Azərbaycan Respublikası Prezidentinin Fərmanı



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə1/75
tarix08.09.2018
ölçüsü1,54 Mb.
#67165
  1   2   3   4   5   6   7   8   9   ...   75


AZƏRBAYCAN RESPUBLİKASININ ƏMƏK MƏCƏLLƏSİ
1
 
 
Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən əmək fərdi və 
ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə 
fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. 
Azərbaycan Respublikasının Əmək Məcəlləsində: 
müvafiq  hüquq  normaları  ilə  əmək  münasibətlərində  işçilərin  və  işəgötürənlərin 
əmək, sosial, iqtisadi hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatların minimum 
səviyyəsi; 
Azərbaycan  Respublikası  Konstitusiyasının  ikinci  bölməsində  nəzərdə  tutulan 
əmək,  istirahət,  təhlükəsiz  və  sağlam  şəraitdə  işləmək  hüququnun,  habelə  digər  əsas 
insan hüquqlarının və azadlıqlarının təmin edilməsi prinsipləri və qaydaları; 
Azərbaycan  Respublikasının  bağladığı  və  ya  tərəfdar  çıxdığı  beynəlxalq 
müqavilələrə,  Beynəlxalq  Əmək  Təşkilatının  konvensiyalarına  və  digər  beynəlxalq 
hüquq  normalarına  uyğun  olaraq  əmək  münasibətlərinin  yaranması,  dəyişdirilməsi, 
onlara  xitam  verilməsi  və  bu  münasibətlərin  iştirakçılarının  hüquqlarının  mühafizəsi 
sahəsində  işçilərin,  işəgötürənlərin,  habelə  müvafiq  dövlət  hakimiyyəti  orqanlarının 
hüquqlarını, vəzifələrini tənzim edən normalar təsbit edilir.  
 
I bölmə 
Ümumi normalar 
Birinci fəsil 
Əsas müddəalar 
 
Maddə  1.  Azərbaycan  Respublikasının  əmək  qanunvericiliyi  sisteminə  daxil 
olan normativ hüquqi aktlar 
 
Azərbaycan Respublikasının əmək qanunvericiliyi sistemi: 
bu Məcəllədən; 
Azərbaycan Respublikasının müvafiq qanunlarından; 
müvafiq  icra  hakimiyyəti  orqanlarının  səlahiyyəti  çərçivəsində  qəbul  etdiyi 
normativ hüquqi aktlardan; 
əmək,  sosial-iqtisadi  məsələlərlə  əlaqədar  Azərbaycan  Respublikasının  bağladığı 
və ya tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. 
 
Maddə 2. Azərbaycan Respublikası Əmək Məcəlləsinin vəzifələri və prinsipləri 
 
1.  Azərbaycan  Respublikasının  Əmək  Məcəlləsi  işçilərlə  işəgötürənlər  arasında 
yaranan  əmək  münasibətlərini,  habelə  onlarla  müvafiq  dövlət  hakimiyyəti  orqanları, 
hüquqi  şəxslər  arasında  həmin  münasibətlərdən  törəyən  digər  hüquq  münasibətlərini 
tənzim edir. 
2. Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının 
və  bu  hüquqların  həyata  keçirilməsini  təmin  edən  qaydaların  minimum  normalarını 
müəyyən edir. 


3.  Azərbaycan  Respublikasının  Əmək  Məcəlləsi  (bundan  sonra  ismin  müvafiq 
hallarında «bu Məcəllə») əmək münasibətlərində tərəflərin: 
hüquq bərabərliyinin təmin edilməsi
mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; 
maddi,  mənəvi,  sosial,  iqtisadi  və  digər  həyati  tələbatlarını  ödəmək  məqsədi  ilə 
əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi
əsasən  əmək  müqaviləsi  (kontrakt)  üzrə  öhdəliklərinin  icrasına  hüquqi  təminat 
yaradılması prinsiplərinə əsaslanır. 
 
Maddə  3.  Azərbaycan  Respublikasının  əmək  qanunvericiliyində  işlədilən  əsas 
məfhumların anlayışları
2
 
 
1. Müəssisə — mülkiyyətçinin təşkilati-hüquqi formasından, adından və fəaliyyət 
növündən  asılı  olmayaraq  Azərbaycan  Respublikasının  qanunvericiliyinə  müvafiq 
olaraq yaratdığı hüquqi şəxs, onun xarici hüquqi şəxsin filialı, nümayəndəliyi. 
2. İşçi — işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq 
müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxs. 
3.  İşəgötürən  —  tam  fəaliyyət  qabiliyyətli  olub  işçilərlə  əmək  müqaviləsi 
(kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna 
malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli 
orqanı,  habelə  hüquqi  şəxs  yaratmadan  sahibkarlıq  fəaliyyəti  ilə  məşğul  olan  fiziki 
şəxs.
3
 
4. Əmək kollektivi — işəgötürənlə əmək münasibətlərində olan, bu Məcəllə ilə və 
digər  normativ  hüquqi  aktlarla  müəyyən  edilmiş  əmək,  sosial,  iqtisadi  hüquqlarını 
birgə  həyata  keçirmək  və  qanuni  mənafelərini  kollektiv  halında  müdafiə  etmək 
səlahiyyətinə malik müvafiq iş yerlərində çalışan işçilərin birliyi. 
5.  Əmək  müqaviləsi  (kontraktı)  (bundan  sonra  ismin  müvafiq  halında  «əmək 
müqaviləsi»)  –  işəgötürənlə  işçi  arasında  fərdi  qaydada  bağlanan  əmək 
münasibətlərinin  əsas  şərtlərini,  tərəflərin  hüquq  və  vəzifələrini  əks  etdirən  yazılı 
müqavilə. 
5-1. Əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən 
edilmiş  hallar  istisna  olmaqla,  əmək  müqaviləsinin  bağlanılmasının,  ona  dəyişiklik  edilməsinin 
və  ya  xitam  verilməsinin  müvafiq  icra  hakimiyyəti  orqanının  elektron  informasiya  sistemində 
(bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə 
işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi 
ilə daxil edilən elektron sənəd.
4
 
6.  Kollektiv  müqavilə  —  işəgötürənin,  əmək  kollektivinin  və  ya  həmkarlar 
ittifaqları təşkilatının arasında yazılı formada bağlanan əmək, sosial-iqtisadi, məişət və 
digər münasibətləri tənzimləyən müqavilədir. 
7.  Kollektiv  saziş  —  müvafiq  icra  hakimiyyəti  orqanı,  həmkarlar  ittifaqlarının  və 
işəgötürənlərin  respublika,  peşələr,  sahələr  və  ya  ərazi  üzrə  birlikləri  arasında 
bağlanan,  işçilərin  əmək  şəraitinin  yaxşılaşdırılması,  əməyin  mühafizəsi,  məşğulluğun 
təmin edilməsi və digər sosial müdafiə tədbirlərinin həyata keçirilməsi sahəsində birgə 
fəaliyyətə dair tərəflərin öhdəliklərini müəyyən edən razılaşmadır. 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə