Azərbaycan r espublikası Təhsil Nazirliyi a zərbaycan r espublikası m ədəniyyət və Turizm Nazirliyi



Yüklə 20,33 Mb.
Pdf görüntüsü
səhifə8/122
tarix15.10.2018
ölçüsü20,33 Mb.
#74306
1   ...   4   5   6   7   8   9   10   11   ...   122

Ədəbiyyat
1.  Волков  Ю.Ф.  Введение  в  гостиничный  и  туристический  бизнес.  Р.Д., 
2003, 352 с.
2.  Долженко Г.П.  Основы туризма.  М.-Р.Д., 2009, 320 с.
3.  Яковлев Г.А. Экономика и статистика туризма. М., 2006,  364 с.
1.4.  Turizm  fəaliyyəti, onun strukturu və xüsusiyyətləri
Daimi  yaşayış  yerindən  dərketmə  maraqlarının  təmini, 
müalicə-sağlamlıq,  işgüzar və digər məqsədlərlə müvəqqəti getmənin 
müxtəlif  formalarının  təşkili  ilə  əlaqədar  olan  fəaliyyət  -   turizm 
fəaliyyətidir.  Turizm fəaliyyətinin reallaşdırılmasmda  əsas  rol turizm 
müəssisələrinə  məxsusdur.  Turizm  müəssisələri  turist  xidmətləri 
istehsalçıları  ilə  (otel,  restoran,  nəqliyyat  şirkətləri  və  s.) 
istehlakçıları  (turistlər)  arasında  vasitəçi  rolunu  oynayır.  Uzun  bir 
zaman və vəsait sərf etməklə turist özünü müəyyən şəraitlə tam təmin 
etmək  istəyən  vaxt  turizm  müəssisələrinə  tələbat  yaranır.  Turistin 
özünü təmin etmək istədiyi şəraitlərə aşağıdakılar aiddir:
daimi  yaşayış  yerindən  kənarda  uzunmüddətli  səyahətlərdə
olmaq;
yüksək səviyyədə gedilən xüsusi maraqlı yerlərə səyahətlər; 
yalnız  turist  firmalarının  köməyi  ilə  məqsədlərə  nail  olunan 
səyahətlər;
bir neçə nəqliyyat növünün  istifadəsi  ilə  çoxlu sayda əraziləri 
görməyi əhatə edən səyahətlər.
Turizmin  inkişafı  baxımından  turizm  müəssisələrinin  rolu  əsasən 
aşağıdakı hallarda özünü büruzə verir:
təqdim  edilən  xidmətin  keyfiyyətinin  yüksəldilməsi  və  ayrı- 
ayrı  turizm  növləri  üzrə  fəaliyyətin  genişləndirilməsi  baxımından 
yerləşmə  vasitələri,  qida  müəssisələri,  nəqliyyat  şirkətləri  və  turizm 
sənayesinin digər sahələrinə aktiv təsirində;
turizm baxımından  yararlı  olan  bütün  ərazilər  üzrə turistlərin 
daha  bərabər paylanması,  həmçinin  infrastrukturun  optimal istifadəsi
28
və  mövsümlük  amilinin  təsirinin  azaldılması  məqsədilə  səyahətlərin 
zamana  görə  bölüşdürülməsinin  təmini  ilə ayrı-ayrı  region və  turizm 
mərkəzlərinə axma təsirdə;
səyahətdə 
iştiraka 
əhalinin  bütün  təbəqələrinin 
cəlb 
edilməsində.
Turizm  müəssisələrinin  fəaliyyətinin  əhəmiyyəti  aşağıdakılardan 
ibarətdir:
səyahət  edənlərin  vaxtlarına  qənaət  edilməsi. 
Turizm
müəssisələrinin xidmət təqdim  edənlərlə daimi  əlaqə və  turizmə  təsir 
edən  amillər  (pasport-viza  və  gömrük  rəsmiyyətçiliyi,  nəqliyyat  və 
s.)  haqqında  biliklərə  malik  olması,  səyahət  üçün  vacib  olan  şəraiti 
qısa zaman ərzində turistlər üçün təmin etməyə imkan verir;
turizm  müəssisələri  tərəfindən  təqdim  edilən  nəqliyyat  və 
yerləşmə  sahəsində  daha  aşağı  qiymətlərin  qüvvədə  olması  ilə 
turistin maddi xərclərinin kifayət qədər azaldılması imkanları;
məsləhət  xidmətlərinin  alınması.  İnternet  vasitəsilə  turizm 
xidmətlərinin 
müstəqil  şəkildə 
alınması 
imkanı 
turizm
müəssisələrinin  rolunu  nəinki  azaldır,  hətta  səyahətin  təşkilində 
əhəmiyyətini 
artırır. 
İnternet 
böyük  həcmdə 
informasiyanın 
ötürülməsinə  qadir olsa  da,  turistin  tələbatına uyğun  otel,  restoran  və 
ticarət  mərkəzlərinin  seçimində  tövsiyə  verə  bilməz.  İnternetdən 
fərqli  olaraq  turizm  müəssisələrinin  əməkdaşı  bilik  və  təcrübəsini 
bölüşməklə,  hara  getmək  və  səyahət  zamanı  nə  etmək  sahəsində 
qərarların  qəbul  olunmasında  turistə  yüksək  səviyyəli  məsləhət  verə 
bilər.
Yoxlama suallar:
1. 
“Turizm fəaliyyəti” anlayışını müəyyən edən amillər hansılardır?
2. 
Turizm  fəaliyyətinin  reallaşdırılmasmda  turizm  müəssisələrinin  iştirakı  nədən 
ibarətdir?
3. 
Turistin  özünü  təmin  etmək  istədiyi  şəraitdə  turizm  müəssisələrinə  tələbatı 
nədən  ibarətdir?
4. 
Turizmin inkişafı baxımından turizm müəssisələrinin rolunu sadalayın.
5. 
Turizm müəssisələrinin fəaliyyətinin əhəmiyyəti nədən  ibarətdir?
29


Ədəbiyyat
1.  Гуляев  В.Г. Организации туристской деятельности.  М.,  1996,  174 с.
2.  Долженко Г.П.  Основы туризма. М.-Р.Д., 2009, 319 с.
3.  Организация туризма.  Под редак. А.П.Дуровича.  Мн., 2006,  14 с.
1.5.  Turizmin formaları, növləri və tiplərinin təsnifatı
Turizmin  təsnifatı  dedikdə,  qəbul  olunmuş  meyarlar əsasında 
turizm  fəaliyyətinin  daxilən  eyni  tipli  taksonlarının  müəyyən 
olunmasıdır.  Hal-hazırkı  dövrə  qədər  turizmin  təsnifatına  vahid 
yanaşma  yoxdur  ki,  bu  da  dünyada  turizmin  dinamik  inkişafı,  onun 
forma  və  növlərinin  daima  təkmilləşdirilməsi  ilə  əlaqədardır. 
Bununla  bağlı  olaraq  turizm  tədqiqatçıları  turizmdə  baş  verən  bütün 
dəyişiklikləri  nəzərə  alıb,  yeni  və  daha  müasir  təsnifat  üzərində 
çalışırlar.
Turizmin  tip,  kateqoriya,  növ  və  formalara  görə  təsnifatı 
geniş  yayılmışdır.  Turizmin  növləri  müxtəlif  əsaslarla  turizmin 
təsnifatının  nəticəsidir.  Turizmin  tipləri  turistlərin  milli mənsubiyyəti 
ilə  müəyyən  olunur.  M üxtəlif  turizm  tiplərinin  uyğunlaşması 
turizmin  kateqoriyalarını  formalaşdırır.  Turizmin  formaları  təşkil 
olunma  prinsipinə  görə  müəyyən  olunur.  Turizmin  növləri  daxili 
meyarlara, turizmin formaları  isə xarici  meyarlara görə təsnif edilir.
Turizmin  təsnifatı  tur  üzrə  xidmət  paketinin  seçimini, 
qiymətin 
formalaşmasını, 
səyahət  təşkilatçısının 
fəaliyyətinin 
xarakterini  və  digər  vacib  amilləri  müəyyən  edir.  Turizm  növlərinə 
görə  təsnifatın  aparılması  turizmin ərazi  təşkili  və  inkişafının bir sıra 
problemlərini  həll  etməyə  imkan  verir,  ayrı-ayrı  turizm  xidmətlərinə 
tələb və  təklifi müəyyən edir və  bunun  əsasında aktiv turizm  siyasəti 
aparılır.  Turizmin  formaları  bir  şəxsin  və  ya  qrupun  turizm 
fəaliyyətinin təşkilidir.
Qeyd  edildiyi  kimi  turizmin tipi  turistin  milli  mənsubiyyətinə 
görə  müəyyən  olunur.  ÜTT-nin  tövsiyələrinə  görə  daxili,  getmə, 
gəlmə  turizm  tipləri  ayrılır.  Bu  turizm  tipləri  ölkə  hüdudlarında
30
turizm  (gəlmə və  daxili  turizm  tipləri),  milli  turizm  (daxili  və getmə 
turizm  tipləri),  beynəlxalq  turizm  (gəlmə  və  getmə  turizm  tipləri) 
kateqoriyalarını əmələ gətirir.
Beynəlxalq  turizm  -   daimi  yaşayış  yeri  olan  ölkənin 
sərhədlərindən  kənara  turizm  məqsədilə  insanların  səyahətidir. 
Beynəlxalq  turizmdə  müəyyən  rəsmiyyətçilik  (xarici  pasport  və 
vizanın,  gömrük  proseduralarının,  valyuta  və  tibbi  nəzarətin 
hazırlanması  və  sənədləşdirilməsi)  mövcuddur.  Daxili  turizm  -  
beynəlxalq  turizmdən  fərqli  olaraq,  dövlət  sərhədlərini  keçmək  ilə 
əlaqədar  olmadığından,  turizm  rəsmiyyətçiliyinə  riayət  edilməsini 
tələb  etmir.  Yəni,  daxili  turizm  -   daimi  yaşayış  yeri  olan  ölkənin 
sərhədləri daxilində turizm məqsədləri ilə insanların səyahətidir.
Daxili  və  beynəlxalq  turizm  arasında  mövcud  fərqlər 
olmasına  baxmayaraq,  hər  2  turizm  forması  bir-biri  ilə  sıx  şəkildə 
əlaqəlidir.  Daxili  turizm  beynəlxalq  turizmin  katalizatoru  kimi  çıxış 
edir.  Belə  ki,  daxili  turizm  yeni  ərazi  və  turizm  ehtiyatlarının 
mənimsənilməsini,  infrastruktur  bazasının  yaradılmasını,  mütəxəs­
sislərin  hazırlanmasını  şərtləndirməklə,  inteqrasiya  prosesləri  və 
dünyada vahid turizm məkanının  formalaşmasına təsir göstərir.
Kütləvi  turizm  -   cəmiyyətin  xüsusi  təbəqəsi  və  inkişaf 
etməkdə  olan  ölkələrin  turizm  ehtiyatlarına  istiqamətlənir.  Belə  ki, 
inkişaf  etməkdə  olan  ölkələrdə  aşağı  həyat  səviyyəsinə  görə  yerli 
əhali  tərəfindən  turizm  ehtiyatlarının  istifadəsi  məhdudluğu  ilə 
seçilir.  Elitar  turizm  -   imkanlı  şəxslər  üçün  nəzərdə  tutulmuşdur. 
Elitar  turizm  iştirakçıları  üçün  bazarda  qiymətlərin  səviyyəsi  ciddi 
əhəmiyyət  daşımasa  da,  onlar  təqdim  edilən  mal  və  xidmətlərin 
keyfiyyətinə yüksək şərtlər qoyurlar.
L.P.Şmatko  turizmi  aşağıdakı  meyarlara  görə  təsnif etmişdir
(2005):
səyahətin məqsədinə görə turizm; 
hərəkət növlərinə görə turizm; 
nəqliyyat vasitələrinin istifadəsinə görə turizm; 
səyahətin müddətinə görə turizm; 
mövsümə görə turizm;
31


Yüklə 20,33 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə