Azərbaycan Respublikası Prezidentinin Fərmanı



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə14/75
tarix08.09.2018
ölçüsü1,54 Mb.
#67165
1   ...   10   11   12   13   14   15   16   17   ...   75

4.  İşdən  kənar  edilmiş  işçiyə  inzibati  və  ya  cinayət  məsuliyyətinə  cəlb  edilib-
edilməməsindən asılı olmayaraq işəgötürən bu Məcəllənin 186-cı maddəsində nəzərdə 
tutulmuş intizam tənbehlərindən birini tətbiq edə bilər. 
5.  İşdən  kənar  edilməsini  işəgötürənin  və  ya  başqa  vəzifəli  şəxslərin  ona  qarşı 
qərəzli münasibətinə, saxta sənədlər əsasında həyata keçirildiyinə və digər faktlara görə 
qanunsuz  və  əsassız  hesab  edən  işçi  pozulmuş  hüquqlarının  bərpa  edilməsi,  şərəf  və 
ləyaqətinin müdafiə olunması üçün məhkəməyə müraciət edə bilər. 
 
Maddə 63. Mülkiyyətçi dəyişdikdə əmək münasibətlərinin tənzimlənməsi 
 
1.  Müəssisənin  mülkiyyətçisi  dəyişdikdə  bu  maddənin  2-ci  hissəsində  göstərilən 
işçilərdən  başqa  qalan  bütün  işçilərlə  əvvəlki  mülkiyyətçi  arasında  bağlanmış  əmək 
müqavilələri  və  onların  şərtləri  yeni  mülkiyyətçi  tərəfindən  qüvvədə  saxlanılır.  Bu 
işçilərin əmək müqavilələri müəyyən edilmiş qaydalara əməl edilməklə bu Məcəllənin 
70, 73 və 75-ci maddələrində nəzərdə tutulan müvafiq əsaslarla ləğv edilə bilər. 
2.  Yeni  mülkiyyətçi  tərəfindən  müəssisənin  işəgötürəninin  (rəhbərinin),  onun 
müavinlərinin, baş mühasibin və bilavasitə idarəetmə funksiyasını yerinə yetirən digər 
struktur  bölmələrin  rəhbərlərinin  əmək  müqavilələrinə  mülkiyyətçinin  dəyişməsi  ilə 
əlaqədar bu Məcəllənin 68-ci maddəsinin «ç» bəndi ilə xitam verilə və ya bu Məcəllənin 
56-cı  maddəsində  nəzərdə  tutulan  qaydada  onların  əmək  müqavilələrinin  şərtləri 
dəyişdirilə bilər. 
3.  Mülkiyyətçinin  dəyişməsi  ilə  əlaqədar  yeni  mülkiyyətçi  və  ya  işəgötürən 
tərəfindən sahibkarlıq fəaliyyəti və hüququndan sui-istifadə edərək işçilərin peşəkarlıq 
səviyyəsini,  əmək  funksiyasını  icra  etmək  bacarıqlarını,  mülkiyyətçinin  sahibkarlıq 
fəaliyyətinə  xələl  gətirə  bilən  səriştəsizliklərini  aşkara  çıxarmadan  onların  əmək 
müqavilələrinin  kütləvi  şəkildə  ləğv  edilməsi  yolverilməzdir.  Yeni  mülkiyyətçi  və  ya 
işəgötürən  işçilərin  peşəkarlıq  səviyyəsini,  müəssisədə  mövcud  olan  iş  yerlərinin 
sahibkarlıq  fəaliyyətini  sərbəst  surətdə  həyata  keçirmək  üçün  zəruriliyini  iş  yerlərinin 
və işçilərin attestasiyasını keçirməklə müəyyən etməlidir. 
Qeyd:  Bu  maddənin  3-cü  hissəsində  «əmək  müqavilələrinin  kütləvi  şəkildə  ləğv 
edilməsi»  dedikdə,  müvafiq  müəssisəyə  mülkiyyət  hüququ  yaranan  gündən  üç  ay 
ərzində eyni zamanda və ya ayrı-ayrı vaxtlarda işçilərin ümumi sayı: 
100 nəfərdən 500 nəfərədək olduqda onların 50 faizindən çoxunun
500 nəfərdən 1000 nəfərədək olduqda onların 40 faizindən çoxunun; 
1000 nəfərdən artıq olduqda onların 30 faizindən çoxunun yeni mülkiyyətçi və ya 
onun  təyin  etdiyi  işəgötürən  tərəfindən  bu  Məcəllənin  70,  73  və  75-ci  maddələrində 
müəyyən edilmiş əsaslarla əmək müqavilələrinin ləğv edilməsi başa düşülməlidir. 
 
Doqquzuncu fəsil 
 
İşçilərin və iş yerlərinin attestasiyasının keçirilməsini tənzimləyən hüquq normaları 
 
Maddə  64.  İş  yerlərinin  attestasiyası,  onun  məqsədi  və  keçirilməsinin 
tənzimlənməsi 


 
1. Bu maddənin ikinci hissəsində nəzərdə tutulan məqsədlə əmək şəraitindən asılı 
olmayaraq  işəgötürən  müvafiq  normativ  hüquqi  aktla  müəyyən  edilmiş  qaydada  iş 
yerlərinin attestasiyasının keçirilməsini təmin etməlidir. 
2.  İşəgötürən  müvafiq  iş  yerlərində  əməyin  mühafizəsi  tədbirlərinin  təmin 
olunmasını və ya istehsal sanitariyasının, gigiyenasının vəziyyətini müəyyən etmək və 
yaxşılaşdırmaq  məqsədi  ilə,  habelə  əmək  məhsuldarlığının  və  işin  səmərəliliyinin 
artırılması, əməyin təşkilində ən mütərəqqi üsulların, o cümlədən yeni texnikanın və ya 
texnologiyanın  tətbiqi  zamanı  iş  yerlərinin  attestasiyasını  keçirməlidir.  Bu  məqsədlə 
həmkarlar ittifaqları təşkilatının nümayəndələrindən, əməyin mühafizəsi xidmətlərinin 
və  əməyin  təşkili  üzrə  peşəkar  mütəxəssislərdən  ibarət  iş  yerlərinin  attestasiyası 
komissiyası yaradılır. 
3.  İş  yerlərinin  attestasiyasının  keçirilməsi  qaydaları  müvafiq  icra  hakimiyyəti 
orqanı tərəfindən qəbul edilən normativ hüquqi aktla tənzimlənir. 
 
Maddə 65. İşçilərin attestasiyası, onun keçirilməsi qaydaları və şərtləri 
 
1.  İşçilərin  peşəkarlıq  səviyyəsinin  yoxlanılması,  ixtisasına,  sənətinə  müvafiq 
olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə 
bu  Məcəllənin  66-cı  maddəsində  göstərilən  işçilər  istisna  olunmaqla  qalan  bütün 
işçilərin attestasiyası keçirilə bilər. 
2.  Yalnız  müvafiq  iş  yerində  azı  bir  il  çalışan  işçilər  attestasiyadan  keçirilə  bilər. 
Hər bir işçi üç ildə bir dəfədən çox olmayaraq attestasiyadan keçirilə bilər. 
3.  İşəgötürənin  əmri  (sərəncamı)  ilə  işçilərin  attestasiyasının  keçirilməsi  üçün 
təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən 
nüfuzlu  şəxslərdən,  habelə  həmkarlar  ittifaqları  təşkilatının  nümayəndəsindən  ibarət 
attestasiya  komissiyası  yaradılır.  İşəgötürən,  işçinin  müvafiq  iş  yeri  üzrə  rəhbəri 
attestasiya komissiyasının üzvü ola bilməz. 
4. Attestasiya komissiyası azı beş nəfərdən ibarət olmaqla bütün hallarda onun say 
tərkibi  təkrəqəmli  olmalıdır.  Attestasiya  komissiyasının  səlahiyyət  müddəti  onun 
yaradılması haqqında müvafiq əmrlə (sərəncamla) müəyyən edilir. 
5.  Attestasiya  komissiyasının  üzvləri  tərəfindən  işçiyə  yalnız  tutduğu  vəzifəyə 
(peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların 
nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün 
zəruri  olan  əmək  müqaviləsi  ilə  müəyyən  edilmiş  hüquqları,  vəzifələri  dairəsinə  aid 
olan  məsələlərlə  əlaqədar  suallar  verilə  bilər.  Attestasiya  olunan  işçinin  siyasi 
baxışlarına,  mənəvi,  əxlaqi  kamilliyinə,  şəxsiyyətinə,  etiqadına  və  digər  sırf  şəxsi 
dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin 
qiymətləndirilməsi yolverilməzdir. 
6.  Attestasiya  komissiyasının  işi  aşkarlıq  şəraitində,  obyektiv,  qərəzsiz  və 
qanunvericiliyin  tələblərinə  əməl  edilməklə  aparılmalıdır.  Attestasiya  komissiyası 
qərarını  gizli  və  ya  açıq  səsvermə  yolu  ilə  səs  çoxluğu  ilə  qəbul  edir.  Müvafiq  iş  yeri 
üzrə əmək kollektivi nümayəndələrinin attestasiya komissiyasının iclasında müşahidəçi 
kimi iştirak etmək istəyi təmin olunmalıdır. 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə