Azərbaycan Respublikası Prezidentinin Fərmanı



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə3/75
tarix08.09.2018
ölçüsü1,54 Mb.
#67165
1   2   3   4   5   6   7   8   9   ...   75

edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron 
qaydada məlumat göndərilməsindən sonra yaranır.
7
 
2-1. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında 
müvafiq  vəzifələrə  (peşələrə)  qəbul  edilən  (götürülən)  işçilərlə  işəgötürənlər  arasında  əmək 
münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranır. 
3.  Kollektiv  müqavilələrdə,  sazişlərdə,  habelə  əmək  müqavilələrində  əmək 
qanunvericiliyinə  nisbətən  daha  geniş  əlavə  əmək,  sosial,  iqtisadi,  maddi-məişət  və 
digər münasibətləri əhatə edən əmək şəraiti nəzərdə tutula bilər. Əmək müqavilələrinə 
işçilərin  hüquqlarını  qüvvədə  olan  qanunvericiliyə,  kollektiv  müqaviləyə  və  sazişə 
nisbətən  məhdudlaşdıran  şərtlərin  daxil  edilməsi  yolverilməzdir.  Belə  şərtlərin  tətbiqi 
nəticəsində işçilərə dəyən maddi və digər ziyan işəgötürən tərəfindən tam ödənilir. 
4. Bilavasitə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində 
işəgötürənlə  işçinin  qarşılıqlı  razılığı  ilə  yeni  peşəöyrətmə,  ixtisasa  yiyələnmə 
müqaviləsi bağlanıla bilər. 
5.  İşçiyə  yeni  peşəöyrətmənin  və  ya  ixtisasa  yiyələnmənin  şərtləri,  qaydaları, 
müddəti  və  tərəflərin  öhdəlikləri  əldə  edilən  razılıq  əsasında  bağlanan  müvafiq 
müqavilə ilə və yaxud əmək müqaviləsi ilə tənzimlənir. 
 
Maddə  8.  Bu  Məcəllə  ilə  müəyyən  olunmuş  müddətlərin  hesablanması 
qaydaları 
 
1. Bu Məcəllə ilə əmək hüquqlarının və vəzifələrinin yaranması, dəyişdirilməsi və 
xitam  edilməsi  müvafiq  hallarda  təqvim  vaxtı  ilə  hesablanan  müddətlərlə  —  illərlə, 
aylarla, həftələrlə, günlərlə müəyyən edilir. 
2.  Müddət  axımının  başlanması  təqvim  üzrə  müəyyən  edilmiş  vaxtın  ertəsi 
günündən hesablanır. 
3.  İllərlə,  aylarla,  həftələrlə  hesablanan  müddətlər  müvafiq  olaraq  ilin,  ayın, 
həftənin  sonuncu  günündə  başa  çatır.  Təqvim  həftələri  və  günləri  ilə  hesablanan 
müddətə qeyri-iş günləri də daxildir. 
4. Əgər müddətin son günü qeyri-iş gününə düşərsə, onun ardınca gələn ən yaxın 
iş günü müddətin bitdiyi gün hesab edilir. 
 
İkinci fəsil 
 
Əmək müqaviləsinin tərəflərinin əsas hüquqları, vəzifələri və əmək 
münasibətlərinin tənzimlənməsi sahəsində ümumi hüquqi təmİnatları 
 
Maddə 9. Əmək müqaviləsi üzrə işçinin əsas hüquqları 
 
Əmək müqaviləsi üzrə işçinin aşağıdakı əsas hüquqları vardır: 
a) sərbəst surətdə ixtisasına, sənətinə, peşəsinə uyğun əmək fəaliyyəti növü və iş 
yeri seçərək əmək müqaviləsi bağlamaq; 
b)  əmək  müqaviləsinin  şərtlərini  dəyişdirmək  və  ya  onu  ləğv  etmək  üçün 
işəgötürənə müraciət etmək


c)  iş  vaxtında  və  ya  iş  vaxtından  sonra  qazanc  əldə  etmək  məqsədi  ilə 
qanunvericiliklə  qadağan  edilməyən,  habelə  əmək  müqaviləsi  üzrə  tərəflərin 
öhdəliklərinə xələl gətirməyən fəaliyyətlə məşğul olmaq
ç) həyatının, sağlamlığının və əməyinin mühafizəsini təmin edən əmək şəraitində 
çalışmaq, habelə belə şəraitin yaradılmasını tələb etmək; 
d)  qanunvericiliklə  müəyyən  edilmiş  minimum  məbləğdən  aşağı  olmayan  əmək 
haqqı almaq; 
e)  iş  vaxtından  artıq  vaxtda  işə  cəlb  olunduqda  əlavə  əmək  haqqını  almaq  və  ya 
onun verilməsini tələb etmək
ə) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasına daxil olmayan işləri, 
xidmətləri  yerinə  yetirməkdən  imtina  etmək,  belə  işləri,  xidmətləri  icra  etdikdə  isə 
müvafiq əlavə əmək haqqının verilməsini tələb etmək; 
f) mənzil şəraitinin, ailə üzvlərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün 
işəgötürəndən müvafiq sosial yardımlar almaq; 
g) qanunvericiliklə müəyyən olunmuş iş vaxtında çalışmaq; 
ğ)  müvafiq  peşələr  (vəzifələr),  istehsalatlar  üzrə  iş  yerlərində  qanunvericiliklə 
müəyyən olunmuş qısaldılmış iş vaxtında çalışmaq; 
h)  qanunvericiliklə  müəyyən  olunmuş  həftələrarası  istirahət  günlərindən  istifadə 
etmək; 
x)  hər  il  bu  Məcəllədə  nəzərdə  tutulmuş  minimum  müddətdən  az  olmayan 
ödənişli  əsas  məzuniyyətdən  və  müvafiq  hallarda  əlavə,  sosial,  ödənişsiz,  təhsil 
məzuniyyətlərindən istifadə etmək
ı) peşə hazırlığını artırmaq, yeni ixtisasa yiyələnmək və ixtisasını artırmaq; 
i)  əmək  funksiyasının  yerinə  yetirilməsi  zamanı  əmlakına  və  səhhətinə  dəyən 
ziyanın ödənilməsini tələb etmək;
 
 
j)  işəgötürən  tərəfindən  qanunvericiliklə  müəyyən  olunmuş  qaydada  məcburi 
sosial  sığorta  və  istehsalatda  bədbəxt  hadisələr  və  peşə  xəstəlikləri  nəticəsində  peşə  əmək 
qabiliyyətinin  itirilməsi  hallarından  icbari  sığorta  olunmaq,  habelə  hər  hansı  başqa  növ 
sığorta qaydalarından istifadə etmək;
 8
 
k)  qanunvericiliklə  müəyyən  olunmuş  qaydada  həmkarlar  ittifaqlarının,  ictimai 
birliklərin  üzvü  olmaq,  habelə  bu  təşkilatların  və  ya  əmək  kollektivinin  keçirdiyi 
tətillərdə,  mitinqlərdə,  toplantılarda  və  qanunvericiliklə  qadağan  olunmayan  digər 
kütləvi tədbirlərdə iştirak etmək
q)  əmək  hüquqlarının  müdafiəsi  üçün  məhkəməyə  müraciət  etmək  və  hüquqi 
müdafiə olunmaq; 
l)  sosial  müdafiə  üzrə  müavinətlərdən  və  güzəştlərdən,  sosial  sığorta  hüququndan  
istifadə etmək;
9
 
m) işsizliyə görə qanunvericiliklə müəyyən olunmuş dövlət təminatını almaq; 
n) iş yeri, vəzifəsi (peşəsi), aylıq əmək haqqı və əmək münasibətləri ilə bağlı digər 
məlumatlar barədə işəgötürəndən müvafiq arayışlar almaq; 
o)  elektron  informasiya  sistemindən  onunla  bağlı  qeydiyyata  alınmış  əmək  müqaviləsi 
bildirişinin məlumatlarını real vaxt rejimində əldə etmək.
10
 
 
Maddə 10. Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə