hədə-qorxusu ilə işçini əmək funksiyasına daxil olmayan işi (xidməti) yerinə 
yetirməyə məcbur etmək qadağandır. İşçini məcburi əməyə cəlb edən təqsirkar şəxslər 
qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilirlər. 
2.  Hərbi  və  ya  fövqəladə  vəziyyətlə  əlaqədar  müvafiq  qanunvericilik  əsasında, 
habelə  qanuni  qüvvəyə  minmiş  məhkəmə  hökmlərinin  icrası  zamanı  müvafiq  dövlət 
orqanlarının nəzarəti altında yerinə yetirilən işlərdə məcburi əməyə yol verilir. 
 
Maddə 18. Fərdi və kollektiv əmək mübahisəsi hüququ, onun qanunvericiliklə 
tənzimlənməsi 
 
1. Özlərinin hüquqlarını, qanuni mənafelərini müdafiə etmək məqsədi ilə işçinin, 
işəgötürənin, əmək kollektivinin, həmkarlar ittifaqları təşkilatının fərdi və ya kollektiv 
əmək  mübahisəsi  aparmaq  hüququ  vardır.  Bu  hüququn  həyata  keçirilməsi  yalnız 
qanunvericilikdə nəzərdə tutulan hallarda və qaydada məhdudlaşdırıla bilər. 
2.  İşəgötürənlə  işçi,  habelə  əmək  kollektivi  arasında  əmək  qanunvericiliyinin 
tətbiqi  zamanı  meydana  çıxan  fərdi  və  kollektiv  əmək  mübahisələrinin  həlli  bu 
Məcəllənin XI bölməsində nəzərdə tutulan qaydada tənzimlənir. 
 
Maddə 19. Həmkarlar ittifaqları 
 
1.  İşçilər  arasında  heç  bir  fərq  qoyulmadan,  işəgötürəndən  qabaqcadan  icazə 
alınmadan,  sırf  könüllülük  prinsipləri  əsasında  həmkarlar  ittifaqları  təşkilatı  yaradıla 
bilər.  İşçilər  əmək,  sosial,  iqtisadi  hüquqlarını,  qanuni  mənafelərini  müdafiə  etmək 
üçün  müvafiq  həmkarlar  ittifaqlarına  daxil  olub  həmkarlar  ittifaqlarının  fəaliyyəti  ilə 
məşğul ola bilərlər. 
2.  Həmkarlar  ittifaqlarının  hüquqları,  vəzifələri  və  səlahiyyətləri  «Həmkarlar 
ittifaqları haqqında» Azərbaycan Respublikasının Qanunu və onların nizamnamələri ilə 
müəyyən edilir. 
 
Maddə 20. İşəgötürənlərin nümayəndəli orqanları 
 
1.  İşəgötürənlər  iqtisadi,  maliyyə  maraqlarını,  sahibkarlıq  fəaliyyəti  ilə  bağlı 
mənafelərini  müdafiə  etmək,  habelə  həmkarlar  ittifaqları  ilə  münasibətlərdə  sosial 
tərəfdaşlıq etmək üçün könüllü şəkildə müvafiq təşkilat yaradaraq birləşə bilərlər. 
2.  İşəgötürənlərin  nümayəndəli  orqanının  hüquqları,  vəzifələri,  fəaliyyət 
istiqamətləri  və  qaydaları  müvafiq  normativ  hüquqi  aktlarla  və  onun  nizamnaməsi 
(əsasnaməsi) ilə tənzim edilir. 
3.  İşəgötürənlərin  nümayəndəli  orqanının  fəaliyyəti  işçilərin  və  işəgötürənlərin 
hüquq bərabərliyi və bu Məcəllə ilə müəyyən edilmiş qaydada əmək münasibətlərinin 
müvafiq müqavilələr, sazişlər bağlamaqla tənzimlənməsi prinsipində qurulmalıdır. 
4.  İşəgötürənlərin  nümayəndəli  orqanı  üçün  işçilərin  nümayəndəli  orqanlarına 
nisbətən  hər  hansı  üstün  hüquqların,  güzəştlərin,  imtiyazların  müəyyən  edilməsi 
yolverilməzdir. 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə