Azərbaycan Respublikası Prezidentinin Fərmanı



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə8/75
tarix08.09.2018
ölçüsü1,54 Mb.
#67165
1   ...   4   5   6   7   8   9   10   11   ...   75

3.  Kollektiv  müqavilə  müəssisənin  özündə,  onun  filiallarında,  nümayəndəliklərində  və 
digər müstəqil struktur bölmələrində bağlanıla bilər. Müəssisənin filialında, nümayəndəliyində 
və  ya  digər  müstəqil  struktur  bölmələrində  kollektiv  danışıqların  aparılması,  kollektiv 
müqavilənin hazırlanması, bağlanması və ya onlarda dəyişikliklərin edilməsi məqsədi ilə həmin 
bölmənin rəhbərinə işəgötürən tərəfindən zəruri səlahiyyətlər verilir.
 
28
 
 
Maddə 29. Kollektiv müqavilənin tərəfləri 
 
Kollektiv  müqavilənin  bir  tərəfi  işəgötürən,  digər  tərəfi  həmkarlar  ittifaqları 
təşkilatıdır.  Müəssisədə  həmkarlar  ittifaqları  təşkilatı  olmadıqda  isə  kollektiv 
müqavilənin ikinci tərəfi əmək kollektividir. 
 
Maddə 30. Kollektiv müqavilənin hazırlanması və bağlanmasının qaydaları 
 
1.  Kollektiv  müqavilənin  layihəsinin  hazırlanması,  bağlanması  qaydaları  və 
müddəti tərəflərin qarşılıqlı razılığı  ilə müəyyən edilir və rəsmiləşdirilir. Bu məqsədlə 
tərəflər bərabər saylı nümayəndələrindən ibarət müvafiq komissiya (işçi qrupu) yarada 
bilərlər. 
2. Komissiya (işçi qrupu) kollektiv müqavilənin layihəsini tərəflərin müzakirəsinə 
verir.  Daxil  olmuş  təkliflər  araşdırıldıqdan  sonra  yenidən  işlənmiş  layihə  təsdiq 
olunmaq  üçün  həmkarlar  ittifaqları  təşkilatının  (əmək  kollektivinin)  ümumi 
yığıncağının (konfransının) müzakirəsinə verilir. 
3. Həmkarlar ittifaqları təşkilatının iclasının, konfransının və digər yığıncaqlarının 
səlahiyyətli  olması  onun  nizamnaməsi  ilə  tənzimlənir.  İşçilərin  (nümayəndələrin)  50 
faizindən çoxunun iştirak etdiyi ümumi yığıncaq (konfrans) səlahiyyətli hesab olunur. 
4.  İşəgötürən,  kollektiv  müqavilənin  layihəsini  tərəflərin  müzakirəsinə  verilməsi 
üçün mövcud olan bütün imkanlardan (daxili rabitə və məlumat, surətçıxaran, texniki 
və  digər  vasitələr)  istifadə  etmək  üçün  həmkarlar  ittifaqları  təşkilatına  və  ya  müvafiq 
komissiyaya (işçi qrupuna) şərait yaratmalıdır. 
5.  Kollektiv  müqavilənin  layihəsi  bəyənilməzsə,  tərəflərin  nümayəndələri  on  beş 
gün ərzində (əgər tərəflər başqa razılığa gəlməyiblərsə) layihəni yenidən işləyib təsdiq 
olunmaq  üçün  təkrarən  həmkarlar  ittifaqları  təşkilatının  (əmək  kollektivinin) 
müzakirəsinə verirlər. 
6.  Kollektiv  müqavilənin  layihəsi  iclasda  (konfransda)  iştirak  edənlərin  səs 
çoxluğu ilə təsdiq edilir. 
7.  Tərəflər,  kollektiv  müqavilə  təsdiq  edildikdən  sonra  onu  üç  gün  ərzində 
imzalamalıdırlar.  İmzalanmış  kollektiv  müqavilə  və  ona  əlavələr  yeddi  təqvim  günü 
ərzində  məlumat  üçün  işəgötürənlər  tərəfindən  müvafiq  icra  hakimiyyəti  orqanına 
təqdim edilir. 
 
Maddə 31. Kollektiv müqavilənin məzmunu 
 
1. Kollektiv müqavilənin məzmununu tərəflər müəyyən edirlər. 


2.  Kollektiv  müqaviləyə,  bir  qayda  olaraq,  aşağıdakı  məsələlər  üzrə  tərəflərin 
qarşılıqlı öhdəlikləri daxil edilir: 
a) müəssisənin istehsal və iqtisadi fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi
b) əməyin ödənilməsi qaydaları və miqdarının, pul mükafatlarının, müavinətlərin, 
əlavələrin və digər ödəmələrin müəyyən edilməsi; 
c)  qiymətlərin  artımı,  inflyasiyanın  səviyyəsi  nəzərə  alınmaqla  əmək  haqqı 
miqdarının tənzimlənmə mexanizmi
ç) məşğulluq, əlavə təhsil, işçilərin sərbəstləşdirilməsi şərtləri;
 
29
 
d) iş və istirahət vaxtı, məzuniyyətlərin müddəti haqqında şərtlər; 
e)  işçilərə  və  onların  ailə  üzvlərinə  mədəni  və  məişət  xidmətlərinin,  sosial 
təminatlar və güzəştlərin müəyyən edilməsi
ə)  əməyin  qiymətləndirilməsi,  əmək  normalarının  müəyyən  edilməsi  və  yenidən 
işlənməsi qaydaları; 
f) qadınların, 18 yaşına çatmamış işçilərin əmək şəraitinin yaxşılaşdırılması; 
g)  əməyin  mühafizəsinin  yaxşılaşdırılması  üçün  əlavə  təminatların  müəyyən 
edilməsi; 
ğ) əmək vəzifələrini yerinə yetirməklə əlaqədar işçilərə dəyən ziyanın ödənilməsi; 
h)  əmək  mübahisələrinə  məhkəməyə  qədər  baxan  orqanın  yaradılması  və  onun 
fəaliyyət qaydası; 
x) işçilərin tibbi və sosial sığortasının üstün əlavə şərtlərinin müəyyən edilməsi
ı) işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsi ləğv edilərkən həmkarlar ittifaqları 
təşkilatı ilə razılaşmalar aparılması; 
i) işçilərin ekoloji təhlükəsizliyinin və sağlamlığının gözlənilməsi; 
j)  həmkarlar  ittifaqının  üzvü  olan  işçilərin  əmək  haqqından  həmkarlar  ittifaqına  üzvlük 
haqlarının  işəgötürən  tərəfindən  mühasibatlıq  vasitəsi  ilə  tutulmasının  təmin  edilməsi  və  4  iş 
günü  müddətində  həmin  müəssisənin  həmkarlar  ittifaqı  təşkilatının  xüsusi  hesabına 
köçürülməsi,  habelə  həmkarlar  ittifaqları  təşkilatına  nizamnamə  fəaliyyətini  səmərəli 
təşkil etmək üçün digər zəruri şəraitin yaradılması;
 
30
 
k)  kollektiv  əmək  mübahisəsinin  tənzimlənməsinin  əlavə  üsulları  haqqında 
razılaşmalar; 
q) kollektiv müqavilənin şərtlərinin yerinə yetirilməsinə nəzarət
l) kollektiv müqavilənin şərtlərinin pozulmasına görə tərəflərin məsuliyyəti; 
m) əmək və icra intizamının möhkəmləndirilməsi üçün tədbirlər. 
n) iş yerində və ya işlə əlaqədar olaraq ayrı-ayrı işçilərə qarşı ələsalma, aşkar düşmənçilik 
hərəkətləri və təhqiramiz hərəkətlər barəsində izahat işi aparılmasına və informasiya verilməsinə 
yardım göstərilməsi və belə hərəkətlərin qarşısının alınması, işçiləri bu cür davranışdan qorumaq 
üçün bütün lazımi tədbirlərin görülməsi
o)  iş  yerində  və  ya  işlə  əlaqədar  olaraq  seksual  təhrik  məsələlərinə  dair  izahat  işi 
aparılmasına  və  informasiya  verilməsinə  yardım  göstərilməsi  və  belə  təhriklərin  qarşısının 
alınması, işçiləri bu cür davranışdan qorumaq üçün bütün lazımi tədbirlərin görülməsi:
 
31
 
ö)  işçilərə  bədən  tərbiyəsi  və  idmanla,  o  cümlədən  iş  rejimi  şəraitində  və  işdən  sonrakı 
reabilitasiya və peşəkar-tətbiqi məşqlərlə, idman-sağlamlıq turizmi ilə məşğul ola bilmələri üçün 
şəraitin yaradılması.
 
32
 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə