Azərbaycan Respublikası Prezidentinin Fərmanı



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə4/75
tarix08.09.2018
ölçüsü1,54 Mb.
#67165
1   2   3   4   5   6   7   8   9   ...   75

 
Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: 
a)  əmək  müqaviləsi  ilə  müəyyən  edilmiş  əmək  funksiyasını  vicdanla  yerinə 
yetirmək
b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək
c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; 
ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; 
d)  dövlət  sirrini,  habelə  işəgötürənin  kommersiya  sirrini  müəyyən  olunmuş 
qaydada və şərtlərlə gizli saxlamaq
e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; 
ə)  fərdi,  kollektiv  əmək  mübahisələri  üzrə  məhkəmə  qərarlarını  (qətnamələrini) 
yerinə yetirmək; 
f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək.
 
 
 
Maddə 10-1. Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 
11
 
 
10-1.1. Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir.  
10-1.2.  Dövlət  büdcəsindən  maliyyələşən  müəssisənin  65  yaşına  çatmış  işçisinin  həmin 
müəssisədə  çalışma  müddəti  müvafiq  dövlət  orqanının  rəhbəri  tərəfindən  hər  dəfə  1  ildən  çox 
olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir.  
10-1.3. Elm, mədəniyyət, səhiyyə və təhsil sahələrinin inkişafında müvafiq icra hakimiyyəti 
orqanı  tərəfindən  müəyyən  edilmiş  xüsusi  xidmətləri  olmuş  dövlət  büdcəsindən  maliyyələşən 
müəssisənin  65  yaşına  çatmış  işçisinin  çalışma  müddəti  müvafiq  dövlət  orqanı  tərəfindən  bu 
Qanunun 10-1.2-ci maddəsində nəzərdə tutulmuş müddətdən artıq uzadıla bilər.  
10-1.4. Bu Qanunun 10-1.2-ci və 10-1.3-cü maddələrinə uyğun olaraq müvafiq sahə üzrə 
dövlət  büdcəsindən  maliyyələşən  müəssisələrdə  çalışma  müddəti  uzadılmış  işçilərin  sayı  həmin 
sahə üzrə dövlət büdcəsindən maliyyələşən müəssisələrin işçilərinin ümumi sayının 15 faizindən 
artıq ola bilməz.  
10-1.5.  Müvafiq  sahə  üzrə  dövlət  büdcəsindən  maliyyələşən  hər  bir  müəssisənin  çalışma 
müddəti  uzadılmış  işçilərinin  sayı  həmin  müəssisənin  işçilərinin  sayının  2  faizindən  artıq  ola 
bilməz.  Müəssisənin  işçilərinin  sayı  100  nəfərdən  az  olduqda,  çalışma  müddəti  uzadılmış 
işçilərin sayı iki ştat vahidinə qədər yuvarlaqlaşdırılır.  
10-1.6.  Dövlət  büdcəsindən  maliyyələşən  müəssisələrdə  çalışan  işçilərin  çalışma 
müddətinin uzadılmasına onların razılığı əsasında yol verilir. 
 
Maddə 11. İşəgötürənin əsas hüquqları 
 
1. Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: 
a) bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, 
onların şərtlərini dəyişdirmək; 
b) bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv 
etmək; 


c) işçilərdən əmək müqaviləsi ilə müəyyən edilmiş şərtlərin, öhdəliklərin vaxtında 
və keyfiyyətlə yerinə yetirilməsini tələb etmək
ç)  işgüzar  keyfiyyətinə,  əməyinin  nəticələrinə,  peşəkarlıq  səviyyəsinə  uyğun 
olaraq işçini müvafiq vəzifələrə (peşələrə) irəli çəkmək; 
d)  işçilər  əmək  müqaviləsinin  şərtlərini,  müəssisədaxili  intizam  qaydalarını 
pozduqda  qanunvericiliklə  müəyyən  olunmuş  qaydada  onları  intizam  məsuliyyətinə 
cəlb etmək; 
e)  işçilərin  ona  və  ya  mülkiyyətçiyə  vurduğu  maddi  ziyanın  ödənilməsi  üçün 
qanunvericiliyə müvafiq tədbirlər görmək
ə) bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək 
şəraitinin  şərtlərini  dəyişdirmək  və  ya  işçilərin  sayını  ixtisar  etmək,  ştatları,  struktur 
bölmələri ləğv etmək; 
f)  əmək  kollektivi  ilə  və  ya  həmkarlar  ittifaqları  təşkilatı  ilə  kollektiv  müqavilə 
bağlamaq və bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə nəzarət etmək; 
g)  əmək  müqaviləsi  bağlayarkən  bu  Məcəllə  ilə  müəyyən  edilmiş  qaydada  və 
müddətə sınaq müddətini müəyyən etmək. 
2.  İşəgötürənin  bu  maddədə  nəzərdə  tutulan  hüquqlarının  həyata  keçirilməsinə, 
bu  Məcəllənin  12-ci  maddəsi  ilə  və  digər  normativ  hüquqi  aktlarla  müəyyən  edilmiş 
vəzifələrinin  icra  edilməsinə  hər  cür  müdaxilə  və  maneələr  edilməsi  yolverilməzdir. 
İşəgötürənin  bu  sahədə  fəaliyyətinə  müdaxilə  edərək  onun  qanuni  hüquqlarını  pozan 
şəxs qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyət daşıyır. 
 
Maddə 12. İşəgötürənin əsas vəzifələri və məsuliyyəti 
 
1. Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: 
a)  əmək  müqaviləsinin  şərtlərinə  və  onlarda  nəzərdə  tutulan  öhdəliklərə  əməl 
etmək; 
b)  bu  Məcəllənin  və  əmək  qanunvericiliyinə  dair  digər  normativ hüquqi  aktların 
tələblərini yerinə yetirmək; 
c)  əmək  müqavilələrini  bu  Məcəllədə  nəzərdə  tutulmuş  əsaslarla  və  qaydada 
pozmaq; 
ç)  kollektiv  müqavilələrin,  sazişlərin  şərtlərinə,  onlarda  nəzərdə  tutulmuş 
öhdəliklərə əməl etmək; 
d)  fərdi,  kollektiv  əmək  mübahisələri  üzrə  məhkəmə  qərarlarını  (qətnamələrini) 
yerinə yetirmək; 
e) işçilərin ərizə və şikayətlərinə qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və 
qaydada baxmaq; 
ə)  işçilərin  əmək,  maddi,  sosial-məişət  şəraitinin,  onların  ailəsinin  rifah  halının 
yaxşılaşdırılması  üçün  müəssisənin  əsasnaməsinə  (nizamnaməsinə),  kollektiv 
müqaviləyə müvafiq olaraq zəruri tədbirlər görmək
f)  işə  qəbul,  işdə  irəli  çəkilmək,  peşə  hazırlığını  artırmaq,  yeni  ixtisasa  yiyələnmək  və 
ixtisasını  artırmaq  zamanı,  işin  keyfiyyətini  qiymətləndirərkən,  işdən  azad  edərkən  cinsindən 
asılı olmayaraq işçilərə eyni yanaşmaq və bərabər imkanlar yaratmaq; 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə