Azərbaycan Respublikası Prezidentinin Fərmanı



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə5/75
tarix08.09.2018
ölçüsü1,54 Mb.
#67165
1   2   3   4   5   6   7   8   9   ...   75

g) cinsindən asılı olmayaraq eyni işlə məşğul olan işçilərə eyni iş şəraitini yaratmaq, eyni 
pozuntuya görə işçilərə fərqli intizam tənbehi tədbirini tətbiq etməmək, cinsi mənsubiyyətə görə 
ayrı-seçkiliyin və seksual qısnamanın qarşısını almaq üçün lazımi tədbirlər görmək;
 
12
 
ğ)  uşaqları  onların  həyatına,  sağlamlığına  və  ya  mənəviyyatına  təhlükə  törədə  bilən 
fəaliyyətə cəlb etməmək;
 
13
 
h)  əmək  müqaviləsi  bildirişini  elektron  informasiya  sisteminə  gücləndirilmiş  elektron 
imza vasitəsi ilə daxil etmək (bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş 
hallar istisna olmaqla).
14
 
2.  İşçilərin  hüquqlarını  pozan,  əmək  müqaviləsi  üzrə  öz  öhdəliklərini  yerinə 
yetirməyən, 15 yaşına çatmamış şəxsləri işə götürən, uşaqları onların həyatına, sağlamlığına və 
ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb edən,  habelə bu Məcəllənin tələblərinə 
əməl  etməyən  işəgötürən  qanunvericiliklə  müəyyən  olunmuş  qaydada  müvafiq 
məsuliyyətə cəlb edilir.
 
15
 
 
Maddə  13.  Əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin  əmək  hüququnun 
tənzimlənməsi 
 
1.  Qanunla  və  ya  Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı  beynəlxalq 
müqavilələr  ilə  başqa  hal  nəzərdə  tutulmayıbsa,  əcnəbilər  və  vətəndaşlığı  olmayan 
şəxslər Azərbaycan Respublikasında olarkən Azərbaycan Respublikasının vətəndaşları 
ilə bərabər bütün əmək hüquqlarından istifadə edə bilər və bu hüquqlara müvafiq olan 
vəzifələr daşıyırlar. 
2. Qanunda nəzərdə tutulmuş hallar istisna olunmaqla əcnəbilərin və vətəndaşlığı 
olmayan  şəxslərin  bu  Məcəllədə  və  digər  normativ  hüquqi  aktlarda  nəzərdə tutulmuş 
əmək hüquqlarının məhdudlaşdırılması qadağandır. 
3.  Əmək  münasibətləri  sahəsində  Azərbaycan  Respublikasının  vətəndaşlarına 
nisbətən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə daha üstün hüquqların müəyyən 
edilməsi yolverilməzdir. 
4.  İşəgötürənlər  Azərbaycan  Respublikasının  Miqrasiya  Məcəlləsinin  64-cü 
maddəsində nəzərdə tutulmuş hallar  istisna  olmaqla, işə cəlb etmək istədikləri hər bir 
əcnəbi və vətəndaşlığı olmayan şəxs üçün həmin Məcəllə ilə müəyyən edilmiş qayda və 
şərtlərlə iş icazəsi almalıdırlar.
16
 
5.  Əməkçi  miqrantların  əmək  fəaliyyəti  ilə  bağlı  Azərbaycan  Respublikasının 
Miqrasiya Məcəlləsində nəzərdə tutulmayan məsələlər bu Məcəllə ilə tənzimlənir.
 17
 
6.  İşəgötürənlər  tərəfindən  əməkçi  miqrantların  hüquqlarının  təmin  edilməsinə 
nəzarəti müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. 
 
Maddə  14.  Əmək  münasibətləri  sahəsində  dövlət  hakimiyyəti  orqanlarının 
vəzifələri 
 
1.  Əmək  münasibətlərinin  tənzimlənməsi  sahəsində  qanunvericilik,  icra  və 
məhkəmə hakimiyyəti orqanları öz səlahiyyətləri çərçivəsində: 
qanunvericiliyin  tələblərinə  əmək  münasibətlərinin  subyektləri  tərəfindən  hər 
yerdə eyni qaydada və dürüst əməl olunmasını; 


sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunmasını; 
işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınmasını; 
işçilərin və işəgötürənlərin pozulmuş hüquqlarının bərpa olunmasını; 
səlahiyyətləri çərçivəsində əmək qanunvericiliyinin təkmilləşdirilməsini; 
əmək  münasibətləri  sahəsində  Azərbaycan  Respublikasının  Konstitusiyası  ilə 
müəyyən edilmiş insan hüquqları və azadlıqları prinsipləri əsasında dövlət  siyasətinin 
həyata keçirilməsini təmin etməlidirlər. 
2.  Dövlət,  iş  qüvvəsindən  səmərəli  istifadə  olunmasını  təmin  etmək,  Azərbaycan 
Respublikası Konstitusiyasının 35-ci maddəsinin VIII hissəsinə müvafiq olaraq işsizliyin 
aradan qaldırılması məqsədi ilə vətəndaşların peşəkarlıq səviyyəsini, əmək vərdişlərini, 
çoxillik  təcrübəsini  nəzərə  almaqla  müvafiq  ixtisaslar,  sənətlər,  peşələr  üzrə  ölkədə 
mövcud  olan  işçi  qüvvəsindən  istifadə  olunmadan  xarici  ölkələrdən  əsassız  olaraq 
mütəxəssislərin işə cəlb olunmasının qarşısının alınmasını, işsizlik, əhalinin məşğulluğu 
və miqrasiyası məsələlərini tənzimləyir. 
3.  Əmək  münasibətləri  sahəsində  dövlət  siyasətinin  həyata  keçirilməsi  müvafiq 
icra hakimiyyəti orqanı tərəfindən təmin edilir. Həmin icra hakimiyyəti orqanı: 
səlahiyyətləri  çərçivəsində  müəyyən  edilmiş  hallarda  əmək  münasibətlərinin 
tənzim edilməsinin təmin olunması üçün müvafiq normativ hüquqi aktlar qəbul edir; 
əməyin ödənilməsi, əmək münasibətləri, əməyin mühafizəsi, əmək ehtiyatlarından 
istifadə,  əmək  miqrasiyası,  əhalinin  sosial  müdafiəsi,  əlillərin  və  18  yaşınadək  sağlamlıq 
imkanları  məhdud  olan  işçilərin  reabilitasiyası  problemləri  sahəsində  dövlət  siyasətini 
həyata keçirir.
18
 
 
Maddə  15.  Əmək  qanunvericiliyinə  əməl  olunmasına  dövlət  nəzarətini  həyata 
keçirən orqan 
 
1.  Bu  Məcəllənin  və  əmək  qanunvericiliyinə  dair  digər  normativ  hüquqi  aktların 
tələblərinə əməl olunmasına dövlət nəzarətini müvafiq  icra hakimiyyəti orqanı həyata 
keçirir. 
2.  Əmək  qanunvericiliyinə  əməl  olunmasına  dövlət  nəzarətini  həyata  keçirən 
orqan  səlahiyyəti  çərçivəsində  əmək  qanunvericiliyinin  pozulmasında  təqsirkar 
şəxslərdən  yol  verdikləri  hüquq  pozuntularının  aradan  qaldırılmasını  tələb  etmək, 
onları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş hallarda 
və  qaydada  inzibati  məsuliyyətə  cəlb  etmək və  digər  məsuliyyətə cəlb  olunması  üçün 
müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir.
19
 
3.  Əmək  qanunvericiliyinə  əməl  olunmasına  dövlət  nəzarətini  həyata  keçirən 
orqanın  hüquqları,  vəzifələri  və  fəaliyyət  qaydaları  müvafiq  icra  hakimiyyəti  orqanı 
tərəfindən təsdiq edilmiş Əsasnamə ilə tənzim edilir. 
4.  Əmək  qanunvericiliyinə  əməl  olunmasına  dövlət  nəzarətini  həyata  keçirən 
orqan bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla məhkəmənin səlahiyyətinə aid 
olan məsələlərin həlli üzrə fəaliyyət göstərə bilməz. 
5.  Əmək  qanunvericiliyinə  əməl  olunmasına  dövlət  nəzarətini  həyata  keçirən 
orqanın vəzifəli şəxslərinin bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ 
hüquqi  aktların  tələblərinə  əməl  olunmasına  dair  qəbul  etdiyi  qərarların,  göstərişlərin 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə