Azərbaycan Respublikası Prezidentinin Fərmanı



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə2/75
tarix08.09.2018
ölçüsü1,54 Mb.
#67165
1   2   3   4   5   6   7   8   9   ...   75

8.  İş  yeri  —  işçinin  haqqı  ödənilməklə  vəzifəsi  (peşəsi)  üzrə  əmək  müqaviləsi  ilə 
müəyyən edilmiş işləri (xidmətləri) yerinə yetirdiyi yer. 
9.  Əmək  funksiyası  —  əmək  müqaviləsində  nəzərdə  tutulan  bir  və  ya  bir  neçə 
vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusu. 
10.  Əməyin  mühafizəsi  —  işçilərin  təhlükəsiz  və  sağlam  şəraitdə  işləmək 
hüququnu təmin etmək məqsədi  ilə bu Məcəllədə və digər normativ hüquqi aktlarda, 
habelə  kollektiv  müqavilələrdə,  sazişlərdə,  əmək  müqavilələrində  nəzərdə  tutulan 
texniki  təhlükəsizlik,  sanitariya,  gigiyena,  müalicə-profilaktika  tədbirləri,  normaları  və 
standartları sistemidir. 
11.  Əmək  şəraiti  —  işçinin  öz  əmək  funksiyasını  səmərəli  və  faydalı  yerinə 
yetirmək  üçün  minimum  normaları  bu  Məcəllədə  nəzərdə  tutulan,  habelə  əmək 
müqaviləsində  (kollektiv  müqavilədə,  sazişdə)  tərəflərin  özləri  müəyyən  etdiyi  əmək, 
sosial və iqtisadi normaların məcmusu. 
12.  İşçilərin  nümayəndəli  orqanı  —  əmək,  sosial,  iqtisadi  hüquqlarını  və  qanuni 
mənafelərini  müdafiə  etmək  məqsədi  ilə  işçilərin  könüllü  birləşib  yaratdıqları 
nizamnamə və müvafiq qanunvericilik əsasında fəaliyyət göstərən həmkarlar ittifaqları 
təşkilatları (birlikləri). 
13.  İşəgötürənlərin  nümayəndəli  orqanı  —  sahibkarlıq  fəaliyyətləri  ilə  əlaqədar 
sosial-iqtisadi  hüquqlarını,  mülkiyyət,  istehsal  və  əmək  münasibətləri  ilə  bağlı 
mənafelərini  müdafiə  etmək  məqsədi  ilə  işəgötürənlərin  könüllü  birləşib  yaratdıqları 
nizamnamə və müvafiq qanunvericilik əsasında fəaliyyət göstərən birliklər. 
14.  Kollektiv  tələblər  —  kollektiv  müqavilələrin,  sazişlərin  bağlanması,  onlara 
dəyişikliklərin edilməsi və icrası, habelə digər əmək, sosial və iqtisadi məsələlərlə bağlı 
işçilərin,  ya  da  həmkarlar  ittifaqları  orqanının  işəgötürən,  onların  birlikləri  və  ya 
müvafiq icra hakimiyyəti orqanları qarşısında irəli sürdüyü tələblərdir. 
15. Kollektiv əmək mübahisəsi — kollektiv tələblərdən törəyən fikir ayrılığıdır. 
16.  Fərdi  əmək  mübahisəsi  —  əmək  müqaviləsinin,  kollektiv  müqavilənin  və 
sazişin şərtlərinin, tərəflərin öhdəliklərinin yerinə yetirilməsi, habelə bu Məcəllənin və 
digər normativ hüquqi aktların tətbiqi zamanı fərdi qaydada işəgötürənlə işçi arasında 
yaranan fikir ayrılığıdır. 
17.  Tətil  —  kollektiv  və  fərdi  əmək  mübahisəsini  həll  etmək  məqsədi  ilə  işçilərin 
(işçinin) müvəqqəti olaraq öz əmək funksiyasının icrasından tam və ya qismən könüllü 
imtina etməsidir. 
 
Maddə 4. Bu Məcəllənin tətbiq edildiyi iş yerləri 
 
1.  Bu  Məcəllə,  qanunvericiliklə  müəyyən  edilmiş  qaydada  Azərbaycan 
Respublikasının  müvafiq  hakimiyyət  orqanlarının,  fiziki  və  hüquqi  şəxslərin  təsis 
etdikləri  mülkiyyət  və  təşkilati-hüquqi  formasından  asılı  olmayaraq  respublikanın 
ərazisində yerləşən bütün müəssisələrdə, idarələrdə, təşkilatlarda (bundan sonra ismin 
müvafiq  halında  «müəssisələr»),  eləcə  də  müəssisə  yaradılmadan  işçilərlə  əmək 
müqaviləsi  bağlanmış  iş  yerlərində,  həmçinin  onun  hüdudlarından  kənarda  fəaliyyət 
göstərən  Azərbaycan  Respublikasının  səfirliklərində,  konsulluqlarında,  beynəlxalq 


sularda  Azərbaycan  Respublikasının  Dövlət  bayrağı  altında  üzən  gəmilərdə,  şelf 
qurğularında və digər iş yerlərində tətbiq edilir.
5
 
2.  Bu  Məcəllə  işəgötürənin  xammalından  (materialından),  istehsal  vasitələrindən 
istifadə etməklə əmək funksiyasını öz evində yerinə yetirən işçilərə də şamil edilir. 
3.  Azərbaycan  Respublikasının  qanunlarında  müəyyən  edilmiş  dövlət  büdcəsindən 
maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi elmi tədqiqat və ali təhsil müəssisələrinə şamil 
edilmir.
 
6
 
 
Maddə 5. Bu Məcəllənin tətbiq edildiyi digər iş yerləri və qulluqçular 
 
1. Azərbaycan Respublikasının xarici dövlətlərlə, beynəlxalq təşkilatlarla bağladığı 
müqavilələrində  başqa  hal  nəzərdə  tutulmayıbsa,  bu  Məcəllə  müvafiq  xarici 
dövlətlərin,  onların  fiziki  və  hüquqi  şəxslərinin,  beynəlxalq  təşkilatların,  eləcə  də 
vətəndaşlığı  olmayan  şəxslərin  Azərbaycan  Respublikasında  təsis  etdikləri  və 
qanunvericilikdə  nəzərdə  tutulmuş  qaydada  dövlət  qeydiyyatına  alınıb,  fəaliyyət 
göstərən iş yerlərində heç bir şərt qoyulmadan tətbiq edilir. 
2.  Bu  Məcəllə  dövlət  qulluqçularına,  habelə  prokurorluq,  polis  və  digər  hüquq-
mühafizə orqanlarının qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ 
hüquqi  aktlarla  müəyyən  olunmuş  xüsusiyyətlər  nəzərə  alınmaqla  şamil  edilir.  Bu 
normativ  hüquqi  aktlarda  həmin  qulluqçuların  əmək,  sosial  və  iqtisadi  hüquqları 
bütünlüklə  əhatə  olunmayıbsa,  bu  Məcəllədə  nəzərdə  tutulmuş  müvafiq  normalar 
onlara tətbiq edilir. 
 
Maddə 6. Bu Məcəllənin şamil edilmədiyi şəxslər  
 
Aşağıdakı şəxslərə bu Məcəllə şamil edilmir: 
a) hərbi qulluqçulara
b) məhkəmə hakimlərinə; 
c)  Azərbaycan  Respublikasının  Milli  Məclisinin  deputatlarına  və  bələdiyyələrə 
seçilmiş şəxslərə; 
ç)  xarici  ölkənin  hüquqi  şəxsi  ilə  həmin  ölkədə  əmək  müqaviləsi  bağlayıb  əmək 
funksiyasını  Azərbaycan  Respublikasında  fəaliyyət  göstərən  müəssisədə  (filialda, 
nümayəndəlikdə) yerinə yetirən əcnəbilərə
d) podrat, tapşırıq, komisyon, müəlliflik və başqa mülki-hüquqi müqavilələr üzrə 
işləri yerinə yetirən şəxslərə. 
 
Maddə  7.  Əmək  münasibətlərinin  qanunvericiliklə  və  müqavilə  bağlamaqla 
tənzimlənməsi 
 
1.  İşçilərin  əmək  hüquqları  və  bu  hüquqlarla  bağlı  müvafiq  təminatlarının 
minimum səviyyəsi bu Məcəllənin 1-ci maddəsində göstərilən normativ hüquqi aktlarla 
müəyyən edilmiş hüquq normaları ilə təmin edilir. 
2. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, 
əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə