Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Maddə 21. Müəssisələrdə ictimai özünüidarə orqanlarının fəaliyyəti



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə7/75
tarix08.09.2018
ölçüsü1,54 Mb.
#67165
1   2   3   4   5   6   7   8   9   10   ...   75

 
Maddə 21. Müəssisələrdə ictimai özünüidarə orqanlarının fəaliyyəti 
 
1.  Müəssisələrdə  həmkarlar  ittifaqları  təşkilatları  ilə  yanaşı,  qanunvericiliklə 
müəyyən  edilmiş  qaydada  yaradılan  işçilərin  digər  nümayəndəli  ictimai  özünüidarə 
orqanları, 
habelə 
işəgötürənlərin 
nümayəndəli 
orqanı 
nizamnamələrinə 
(əsasnamələrinə) uyğun fəaliyyət göstərə bilər. 
2.  Müəssisənin  mülkiyyətçisi,  işəgötürəni  həmkarlar  ittifaqları  təşkilatlarının  və 
işçilərin  digər  nümayəndəli  ictimai  özünüidarə  orqanlarının  fəaliyyəti  üçün  kollektiv 
müqavilələrdə  nəzərdə  tutulan  və  ya  bu  təşkilat  və  ictimai  özünüidarə  orqanlarının 
işəgötürənlə  qarşılıqlı  razılığı,  yaxud  onların  arasında  bağlanmış  müqavilə  əsasında 
müəyyən edilən müvafiq şəraitin yaradılmasını təmin edir. 
3. Müəssisələrdə siyasi partiyaların, dini qurumların fəaliyyətinə yol verilmir. 
Qeyd:  Bu  maddədə  «ictimai  özünüidarə  orqanları»  dedikdə,  əmək  kollektivi 
şurası,  sədrlər  (direktorlar)  şurası,  ixtiraçılar,  səmərələşdiricilər,  yaradıcılıq,  qadınlar, 
veteranlar  cəmiyyətləri  və  müvafiq  normativ  hüquqi  aktlar  əsasında  əmək 
münasibətləri iştirakçılarının təsis etdikləri digər ictimai birliklər başa düşülməlidir.  
 
II bölmə 
 
Kollektiv müqavilə və saziş 
 
Üçüncü fəsil 
 
Kollektiv müqavilə və sazişin bağlanmasının ümumi qaydaları 
 
 
Maddə  22.  Kollektiv  müqavilə  və  sazişin  hazırlanması,  bağlanması  və  yerinə 
yetirilməsinin əsas prinsipləri 
 
Kollektiv  müqavilə  və  sazişin  hazırlanması,  bağlanması  və  yerinə  yetirilməsinin 
əsas prinsipləri aşağıdakılardır: 
a) tərəflərin hüquq bərabərliyi
b)  kollektiv  müqavilə  və  sazişin  məzmununa  dair  məsələlərin  müzakirəsində 
tərəflərin müstəqilliyi və könüllülüyü; 
c)  obyektiv  səbəbdən  təmin  edilə  bilməyən  şərtlərin  kollektiv  müqavilənin  və 
sazişin məzmununa daxil edilməsinin yolverilməzliyi
ç) öhdəliklərin icrasına təminat; 
d) qanunvericiliyin tələblərinə əməl edilməsi; 
e) öhdəliklərin icrasına nəzarət və icra edilməməsinə görə məsuliyyət. 
 
Maddə 23. Kollektiv müqavilənin və sazişin bağlanmasına, onlara dəyişikliklər 
edilməsinə və icrasına müdaxilənin yolverilməzliyi 
 


Kollektiv  müqavilənin  və  sazişin  bağlanılması,  onlara  dəyişikliklər  edilməsi  və 
yerinə  yetirilməsi  zamanı  icra  hakimiyyəti  orqanlarının,  başqa  işəgötürənlərin,  siyasi 
partiyaların,  ictimai  birliklərin  və  dini  qurumların  tərəflərin  hüquqlarını,  habelə 
qanunvericiliklə  qorunan  mənafelərini  məhdudlaşdıran  və  ya  onların  həyata 
keçirilməsinə maneçilik törədən hər hansı müdaxiləsi qadağandır. 
 
Maddə 24. Kollektiv müqavilənin və sazişin şərtlərinin məcburiliyi 
 
1.  Bu  Məcəllədə  nəzərdə  tutulan  qaydada  bağlanmış  kollektiv  müqavilənin  və 
sazişin şərtləri tərəflər və bu şərtlərin aid edildiyi iş yerləri üçün məcburidir. 
2. Bu Məcəllədə və digər normativ hüquqi  aktlarda nəzərdə tutulan əmək, sosial 
və iqtisadi normalara nisbətən işçilərin vəziyyətini pisləşdirən kollektiv müqavilənin və 
sazişin şərtləri etibarsızdır. 
 
Dördüncü fəsil 
 
Kollektiv danışıqlar 
 
Maddə 25. Kollektiv danışıqlar aparmaq hüququ
25
 
 
1.  Kollektiv  müqavilənin  və  sazişin  hazırlanması,  bağlanması  və  onlarda 
dəyişikliklər  edilməsi  üçün  kollektiv  danışıqlar  aparmaq  təşəbbüsünə  səlahiyyətləri 
daxilində  həmkarlar  ittifaqları  təşkilatlar  (birlikləri),  əmək  kollektivləri,  işəgötürənlər, 
müvafiq icra hakimiyyəti və işəgötürənlərin nümayəndəli orqanları malikdirlər. 
2.  Danışıqlara  başlamaq  üçün  yazılı  təklif  alan  tərəf  10  təqvim  günü  ərzində  danışığa 
başlamalı  və  kollektiv  danışıqların  aparılması  təşəbbüsü  ilə  çıxış  edən  tərəfə  danışıqlarda  onun 
tərəfindən  iştirak  edəcək  nümayəndələr  barədə  məlumat  təqdim  etməklə  cavab  göndərməlidir. 
Kollektiv  danışıqların  aparılması  təşəbbüsü  ilə  çıxış  edən  tərəfin  qeyd  edilən  cavab  məktubunu 
aldığı gündən sonrakı gün kollektiv danışıqların başlanması günü sayılır.
 
26
 
3.  Əgər  müəssisədə  həmkarlar  ittifaqları  təşkilatı  (birliyi)  yoxdursa,  əmək 
kollektivi danışıqlar aparmaq üçün xüsusi səlahiyyətli komissiya yaradır. 
4.  Respublika  və  ya  ərazi  üzrə,  habelə  müəssisə  daxilində  bir  neçə  həmkarlar 
ittifaqları  təşkilatı  (birliyi)  mövcud  olarsa,  kollektiv  danışıqların  aparılması  üçün 
işçilərin  müvafiq  həmkarlar  ittifaqlarına  üzvlük  nisbətinə  uyğun  nümayəndələrdən 
ibarət komissiya yaradılır. 
5. Kollektiv müqavilənin və sazişin şərtlərinin hazırlanması məqsədi ilə kollektiv 
danışıqların aparılmasından boyun qaçırmağa yol verilmir. 
6.  İşəgötürənlərin,  o  cümlədən  icra  hakimiyyəti  orqanlarını,  yerli  özünüidarəetmə 
orqanlarını,  eləcə  də  onların  yaratdığı  və  ya  maliyyələşdirdiyi  təşkilatları  təmsil  edən  şəxslərin 
işçilərin adından kollektiv danışıqlar aparmasına və kollektiv müqavilələr, sazişlər bağlamasına 
yol verilmir.
 
27
 
 
Maddə 26. Kollektiv danışıqların aparılması qaydası 
 


1.  Kollektiv  müqavilənin  və  sazişin  və  ya  onlara  dəyişikliklərin  layihəsinin 
hazırlanması  məqsədi  ilə  danışıqlar  aparmaq  üçün  tərəflər,  müvafiq  səlahiyyətlər 
verilmiş bərabərsaylı nümayəndələrdən ibarət komissiya yaradırlar. 
2.  Komissiyanın  tərkibi,  danışıqların  gündəliyi,  keçirilmə  yeri  və  müddəti 
tərəflərin birgə qərarı ilə müəyyən edilir. 
3. Tərəflər kollektiv müqavilənin və sazişin məzmununa aid məsələlərin seçilməsi 
və müzakirə edilməsində sərbəstdirlər. 
4.  Komissiyanın  tələbi  ilə  tərəflər,  kollektiv  danışıqların  aparılması  üçün  zəruri 
olan  məlumatları  beş  gün  müddətində  təqdim  etməlidirlər.  Danışıqların  iştirakçıları, 
alınmış  məlumatlarda  olan  dövlət  və  ya  kommersiya  sirrini  yaymağa  görə 
qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə cəlb olunurlar. 
5.  Danışıqlar  zamanı  tərəflər  razılığa  gələ  bilmədikdə  fikir  ayrılığı  haqqında 
protokol  tərtib  edilir.  Protokolda  fikir  ayrılığının  aradan  qaldırılması  haqqında 
tərəflərin yekun təklifləri, habelə danışıqların yenidən başlanması müddəti göstərilir. 
 
Maddə 27. Kollektiv danışıqların iştirakçılarına verilən təminatlar 
 
1.  Kollektiv  danışıqların  iştirakçıları  (tərəflərin  nümayəndələri,  məsləhətçi, 
ekspert,  barışdırıcı,  vasitəçi,  mütəxəssis,  arbitr  və  tərəflərin  müəyyən  etdiyi  digər 
şəxslər) kollektiv danışıqların aparıldığı dövrdə orta aylıq əmək haqqı saxlanılmaqla il 
ərzində  üç  ay  müddətinədək  əmək  funksiyasının  icrasından  azad  olunurlar.  Həmin 
müddət onların əmək stajına daxil edilir. 
2. Kollektiv danışıqlarla əlaqədar xərclər işəgötürən tərəfindən ödənilməlidir. 
3.  Danışıqların  aparılmasında  iştirak  etmək  üçün  dəvət  olunmuş  və  əmək 
müqaviləsi  üzrə  işləməyən  şəxslərə  haqq,  onları  dəvət  etmiş  tərəflə  bağladıqları 
müqavilə əsasında ödənilir. 
4.  Kollektiv  danışıqların 
iştirakçılarının  danışıqlar  dövründə, 
intizam 
məsuliyyətinə cəlb olunmasına, başqa işə keçirilməsinə və ya işəgötürənin təşəbbüsü ilə 
işdən azad edilməsinə yol verilmir. 
 
Beşinci fəsil 
 
Kollektiv müqavilə 
 
Maddə  28.  Kollektiv  müqavilənin  hazırlanması  və  bağlanması  zəruriliyi 
haqqında qərarın qəbul edilməsi 
 
1.  Bu  Məcəllənin  25-ci  maddəsində  nəzərdə  tutulmuş  qaydada  irəli  sürülmüş 
təşəbbüsə əsasən kollektiv müqavilənin hazırlanması və bağlanması zəruriliyi haqqında 
qərarı həmkarlar ittifaqları təşkilatı qəbul edir. 
2.  Müəssisədə  həmkarlar  ittifaqları  təşkilatı  olmadıqda  danışıqların  aparılması, 
kollektiv müqavilənin hazırlanması və bağlanması haqqında qərarı əmək kollektivinin 
ümumi yığıncağı (konfransı) qəbul edir. 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə