Azərbaycan Respublikası Prezidentinin Fərmanı



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə9/75
tarix08.09.2018
ölçüsü1,54 Mb.
#67165
1   ...   5   6   7   8   9   10   11   12   ...   75

3. Kollektiv müqavilədə müəssisənin iqtisadi imkanları nəzərə alınmaqla digər, o 
cümlədən  bu  Məcəllədə  nəzərdə  tutulduğundan  daha  güzəştli  əmək  və  sosial-iqtisadi 
şərtlər də (əlavə məzuniyyətlər, pensiyalara əlavələr, nəqliyyat və ezamiyyə xərclərinin 
ödənilməsi,  pulsuz  və  ya  güzəştli  qiymətlərlə  yemək  verilməsi  və  digər  güzəşt  və 
əvəzlər) nəzərdə tutula bilər. 
4.  Bu  Məcəllədə  və  digər  normativ  hüquqi  aktlarda  kollektiv  müqaviləyə  daxil 
edilməsi  nəzərdə  tutulmuş  müddəaların  kollektiv  müqavilədə  əks  etdirilməsi 
məcburidir. 
 
Maddə 32. Kollektiv müqavilənin qüvvəsi 
 
1. Kollektiv müqavilə bir ildən üç ilədək müddətə bağlanıla bilər. 
2.  Kollektiv  müqavilə  imzalandığı  və  ya  müqavilədə  göstərilən  gündən  qüvvəyə 
minir. 
3.  Müəyyən  olunmuş  müddət  qurtardıqdan  sonra  kollektiv  müqavilə,  yenisi 
bağlananadək, lakin ən çoxu üç il müddətədək qüvvədə olur.
 
33
 
4. Müəssisənin mülkiyyətçisinin dəyişdiyi və ya müəssisə ləğv edildiyi hallardan 
başqa  müəssisədə  təşkilati-struktur  dəyişikliklərin  edilməsi,  işəgötürənlə  əmək 
müqaviləsinə xitam verilməsi, eləcə də həmkarlar ittifaqları təşkilatının fəaliyyətinə xitam 
verilməsi kollektiv müqavilənin hüquqi qüvvəsinin itirilməsinə səbəb olmur.
 
34
 
5.  Müəssisənin  mülkiyyətçisi  dəyişdikdə  kollektiv  müqavilə  üç  ay  müddətində 
qüvvədə  qalır.  Bu  müddət  ərzində  tərəflər  yeni  kollektiv  müqavilə  bağlamaq  və  ya 
əvvəlkini  qüvvədə  saxlamaq,  ona  əlavələr  və  dəyişikliklər  edilməsi  məqsədi  ilə 
danışıqlara başlamalıdırlar. 
6.  Müəssisə  qanunvericiliklə  müəyyən  olunmuş  qaydada  və  şərtlərlə  ləğv 
olunduğu  halda  və  ya  birləşmə,  bölünmə  və  yaxud  ayrılma  formasında  yenidən  təşkil 
olunduğu,  kollektiv  müqavilə  bütün  ləğvetmə  və  ya  yenidən  təşkiletmə  müddəti  ərzində 
qüvvədə olur.
 
35
 
7.  Kollektiv  müqavilə  müəssisənin  bütün  işçilərinə,  o  cümlədən  kollektiv 
müqavilə qüvvəyə mindikdən sonra işə qəbul olunan şəxslərə şamil edilir. 
 
Maddə 33. Kollektiv müqaviləyə əlavələr və dəyişikliklər edilməsi 
 
Kollektiv  müqavilənin  qüvvədə  olduğu  müddətdə  ona  əlavələr  və  dəyişikliklər 
edilməsi  yalnız  tərəflərin  qarşılıqlı  razılığı  əsasında,  kollektiv  müqavilədə  müəyyən 
edilmiş  qaydada  aparılır.  Əgər  belə  qayda  müəyyən  olunmayıbsa,  əlavələr  və 
dəyişikliklər  kollektiv  müqavilənin  bağlanması  üçün  bu  Məcəllədə  nəzərdə  tutulmuş 
qaydada edilir. 
 
Maddə 34. Kollektiv müqavilənin yerinə yetirilməsinə nəzarət 
 
1.  Kollektiv  müqavilənin  yerinə  yetirilməsinə  nəzarəti  tərəflər  və  müvafiq  icra 
hakimiyyəti  orqanı  həyata  keçirir.  Nəzarəti  həyata  keçirən  səlahiyyətli  şəxslərə  bütün 
zəruri məlumatlar təqdim edilməlidir. 


2. Tərəflər kollektiv müqavilənin yerinə yetirilməsi haqqında müqavilədə nəzərdə 
tutulmuş  müddətdə,  lakin  ildə  bir  dəfədən  az  olmayaraq,  əmək  kollektivinə  hesabat 
verməlidirlər. 
 
Altıncı fəsil 
 
Kollektiv saziş 
 
Maddə 35. Kollektiv sazişin növləri 
 
Münasibətlərin tənzimlənməsi sahəsindən asılı olaraq aşağıdakı kollektiv sazişlər 
bağlanıla bilər: 
a)  Baş  kollektiv  saziş  —  respublikada  sosial-iqtisadi  siyasətin  aparılmasının 
razılaşdırılmış ümumi prinsiplərini müəyyən edir. 
b)  Sahə  (tarif)  kollektiv  sazişi  —  müvafiq  sahənin  sosial-iqtisadi  inkişafı 
istiqamətlərini,  peşə  qrupları,  sahənin  işçiləri  üçün  əmək  şəraiti  və  əmək  haqqı,  sosial 
təminatları müəyyən edir. 
c)  Ərazi  (rayon)  kollektiv  sazişi  —  ərazi  xüsusiyyətləri  ilə  bağlı  müəyyən  sosial-
iqtisadi problemlərin həlli şərtlərini müəyyən edir. 
 
Maddə 36. Kollektiv sazişin tərəfləri 
 
1. Kollektiv saziş aşağıdakı tərəflər arasında bağlanıla bilər: 
a)  Baş  kollektiv  saziş  —  müvafiq  icra  hakimiyyəti  orqanı  və  həmkarlar 
ittifaqlarının ümumölkə (ölkə) birliyi arasında;
 
36
 
b)  Sahə  (tarif)  kollektiv  sazişi  —  müvafiq  icra  hakimiyyəti  orqanı,  həmkarlar 
ittifaqlarının peşələr, sahələr üzrə birlikləri arasında; 
c) Ərazi (rayon) kollektiv sazişi — müvafiq icra hakimiyyəti orqanları, həmkarlar 
ittifaqlarının ərazi birlikləri arasında. 
2.  Baş,  Sahə  və  Ərazi  kollektiv  sazişləri  üçtərəfli  —  müvafiq  icra  hakimiyyəti 
orqanı,  həmkarlar  ittifaqları  birlikləri  və  işəgötürənlərin  nümayəndəli  orqanları 
(birlikləri) arasında bağlanıla bilər. 
 
Maddə 37. Kollektiv sazişin hazırlanması və bağlanması qaydaları 
 
1. Kollektiv sazişlərin hazırlanması və bağlanması məqsədi ilə danışıqlar aparmaq 
üçün müvafiq tərəflərin bərabər saylı nümayəndələrindən ibarət komissiya yaradılır. 
2.  Kollektiv  sazişlərin  hazırlanması  və  bağlanması,  danışıqların  başlama  və 
qurtarma  müddəti,  o  cümlədən  həmin  sazişlərə  dəyişikliklər  edilməsi  tərəflərin 
qarşılıqlı razılığı əsasında həyata keçirilir. 
3. Əvvəlki kollektiv sazişin müddətinin qurtarmasına üç ay qalmış tərəflərdən hər 
biri  yeni  kollektiv  sazişin  bağlanması  məqsədi  ilə  danışıqlara  başlanması  üçün  digər 
tərəfi yazılı surətdə xəbərdar etmək hüququ vardır. Xəbərdarlığı alan tərəf on gündən 
gec olmayaraq kollektiv sazişin bağlanması haqqında danışıqlara başlamalıdır. 


4. Danışıqların qeyri-qənaətbəxş getdiyi və başlanma müddəti pozulduğu hallarda 
müvafiq  həmkarlar  ittifaqları  birliyinin  qanunvericiliklə  müəyyən  edilmiş  tədbirlər 
görmək hüququ vardır. 
5.  Yeni  danışıqlar  qüvvədə  olan  kollektiv  sazişin  müddəti  başa  çatanadək 
qurtarmayıbsa, həmin sazişin qüvvəsi tərəflərin razılığı ilə üç ayadək uzadıla bilər. 
6. Bağlanmış kollektiv saziş və ya ona edilmiş əlavələr və dəyişikliklər yeddi gün 
müddətində müvafiq icra hakimiyyəti orqanına məlumat üçün göndərilməlidir. 
 
Maddə 38. Kollektiv sazişin məzmunu 
 
1. Kollektiv sazişin məzmunu tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilir. 
2. Tərəflər kollektiv sazişə aşağıdakı öhdəlikləri daxil edə bilər: 
a)  müvafiq  sahələrin  və  müəssisələrin  iqtisadi  və  təsərrüfat  fəaliyyətinin 
yaxşılaşdırılması tədbirlərinin müəyyən edilməsi və həyata keçirilməsi; 
b) orta əmək haqqının artım səviyyəsinin inflyasiyaya uyğun təmin edilməsi
c)  əmək  normalarının  və  əməyin  qiymətləndirilməsi  normalarının  müəyyən 
edilməsi; 
ç) kompensasiya və əmək haqqına əlavələrin (dövlət tərəfindən müəyyən olunmuş 
miqdardan az olmamaq şərtilə) məbləğinin müəyyən edilməsi
d) əməyin mühafizəsi üzrə zəruri tədbirlərin həyata keçirilməsi; 
e) daha əlverişli əmək şəraitinin müəyyən edilməsi
ə) məşğulluğa kömək göstərilməsi; 
f) təsərrüfatçılığın mütərəqqi forma və üsullarının inkişaf etdirilməsi
g) müəssisələrdə qabaqcıl texnika və texnologiyanın, elmi-texniki tərəqqinin digər 
nailiyyətlərinin tətbiqi; 
ğ) tələbata uyğun və rəqabət qabiliyyətli məhsulların istehsalı; 
h) ekoloji təhlükəsizliyin təmin edilməsi; 
x)  müəssisənin  bağlanması  və  işçilərin  kütləvi  surətdə  işdən  azad  edilməsi 
hallarından  imtina  edilməsi,  işdən  çıxarılma  hallarının  qarşısını  ala  biləcək  tədbirlərin 
görülməsi; 
ı)  işçilərin  və  onların  ailə  üzvlərinin  sosial  müdafiəsi  üzrə  xüsusi  tədbirlərin 
görülməsi; 
i)  əlillərin  və  18  yaşınadək  sağlamlıq  imkanları  məhdud  olan  işçilərin,  gənclərin 
(yeniyetmələrin)  əməyindən  istifadə  etməklə  əlavə  iş  yerləri  yaradan  müəssisələrə 
güzəştlərin müəyyən olunması;
 
37
 
j) əmək intizamının təmin edilməsi. 
 
Maddə 39. Kollektiv sazişin qüvvəsi 
 
1. Kollektiv saziş bir ildən üç ilədək müddətə bağlanıla bilər. 
2. Kollektiv saziş imzalandığı və ya sazişdə göstərilən gündən qüvvəyə minir. 
 
Maddə 40. Kollektiv sazişə əlavələr və dəyişikliklər edilməsi qaydası 
 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə